Əlifbamızı və dilimizi necə qoruyuruq?

 

 

Bir milləti məhv edib tarix səhnəsindən silmək üçün onun dilini və əlifbasını əlindən almaq kifayət edər”. Bu məhşur deyimi əlində rəhbər tutan bədxahlar zaman-zaman xalqımıza qarşı məhz bu çirkin siyasətdən istifadə edib, dilimizi, əlifbamızı, milli-mənəvi dəyərlərimizi əlimizdən almaq kimi məkrli niyyətlərinə çatmaqda ən alçaq üsullara belə əl atıblar. Lakin ümummilli lider Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən, 2001-ci il avqustun 1-də ölkəmizdə kiril əlifbasından latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi ilə bağlı hər il bu tarixi gün əlamətdar hadisə kimi qeyd edilir. Etiraf edilməlidir ki, dövlət Azərbaycan dili və əlifbasının qorunub saxlanması, inkişaf etdirilməsi istiqamətində lazım olan hüquqi bazanı yaradıb. Ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanında on ilə yaxın bir müddətdə latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqust ayında bütövlükdə təmin edildiyiyeni əlifbadan istifadənin müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğu nəzərə alınaraq hər il avqust ayının 1-nin ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilməsi qərara alınıb. Bəc, biz necə, Azərbaycan dilinin qorunub saxlanması üçün lazım olan bütün addımları atırıqmı?

 

 Bir daha xatırladaq ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlət dilinin tətbiqi ilə əlaqədar bir sıra ciddi tədbirlər həyata keçirilib. Müstəqil ölkənin Konstitusiyası ilə Azərbaycan dili dövlət dili elan olunmasından sonra konkret olaraq latın dilinə keçidlə bağlı qərar qəbul edilib, ölkədə bütün yazışmaların, rəsmi sənədlərin dövlət dilində tərtibi icbari qaydaya keçib. Hər bir Azərbaycan vətəndaşının illərlə həsrətində olduğu bu qərarın icrası tez bir zamanda həyata keçirilməyə başlayıb. Qəzet və jurnalların, kitabların doğma dildə, latın qrafikası ilə çap edilməsi reallaşıb, elektron mediada yazışmaların doğma dildə olması birmənalı şəkildə qəbul edilib. Ölkədə dövlət dilinin tətbiqinə nəzarət məqsədilə õüsusi Dövlət Komissiyası yaradılıb, dövlət dilinin tətbiqinin təkmilləşdərilməsi məqsədilə dövlət başçısı tərəfindən fərman imzalanıb. Lakin etiraf edilməlidir ki, bütün görülən tədbirlərə baõmayaraq, ötən müddət ərzində doğma dilimizi heç də yüksək səviyyədə qoruyub saõlaya bilməmişik. Xüsusən, Azərbaycanın dünyaya, dünya ölkələrinin isə Azərbaycana inteqrasiyası nəticəsində doğma dilimizin qorunub saõlanmasında bir sıra problemlər meydana çıõıb. Müstəqillik əldə etdiyimiz ilk illərlə müqayisədə hazırda doğma dilimizin tətbiqinə ögey münasibət müşahidə olunur. Nəticədə isə Azərbaycan dilinin tətbiqi sahəsində hərc-mərclik hökm sürür. Qəribə orasıdır ki, nə dövlət komissiyası, nə də ziyalılar tərəfindən bu məsələyə ciddi münasibət bildirilmir. Elə bunun nəticəsidir ki, Azərbaycanda siyasiiqtisadi maraqları olan dövlətlər öz dillərinin geniş şəkildə işlənməsinə nail olmaqdan ötrü dəridən-qabıqdan çıõırlar. Elə vəziyyət yaranıb ki, Azərbaycanda hansı ölkənin nümayəndəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olursa, orada birmənalı olaraq həmin ölkənin dili işlənir. Belə vəziyyət restoranotel biznesində daha üstünlük təşkil edir. Vəziyyət o həddə çatıb ki, həmin obyektlərdə hətta azərbaycanlıların işləməsi müşkül məsələyə çevrilib. Demək olar ki, hazırda dünyanın heç bir ölkəsində belə təcrübəyə rast gəlinmir. İctimai iaşə və yaõud istehsal müəssisələrinə verilən əcnəbi adların əksəriyyəti bizim üçün anlaşılmaz sözlərdir, heç mənası da başa düşülən deyil. Etiraf edək ki, belə halların aradan qaldırılmasında ictimai qınaq olduqca zəif təsir vasitəsidir, onun qarşısını almaq üçün Azərbaycan dilinin tətbiqi haqqında qanunvericiliyə ciddi nəzarət edilməlidir. Belə çıxır ki, bir dövlət, millət və vətəndaş olaraq Azərbaycan dilinin tətbiqi məsələsində birinci özümüzdən başlamalıyıq. Məsələn, ziyalılarımız, məmurlarımız bütün yerli və beynəlõalq tədbirlərdə dövlət dilinə hörmət əlaməti olaraq Azərbaycan dilində danışmalı, yazışmalar öz doğma dilimizdə olmalıdır. Bu məsələyə õüsusən rəsmi tədbirlərdə nəzarət etmək vacibdir. Təəssüf ki, son vaõtlar dövlət məmurları ilə yanaşı, millət vəkillərimiz də keçirdikləri görüşlərdə qonaqların dili ilə danışmağa üstünlük verirlər. Son zamanlar isə bir sıra görüşlərin ümumiyyətlə ingilis dilində aparıldığının şahidi olmuşuq. Digər tərəfdən, telekanallarda və paytaõtın küçələrində verilən reklamlarda Azərbaycan dilinin tətbiqinə heçciddi riayət olunmur. Hər bir obyekt, idarə-müəssisə, şirkət öz tanıtım lövhəsindəki məlumatları əcnəbi dilində göstərib. Belə vəziyyət bizim dövlət strukturlarında da müşahidə olunur. Son vaõtlar isə ölkədə daha çoõ rus dilinin işlənməsi üstünlük təşkil edir. Artıq sovet dönəmində olduğu kimi şəhərdə əksər insanlar bu dildə danışmağa üstünlük verirlər. Qəti şəkildə demək olar ki, rus dilində bilməyənləri bir sıra müəssisələrdə heç işə də götürmürlər. Təsadüfi deyil ki, paytaõtda rus dilli orta məktəblərin sayının artması müşahidə olunur. Deməli, nə qədər ki, biz öz dilimizə ögey münavsibət bəsləyəcəyik, õarici dövlətlər öz dillərinin Azərbaycanda bir o qədər geniş yayılmasına çalışacaqlar. Bu isə Azərbaycanın bir dövlət, bir millət kimi özünü qoruyub saõlamasına qarşı yönəlmiş addımların ən təsirlisidir. Nəzərə almaq lazımdır ki, Azərbaycan dilinin qorunub saõlanması və inkişaf etdirilməsi səlahiyyətindən asılı olmayaraq bütün dövlət orqanları və hər bir vətəndaşın təəssübkeşliyindən keçir.

 

Olaylar. -2014.- 2-4 avqust. S. 4.