Diasporun yaranması və

formalaşmasına təsir edən amillər

 

Diaspor” termini “diaspersiya” termini ilə sinonimlik məzmunu daşıyır. Bununla yanaşı, “yayılma”, “səpələnməmənasını verəndiospersiyaanlayışı ilədiasporterminini fərqləndirmək lazımdır. Ekspert Yəhya Babanlı deyir ki, disapersiyadan fərqli olaraqdiasporanlayışı daha geniş mənanı ifadə edir, siyasi, iqtisadi, sosial mədəni cəhətlərlə fəaliyyətlə daha sıx bağlıdır:

“Bu sahənin bir çox tədqiqatçılarının fikri üst-üstə düşür diaspor terminini aşağıdakılarla oxşar hesab edirlər. Diasporun yaranması formalaşması üçün mütləq etnik qrupun xalqın tarixi vətənlərinin olması vacib şərtlərdən biri hesab olunur. Fikrimizcə, sağlam xarakterli diaspor həm mövcud olduğu, ikinci vətən seçdiyi ölkənin vətəndaşları, həm özü kimi orada mühacirət həyatı yaşayan digər millətlərin nümayəndələri ilə əlaqələr yaratmalı, münasibətlər qurmalı, ictimai mübadilə zəminində mədəniyyətləri qovuşdurmalı, dövlətlərarası münasibətlərin inki-şafına öz töhfəsini verməlidir”. Ekspertin sözlərinə görə, diasporun hüquqi təyinatı olmur. Ona görə ki, bu məfhum tarixi şəraitdən asılıdır: “Lakin diaspor icmalarının hamısı etno-mədəni rabitə rolunu oynayan statusa malik birliklərdir. Belə ki, “öz-özlüyündə diaspor münaqişə, yaxınlaşma faktoru ola bilməz. Diaspor qarşısına qoyduğu məqsəddən asılı olaraq ya iqtisadi marağı olan nüfuzlu şəxslər, ya da siyasi liderlər tərəfindən qurulur. Onların hər ikisi çalışır ki, öz etnik qrupuna mədəniyyəti, dilini qoruyub saxlamaqda, inkişaf etdirməkdə kömək etsin, yaxud da öz şəxsi maraqlarını güdərək başçılıq etdiyi diasporun köməkliyi ilə istəklərinə nail olsun. Diaspor siyasi yöndə əsas dövlətlərarası diplomatik münasibətlərə sosial-mədəni sahəyə müəyyən  düzən verən, əlaqələndirici missiya daşıyan, imic yaradan amildir. Bu baxımdan diaspor anlayışı ilə bağlı daha iki baxış qeyd etmək lazımdır. Birincisi,  diasporun mənşəyi hərfi tərcüməsi baxımından qəbul olunması şərh olunması.  Bu anlayışın öz ölkəsinin, xalqının maraq mənafelərinə ardıcıl şəkildə xidmət edən qüvvə faktoru, hərəkətdə fəaliyyətdə olan institut qurumlar şəbəkəsi kimi təsəvvür edilməsi. Bu baxımdan rusiyalı mütəxəssis T. Poloskovanın diasporla bağlı irəli sürdüyüüç üstəgəl üçnəzəriyyəsi təqdirəlayiq hesab oluna bilər. Bunlardan birincisi - təşkilatçılıq, ikincisi - elm, üçüncüsü isə liderin siyasi mədəniyyətidir. Modellərdən - birinci qeyri-vətənpərvər, ikinci həmvətənlərin azadlığı hüquqlarının müdafiəsi, üçüncü isə paternalist (diasporun potensialını milli maraqların müdafiəsi dövlətlərarası münasibətlərin inkişafında istifadə etmək) yanaşmadır. Burada üç məqamı, cinsi, etnik dövlət amilini mütləq nəzərə almaq lazımdır. Yer kürəsində mövcud olan xalqların ayrı-ayrı ölkələrdə azsaylı ya çoxsaylı diasporu var onlar mənsub olduqları dövlətlərin siyasətinin müəyyən təsiri altında öz fəaliyyətlərini qururlar. Lakin, ümumi qəbul edilmiş diasporlar vardır ki, onlar digərlərindən öz fəaliyyətlərinə görə tam fərqlənirlər. Bu diasporlar dünyada klassik diasporlar kimi qəbul edilirlər. Onların güclü sosial bazası təşkilatları mövcuddur. Onların sırasına yunan, yəhudi, hind, çin, erməni icmaları daxildir. Onlar yaşadıqları dövlətlərin ictimai-siyasi həyatına təsir göstərməklə, müxtəlif təşkilatlar, birliklər, konqreslər vasitəsilə beynəlxalq hüququn subyektinə çevrilməklə yanaşı, beynəlxalq aləmdə söz sahibi hesab edilirlər”.

Yəhya Babanlı qeyd edir ki, XXI əsrdə dəyişən dünya mənzərəsi milli bəşəri problemlərin həllinə başqa tərzdə, daha iti ağılla yanaşmanı tələb edir: “Bir çox tədqiqatçı alimlər, tarixçilər, sosioloqlar politoloqlar bir məsələdə həmfikirdirlər ki, əgər milli müxtəliflik insanlığın sonrakı inkişafı üçün katalizator rolunu oynayırsa, onda nəyə görə bu katalizatordan dünyada sosial, mədəni, iqtisadi, siyasi, ekoloji s. vəziyyətin stabilliyi üçün istifadə olunmasın? Söhbət ondan gedir ki, ikitərəfli çoxtərəfli münasibətlərin yaxşılaşdırılması insanların qarşılaşdığı qlobal problemlərin həllində əsas faktorlardan biri olmalıdır. Bu cür yanaşma orijinallığı ilə seçilməsə , lakin onun səmərə verəcəyi labüddür. Bunun reallığı öz aralarında bir-biri ilə sıx bağlılığı olan yuxarıda sadalanan iki qrup məsələnin birgə fəaliyyətində öz əksini tapır. Fikrimizcə, tarix elmləri doktoru M. Seyidbəylinin bu fikri ilə razılaşmamaq çətindir. Diasporun ən mühüm mahiyyət funksional xüsusiyyətlərindən biri onun sosial vasitəçiliyə meyl göstərmək bacarığıdır. Yadlaşma, özgələşmə kompleksindən uzaq olan diaspor yaradıcılığı sosial mühitə real baxır, xarici daxili əlaqələrin bir növ gövdəsini yaradır. Diasporun etnoslararası münasibətlərdə iştirakı onu məhz köçmüş qrup kimi etnoslararası mədəniyyətlərarası kommunikasiya vərdişlərini şərtləndirir”. Bu gün dünyada gedən qlobal proseslərin müzakirəsində siyasi yolla yanaşı, ictimai rəy çox mühüm əhəmiyyət kəsb edir. Belə ki, gündəmdə olanbeynəlxalq icma”, “xalq diplomatiyasımahiyyəti daşıyan diaspor fəaliyyəti xalqlararası əlaqələrin yaranmasında dövlət-lərarası münasibətlərin inkişafındavasitəçistatusu qazanmışdır. Bunları nəzərə alaraq bir mənalı şəkildə deyə bilərik ki, bu fəaliyyət, yəni diaspor amili milli özünəməxsusluğun, dövlət maraqlarının qorunmasında, xalqların mənafeyinin həyata keçirilməsində, onlar haqqında müəyyən imicin formalaşmasında obyektiv vasitə kimi istifadə olunarsa qloballaşmaya, etnik-mədəni müxtəlifliyin qorunub saxlanılmasında, sivilizasiyalararası dialoqun inkişafında mədəniyyətlərarası əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynaya bilər.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 18 aprel.- S.15.