Diaspor və lobbiçiliyin
inkişafına təsir
edən faktorlar
Hazırda dünyada yaşayan azərbaycanlıların sayı təxminən
50 milyona yaxındır. Bəzi mənbələrdə
bu rəqəmin 60 milyon
olduğu göstərilir. Bu gün
diasporamızın Rusiya Federasiyasında
65, Türkiyədə 20, Almaniyada 37, Amerika Birləşmiş Ştatlarında 20, Ukraynada 17, İsveçdə 11, Böyük Britaniyada 7, Fransada 7, Kanadada 6 və
digər ölkələrdə - Avstraliyada,
Avstriyada, Argentinada, Belorusiyada, Belçikada, Danimarkada, Dağıstanda, Estoniyada,
Finlandiyada, Gürcüstanda,
Hollandiyada, İspaniyada
və digər ölkələdə çoxsaylı Azərbaycan
Milli mədəniyyət mərkəzləri
və cəmiyyətləri fəaliyyət göstərir.
Azərbaycan diasporu ilə müqayisədə
Azərbaycan lobbisi isə demək olar ki, yox dərəcəsindədir.
Bu səbəbdəndir ki, lobbi məsələsində Azərbaycan
ermənilərdən indiki mərhələdə geridə
qalır. Bəs görəsən erməni lobbisinin
gücü hansı mənbələrdən qaynaqlanır və
bu barədə mifik təsəvvürlər hansı səbəbdən
yaranır? Ermənilər dünya ölkələrində
sayına görə (erməni mənbələrinə əsasən)
belə qruplaşmışlar: Ermənistanda 3,1 milyon, Rusiya
Federasiyasında 1,13 milyon, Fransada 500 min, İranda 400 min,
Amerika Birləşmiş Ştatlarında 1 milyon, Kanadada 70
min, Gürcüstanda 250 min, Suriyada 200 min, Livanda 150 min,
Dağlıq Qarabağda 100 min, Argentinada 130 min, Ukraynada 100
min, Polşada 92 min, Turkiyədə 40 mindən 70 minədək
(özlərini xemşillər adlandıranları (tarixi
araşdırmaya böyük zərurət tələb
olunur), ermənilər qəbul etdiyi kimi o sıraya daxil etsək
500 min), İordaniyada 70 min və sair ölkələrdə -
cəmi 8-10 milyon. Belə olan halda ABŞ və Kanadada ermənilərin 20 tədris və
tədqiqat təşkilatının, ictimai və mədəni
tədbirlər keçirmək üçün 20 mərkəzinin,
9 özəl xəstəxananın, 20 sosial xidməti
sisteminin, 60 mədəni, 4 tərbiyə, 25 peşəkar, 40 tələbə
təşkilatının fəaliyyət göstərdiyini,
eyni zamanda, 12 qəzet, 10 dövrü tədris nəşri
çap olunmasını və 15 radioproqram verilişləri
yayımlanmasını qeyd etmək yerinə düşər. Türkiyədə
də 18 erməni məktəbi var. Nəzərə alsaq
ki, Amerika
qeydiyyatına əsasən, 1980-cı il
tarixə olan vəziyyətə Amerikada erməni diasporunu
cəmi 81 min erməni təmsil etmişdir.
“Məqam”
Araşdırma Qrupunun apardığı
tədqiqatlar əsasında Azərbaycan lobbisinin
zəifliyinin səbəbləri və inkişafına təsir
edə biləcək amilləri nəzərdən keçirəndə
görürük ki, lobbiçilik
anlayışı müstəqil Azərbaycan Respublikası üçün yenidir. Yeni dedikdə yalnız beynəlxalq müstəvidə
həyata keçirilməli olan lobbiçilik nəzərdə tutulur. Məlumat üçün
qeyd edək ki, «Lobbi», «lobbiçi», «lobbiçilik» anlayışları hələ
orta əsrlərdən latın dilindən
ingilis dili siyasi leksikasına daxil olmuşdur. İlkin olaraq, «lobbi»
anlayışı qalereya və kilsələrə
aparan keçidləri əhatə edirdi. XVII əsrdən başlayaraq Britaniya parlamenti binasında olan vestibül (ictimai
binaların içəri girəcəyində geniş
yer) və iclas
zalına sağ və sol
tərəfdən insanların daxil
olması üçün nəzərdə
tutulan dəhlizlər lobbi
(ing. Lobbuism – kuluar) adlandırılmağa
başlanılmışdır. Amerika
tarixinə əsasən isə, «lobbi»
anlayışı siyasi mənada birinci dəfə Amerika konqresinin 10-cu
çağırışında tərtib olunmuş
protokollarda öz əksini
tapmışdır. Sonrakı mərhələlərdə
isə «lobbi» sözündən «lobbiçi», «lobbiçilik»
sözləri meydana gəlmiş və Amerika siyasi dairələrində
olan söhbətlərdə istifadə edilmişdir. 1789-cu ildən, yəni Amerika Konstitusiyasına birinci
dəyişiklikdən etibarən ABŞ-da
lobbiçilik fəaliyyəti – vətəndaşların
rəsmi dövlət orqanlarına şikayətlə
müraciət hüququnun rəsmiləşdirilməsindən
sonra həyata keçirilməyə
başladı. 1876-cı ildə lobbiçilik
fəaliyyətini əhatə edən qanun
qəbul edildi. Bu qanuna
əsasən, lobbiçilik fəaliyyətini
həyata keçirən hər bir şəxs
özü və fəaliyyəti barədə
məlumatları rəsmi olaraq Parlamentin aşağı
palatasında-nümayəndələr palatasının (the House) klerk
xidməti adlandırılan katibliyində (the
clerk of the House) qeydiyyata
aldırmalı idi. Bu onunla
əlaqədar idi ki, uzun müddət ABŞ-da
lobbiçilik fəaliyyəti yalnız
müəyyən xarici siyasi
maraqların təmin edilməsi ilə əlaqələndirilmiş
və bu mənada 1938-ci ildə qəbul edilmiş «Xarici agentlərin
(müvəkkil mənasında işlədilir) qeydiyyatı
haqqında» qanunla rəsmiləşdirilmişdir.
Ölkə daxilində
lobbiçilik adət-ənənə
çərçivəsində kortəbii olaraq
yaranmış və bu gün
də həyata keçirilir. Bəs xaricdə
yaşayan Azərbaycan lobbisinin
inkişafına nə mane olur?
Diasporanın
formalaşma mərhələsində ilkin olaraq dilin,
dinin, mədəniyyətin, doğma ata-baba yurdu ilə hər hansı bir
şəkildə əlaqənin və son
nəticədə fiziki mövcudluğun
qorunub saxlanılması naminə etnik əlamətlərə əsasən
yaxınlaşma, səyləri birləşdirmə prosesi baş verir. Etnik birliyə mənsubluq diaspora
üzvlərindən hər kəsin öz
seçimi əsasında həyata keçir. Bu prosesdə “milli şuurun
daşıyıcıları” diasporanın “möhkəmləndirici
əsası” kimi çıxış
edirlər. Təcrübə gösərir ki, ilkin prosesdən sonra diasporanın yaşadığı ölkənin
hökuməti ilə münasibələrinin
formalaşmasında diaspora üzvlərinin
siyasi, iqtisadi və mədəni
sahədə nüfüzü nə qədər
yüksək olarsa,onların ictimai həyatda
rolu bir o qədər böyük
olar və yaşadıqları ölkənin
dövləti tərəfindən qəbul olunan
qərar və qanunlarda diasporanın mənsub
olduğu etnik birliyin mənafeləri bir
o qədər də nəzərə
alınar. Beləliklə diaspora- etnik birliyin hər
hansı bir hissəsinin və ya bir dinə məxsus
insanların mənşə eibarı ilə mənsub olduğu vətəndən kənarda daimi yaşamasıdır. Bu tərifə
diasporanın fəaliyyəti üçün
etnik birlik üzvlərinin
təsərrüfat və ya kommersiya fəaliyyətindən əldə etdiyi gəlirin bir hissəsinin
birliyin maraqları naminə sosial, mədəni, maarifləndirmə və sair tədbirlərin həyata keçirilməsinə
göndərilir sözlərini əməli olaraq
əlavə edə bilərikmi? Tərifin əlavəsinə
əsas kimi Ulu Öndərimizin
rəhbərliyi altında qəbul olunmuş
27 dekabr 2002–ci il tarixli “Xaricdə yaşayan azərbaycanlılarla bağlı
dövlət siyasəti haqqında” Azərbaycan Respublikası
Qanununun 6.3-cü maddəsinə görə
xaricdə yaşayan azərbaycanlılarla
bağlı Azərbaycan Respublikasının dövlət siyasətinin məqsədləri üçün xaricdə yaşayan
azərbaycanlılara maliyyə yardımı edən fiziki və hüquqi şəxslərə
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq vergi, gömrük güzəştləri
və digər güzəştlər verilə bilər» və
qanunun 9.3-cü maddəsinə əsasən «Xaricdə yaşayan azərbaycanlılara
və onların təşkilatlarına maddi
yardım edilməsi məqsədilə dövlətin, fiziki və hüquqi şəxslərin
ödəmələri hesabına təşkil olunan dövlət və ya
ictimai fondlar
yaradıla bilər».
Sovet Azərbaycanının vətəndaşları olmuş azərbaycanlılarla, Sovet
Azərbaycanı ilə tarixi əlaqələri
olmayan İran və
Türküyə azərbaycanlıları arasında
ayırıcı xəttin mövcudluğu
Azərbaycan diasporasının ilkin formalaşma mərhələsində olduğu ilə əlaqələndirilir.
Araşdırmaçılar çox
vaxtı «diaspora üzvləri» sözünün mahiyyətini «həmvətənlərimiz»
sözünun mahiyyəti ilə eyniləşdirirlər. Biz diaspora üzvlərini azərbaycanlılar
adlandırırıq, lakin «beşinci kolon» vahiməsindən
uzaq olaraq onları «həmvətənlərimiz»,
«soydaşlarımız» («Xaricdə yaşayan
həmvətənlərə münasibətdə Rusiya Federasiyası dövlət siyasəti
haqqında qanun» qəbul olunub.)
adlandırmaqla Heydər Əliyev cəsarəti ilə
«həmvətənlərimiz», «soydaşlarısız» və «diaspora» sözlərini siyasi
leksikonumuza və qanunvericiliyimizə daxil edilməlidir. Diasporanın işgüzar üzvlərinin daimi
məlumatlandırılması məqsədilə onların
Respublikanın dövlət və ictimai təşkilatlarının
nümayəndəlrin ilə əlaqələrinin möhkəmləndirilməsi
istiqamətində səmərəli vasitələr
yaradılmalıdır. Diasporamızın
fəaliyyət qabiliyyətinin artırılmasına səbəb
ola biləcək iqtisadi-maliyyə əsaslarının
gücləndirilməsi (birgə sahibkarlıq, diasporanın kiçik və orta
sahibkarlığına dəstək və sair
üsulları əhatə edən) məqsədilə konkret konsepsiya işlənib
hazarlanması zəruridir. Eyni zamanda daisporamızın işgüzar və imkanlı üzvlərinin
imkanlarından istifadə edərək sosial
müdaifəsiz diaspora üzvlərinin təminatının
ödənilməsi məqsədilə xaricdə xeyriyyəçilik
tədbirlərinin, respublikamızda hərracların, «uduşlu bilet»
oyunlarının, xeyriyyəçilik konsertlərinin həyata
keçirilməsinə nail
olmalıyıq. Bakı şəhərində
soydaşlarımızın «Beynəlxalq ticarət klubu»nu, «Azərbaycanlılar
evi» nin
yaradılması məsələsini həll etməliyik. Televiziya
proqramlarında geniş vaxt
ayrılan «əyləncəli proqramların» yerinə diaspora üzvlərinin iştirakı ilə
«dəyirmi massa» arxasında
görüşlərin, diaspora üzvlərinin
həyatına dair verilişlərin
hazırlanıb efirə verilməsinə təşəbbüs
göstərməliyik. Daspora
üzvlərinin daimi təmasda olmaları
üçün tele-körpülər (mərkəzlə əlaqə
-xeyriyyə məqsədləri üçün),
«internet-sayt»nın yaradılmiasına nail
olmalıyıq. Diaspora üzvlərinin (firma və cəmiyyətlər daxil olmaqla, onların
ehiyatlanmalarına heç bir
əsas yaratmadan ) məlumat
bazası yaradılmasını təşkil etməliyik. Ali məktəblərimizin
«beynəlxalq hüquq», «beynəlxalq
münasibətlər» və sair fakultələrində
iki kurs davamlı olaraq «xarici ölkələrin
tarixini öyrənməkdən» imtina etməklə günün
tələbi səviyyəsində (beynəlxalq hüquq, Avropa hüququ, beynəlxalq iqtisadi
və siyasi münasibətlər və sair) zəruri biliklərin
tədris olunmasını təşkil etməliyik. Bu təklifləri ardıcıl olaraq davam etdirmək və
hər bir təklifin müsbət və ya mənfi tərəflərini
araşdırmağa çalışmalıyıq.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 24 aprel.- S.15.