Şərqi Avropada təhsil alan

gənclərin diaspora həyatında rolu

 

Mürəkkəb qlobal siyasi və iqtisadi proseslərin cərəyan etdiyi müasir dünyada Azərbaycanın milli maraqlarının qorunmasında diaspor təşkilatlarının da üzərinə böyük vəzifələr düşür. Bu baxımdan Azərbaycan diasporunun müasir dövrümüzdə daha da inkişaf etməsi üçün gənclərin də bu prosesə dəstək verməsi, diaspora və lobbiçilik işində yaxından iştirak etməsi olduqca vacibdir. Xüsusilə, xarici ölkələrdə təhsil alan gənclərimiz bu gün diasporumuzun potensial qüvvəsi sayıla bilər. Sevindirici hal ondan ibarətdir ki, bu gün xarici ölkələrdə təhsil alan gənclərimizlə yaxından işləyən, onları bu prosesə cəlb edən onlarla təşkilat, şəbəkə mövcuddur. Belə təşkilatlardan biri də “Şərqi Avropada Təhsil Alan Azərbaycanlı Tələbə və Məzunlar” İctimai Birliyidir.

İctimai Birlik Şərqi Avropada oxuyan tələbələri şəbəkələndirmə, ölkələr arasında münasibətlərin genişləndirib, gücləndirilməsinə töhvə vermək, Azərbaycan tarixinin və mədəniyyətinin təbliği, tarixi həqiqətlərin Şərqi Avropaya çatdırılması, dövlət əhəmiyyətli müxtəlif tədbirlərin, forumların keçirilməsini başlıca fəaliyyət istiqamətləri seçib.

“Şərqi Avropada Təhsil Alan Azərbaycanlı Tələbə və Məzunlar” İctimai Birliyinin baş katibi, beynəlxalq əlaqələr və siyasi elmlər üzrə fəlsəfə doktoru Tural Hümbətov deyir ki, EEASA “Şərqi Avropada Təhsil Alan Azərbaycanlı Tələbə və Məzunlar” İctimai Birliyi 6 ildən artıqdır ki, müxtəlif istiqamətlərdə fəaliyyət göstərir: “Nəhayət ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyat keçməyə qərara gəldik və vahid mərkəz şəklində fəaliyyətə başladıq. “Şərqi Avropada Təhsil Alan Azərbaycanlı Tələbə və Məzunlar” İctimai Birliyi bir sıra ölkələrdə təhsil alan və təhsilini bitirmiş fəal gənclərin aktiv ictimai mövqeyi və fəaliyyəti nəticəsində ərsəyə gələn bir təşkilatdır. Bildiyimiz kimi, Şərqi Avropa regionu soydaşlarımızın ölkə xaricində ən çox yaşadığı regiondur, bura Slavyan, Balkan ölkələri, Türkiyə regionlarını aid edirəm. Bir sıra soydaşlarımız təhsillərini bitirdikdən sonra təhsil aldıqları ölkələrdə qalır. Digərləri daha başqa ölkələrə üz tutur, bəziləri isə vətənə qayıdır. Bizim məqsədimiz bu insanlar arasında davamlı bağlılıq yaradıb, vahid struktur şəklində ölkəmizin ən yaxşı şəkildə təqdim olunması üçün şərait yaradmaq, ölkəmiz haqqında mövcüd neqativ, doğru olmayan stereotipləri aradan qaldırmaqdır. Bu illərdə bizə heç bir maddi maraqları olmayan insanlara və dövlətimizə təşəkkürümü bildirmək istərdim. Sözün əsl mənasında hərtərəfli dəstək hiss etməkdəyik. Xüsusilə çoxhörmətli cənab prezidentimizin dəstəyini, Gənclər və İdman Nazirliyi tərəfindən göstərilən qayğıda hiss etməmək mümkün deyil. Bizdə öz borcumuzu, azərbaycanlıların ən sıx yaşadığı regionda milli maraqları təmsil etməkdə, bəzi neqativ qüvvələrin gəncləri destruktivliyə çəkməsindən qorunmaq üçün koordinasya olunmaqda görürük”. İctimai Birliyin baş katibi fəaliyyət göstərdikləri müddət ərzində həyata keçirdikləri layihələr barədə də danışıb: “Həyata keçirdiyimiz layihələrimiz həddindən çox olduğuna görə ən möhtəşəm layihələr haqqında məlumat vermək istərdim. Bunların arasında Bakıda Şərqi Avropa ölkələrindən məzun olmuş tələbələr üçün karyera mərkəzinin açılması, Ukraynanın paytaxtı Kiev şəhərində 26 fevral Xocalı soyqırımı günü şəhərin İcra hakimiyyətindən rəsmi icazəsi olmaqla böyük miqyaslı fleşmobun keçirilməsini qeyd etməyə bilmərəm. Ukraynada yaşayan fəal  gənc, Ukrayna elminin tanınmış simalarından olan fəlsəfə dotoru Azər Əliyevin bu layihədə göstərdiyi fədakarlıq o zaman tələbələrimizi heyrətə gətirmişdir. Eləcə də Minsk şəhərində gənc fəalların vahid şəkildə fəaliyyət göstərməsi erməni lobbisini o qədər qıcıqlandırmışdı ki, ordakı daşnaklar əlindən gələni edərək gənc istedad Orxan Muxtarlını təhsil aldığı universitetdən ixrac olunmasına nail olmuşdular. Nəticədə Orxanın istedadı və bizim səylərimizlə o, daha üstün universitet tərəfindən təhsil almağa dəvət olunmuşdu. Bundan başqa Bakıda  Malayziya, Belarus, Ukrayna, Kıprps Türk Cumhuriyyəti və Serbyadan bir sıra mütəfəkkirlər, rektorlar və gənc fəalların qatıldığı elmi seminar məncə ən uğurlu nailiyyətlərimizdəndir. Bilirsiniz ki, dünyada gedən qloballaşma prosesləri ilə ayaqlaşmamaq mümkün deyil. Ona gör4ə də biz yalnız tələbə təşkilatı deyilik, eyni zamanda məzun təşkilatı sayıldığımızdan və məzunlarımızın Yaponya, Çin, Korea, Amerika, Kanada, Malayziya, Avstarlya,  Sinqapur, Yeni Zellandiya kimi ölkələrdə fəaliyyət göstərməsindən istifadə etməmək məncə böyük itki olardı. Azərbaycan gənc, qüdrətli və möhtəşəm ölkədir və biz onu tanıtdırmaq yolunda heç bir sərhəd tanımaq istəmirik. Məsələn bir müddət əvvəl üzvlərimiz Nyu Yorkda BMT baş qərargahında oradaki stajçılar üçün kiçik məlumatlandırma aksiyası təşkil etmişdi. Gələcək planlara gəlincə isə, planlarınız çoxdur. Yeni bir şüarımız “Lobbiçilik işimizdə diversifikasiya”dır. Yani qeyri standart, insanlara maraqlı olacaq yollarla ölkəmizi tanıdmaqdır. Şəxsən mənim fikrim budur ki, nə ediriksə edək əsas həmişə pozitiv olmaqdır. Bu il üçün bir sıra beynalxalq təşkilatlarla birlikdə həyata keçirəcəyimi layihələr var. Bildiyiniz kimi Fransada soydaşlarımıza qarşı vəhşi davranış olmuş, tələbə fəalımız və gənc xanın fəala qarşı aqressiya tərbiq olunmuşdu. Tarixdən bilirik ki, demokratiya anlayışının inkişafında fransız mütəfəkkirlərinin rolu danılmazdır. Günümüzdə Fransa dövləti dünyada insan hüqüqlarının müdafiəçisi kimi dünyəvi imic qazanmaqdan ötrü bir çox addımlar atır və dünya çapında özünü məhz “hüquqları tapdanmış” millətlərin dostu, arxa dirəyi kimi qələmə verir. Bu mülahizələrdən sonra Fransa Milli Assambleyasında Fransadakı Erməni Məsələləri Bürîsunun təşkilatçılığı, Fransadakı erməni icmasının nümayəndələri və parlamentinin bir neçə deputatının iştirakı ilə “Sumqayıt hadisələrindən 25 il sonra; hazırkı vəziyyət və Dağlıq Qarabağ xalqı üçün gələcək perspektivlər” adlı tədbirin keçirilməsi bu ölkəyə yanaşmada istər-istəməz çaşqınlıq yaradır. Əvvəla “Dağlıq Qarabağ xalqı” üçün gələcək perspektivlər sözü absurddur.. Dünyada demokratiyanı önə çəkən bir dövlət Fransa Milli Assambleyasında hansı perspektivdən danışa bilər ki, əgər burda Azərbaycan və Azərbaycan xalqının mənafeyi nəzərə alınmır. İkinci məsələ azərbaycanlı tələbələrə hər kəsin o cümlədən məhz Fransa senatorlarının gözü qarşısında hücum olunması və bunun qarşısını almaqdan ötrü onların fəaliyyətsizliyi. Bu məqamda da 2 məsələ çox qəribədir. Birincisi, ümumdünya insan haqqları Bəyannaməsinin müqəddiməsində oxuyuruq: “Bəşəriyyət dediyimiz bir ailənin bütün üzvlərinin ləyaqətinə, onların bərabər və ayrılmaz hüquqlarına hörmət etmək azadlığın, ədalətin və ümumi sülhün əsasını təşkil edir”. Tələbələrə öz mövqelərini bildirdiklərinə görə hücum etmək, onları döymək doğru yanaşma deyil. O  ki, qalsın bunun məhz demokratiya işində sinəsinə döyən bir dövlətdə baş verməsinə. İkinci məsələ isə ermənilərin yenə də öz iç üzlərini göstərmələri oldu. Özünü qafqazlı adlandıran bir xalq üçün qadına əl qaldırmaq ən şərəfsiz işdir. Lakin elə məhz 22 il öncə necə ki, Xocalı faciəsini törədərkən qadın, qoca, uşaq deməyib hər kəsi süngüdən keçirdilər. Eyni ilə də 26 fevral 2013-cü ildə Mirvari xanim Fətəliyevaya hücum etdilər. Xülasə Xocalıya hücum edənlər hərbçilər idi. Mirvari xanıma ki, hərbçilər hücum etmədilər. Bu insanlar xalqın siravi nümayəndələri idilər.“Şərqi Avropada Təhsil Alan Azərbaycanlı Tələbələr və Məzunlar” ictimai birliyi olaraq biz bu hadisədən dərin  üzüntümüzü bildiririk”. Şərqi Avropada Təhsil Alan Azərbaycanlı Tələbələr və Məzunlar” ictimai birliyinin baş katibi gənclər siyasəti və gənclərə göstərilən dövlət qayğısı barədə də danışıb. Bildirib ki, muasir dövrdə möhtərəm prezidentimiz İlham Əliyevin uğurlu gənclər siyasətinin məntiqli nəticəsi kimi Azərbaycan gənclərinin Azərbaycanımızın təbliğatı işində rolu artmışdır: “Azərbaycanımızın təbliğatı və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində belə hadisələrin olması isə savadlı Azərbaycan gənclərinin həyatlarının riskdə olmaları anlamına gəlir və bu da demokratik, insan haqqları qorunan ölkələrdə yol verilməzdir. Bu səbədən Fransa dövlətindən azərbaycanlı tələbələrə qarşı olan aqressiyanın pislənməsini və günahkarların cəzalandırılmasını və gələcəkdə iki dövlət arasında münasibətlərə ləkə gətirə biləcək bu cür hadisələrin təkrarlanmaması üçün tam dürüst mövqe ortaya qoymaqlarını gözləyirik”.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 19-21 aprel.- S.15.