Azərbaycan və
Türkiyə diasporasının birgə fəaliyyət mexanizmi
BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli üçün nəzərdə tutduğu qətnamələrin tanıdılması üçün digər ölkə vətəndaşları ilə təmasa keçmək lazımdır
Ermənistan-Azərbaycan
təmas xəttində vəziyyət gərgin olaraq qalır. Artıq bir
neçə gündür ki,
düşmənin təxribat addımlarının
qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən
layiqincə alınır. Düşmənin xeyli
itkiləri var. Azərbaycanın rəsmi
dövlət orqanları və yüksək vəzifəli rəsmiləri
də məsələyə öz
münasibətlərini bildiriblər. Müdafiə Nazirliyindən
sonra Xarici İşlər
Nazirliyi də cəbhə xəttində baş verən son hadisələrlə
bağlı bəyanat səsləndirib. Bəyanatda
bildirilir ki,
işğalçı Ermənistan Respublikasının
Silahlı Qüvvələri son günlər
ərzində Ermənistan-Azərbaycan dövlət sərhəddinin
və qoşunların təmas xəttinin müxtəlif
istiqamətlərində atəşkəs rejimini
pozaraq, Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin mövqelərinə bir neçə dəfə basqın etmişlər.
Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat
qrupları cəbhə xətti boyunca
qoşunların təmas xəttini bir
neçə dəfə keçməyə cəhd göstəriblər.
Ermənistan tərəfinin bu təxribatçı
addımları cəbhə xətti boyunca
gərginliyin xeyli artmasına və çox sayda insan tələfatına səbəb olmuşdur. Yaranmış bu
təhlükəli vəziyyətin bütün
məsuliyyəti bu cür
təxribatçı addımların atılmasına göstəriş
verən rəsmi Yerevanın üzərinə düşür.
Daha sonra qeyd edilir ki,
sülh prosesinə ən böyük
təhlükə Ermənistan silahlı qüvvələrinin
Azərbaycanın işğal olunmuş ərazilərində
olmasıdır. Buna görə ilk növbədə Ermənistanın
silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini
tərk etməlidir. Ermənistan tərəfi bunu nə qədər tez
dərk etsə, o qədər də tez bir zamanda
regionda sülh, sabitlik və müəyyənlik bərpa oluna bilər. İnternet
saytları, televiziyalar, müxtəlif mətbu
orqanlar və sosial
şəbəkələr də məsələyə dair öz münasibətlərini
bildiriblər. Cəmiyyət arasında da
Ermənistan silahlı qüvvələrinin təxribat
addımları geniş müzakirə mövzusuna çevrilib.
Diaspora üçün
növbəti fürsət
Cəbhə xəttindəki
mövcud situasiya Ermənistanın
işğalçılıq siyasətinin beynəlxalq səviyyədə
ifşa olunması üçün
yaxşı fürsətlər təqdim edir.
Bu məsələdə əsas vəzifə
sözsüz ki, Azərbaycanın
xarici ölkələrdəki
diasporasının üzərinə düşür.
Ortalıqda olan real faktlar Ermənistanın əleyhinə işləyir.
Diaspora bundan maksimum yararlanmalıdır. ABŞ,
İsrail, Türkiyə, Fransa,
Rusiya, İngiltərə və
dünyanın bir sıra nüfuzlu
ölkələrində fəaliyyət göstərən diaspora nümayəndələri həmin
dövlətlərin tanınmış media
orqanları vasitəsilə bu işin öhtəsindən gələ bilərlər.
Xüsusilə diasporanın tanınmış nümayəndələrinin
xarici televiziyalarda
çıxışları təmin edilməlidir. Yerli xalqlar arasında Ermənistanın
işğalçılıq siyasətini tənqid edən, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həllində
Azərbaycanın ədalətli mövqeyini
əks etdirən müxtəlif broşürlər və digər
vasitələrlə təbliğat aparmaq
mümkündür. BMT Təhlükəsizlik
Şurasının münaqişənin həlli üçün nəzərdə tutduğu qətnamələrin
tanıdılması üçün digər
ölkə vətəndaşları ilə təmasa keçmək
lazımdır. Bütün təbliğat
fəaliyyətində həmin dörd qətnamə
rəhbər tutulmalıdır. Çünki
bu Ermənistanın beynəlxalq çərçivədə
işğalçılıq siyasətini tənqid edən əsas
rəsmi sənədlərdir. Cəbhə xəttində baş verən son hadisələrlə
bağlı dünyanın bir sıra nüfuzlu nəşrlərində Ermənistanın
mövqeyini tənqid edən materiallar da təqdim edilməlidir.
Azərbaycandan olan jurnalistlər,
tarixçilər, hərbi ekspertlərlə yanaşı diaspora rəhbərlərinin xarici
mediada bu barədə
geniş məqalələrlə
çıxışları ola bilər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinə dair sərgilər
təşkil edilsin. Tədbirlər keçirilsin. Xüsusilə son
hadisələrlə bağlı əcnəbilərə məlumatlar
vermək üçün bələdçilər
təyin edilsin. Təbliğatın
dünyanın aparıcı dillərilə yanaşı erməni
dilində aparılması əhəmiyyətli ola bilər. Çünki
keçiriləcək tədbirlərə ermənilərin
biganə qalmayacaqları dəqiqdir. Təbliğat
ayrı-ayrı ölkələrdəki diaspora
təşkilatlarının birgə fəaliyyəti müstəvisində
keçirilsə daha yaxşı olar. Lobbi qurumları da bu işə cəlb
edilməlidirlər. Eyni zamanda
məsələ ilə əlaqədar müxtəlif ölkələrin
parlamentlərinə də müraciətlər ünvanlamaq olar. Fəaliyyəti
Azərbaycandan tədbirlərə cəlb edilmiş
media qurumları vasitəsilə
reallaşdırmaq mümkündür. Bununla paralel olaraq xarici ölkə mediaları da buraya cəlb edilməlidir. Bu məsələ reallaşacağı
təqdirdə həyata
keçirilən tədbirlərə
erməni cəmiyyəti
və mediasının
diqqəti cəlb olunacaq. İstər-istəməz Ermənistanın bir sıra müstəqil
media qurumları İrəvanın
işğalçılıq siyasətinin əleyhinə
təşkil olunmuş
tədbirləri işıqlandıracaqlar.
Ermənistan daxilində
xof və qorxu yaratmaq üçün yaxşı
nəticəsi ola bilər. Qeyd edilən təkliflər reallaşsa, bu Azərbaycanın beynəlxalq
imicinə yaxşı
təsir edəcək,
buna paralel olaraq Dağlıq Qarabağ və ətraf rayonların işğal edilməsində
məsuliyyət daşıyan
qüvvələr geniş
arealda tənqid olunacaqlar.
Postsovet ərazisində
daha güclü olmaq lazımdır
Litva, Latviya, Estoniya, Fransa, İspaniya, Argentina, Yunanıstan,
ABŞ kimi ölkələrdə
insanlar Dağlıq Qarabağ barədə yalnış məlumatlara
və təsəvvürə
malikdirlər. Diaspora xüsusilə
bu tip ölkələrdə
əsas təbliğatlarını
reallaşdırmalıdırlar. Erməni təbliğatının güclü
olduğu bu ölkələrdə seperatçıları
susdurmaq mümkündür.
Ən əsas təbliğat işinin böyük hissəsi də keçmiş post-sovet ölkələrində təşkil
edilməlidir. Məsələn,
Moldova, Ukrayna və Gürcüstanın əhəmiyyəti
daha böyükdür.
Çünki Rusiyadan sonra
arealda münaqişə
barədə yaxşı
məlumatlara malik olan başqa ölkələr yoxdur.
Moldova, Gürcüstan və Ukraynadakı bəzi ermənipərəst
dairələrin iddialarına
əsassızlıq qazandırmaq
lazımdır. Bu ölkələrdə Azərbaycan
diasporası ermənilərdən
daha güclüdür.
Gürcüstan, Moldova və Ukraynanı
Dağlıq Qarabağ
münaqişəsinin həllinə
və cəbhədə
baş verən proseslərə bir qədər də yaxınlaşdırmaq lazımdır.
Çünki Ermənistana daha
yaxın coğrafiyada
yerləşmiş bu
ölkələr onun
işğalçılıq siyasətinin beynəlxalq səviyyədə ifşa
olunmasında əhəmiyyətli
rol oynaya bilərlər. Diaspora məsələ barədə
Ukrayna və Gürcüstanın dövlət
və media orqanları
ilə əməkdaşlıqlarını
genişləndirməlidir. Türkmənistan, Qazaxıstan,
Qırğızıstan və
Özbəkistan kimi dövlətlər həmişə
bu barədə Azərbaycana öz dəstəklərini nümayiş
etdiriblər. Azərbaycan diasporasının
bu ölkələrdəki
geniş fəaliyyət
mexanizminin əsas hissəsi Dağlıq Qarabağ həqiqətlərinin
yerli xalqlara tanıdılmasına yönəlikdir.
Münaqişənin həllində vasitəçi
ölkələrdən olan
Rusiya daxilində də diaspora xüsusi aktiv olmalıdır. Hökumət dairələrində məsələ
barədə geniş
bilgilər olsa da cəmiyyəti arasında məlumatsızlıq
hökm sürür.
Diaspora sadə ruslar arasında öz fəaliyyətini sistemli şəkildə qurmalıdır. Ən son baş
verən hadisələrin
faktoloji təfərrüatı
barədə ruslar məlumatlandırılmalıdırlar.
Türkiyə və
Azərbaycan diasporasının
birgə fəaliyyəti
Erməni məsələsi
Azərbaycan və Türkiyə üçün
həmişə həssas olub. 1915-ci il hadisələri və Dağlıq Qarabağ ətrafında yalançı iddialarla çıxış edən ermənilər
həmişə Azərbaycan və Türkiyəyə
qarşı qərəzli olublar. Bu hamıya bəllidir, gizli
olan sirr deyil. Ona görə də,
ermənilərin qondarma iddialarının
daha effektiv şəkildə
ifşasına nail olmaq
üçün Azərbaycan diasporası
Türkiyənin xarici ölkələrdəki
diaspora qurumları ilə təmasa
keçə bilərlər. Xüsusilə ermənilərin qondarma “soyqırım”ın 100 illiyini keçirməyə
hazırlaşdığı bir vaxt, onların əsassız iddialarına
tutarlı zərbə vurulmalıdır. Birgə əməkdaşlığa
digər türkdilli dövlətlərin diaspora təşkilatlarını da cəlb etmək mümkündür.
Bunun reallaşması üçün
müzakirələr aparılmalı, qarşılıqlı
razılaşmalar əldə edilməlidir. Xüsusilə
Türkiyə diasporasının belə tədbirlərə cəlb
edilməsi daha yaxşı nəticələr
ortaya qoya bilər.
Dağlıq Qarabağ münaqişəsi
və qondarma “erməni
soyqırımı” ilə bağlı eyni
mövqeni paylaşan qardaş ölkələrin əsasssız Ermənistan
təbliğatına qarşı birgəlik nümayiş
etdirməlidirlər. Xüsusilə indiki
həssas məqamda bu çox
vacib məsələdir. Çünki
ermənilərin fəaliyyətində əsas müzakirə
mövzusu birtərəfli şəkildə
Azərbaycan və Türkiyə olur. Ona görə də xaricdəki Azərbaycan və
Türkiyə qurumları baş verən
proseslərə diqqətlərini birləşdirməlidirlər.
Dünyada və regionda
baş verən həssas proseslərin fonunda Azərbaycan diasporası əlində
düşən hər fürsəti milli
maraqlarımızın təmin edilməsi yönünə sərf
etməlidir.
Olaylar.-
2014.- 5 avqust.- S.7.