Yusif müəllimsiz qərib

qalan „Qərib Axşamlar

 

Əvvəli ötən sayımızda

 

Etibar Qəniyev: Almaniyada yaşayır. Aşağı Saksoniya federal əyalətində “Xəzər” Alman-Azərbaycan cəmiyyətinin sədri, Hannover şəhəri Botfeld-Vahrenhayde rayonunun deputatıdır. Etibar bəyin təəsüratları:

Şəfəq xanım ilk öncə belə bir layihəyə başladığınıza görə Sizə öz təşəkkürümü bildirirəm. Şübhəsiz ki, bir çox təəssübkeş həmyerlilərimiz kimi, Azərbaycanın hüdudlarından kənarda yaşayan, Azərbaycanı layiqincə təmsil edən həmvətənlilərimiz kimi, bu xəbər məni də çox ağrıtdı. Və səmimi desəm çox gözlənilməz oldu. İlk öncə qısaca özüm haqqında məlumat verim. 2011-ci ildə Bakıda keçirilən Dünya Azərbaycanlılarının III qurultayının nümayəndəsi olmuş və 2014-cü ildə həmçinin Bakıda düzənlənən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumunda iştirak etmişəm. Bakıda olduğum zamanı iki dəfə İctimai Televiziyada yayımlanan “Qərib axşamlara dəvət almışam və mənə də böyük şərəf nəsib olub ki, görkəmli ziyalı jurnalistimiz, sözün sərrafı, gözəl aparıcılıq qabiliyyətinə malik Yusif müəllimin verilişində iştirak edə bilim. Formatına və məqsədlərinə görə Azərbaycanın televiziya məkanında analoqu olmayan, Azərbaycanın layiqli övladlarının vətənimizin üçün gördüyü işləri, fəaliyyətləri, uğurları əks etdirən, gənc nəsillərə örnək xarakteri daşıyan sözügedən veriliş yayım müddəti ərzində minlərlə deyil, xaricdə yaşayan milyonlarla həmvətənimizi mavi ekrana cəlb etmiş, bir neçə saatlığa vətən həsrətində onları Azərbaycana qiyabi səyahətə apararaq onların nisgilini, ağrı-acısını unutdurmuşdur. “Qərib axşamlar”ın belə bir uğur qazanmasında, illər ərzində geniş tamaşaçı kütləsini yığmasında sözsüz ki, Yusif bəyin müstəsna rolu vardır. Verilişdə olduğum zaman məndə elə bir təsəvvür yaranmışdır ki, sanki canlı yayım sənə bir şəlaləni xatırladır, çınqılsız və daşsız maneəyə rast gəlmədən axan bir şəlaləni... Canlı və maraqlı diskussiya zamanı vaxtın belə tez keçməsini də hiss edə bilmədim, qiymətli və dəyərli qonaqların iştirak etdiyi canlı yayımlarda gözəl abu-hava var idi. Müxtəlif və rəngarəng mövzular üzərində aparılan fikir mübadiləsi və deyilən sözlər canlı ifada xalq musiqimizin inciləri ilə həmahənglik təşkil edirdi. Bir sözlə füsunkar bir axşam idi... Mənim Bakıda canlı yaşadığım “Qərib axşamlar” ... Yusif bəyin İTV-dən getməsi məni çox mütəəssir etdi... Qəmginliyə köklənərək belə bir verilişin daha olmayacağı haqda düşündüm. Yusif bəyin öz körpəsi kimi böyüyüb boya-başa çatdırdığı “Qərib axşamlar”ın tarixə qovuşacağı və yalnız arxivlərdə rast gəlinəcəyi halı məni daha da təsirləndirdi. Bir körpəni anasız təsəvvür etmək mənə nə qədər çətindirsə, o qədər də bu gözəl verilişi yaradıcısı olaraq onun ərsəyə gəlməsində xüsusi rol oynamış Yusif bəysiz görmək və yaşamaq, eləcə də ziyalı jurnalistimizi daha cümə günləri İTV-də canlı yayımda görməmək mənə çətin gəldi. İstərdim belə bir fitri istedad sahibi olan dostumuz Yusif bəy Azərbaycanın televiziya məkanında öz sözünü buya digər ampluada yenidən desin. Bizə qəribçiliyi unutduran o “axşamları” davam etdirsin, milyonlarla tamaşaçının marağına səbəb olan bu layihənin yenidən buya figər formatda canlandırılmasında, yaşadılmasında və həyata keçirilməsində öz qiymətli əməyini sərf etsin. Bizim buna çox ehtiyacımız var, Yusf bəy! Və biz Sizə bu işinizdə dəstək olarıq. Bu sözlərlə əminəm ki, mən, bir təəssübkeş həmvətən kimi, təkçə öz fikrimi deyil, xaricdə yaşayan milyonlarla soydaşımızın istəyini Sizə çatdırmış oluram. Yusif bəy, Sizə gələcək fəaliyyətinzidə uğurlar və müvəffəqiyyətlər diləyirəm! Yenidən Sizi mavi ekranda görmək, səsinizi eşitmək ümidi ilə Sizdən ayrılır, amma sağollaşmayaraq Sizə hələlik deyirəm.

Rəşid Abdullayev:Yerusəlimdə yaşayır.  İsrail Azərbaycan Beynəlxalq Assosiasiyasının İdarə Heyətinin üzvü, “Justice for Khojaly” Beynəlxalq kompaniyasının İsraildə rəsmi Koordinatorudur. Rəşid bəyin təəssüratları:

Mən hər zaman hər dəqiqə Yusif bəyə dəstək olmağa hazıram. Yusif Günaydın Azərbaycan jurnalistikasının çox önəmli şəxsiyyətlərindən biridir. Bizim Azərbaycan diasporu hər zaman Yusif bəydən dəstək alıb və biz də hər zaman Yusif bəyə dəstək olmağa hazırıq. Yusif bəyin “Qərib Axşamlar” proqramının hal hazırda efirə getməməsi bizim üçün, dünyada olan diaspora üçün böyuk və ağır zərbədir. Bizim ailə də Yusif bəyin getməsindən sonra İctima TV –yə baxmır artıq. Yusif bəyə can sağlığı və uğurlar diləyirəm hər zaman ona dəstək olmağa hazıram!!!!

Günay Səma Şirvan:  10 ildən artıqdır Rusiyada yaşayır. Ali təhsilli filoloqdur, şairə və yazardır. Dövri mətbuatda ədəbi-bədii-publisistik yazılarla çıxış edir. Günay xanımın təəssüratlarını təqdim edirəm:

Texnoloji inqilab nəticəsində sivil dünyada "qəriblik və qürbət" anlayışları öz anlamını 100 il əvvəlki dövrlə müqayisədə müəyyən qədər itirsə də, torpağa, kökə, milli-mənəvi dəyərlərə, dövlətinə sadiq biz azərbaycanlılar üçün bu məfhumlar hardasa, "toxunulmaz" qalır. Burada əsas məsələ "bir yuvalıq yer" deyil, ənənələrə bağlılıqdır. Qürbətdə yaşayan hər bir ziyalı azərbaycanlı, birinci növbədə, Vətənə layiq olmağı, onu ləyaqətlə təmsil etməyi düşünür. Bu yolda onlara dəstək olan, mənəvi yardımını əskik etməyən baxımlı bir veriliş vardı İctimai TV-da. Təəssüflə, "Vardı" yazdım, çünki, "Qərib axşamlar" adlanan, bu yaşam dolu verlişin dayandırıldığını duyduq. Dünyada informasiya müharibəsinin getdiyi bir zamanda Televiziyaların bol-bol mətbəx verlişləri və şit-şit söhbətlərlə "zəngin" şou proqramlarında fərqli olaraq, "Qərib axşamlar" təşnə könüllərə su səpər, nisgilli qəlblərə bir udum Vətən havası ilə sığal çəkərdi. "Qərib axşamlar" Yusif Günaydının təqdimatında mövzu seçimi, canlı bağlantı vasitəsilə ünsiyyət, qonaqların ziyalı səviyyəsi, milli musiqinin, xalq mahnılarının zənginliyi ilə seçilən, bəyənilən və ailəlikcə izlənilən bir proqram idi. Verilişi peyk ötürücüləri vasitəsi ilə Doğudan Batıya qədər bir çox türkdilli xalqlar izləyidi. "Qərib axşamlar" müəllif verlişi idi. Bir neçə saatlığa qəriblərə qəribliyi unutduran tanınmış telejurnalist, ədəbiyyatşünas alim, politoloq, istedadlı tərcüməçi Yusif Günaydına bütün əziyyətlərinə və xidmətlərinə görə, Rusiyada yaşayan azərbaycanlılar adına təşəkkür edirəm. Bir pritça xatırladım: "deyirlər, sən uşağa balıq tutsan, o bir gün tox olacaq. Yox, ona balıq tutmağın sirrlərini öytəsən ömrü boyu ac qalmayacaq. "Yusif bəy, azərbaycanlılara, məhz, mənəvi qidanı əldə etməyin, mənəvi boşluğu doldurmanın yolunu göstərib.Bu yolu bağlamaq Azərbaycan sərhədlərində kənarda yaşayan azərbaycanlılara vurulan mənəvi zərbədir.

Aida Hüseynova: Amerikada yaşayır. Bakı Musiqi Akademiyasının Professoru, ABS-dakı Indiana Universitetinin muəllimidir. Aida xanımın təəssüratlarını təqdim edirəm:

Mən Yusif muəlliminQərib Axşamlarverilişinin bir neçə dəfəqonağı olmuşam hər dəfe onun peşəkarlığına, alicənablığına, səriştəsinə səmimiyyətinə heyran qalmışam. Sanıram ki, “Qərib Axşamlarverilişi bizim ictimai həyatımızda çox mühüm rol oynamışdır. Sürətləqloballaşan dünyada, Azərbaycanlıların müxtəlif qitələrdə yaşadığı halda, bu veriliş milli birlik ideyasına xidmət edir, bütün Azərbaycanlıları səfərbər edirdi. Yusif muəllim bütün qonaqlarına məxsusi, səmimi diqqət yetirərək, onların ürək sözlərinin çatdırmasına gözəl imkan yaradırdı. İstər studiyada olan iştirakçılarla, istərsə də telefonla əlaqəquran tamaşaçılarla dərhal ünsiyyət yaradaraq, onlarla mənalı və səmimi söhbet aparırdı. Onu da qeyd etmək istərdim ki, Yusif muəllim həm də istedadlı şairdironun müxtəlif movzularda olan şeirlərini oxuduqdan sonra, mən Yusif muəllimin nə dərəcədə dərin vəəsil ziyalı olduğunu bir daha dərk etdim. Mən ABŞ-ın İndiana Universitetində dərs deyirəm, və vaxt fərqinə görə veriliş günümün axırı ilə üst-üstə düşürdü. Mən daim evə tələsirdim ki, verilişi izləyə bilim. Yusif müəllimin səsi və sözləri Vətənin səsi, Vətəndən gələn səslər idi. Mən Yusif muəllimə uzun ömuryeni yaradıcılıq zirvələrinin fəth etməsini ürəkdən arzu edirəm!

Tanınmış ziyalı, telejurnalist, müsbət aurası ilə hamımızın sevimlisinə çevrilmiş Yusif Günaydınla bağlı dəyərli fikirlər söyləyən hər biriniz üçün təşəkkür edirəm. Sizin hər birinizə Azərbaycanımız naminə bol uğurlar, Diasporumuzun inkişafı üçün əllərinizdən gələnləri etdiklərinizə görə minnətdarlığımı bildirirəm.

 

Şəfəq Azər

 

Türkiyədə dərc olunanTöre” dərgisinin

və DGTYB-nin Almaniya təmsilçisi, Wolfenbüttel

İbtidai Məktəbinin müəllim pedaqoqu

 

Olaylar.- 2014.- 24 aprel.- S.13.