“Demokratiyadan diktaturaya”

 

(1917-ci il 3 mart-26 oktyabr)

 

Oqtay Sultanov, tarix elmləri doktoru,

 

professor ADPU tarix faklutəsinin dekanı

 

Əvvəli ötən sayımızda

 

Petroqrad və Moskva şəhərlərindəki ictimai-siyasi durum, tətil və mitinqlərin daimi kütləsi olan fəhlə maraqlarını ifadə edən bolşevik tələblərinin irəli sürülməsi, digər mərkəzi partiyaların xırda burjuaziyanın, kəndlilərin mənafeyinə uyğun siyasətinə paytaxt fəhlələrinin məhəl belə qoymaması, Petroqrad ətrafındakı bəzi flotların bolşevikləşməsi və s. ilə, eləcə də xarici faktorlarla şərtlənən əlverişli məqamda bolşeviklərin hakimiyyəti ələ keçirməsi üçün imkan yetişmişdi. Silahlı üsyana hazırlıq barədə Kamenev və Zinovyevin  mətbuatda çıxışı  bolşevik partiyası daxilində mövcud fikir ayrılığını cəmiyyətə sızdırmaqla yanaşı, Müvəqqəti Hökümətin  əks hücuma keçməsi üçün də əsaslı bəhanə yaratmışdı. Hökümətin başçısı Kerenski ingilis səfiri Corc Qyukenenlə söhbətində  təsadüfi deməmişdi: “Mənə təkcə onların başlaması gərəkdir, o zaman mən onları əzərəm”. Lakin Müvaqqəti Hökumət arxalandılğı silahlı qüvvə olmadığından, qanunlar işləmədiyindən  qəti hücuma  keçməsə də,  ciddi taktiki səhvlərə yol verirdi. Maraqlıdır ki,  bu səhvlərin  təxribat olub-olmaması, düşünülmüş surətdə kim tərəfindən  buraxıldığını təsdiq edən sənədlər əldə yoxdur. Smolnıda  telefonların kəsliməsi, yunkenlərin “Pravda” qəzetinin redaksiyasının  qapısının  bağlanması  Müvəqqəti hökumət hücum etməkdə günahlandırmaq üçün bolşeviklərə  bəhanə verdi.  Trotski yazır ki,  Müvəqqəti Hökumətin  bu hərəkətləri hərbi təhlükə olmasa da, onları günahlandırmaq üçün  yaxşı bəhanə idi. Məhz, bundan istifadə edən silahlı üsyan tərəfdarları gecə ilə yerlərə telefonoqramma göndərərək  bildirdilər: “gecə xalqın düşmənləri hücuma keçdilər. HİK qəsdçiləri dəf etmək üçün tədbirlər görür” (2, 20.IY. 1924).

Beləliklə, həm Müvəqqəti hökumət, həm də HİK-nin başçısı L.D.Trotski sanki gözləmə mövqeyində dayanıb əks tərəfin hücumunu gözlədiyi bir anda son dərəcə kövrək stabillik balansı Lenin və silahlı üsyan tərəfdarlarının hücum haqqında göstərişi ilə pozuldu. Oktyabrın 25-də axşamüstü bolşevik cəbhəsində olan qvardiyaçı matros və əsgərlər Qış Sarayını mühasirəyə aldılar. Müvəqqəti  Hökumətə təslim  olmaq  haqqında  ultimatum verildi. Lakin cavab alınmadı. Axşam saat 9-40 dəqiqədə “Avrora”dan açılan atəş Qış Sarayına qəti  hücumun başlandığını xəbər verdi. Gecə  saat 2-10 dəqiqədə  Qış  Sarayı  alındı.  Müvəqqəti  Hökumətin üzvləri həbs edilib Petropavlovsk qalasına  salındı. Paytaxda  bolşeviklərin hakimiyyət qəsdi baş tutdu. Ələ keçirilən  hakimiyyət II Ümumrusiya  Sovetlər qurultayına verildi. Müvəqqəti Hökumət dövrünün demokratiyası bolşevizm diktaturası ilə əvəz olundu.

Sovet tarixşünaslığında Trotskinin yazdıqlarının həqiqət olmadığını sübut  etmək üçün “Avrora” kreyserinin matrosu Kurkovun bir ifadəsindən geniş istifadə  edilir.  Krukov bildirir ki,  “Biz  Trotskidən  əksinqilabın  hücuma  keçməsi haqqında  radio ilə  məlumat  vermək  sərəncamını almışdıq”.  Trotski isə  məlumat vermək  barədə sərəncam göndərməsini inkar etmir  və bildirir ki,  əslində mən bu yolla  inqilabı müdafiəyə çağırır və silahlı hücuma, üsyana çağırışa maneçilik etmək  istəyirdim”  (5. s. 58).

24 oktyabrda  gecə keçirilən  MK iclasın, nə də  oktyabrın  26-dan 4 noyabra qədərki iclasların  protokolları tam əldə edilməyib. Son  dərəcə əhəmiyyətli olan  həmin  protokolların  ən lazımlı hissələri yox edilib. Ona  görə  silahlı üsyanla  çevrilişdə  iştirak edən MK üzvləri, onların  rolu  barədə səhih məlumat almaq  mümkün deyil. Tarixi ədəbiyyatda  belə iddia  olunur ki,  guya üsyan qan tökmədən  qələbə ilə başa  çatmışdır. Halbuki,  həmin gün  Qış  Sarayı qarşısında  Pavlovsk  polkuna  məxsus 6  əsgərin ölümü  inkaredilməz  olsa  da, onların adlarının üzə çıxarılmasına  70 ildən artıq  sovet dövründə  bir dəfə də olsun cəhd  edilməmişdir.

“Xalq inqilabı” adlandırılan  silahlı üsyanın dəqiq vaxtı  qeyd olunduğu kimi məxfi saxlanılırdı.  Lenin onun Müəssislər Məclisinin başlanacağı  günə, oktyabrın 28-inə nəzərdə tutulduğunu bildirmişdi.  Bəs nə üçün dövlət çevrilişi məhz,  25 oktyabr  gecəsi həyata keçirildi. Leninin dediyi kimi nə üçün “gecikmək və tələsmək ölümə bərabər idi”.  Çevriliş ona görə 25 oktyabr gecəsi həll  olunmalı idi ki,  sabah oktyabrın 26-da  Ümumrusiya Sovetlər  Qurultayı açılacaq və hakimiyyət onun sərəncamına veriləcəkdi.

Digər  sual bolşeviklərin  hakimiyyəti ələ  ala bilməsi ilə  bağlıdır. Qeyd  etdiyimiz kmi silahlı üsyan məsələsində bolşeviklərin öz  arasında  fikir ayrılığı  mövcud  idi.  Elə isə  kişik bir  qrupun çevrilişi müvəffəqiyyətlə başa çatdırılması necə  mümkün oldu?

Xarici ölkələrin müvafiq tarixi ədəbiyyatında  bolşevik çevrilişində xarici marağın  olması məsələsinə az toxunulmamışdır. Birinci dünya müharibəsində iki cəbhədə-Şərqdə Rusiyaya, Qərbdə isə İngiltərə və Fransaya qarşı döyüşən Almaniyanın bu çevrilişdə maraqlı olması göstərilmişdir. V.İ.Leninin Alman baş hərbi qərargahının  agenti olması qeyd edilmişdir.

Tarixi faktların analitik təhlili bu fikirlərə obyektiv münasibətin hasilinə kömək edər.  Məlum faktdır ki, V.İ.Lenin  İsveçrədə mühacirətdən Almaniya ərazisindən keçməklə Rusiyaya qayıtmışdır. Trotskinin  yazdığına görə  500-ə yaxın rus  mühaciri, o cümlədən onun özü, Kamenev və başqaları da həmin yolla Rusiyaya qayıtmışdır. Elə isə nə üçün mühacirətdən qayıdanlardan yalnız Lenin Almaniyanın agenti olmaqda günahlandırılır? (6.)

Poçt vaqonunda  Almaniyadan  keçib gələn Lenininin  qatar 4 saat bu ölkə ərazisində dayanarkən  vaqonda olmaması, Almaniya  Kayzeri ilə görüşməsi haqqında fikir də bu baxımdan maraq kəsb edir. Görüşdə iki cəbhədə vuruşan  Almaniyanı qane edən şərtlərlə Rusiya  ilə sülh  bağlamaq və iki cəbhədə müharibə aparmaq çətinliyindən  xilas olmaq istəyi müzakirə olunmuşdur. Müvəqqəti Hökumət də 1917-ci ilin aprel ayına qədər Almaniya ilə Stokholm şəhərində məxfi sülh  danışıqları aparmışdı. Lakin Almaniyanın Qərbi Ukrayna və Belarusiya torpaqlarının böyük hissəsinin  ona güzəştə gedilməsi ilə əlaqədar  təklif etdiyi şərtlərə razılıq verməmişdi. Rusiyanın ərazi bütövlüyünə sadiq qalaraq müharibəni davam etdirməyi üstün tutmuşdu. Müvəqqəti Hökumətin bu siyasəti  vətənpərvər əhəmiyyətli olsa da,  ölkədə  ümumi böhranı dərinləşdirir, yeni siyasi qüvvələrin hakimiyyətə gəlişinə perspektiv açırdı. Almaniya yetişən siyasi şəraitdə onun sülh təklifinə razılıq verəcək, bir  qüvvənin hakimiyyətə gəlməsinə maraqlı idi. Məhz, Almaniya Leninin Rusiyaya öz ərazisindən  keçməklə  qayıtmasına və onun  maliyyələşdirilməsinə ona görə razılıq vermişdi ki, gələcəkdə  şərtlərini qəbul etdirsin. 

Antanta dövlətləri   Leninin Rusiyaya qayıtmasına ciddi müqavimət  göstərmədilər. İsveçdə Britaniya  nümayəndəsi Eske Qovardın  gündəliyinə əsaslanaraq ingilis müəllifi Ronald Klark  yazır: “Müttəfiq dövlətlərin diplomatların  bu  təhlükəli  inqilabçının aktiv  müzakirə  etdilər. Lakin  onlar Rusiyada  inqilabın artıq  qarşısının  alınmamasının  qeyri-mümkünlüyünü gördükdən  sonra  bu fikirdən   yayındılar (4. s. 7). Müharibədən çıxmaq siyasəti ilə Qərbdə dayaqlarını itirən  Kerenskidən fərqli olaraq, sülh resepti ilə Rusiyaya qayıdan Leninə ciddi müqavimət göstərilməməsinin səbəbi, müharibə davam etdikcə Avropada da  sosial-iqtisadi və hərbi-siyasi böhranın dərinləşməsi, buradakı hakimiyyətlər üçün də real təhlükənin artması idi. Digər tərəfdən isə Kerenski “məqbul tərəfdaş” nüfuzunu artıq itipmişdi. Şimali Afrikada o zamanlar ingilis rezidenti Harold Makmillana istinad edən R.Klark  yazır ki, onlar Kerenskinin  kompanionluğu məsələsini  müzakirə edərək ona  görə ondan  vaz  keçdilər ki,  daha  sərfəli olan kompanion var idi. ABŞ-da   bu “qayıdışa” biganə deyildi. Təsadüfi deyil ki, çevrilişdən dərhal sonra  Amerikanın Rusiyadakı  səfiri Frensisin  Moskvadakı Amerika konsulu Sammerseə göndərdiyi teleqramda  deyilirdi: “Peterburq soveti yeni  kabinet yaradıb. Lenin  premyer,  Trotski xarici işlər naziri, Kolontay maarif naziri, bu möcüzədir”. Beləliklə, çevriliş xaricdə  gözlənilir  alqışlanırdı. Yeri gəlmişkən qeyd edək ki,  Kerenckinin məhz, Amerika  səfirliyinə məxsus maşınla  aradan çıxarılması faktı da, xarici dövlətlərin bu oyunun mərkəzində olması fikrini möhkəmləndirir.

Digər bir fakt: Ronald Klarkın yazdığına görə Leninin Rusiyaya qayıdarkən nəinki rəsmi dairələr,  hətta  fəhlələr tərəfindən yaxşı qarşılanmayacağını, hökumət tərəfindən  həbs olunacağını gözləyirdi (4. s. 8). Kamenevin  öz  xatirələrində qeyd  etdiyi  kimi, o, Lenin  və Trotski ağ  mələfə qaldıraraq rus-alman cəbhəsinin döyüş rayonundan keçərkən Leninin  bənizi ağarmış vəziyyətdə  təlaşla  tez-tez təkrar edirdi: “Necə fikirləşirsiniz, bizi həbs  etməzlər ki?”. Məntiqi sual ortaya çıxır: Fevral inqilabından sonra  bütün siyasi məhbusları azad edən, mühacirətdəkilərin  vətənə qayıtmasına  icazə verən  bir  hökumət  tərəfindən  həbs  olunmaq təhlükəsi nə üçün olmalı idi? Bu narahatçılıq Leninin şübhəli “şəxsi işi” ilə əlaqədar deyildimi?

Leninin  Rusiyaya qayıdan dan dərhal sonra  heç bir  bolşevikin  gözləmədiyi halda, tarixi bolşevik müddəalarından əl çəkməyə başlaması, II İnternasionalın Simmervald və Kintal konfranslarının qərarına uyğun olaraq bolçeviklərin  I dünya müharibəsinin vətəndaş müharibəsinə, inqilabı müdafiəçilik müharibəsinə  çevirmək şüarından imtina etməsi, müharibədən çıxmaq şüarını irəli sürməsi faktı da bu yerdə son dərəcə düşündürücüdür. O, bildirirdi ki, inqilabı müdafiəçilik  müharibəsinə biz yalnız proletariat və onun müttəfiqi olan yoxsul  kəndlilərin  diktaturası yaradıldıqdan sonra  razı ola  bilərik. Məsələ ondadır ki, diktatura bərqərar olan gecənin sabahı nəinki  inqilabi  müdafiəçilik müharibəsi şüarını müdaifə olundu, əksinə  Sülh  Dekreti qəbul edildi. Leninin bu addımlarının gözlənilməz olduğunu  L.D.Trotskinin  ifadəsi də təsdiq  edir:  “Hətta Leninə ən yaxın olan adamları da  qorxuya  bənzər  hiss bürümüşdü. Bu vaxta qədər möhkəmlənmiş inqilabi müddəalar hansı ki, son aylara  qədər  toxunulmaz hesab olunurdu, bizim gözümüz qarşısında  onun  tərəfindən  alt-üst edilirdi.” 

Baltik flotiliyasının bolşevikləşmiş rabitəçilərinin Leninin Almaniyanın agenti  olması haqda əldə etdiyi şifrəli teleqramma  faktı, mühacirətdən  qayıdarkən onu vağzalda  ura  səsləri ilə qarşılayan fəhlələr önündə təntənəli nitq söyləyən  matros Maksimovun bir gün sonra  Baltik flotiliyasiyanın iclasının qərarını bəyan edərək “yəqin  edəndə ki, Lenin əlahəzrət alman kayzerinin və Prussiya  kralının razılığı ilə Rusiyaya gəlib, biz onun təntənəli qəbulunda  iştirak etdiyimizə görə böyük peşmançılıq hissi keçiririk. Əgər  bilsəydik, biz onun  gəlişini  ura  səsləri  ilə qeyd etməz, əksinə ona  “hansı ölkədən keçib  gəlmisənsə ora da  rədd ol deyərdik” məzmunlu fikri də Lenin barədəki rəyə az əsas vermir.

1903-cü ildən  RSDFP-nin üzvü  Antonov-Ovsiyenko xatirələrində belə bir faktı qeyd  edir: “Lenin silahlı üsyan günü Vıborq  rayonuna  gəldi və soruşdu: Baltikdən flotu Petroqrada gətirmək mümkündürmü? Kimsə  bildirdi ki, bu olmaz, çünki flot dənizdən onda müdafiəzis qala bilər. O zaman Lenin cavab verdi ki, inqilabı Baltikdən yox, Petroqraddan təhlükə gözləyir” (3. s. 41).  Almaniya ilə qızğın döyüşlər gedən bir vaxda flotu başlı-başına  buraxmaq və həm də arxayın olmaq şübhə üçün əsas vermirmi?

Nəzərə alsaq ki, XX əsrin əvvəllərindən Kerenski, Milyukov, Trotski, Sverdlov, Zinovyev, Kamenev, Radek və s., sonrakı mərhələlərdə  İtalya  faşizminin lideri Mussolini, ABŞ prezidenti Qarri Trumen, Çili prezidenti Salvador Alende və başqaları kimi  V.İ.Lenin də “beynəlxalq maraqlara” xidmət edən siyasi  çevrilişlərin ssenarisinin hazırlanmasında tarixi təcrübəyə malik  “Moson” təşkilatının üzvü  idi, razılaşmamaq olmur ki, Petroqrad çevrilişinin  enerji mənbəyi xeyli dərin və köklü olmuşdur. (1, s. 234)

Yuxarıdakı fikirləri ümumiləşdirərək belə bir nəticəyə gəlmək olar: Xalqın Müəssislər Məclisinin çağırılması tələbinə istəsə də, istəməsə də mane olmaq  iqtidarında olmayan müvəqqəti hökumət onu keçirməli idi. Çoxpartiyalı yeni dövlət quruluşunun yaradılması imkanı var idi. Lakin  bolşeviklərin  partiyasının seçki yolu ilə deyil silahlı üsyan vasitəsi ilə hakimiyyəti ələ almaq ideyasınınn ortaya çıxması, Sankt-Petroqradda və Moskvada bolşeviklərin xeyrinə real çoxluq  ümumi vəziyyəti dəyişdi. Bolşeviklər paytaxtdakı vəziyyətindən  çıxış edərək hakimiyyəti ələ alaraq cəld xalqa sülh, torpaq  verməklə bütün ölkə üzrə görülməyən çoxluq əldə edəcəklərini inanırdılar.

Hadisələrin inkişafı onların fikirlərini təsdiq etdi. Hakimiyyət qəsdi qələbə çaldı və dərhal xalqa sülh, torpaq haqqında  dekretlər  verildi və bolşeviklər ölkənin  əhalisinin böyük əksəriyyətini öz  tərəfinə çəkə bildi.  Xalqın 1903-  ildən  etibarən  “torpağın  əsl anası” adlandırdıqları Müəssiələr Məclisini çağırmaq ideyasından bolşeviklər əl çəkdilər. Lakin ölkənin  müxtəlif yerlərində Müəssisələr Məclisinə seçkilər geniş şəkil  almışdı. Təsadüfi deyil ki, əksər  yerlərdə seçkilər 1917-ci ilin  noyabrında  keçirilirdi. Lakin yerlərdə bu kampaniyaya qarşı müqavimət  meydana  gəldi.  Mövcud  qərara  görə məclis  noyabrın 28-də açılmalı idi.  Bolşeviklər isə buna yol vermək  istəmirdilər.  Fikrimizi 1924-cü ilin aprelin  20-də “Pravda” qəzetində  Trotskinin  dərc etdirdiyi fakt  da təsdiq edir. Trotskinin dediyinə görə Lenin  bildirmişdi ki, Müəssisələr  Məclisinin  çağırılması açıq səhvdir. Hakimiyyət  bizim  tərəfimizdən  artıq  ələ  alınmışdır. Biz onu  yenidən ələ almaq  üçün yeni  hərbi tədbirlər görməliyik? Hətta  Lenin tərkibi əsasən  fəhlələrdən  ibarət  olan  bir  Latış polkunun Petroqrada  gətirilməsi haqqında  göstəriş də vermişdi. Onun  fikrincəìóæèê» ləngərliyə bilərdi, o zaman  proletar qətiyyəti lazım idi.

Lakin Müvəqqəti hökumət  kimi bolşeviklər də Məclisin çağırılmasını ləğv  edə  bilməzdi. Çünki, bu xalqın  tələbi idi. Təsadüfi  deyildi ki, artıq noyabrda 79 dairə üzrə 90 milyon seçicidən, 40,5 milyonu səs  vermiş və nəticəni gözləyirdi. Müəssisələr məclisinin çağırılması uğrunda  digər  siyasi  partiyalar  da  fəal mübarizə aparırdılar. 23 noyabr  1917-ci ildə  sağ eser V.N.Filippovokinin rəhbərliyi ilə “Müəssiələr məclisini müdafiə ittifaqı yaradılmışdı. Bolşeviklər partiyası isə öz  müqavimətini göstərməkdə idi. Tezliklə öz  səhifələrində “Müəssisələr Məclisinin müdafiə şüarını dərc  edən  Óòðåííèå  âåäîìîñòè», «Âîëÿ  íàðîäà», «Zəh­mətkeşin sözü” qəzetlərinin redaksiyalarında  bolşeviklər tərəfindən yoxla­malar aparıldı. «Âîëÿ  íàðîäà» qəzetinin redaksiya heyətinin üzvü  sağ eser A.A.Arqunov, “Òðóäíîå ñëîâà» qəzetinin redaksiya  heyətinin üzvü S.M.Dmitrovski və başqaları hərbi inqilab komitəsinin  göstərişinə uyğun olaraq həbs edildilər. Trotskinin məlumatına  görə Lenin  bildirirdi ki, Müəssislər Məclisi Müvəqqəti hökumətə görə bir addım irəli idi, sovet hakimiyyətinə görə isə geriyə addımdır. O məclisin çağırılmasını heç olmasa təxirə salmağı irəli sürürdü. Qeyd  edirdi ki, nə üçün dməclisin  təxirə salınması yaxşı olmaz. Əgər  Müəssislər Məclisi kadet-menşevik-eser təbiətli olsa da  yaxşıdır. Ona görə də 1918-ci il yanvarın  5-də 410 deputatın  iştirakı ilə gecikdirilmiş  Müəssislər Məclisi çağırılmalı oldu.

Antibolşevik ruhlu qərarları ilə hakimiyyət çevrilişi etmiş qüvvələrin  siyasi narahatlığına səbəb olmuş Müəssislər məclisindən  xilas olmaq yolunu  tutan sovet hakimiyyəti Məclisin iştirakçılarına qarşı hərbi güc və zorakılıq tətbiq eədərək öz mövqelərini möhkəmlətmək imkanı əldə etdi. Əslində isə belə bir tədbir  qırmızı terroru”un tüğyanı. Rusiyada vətəndaş müharibəsinin ilk atəş səslərinin başlanğıcı idi. Ölkənin ərazi bütövlüyünə xəyanət  edərək, bolşeviklərin özünün məhşur “Aprel tezisləri”ndəki “dünya müharibəsinin inqilabı müdafiəçilik müharibəsinə çevirmək şüarından imtina edərək, hakimiyyəti əldə saxlamaq  naminə 150 min  km-lik bir ərazidən  əl çəkməyə, Qərbi Ukrayna  və Belorusiya  xalqlarının işğal zonasında  yaşamaqla, parçalanmasına  Rus-Alman Brest separat razılaşmasına atılacaq imzanın  başlanğıcı idi.

Milli müstəqillik əldə etməyə can atan milli ucqarların  yenidən  imperiya  boyunduruğuna  çəkilməsinin  başlanğıcı idi.    

Beləliklə, faktların  təhlilindən belə bir nəticəyə gələ bilərik ki, bolşevik çevrilişinin baş tutması, “ağ  rəngli”  imperiya əsarəti altında olan xalqlara çevriliş ərəfəsində azadlıq veriləcəyi vəd edilsə də, onun   “qırmızı” rəngdə qorunub saxlanması  beynəlxalq siyasətlə şərtlənirdi. Təsadüfi deyil ki, oktyabr çevrilişindən sonra nəhəng dövlətlər Rusiyanın nəzarətindən çıxan gənc müstəqil milli  dövlətlərin müstəqilliyini siyasi təmtəraqla tanısalar  da, Rusiyanın  konfederasiya əsasında yenidən qurulmasını da alqışlayırdılar. Rusiyanın geopolitik məkan kimi dağılmasını istəmirdilər. Çünki Rusiyanın Avropaya  qarşı təzyiq  üçün “bölünməyən dövlət” kimi qorunub saxlanması dünya  siyasətinə lazım idi.

1917-ci il oktyabr  çevrilişinin tarixini  təhlili və hasil olunan elmi-məntiqi qənaət,  həm  XX əsrin sonrakı mərhələlərində postsovet,  həm də müasir  dövrdə  Müstəqil Dövlətlər Birliyi məkanında baş verən siyasi proseslərə  mükəmməl münasibət bucağını yaradır.

 Tarix sübut edir ki, birinci  və ikinci dünya müharibələri zamanı ABŞ, İngiltərə və Fransa  Rusiyanı Almaniyaya qarşı müqavimət üçün qoruyub saxlanmağa məhkum idi. Ən azı ona görə ki, onun yaşadığımız planetdə yerləşdiyi coğrafi məkan hər iki müharibə dövründə bunu tələb edirdi. XX əsrin sonu XX1 əsrin birinci onilliyində də Rusiya  beynəlxalq münasibətlər sistemindəki “tarixi jandarma” yerini itirməmişdir. Lakin indi o, nəyinki Qərbə,  Eləcə də dünyanın iqtisadi ihkişafının ağırlıq mərkəzinin keçdiyi Çinə və s. təzyiq mənbəyi, “yeni dünya şahmatı”  üçün sərfəli  fiqurdur. Rusiyada  hakimiyyətə hər hansı bir “rəngli partiya”nın gəlməsindən  asılı olmayaraq bu cəhəti  nəzərə almamaq mümkün deyil. ABŞ-Qərb, ABŞ-Rusiya və Rusiya-Qərb ziddiyyətləri Rusiyaya münasibətdə strateji siyasətin  istiqamətlərini bu gün də  az müəyyən etmir.

  

ƏDƏBİYYAT

 

1.   M.V.İvanov. Òàéíàÿ äèïëîìàòèÿ. Õàðáèí, 1937, ñò.234.

2. “Pravda” qəzeti. 20.IY.1924.

3.   Antonov-Ovsyenkonun  xatirələri.  Âîïðîñû  èñòîðèè. M., 1990.¹2.  sò.73.

4.  “Ìåæäóíàðîäíàÿ  æèçíü” .   6-13. III.1991.  

5.   “Èñòîðèÿ ÑÑÑД. ¹2. 1989. s. 87.  6.   Ë.Ä.Òðîòñêè. Èñòîðèÿ  ðóññêîé ðåâîëþöèè. 1932.

6.   Â.È. Ëåíèí. Òîì. 34.cò.278.

7.   Í.Â.Ñâÿòèòåòñêè.  “Èòîãè  âûáîðîâ ê  Ó÷ðåäèòåëíîé  ñîáðàíèè ”. (â  êíèãå   Ïåðâûé  ãîä ðóññêîé  ðåâîëþöèè ” (1918 ).

8.   Ë.Õàññ. Åøå ðàç î  ìîñîíñòâå. 1989.

 

Olaylar.- 2014.-  24 aprel.- S. 10.