Arxada qalan bahar

 

Zərifə xanım yenə qohum-əqrəbalarını, yoldaşlarını, həmkarlarını, sözsüz ki, bir də balalarını bir araya toplayacaq

 

İrəvanda dünyaya gəlib. Sadə irəvanlı ailəsindəndi. Uşaqlığını bilənlər deyirdilər ki, balaca qızın qara gözlərinin anlatdığı bir işıqlı gələcək öyküsü vardı. Hələ kiçik ikən zəka qavramının ən kiçik qəliblərinə belə yığıldığı nəhəng elm günəşi parlayırdı. Kitablara olan marağı ilə yanaşı İrəvanın – o qədim Azərbaycan torpağının təbiət anasının rəngarəng çalarları da təsir edirdi. O, böyüyür, dəyişir. Başqalaşırdı. Xalqına bağlıydı da. Onu sevirdi, çox sevirdi. Elmini, düşüncəsini, bütünlükdə özünü həsr etmişdi xalqına. Xalqına layiq övlad olmaq hər adama nəsib olmur. Zərifə Budaqovadan danışırıq. Zərifə Budaqova AMEA-nın müx­bir üz­vü, aka­de­mik, akademiyanın Dil­çi­lik İnsti­tu­tu­nun ilk qa­dın di­rek­to­ru ol­ub. Zi­ya­lı sö­zü hər adama qismət olmur. Elm tiranı idi. Elmi ilə yanaşı Zərifə xanım bir də ana idi. Tanrı nurunu gözlərində, ilahiyyatın ülvi məhəbbətini laylasında şirinləşdirən analardandı. Əsl ana və ziyalı qadın… İkisi bir yerdə - Zərifə Budaqova. Hələ üstünə gözəl insan, bax belə idi Zərifə xanım. Heç vaxt ölmədi. Yaşadı, əbədi yaşar insanlara tarixin az-az səhifələrində rast gəlmək olur. Zərifə Budaqova da belələrindən biridir. 1989-cu il­də ömrünün 60-cı səhifəsində Tanrı kitabını bağladı. Zərifə xanım dünyadan köçmüşdü, ölümsüz olaraq. Beləcə əbədi yaşar oldu o. Çünki Zərifə xanım çəkib gedəndə arxasında səsi, böyük bir kitab cəbbəxanası qoymuşdu. Ölümsüzlüyünün 85-ci ilini yaşayır. Yubileyinə hazırlaşır Zərifə xanım. Hamını bir yerə toplayacaq. Qohum-əqrəbaları, iş yoldaşları, həmkarları, sözsüz ki, bir də balalarını bir araya toplayacaq. Ömrünün 85-ci baharında sevinəcək.  

 

Həyatı

 

1929-cu il­də İrə­van şə­hə­ri­nin Də­mir­bu­laq mə­həl­lə­sin­də ana­dan olan Zə­ri­fə İs­ma­yıl qı­zı Bu­da­qo­va (Əli­ye­va) gəncli­k illərində şəhərdə çıxan erməni fitnəsinə görə doğma yurdundan didərgün düşüb. Sadə azərbaycanlı ailəsində doğulan Zərifə xanım 1946-cı il­də ali məktəbə qəbul olur. Zərifə xanım qızların təhsil almasının qarşısında əngəl olduğu dövrlərdə həmin səddi aşaraq tələbə adını qazanıb. O, 1946-cı il­də İrə­van Pe­da­qo­ji Mək­tə­bi­ni bi­ti­rə­rək hə­min il­də İrə­van Pe­da­qo­ji İnsti­tu­tu­nun azər­bay­can­lı böl­mə­si­nin fi­lo­lo­ji fa­kül­tə­si­nə da­xil olur. La­kin 1948-ci il­də Er­mə­nis­tan­dan de­por­ta­si­ya olu­nan Zə­ri­fə xa­nım təh­si­li­ni Azər­bay­can Pe­da­qo­ji İnsti­tu­tun­da da­vam et­di­rə­rək 1950-ci il­də ora­nı bi­ti­rir. Azər­bay­can EA Dil­çi­lik İnsti­tu­tu­nun as­pi­ran­tu­ra­sı­na da­xil olan Zə­ri­fə Əli­ye­va (Bu­da­qo­va) təh­si­li­ni Moskva­da da­vam et­di­rir. O,1953-cü il­də Moskva­da na­mi­zəd­lik, 1963-cü il­də dok­tor­luq dis­ser­ta­si­ya­la­rı mü­da­fiə edib. Zə­ri­fə xa­nım azər­bay­can­lı qa­dın­lar ara­sın­da ilk fi­lo­lo­gi­ya elmlə­ri na­mi­zə­di və dok­to­ru olub. 1955-ci il­də Dil­çi­lik İnsti­tu­tun­da Mü­a­sir Azər­bay­can dil­çi­li­yi şö­bə­si­nin mü­di­ri tə­yin edilr və öm­rü­nün so­nu­na­dək hə­min şö­bə­yə rəh­bər­lik edir. 1980-ci il­də Zə­ri­fə xa­nım Azər­bay­can SSR Elmlər Aka­de­mi­ya­sı­nın müx­bir üz­vü, 1987-ci il­də Dil­çi­lik İnsti­tu­tu­nun di­rek­to­ru se­çi­lir. Z.Bu­da­qo­va 150-dən ar­tıq əsə­rin mü­əl­li­fi­dir. Onun rəh­bər­li­yi ilə 10 elmlər dok­to­ru, 25 elmlər na­mi­zə­di ye­ti­şib. Bö­yük ali­min rus di­lin­də yaz­dı­ğı "Qram­ma­ti­ka azer­baydjansko­qo ya­zı­ka" mo­noq­ra­fi­ya­sı bir sı­ra xa­ri­ci dil­lə­rə tər­cü­mə edi­lib.

 

Fəaliyyəti

 

Azər­bay­can Pe­da­qo­ji Uni­ver­si­te­ti­nin fi­lo­lo­gi­ya fa­kül­tə­si­nin de­ka­nı, ta­nı­nan dil­çi alim, pro­fes­sor Bu­lud­xan Xə­li­lov Z.Bu­da­qo­va haq­da xa­ti­rə­lə­rin­də ya­zırdı: “Zərifə xanım ib­rət gö­tü­rü­lə­si, Azər­bay­ca­nın gör­kəm­li dil­çi alim­lə­rin­dən bi­ri ol­ub. O, öm­rü­nü Azər­bay­can di­li­nin öy­rə­nil­mə­si­nə və təd­qi­qi­nə həsr edib. Be­lə bir mü­qəd­dəs və nə­cib iş onu fi­lo­lo­gi­ya elmlə­ri dok­to­ru, pro­fes­sor, Azər­bay­can SSR Elmlər Aka­de­mi­ya­sı­nın müx­bir üz­vü (in­di­ki AMEA-nın) ki­mi şə­rəf­li ad­la­ra ucal­dıb”. Pro­fes­sor­lar­dan tür­ko­loq Mə­hər­rəm Er­gin, Sa­dət­tin Bu­luc, Zey­nəb Qorxmaz və di­gər­lə­ri pro­fes­sor Zə­ri­fə Bu­da­qo­va­nın ya­ra­dı­cı­lı­ğı­na, araş­dır­ma­la­rı­na xü­su­si eh­ti­yac olan təd­qi­qat­lar ki­mi ya­na­şıb­lar. Onun əsər­lə­ri­nin əhə­miy­yə­ti­ni dil­çi­lə­ri­miz hə­mi­şə də­yər­lən­di­rib və yük­sək qiy­mət ve­rib. Vax­ti­lə pro­fes­sor­lar­dan Ağa­mu­sa Axun­do­vun çap et­dir­di­yi "Va­cib nitq mə­də­niy­yə­ti mə­sə­lə­si", Afad Qur­ba­no­vun "Za­ma­nın tə­ləb­lə­rin­dən do­ğan ki­tab", Mi­rə­li Se­yi­do­vun "Tür­ko­loq­la­rın IV konqre­sin­də", Məm­məd Qa­sı­mo­vun "Ya­zı­mı­zın nöq­tə­si­nə də, ver­gü­lü­nə də fi­kir ve­rək" və s. mə­qa­lə­lə­ri Zə­ri­fə xa­nı­mın təd­qi­qat­la­rı­na ve­ri­lən yük­sək qiy­mət­dir. Zə­ri­fə xa­nım hə­mi­şə döv­ri mət­bu­a­tın diq­qət mər­kə­zin­də olub, dil­çi­nin özü və təd­qi­qat­la­rı ba­rə­sin­də yüz­lər­lə mə­qa­lə­lər çap edi­lib. Zə­ri­fə xa­nım Bu­da­qo­va­nın XX əsrdə tür­ko­lo­gi­ya el­mi­nin ən par­laq si­ma­la­rın­dan bi­ri ki­mi gö­rün­mə­si sö­zün hə­qi­qi mə­na­sın­da bö­yük bir iş­dir. 60 il­lik öm­rü­nün bö­yük bir his­sə­si­ni həsr et­di­yi tür­ko­lo­gi­ya el­mi çox cə­fa­lı, çox çə­tin bir sa­hə ki­mi gör­kəm­li ali­min zə­rif, mər­hə­mət­li qəl­bi­nin işı­ğın­da özü­nün ye­ni si­ma­sı­nı təs­diq­lə­yib. Ən yük­sək yer­lər­dən hər za­man sə­si gə­lər­di onun. Araş­dır­ma­mız nə­ti­cə­sin­də mə­lum ol­du ki, Z.Bu­da­qo­va­nın Azər­bay­can dil­çi­li­yi­nin və tür­ko­lo­gi­ya­nın ak­tu­al prob­lem­lə­ri­nə da­ir ümu­mit­ti­faq və res­pub­li­ka nəşrlə­rin­də say­sız-he­sab­sız el­mi əsə­ri çap olu­nub. Azər­bay­can di­li­nin qram­ma­ti­ka­sı­nın bir çox mü­hüm nə­zə­ri-el­mi prob­lem­lə­ri ilk də­fə Z.Bu­da­qo­va tə­rə­fin­dən təd­qiq olu­na­raq həll edi­lib. Onu da öy­rən­dik ki, o, həm­çi­nin, 3 cildlik "Azər­bay­can di­li­nin qram­ma­ti­ka­sı" fun­da­men­tal əsə­ri­nin apa­rı­cı mü­əl­lif­lə­rin­dən və re­dak­tor­la­rın­dan bi­ri­dir. Zə­ri­fə Bu­da­qo­va­nın el­mi ya­ra­dı­cı­lı­ğın­da həm­çi­nin türk dil­lə­ri qram­ma­ti­ka­sı­nın mor­fo­lo­gi­ya, sin­tak­sis və üs­lu­biy­yat ki­mi sa­hə­lə­ri­nə aid bir sı­ra mə­sə­lə­lər də öz ob­yek­tiv el­mi şər­hi­ni ta­pıb. Bu bö­yük ali­min çox­şa­xə­li el­mi ir­si­nin mü­əy­yən bir qis­mi Azər­bay­can dil­çi­li­yi­nin dil ta­ri­xi, di­a­lek­to­lo­gi­ya, dil əla­qə­lə­ri (xü­su­sən də Azər­bay­can və er­mə­ni dil­lə­ri­nin qar­şı­lıq­lı əla­qə­si), həm­çi­nin ümum­tür­ko­lo­ji prob­lem­lər ki­mi sa­hə­lə­ri­ni əha­tə edir. Onun təd­qi­qat­la­rı­nın Azər­bay­can dil­çi­li­yi­nin in­ki­şa­fı­na önəm­li tə­si­ri olub. Bu el­mi araş­dır­ma­lar­da­kı mə­sə­lə­lə­rin qo­yu­lu­şu ak­tu­al­lı­ğı, el­mi ye­ni­li­yi, prob­le­ma­ti­ka­sı, el­mi mü­ha­ki­mə­lə­ri­nin də­rin­li­yi ilə, yük­sək dil­çi pro­fes­si­o­nal­lı­ğı ilə diq­qə­ti çə­kir. Ali­min mo­noq­ra­fi­ya­la­rı, ki­tab və dərslik­lə­ri, baş­qa el­mi əsər­lə­ri on­lar ba­rə­sin­də ya­zıl­mış bir çox re­sen­zi­ya və rəy­lər­də özü­nün yük­sək, ob­yek­tiv və la­yiq­li qiy­mə­ti­ni alıb. Bü­tün bun­lar bir da­ha gös­tə­rir ki, onun zən­gin el­mi ir­si Azər­bay­can dil­çi­li­yi­nin mü­va­fiq sa­hə­lə­rin­də ye­ni-ye­ni is­ti­qa­mət­li araş­dır­ma­la­rın ya­ran­ma­sı­na, dil­çi­li­yi­miz­də tam öy­rə­nil­mə­miş möv­zu­la­rın ma­hiy­yə­ti­nin aş­kar­lan­ma­sı­na el­mi sti­mul ola­caq. O, bir çox bey­nəl­xalq, ümu­mit­ti­faq miq­yas­lı, res­pub­li­ka sə­viy­yə­sin­də sim­po­zi­um, konfrans, mü­şa­vi­rə və el­mi ses­si­ya­lar­da Azər­bay­can Elmlər Aka­de­mi­ya­sı­nı təm­sil edib, hə­min yı­ğın­caq­lar­da ma­raq­lı mə­ru­zə və mə­lu­mat­la­rı ilə öl­kə­nin və ey­ni za­man­da dün­ya­nın tür­ko­lo­ji ic­ti­ma­iy­yə­ti­nin bö­yük nü­fu­zu­nu qa­za­nıb. Məh­sul­dar el­mi-pe­da­qo­ji fə­a­liy­yə­tini bu gün qı­zı Se­vinc Bu­da­qo­va davam etdirir. Z.Budaqova aka­de­mik Bu­daq Bu­da­qo­vun hə­yat yol­da­şı olub. Bu bahar da Zərifə xanımsız arxada qalır. Çünki o həmişə irəlidədir. Bizdən qabaq yaşayıb o, bu baharı. 85 yaşın mübarək, Zərifə xanım!

 

Mənsur Rəğbətoğlu

 

Olaylar.- 2014.- 19-21 aprel.- S. 11.