Azərbaycan və türk diasporunun birgə

fəaliyyəti erməni lobbisini narahat edir

 

İki əsrədək müstəmləkəçilik siyasətinin sərt idarəçilik sistemi altında yaşamağa məcbur edilən bir sıra türk xalqları — Azərbaycan, Qazax, Türkmən, Özbək və Qırğızlar keçən əsrin axırlarında SSRİ-nin dağılması ilə dövlət müstəqilliyini qazandı. Yeni tarixi situasiya Türkiyəyə yenicə istiqlaliyyətə qovuşan ölkələrlə əlaqə qurmaq, onlarla əməkdaşlığı genişləndirmək və tədricən türk dövlətləri birliyinin əsaslarını qoymaq imkanları yaradırdı. Bu tarixi missiyanı hayata keçirməyin ilk təməli Türkiyənin mərhum Prezidenti Turqut Özalın dövründə qoyuldu.

Aparılan təhlillər göstərir ki, bu siyasət Türkiyənin həm qardaş dövlətlərdə güclənməsi, həm də onların Qərb dünyası ilə münasibətlərinin yaradılmasına əlverişli şərait yaratmaq . Amma bu, Avropanın regional, Birləşmiş Ştatların qlobal siyasətinin bölgədəki niyyətlərini həyata keçirilməsi ilə üst-üstə düşmürdü. Bu baxımdan dünyanın hansı nöqtəsində yaşamasından, siyasi mənsubiyyətindən, dünyagörüşündən, vəzifəsindən və ictimai mövqeyindən asılı olmayaraq, özünü türk kimi dərk edən hər bir şəxs üçün türk dünyasının birliyi ən ali ideallar sırasında dayanır. Son illər aparılan məqsədyönlü tədbirlərin nəticəsi olaraq isə Azərbaycan və türk dövlətlərinin icmaları bu birliyin yeni formulunu yaradırlar. Prezident İlham Əliyevin Türk Dövlət və Cəmiyyətlərinin X Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayında söylədiyi kimi, “Biz hücuma keçməliyik”. Təcrübə göstərir ki, müdafiə geriliyə, ətalətə sürükləyir. Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyətinin qayəsində məhz bu şüar dayanacaq.  Ekspertlər hesab edirlər ki, xarici ölkələrdə məskunlaşmış türk xalqları arasında ortaq mənafe naminə əlaqələrin qurulması da bu gün xüsusən əhəmiyyətlidir. “Diaspor və Lobbi” Araşdırmalar Mərkəzinin sədri Zaur Əliyev də hesab edir ki, etnomədəni yaxınlıq, eyni zamanda ortaq iqtisadi, siyasi problemlər bu yanaşmanın zəruriliyini önə çəkməkdədir: “Azərbaycanlılara və Anadolu türklərinə qarşı yönəldilmiş əks təbliğatın neytrallaşdırılması, əsassız iddia və böhtanların aradan qaldırılmasında bu birlik və diaspor təşkilatları arasında sıx əməkdaşlıq günün tələbidir. Bu gün türk xalqlarının əməkdaşlığının elmi cəhətdən öyrənilməsinə və tədqiq edilməsinə ehtiyac var. Xalqlar arasında əməkdaşlığın yaranması üçün mövcud problemlərin öyrənilərək həlli yollarının göstərilməsi yaxın gələcəkdə güclü türk birliyinin yaranmasını zəruri edir.

Tarixlərinin müxtəlifliyi sayəsində türk dünyası xalqlarının dil birliyi mürəkkəbdir. Bunun mahiyyətində siyası çalar olsa da, təbii ki, siyasi reallıq deyildir. Lakin fakt faktlığında qalır: 1923-cü ildən milli dövlətini quran Türkiyədə və ilk milli dövlətini 1918-20-ci illərdə quran, ikinci dəfə isə 1991-ci ildə bərpa edən Azərbaycan Respublikasında, habelə bir neçə dövlətdə türk dilləri rəsmi dildir.

Müasir dünyanın reallıqlarından çıxış edərək, tam məsuliyyətlə demək olar ki, hazırkı şəraitdə Azərbaycan və türk diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, onlar arasında əməkdaşlığın inkişafı hər iki xalqın maraqlarına xidmət edir. Türkiyə ilə Azərbaycanın milli mənafeləri, dövlət maraqları, tarixin sınaqlarından çıxmış dostluq telləri iki xalqın diasporlarının sıx əməkdaşlığını, taleyüklü məsələlərin həllində birgə fəaliyyətini zərurətə çevirmişdir. Azərbaycanlı və türk diaspor təşkilatlarının əməkdaşlığı iki qardaş xalqın maraqlarının dünya miqyasında etibarlı müdafiəsinə stimul verən mühüm amil kimi qiymətləndirilməyə layiqdir. DiasporLobbi” Araşdırmalar Mərkəzinin sədri Zaur Əliyevin qənaətinə görə, türk birliyinin möhkəmlənməsində nümunə olan Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı erməni lobbisinə qarşı aparılan birgə mübarizənin də əsasını təşkil edir. “Erməni soyqırımı”nın ifşa olunması istiqamətində iki dövlət, bir millət olan türk-Azərbaycan diasporunun həyata keçirdiyi birgə aksiyalar, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlər bu birliyin təzahürüdür. Müdafiə taktikasını ideoloji hücum taktikası ilə əvəz etməyi tövsiyə edən cənab İlham Əliyevin diaspor təşkilatlarına göstərdiyi qayğı da bu strategiyanın əsas istiqamətlərindəndir. Təsadüfi deyil ki, artıq erməni lobbisi Azərbaycan və türk diasporunun birgə fəaliyyətindən ciddi narahatçılıq hissi keçirməkdədir. Elə bu səbəbdəndir ki, erməni lobbisi dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatlarına qarşı mümkün qədər maneçilik törətməyə çalışır.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 23 aprel.- S.15.