Azərbaycan və Türk

diasporunun ortaq maraqları

 

Zamanın çətin imtahanlarında möhkəmlənən qardaşlıq telləri XX əsrin əvvəllərində Azərbaycan və Türkiyə arasında münasibətlərin məzmununu müəyyənləşdirərək, hər iki xalqın istiqlaliyyətə qovuşmasında müstəsna rol oynayıb. Azərbaycan xalqı 1918-ci ildə onun azadlıq mücadiləsinə qoşularaq canlarından keçmiş yüzlərlə türk şəhidinin xatirəsini daim uca tutur, misilsiz fədakarlığını böyük ehtiramla yad edir. Eyni zamanda, 1915-ci il Çanakqala döyüşlərində iştirak etmiş azərbaycanlı könüllülərin göstərdiyi şücaət də türk xalqının yaddaşında silinməz iz buraxıb.

 

XX əsrin sonlarında dünyada gedən mürəkkəb siyasiiqtisadi proseslər fonunda Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra iki ölkə arasındakı münasibətlər yeni məzmun kəsb etməyə başladı. 1991-ci ildə Azərbaycanın Dövlət Müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktını alqışlayan ilk dövlət də məhz Türkiyə Respublikası oldu. Müstəqilliyin möhkəmləndirilməsi, respublikanın iqtisadi gücünün artırılması və beynəlxalq aləmlə siyasi əlaqələrin qurulması üçün etibarlı tərəfdaşların dəstəyinə böyük ehtiyac duyulurdu və Azərbaycan ən çətin günlərində belə bir dəstəyi Türkiyədən aldı. Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra iki qardaş ölkə arasında münasibətlər daha uğurla inkişaf etməyə başladı. Tarixi yaxınlığa, dindil birliyinə əsaslanan əlaqələr eyni zamanda müasir siyasiiqtisadi reallıqlar nəzərə alınmaqla möhkəmlənməkdədi. Azərbaycan və Türkiyə yalnız etnik, mədəni, mənəvi deyil, həm də siyasiiqtisadi baxımdan etibarlı müttəfiqdirlər. Regionu əhatə edən mühüm layihələrdə bu iki dövlətin birgə iştirak etməsi, eyni zamanda, beynəlxalq müstəvidə əlaqələrin gücləndirilməsi Bakı ilə Ankara arasında qarşılıqlı etimadın yüksək səviyyədə olduğunu söyləməyə əsas verir.

Azərbaycan-Türkiyə münasibətlərində bu gün diasporlararası əməkdaşlıq da özünü yaxşı mənada göstərir. Müntəzəm olaraq bir araya gələn hər iki ölkənin diaspor rəhbərləri birgə mübarizə taktikası, oxşar maraqlarümumtürk problemlərini müzakirə edir, müvafiq qərarlar qəbul edirlər. Diaspor təşkilatları müasir qloballaşmainteqrasiya şəraitində qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsi və inkişafı məqsədilə səmərəli müzakirələr apararaq bir sıra mühüm amilləri əsas götürürlər. Bu sırada Azərbaycan xalqının və türk xalqının ortaq mədəniyyətə, tarixə, vahid etnik mənşəyə malik olduğu, xalqlarımızı bir-birinə bağlayan çoxəsrlik qardaşlıq ənənələrinin mövcudluğu, müasir şəraitdə Azərbaycan xalqının və türk xalqının ortaq milli maraqlarını, Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı dostluq, qardaşlıq və strateji əməkdaşlıq münasibətləri, qloballaşma prosesi kontekstində türkdilli xalqlar arasında əlaqələrin daha da möhkəmləndirilməsi zərurəti əksini tapır. Eyni zamanda diaspor təşkilatları Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təsisatlar tərəfindən qəbul edilmiş beynəlxalq hüquqi aktlardan irəli gələn öhdəlikləri, regionun ictimai-siyasiiqtisadi həyatında Azərbaycan Respublikasının və Türkiyə Respublikasının aparıcı rolunu, regionda sülh və təhlükəsizliyə qarşı yönəldilmiş təhdidlərə qarşı birgə mübarizənin vacibliyini, Azərbaycan və Türkiyə dövlətlərinin strateji inkişafında oxşar prioritet istiqamətləri xüsusi nəzərə alırlar. 2006-cı ilin mart ayında Bakı şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının II Qurultayında qəbul olunmuş «Azərbaycan və Türk diaspor təşkilatlarına müraciət»dən irəli gələn vəzifələri də əsas götürülür. Eyni zamanda 2006-cı il iyun ayının 7-də Türkiyə Respublikasının Antalya şəhərində imzalanmış «Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası»nın hazırlanmasına dair Razılıq Protokolunun müddəaları, ortaq maraqlar naminə gələcəkdə də birgə fəaliyyətin genişləndirilməsi zərurəti daim hər iki ölkənin diaspor təşkilatları tərəfindən nəzərə alınır.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 18 aprel.- S.15.