Azərbaycan diasporunun
fəaliyyətində
maraqlı ölkələr
Yerli əhalisi
sayılmadığı ölkələrdə yaşayan soydaşlarımız diaspora Azərbaycanlıları kimi təsnif olunurlar. Tarixən
Azərbaycan Türklərində sürgün
dövründən sonrakı mərhələdə yəhudilərə
xas olan diasporada yaşamaq ənənəsi
olmamışdır.
Azərbaycan Türkləri tarixən öz
torpaqlarında və öz bayraqları altında
yaşamağa üstünlük vermişlər. Ancaq elə vaxtlar
da olmuşdur ki, onlar öz
torpaqlarını da, öz
dövlət müstəqilliklərini də itirmiş,
ancaq heç zaman bununla
barışmamış və dövlətçiliyin bərpasına
və bütün ata-baba
torpaqlarının qaytarılmasına inam
bu millətin tarixdə hərəkətveirici
qüvvəsinə çevrilmişdir. Hazırkı dövrdə
azərbaycanlıların dünya ölkələrində
fəaliyyət göstərən ayrı-ayrı qurum və təşkilatlarına mütəşəkkil
xarakter vermək xətti diaspora
strukturlarının fəaliyyətinin məzmun və
formasını əlaqələndirmək zərurətindən
irəli gəlmişdir. Millətin çeşidli dünya
ölkələrinə səpələnmiş nümayəndələri
öz imkanları ilə
yaşadıqları ölkələrin ictimaiyyətinə Azərbaycan
haqqında gerçəkliklərin
çatdırılması üçün
yaxşı resurs və başlıca ötürücü ola
bilərlər. Bu kontekstdə Azərbaycan
dövlətinin bu istiqamətdə siyasətin
yürüdülməsinə cavabdeh olan icra qurumlarının
fəaliyyəti strateji xarakter
daşıyır və vahid konsepsiyaya əsaslanan fəaliyyətlərin müvafiq şəkildə əlaqələndirilməsinə
söykənməlidir. Bir
çoxlarının fikrincə, diasporanın müstəqil
Azərbaycanla qarşılıqlı əlaqələrinin çeşidli formalarına dair
dialoq həmişə açıq
olmalıdır. Müxtəlif təxirəsalınmaz mövzular haqda müzakirələr
milli müstəvidə, ölkədə
və diasporada siyasi prosesin bütün
iştirakçıları cəlb olunmaqla
keçirilməlidir. Bu hal
millətin strateji problemləri və onlara baxışların tam
müzaikəsini yaratmağa yardım etmiş olardı.
Bu kontekstdə Azərbaycan
diasporasının fəaliyyəti və planlarında bilavasitə
maraqları olan ölkələri unutmaq olmaz. Bunlar Azərbaycanın özündə və
onun siyasi kursunda marağı olan
ölkələrin özləridir. Diaspora amili
Azərbaycan dövlətçiliyi üçün
ciddi rıçaq olmaqla
yanaşı, həmin maraqlı ölkələr üçün də diaspora
siyasətinin özünün
formalaşdırılması və onun
daxilində hakim olan ab-hava, eləcə də, özünün
kadrları vasitəsilə diaspora daxilində
mövqelərini gücləndirməklə planlarını
irəlilətmək baxımından maraq
kəsb edir. Diasporadaxili
proseslərdə maraqlı olan ölkələr
arasında İran xüsusilə seçilir.
İranda sayı bir sıra mənbələrə
əsasən 35 milyondan çox
olan Azərbaycan Türklərinin millət
olduğunun İranın rəsmi kursu tərəfindən inkar
olunmasının ən azından onların ölkələrinin
bir hissəsində - Araz
çayının şimalındakı bölgəsində,
Azərbaycan Respublikasında
öz dövlət müstəqilliyini bərpa
etməsindən sonra mənasız və əsassız
bir tezisə çevrilmişdir.
Milli problemin İran çərçivəsində həllinə
başı qarışmış İslam
respublikası SSRİ dağıldıqdan sonra
yeni gerçəkliklə üz-üzə
gəldi. Azərbaycan dövlətinin 2001-ci ilin noyabr ayında keçirdiyi Dünya Azərbaycanlılarınını
1-ci qurultayından sonra Xatəmi dönəmində
İranın bu sahədə, yəni
xaricdə yaşayan İranlılar və
Azərbaycanlılarla bağlı aktiv siyasi xətt yürütməyə
başladığı görünür.
Artıq 2003-cü ildən başlayaraq
bu sahədə qanunverici
bazanın formalaşdırılması üçün
ilkin tədbirlər görülmüş,
2004-ci ildə isə Xaricdəki İranlıların İşi üzrə Ali Şura təsis edilmişdir.
İran prezidenti
yanındakı bu quruma
rəhbərliyi bilavasitə prezident yerinə
yetirir və qurumda
ölkənin təxminən bütün
əsas nazirlikləri təmsil olunurlar.
İranın İnformasiya və Milli Təhlükəsizlik Nazirliyinin
də təmsil olunduğu və örtük qurumu kimi istifadə etdiyi bu qurumun fəaliyyətində
3 istiqamət müşahidə olunur: Bu kontekstdə İranın hədəfində
olan Azərbaycan diasporasının özünün də tərkibi
çoxçalarlıdır. Burada sırf mədəni komponentə əsaslanıb fəaliyyətini
yalnız Azərbaycan musiqisini eşitməklə
başa çatmış sayanlardan,
Azərbaycanın siyasi gələcəyini
vahid Azərbaycanın bərpasında
görən qüvvələrə qədər müxtəlif
spektrlər təmsil olunur. Ancaq
çüəyyən fikir
ayrılıqları, sağçı və ya
solçu olmalarına baxmayaraq
Azərbaycandan kənarda, dünyanın müxtəlif bölgələrində
yaşayan soydaşlarımız
arasında ümummilli məsələlərdə
hər zaman ortaq fikir, rəy formalaşıb, vahid
bir mövqe ortaya qoyulub. Məhz bu məqam diaspora sahəsində
müsbət qeyd edilməli olan hallardan biridir.
Avropadakı Azərbaycan təşkilatlarındakı
əslən Cənubdan olanların siyasi keçmişləri
və Azərbaycan məsələsinə gəlişləri
də diqqət yetirilməli əsas məqamlardandır. Soyuq müharibə zamanından qalma “solçu-sağçı” bölgüsü Azərbaycan milli
məsələsi uğrunda mübarizə
kontekstində fərqli məzmun kəsb edir.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2014.- 23 aprel.- S.15.