“Cəmiyyətimizin Diasporla İş üzrə Dövlət Komitəsi ilə də əlaqəsi çox yüksək səviyyədədir”

 

 

Əli Nəsibov: “Çalışırıq ki, burada yaşayan həmvətənlərimizi daha da fəallaşdıraraq Azərbaycan Respublıkasının daxilixarici siyasəti ilə yaxından tanış edək”

 

Bu gün Azərbaycan diasporunun aktiv olduğu ölkələrdən biri də Birləşmiş Ştatlardır. Okeanın o tayında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları daim öz aktivliyi ilə seçilirlər. Bu ölkədə fəaliyyət göstərən Azərbaycan-Nyu-York Assosiasiyası (ANA) davamlı olaraq tədbirlər həyata keçirməklə fəaliyyətlərini daha da genişləndirir.  Əli Nəsibov Azərbaycan-Nyu-York Assosiasiyasının bu günə qədər gördüyü işlər, həyata keçirdiyi layihələr barədə danışıb.

 

-Əli müəllim,  təşkilat olaraq Azərbaycan həqiqətlərinin Birləşmiş Ştatlar ictimaiyyətinə çatdırılması istiqamətində hansı tədbirlər, layihələr həyata keçirirsiniz?

 

-Hər il fevral ayının 26-da Ermənistanın BMT-dəki nümayəndəliyinin qarşısında Xocalı soyqırımına həsr edilən mitinq təşkil edirik. Polis tərəfindən verilən icazə əsasında iki saat davam edən bu aksiyada Xocalıda ermənilər tərəfindən qətlə yetirilən insanların hamısının adlarından ibarət siyahı hazırlayırıq və onu həmin nümayəndəliyin qarşısından asırıq. Oradan keçən hər kəsə göstəririk ki, bu bizim xalqımıza qarşı törədilən soyqırımdır. Ancaq onlar dogru olmayan erməni “soyqırımı”nı dünyaya çatdırmağa çalışırlar. 2008-ci ildə keçirdiyimiz Novruz tədbirinə bir neçə erməni gəlmişdi və biz onlara dəvətli olmadıqlarıni bildirdik. Ancaq onlar bakılı olduqlarını bildirdilər, hay-küy salmağa başladılar və polis gəldi. Biz polisə başa saldıq ki, biz dəvət etmədən onlar özləri gəlib, indi də qarışıqlıq yaradırlar. Ermənilər bunun müqabilində polisə bildirdilər ki, restoranın qarşısında Azərbaycanın bayrağı asılıb və bu düzgün deyil. Dövlət bayrağının asılması uyğun olmadığı üçün biz bayrağı götürdük. Bu, ermənilərin növbəti təxribatı idi. Bundan başqa 23 fevralda Bruklinin ən böyuk zallarından biri olanMilleniumkonsert zalında müharibə iştirakçıları üçün bayram konserti təşkil olunmuşdu və konsertdə SSRİ respublikalarından nümayəndələr iştirak etməli idi. Afişada Azərbaycan bayrağının altında bir erməni müğənninin adı yazılmışdı. Cəmiyyət üzvləri bununla bağlı mübarizə apararaq erməni adını çıxartdılar və iki nəfər orada yaşayan Azərbaycan mügənnisi (NovruzSamir) ilə “Soydaş” ansamblı iştirak etdi. Nəticədə boyük müvəffəqiyyət qazandılar.

 

-Ümumiyyətlə indiyə qədər Azərbaycan-Nyu-York Assosiasiyası tərəfindən hansı tədbirlər reallaşdırılıb?

 

-Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri kimi 2005-ci il oktyabrın 18-də “Bazar günü” məktəbinin açılmasını qeyd edə bilərəm. Həftədə bir dəfə məktəbdə dərslər keçirilir, ana dili, tariximiz, mədəniyyətimizlə bağlı məlumat verilir. Hazırda məktəbdə tədris işi ilə Nyu-Yorkda yaşayan Azərbaycan dili müəlliməsi Münəvvər Vahabova məşğul olur. Orada yaşayan Azərbaycanın əməkdar rəssamı həmin məktəbdə uşaqlara dərs keçirbu gün uşaqların hamısı ölkəmizin "Qız qalası"nı simvol olaraq çəkə bilərlər. Bununla biz uzaq ABŞ-da yaşayan balalarımıza dilimizi, tariximizi öyrətmək, onları vətənpərvərlik ruhunda tərbiyə etmək istəyirik. Bundan başqa assosiasiyamız tərəfindən Amerika qitəsində ilk dəfə olaraq "İnternet-radio" açılıb. Azərbaycanımızın zəngin və qədim mədəniyyətini digər xalqların nümayəndələrinə çatdırmaq məqsədilə cəmiyyətin nəzdində "Soydaş" rəqs ansamblı yaradılıb. Ansamblın bədii rəhbəri və quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti Telman Cəlilovdur. Ansambl öz milli geyimləri, gözəl musiqi seçimi və dəyərli ifası ilə artiq Azırbaycan mədəniyyətinin təmsilçisinə çevrilib. Ansambl dəfələrlə BMT-də Azərbaycan Nümayəndəliyinin, Turk Federasiyasının, Cənubi Azərbaycan diasporasının ve digər turkdilli xalqların təşkil etdiyi tədbirləri öz çıxışları ilə bəzəyib. Yuxarıda nəzərinizə çatdırdığım işlərlə yanaşı cəmiyyətin fəalları ilə birlikdə çalışırıq ki, burada yaşayan həmvətənlərimizi daha da fəallaşdıraraq gənc Azərbaycan Respublıkasının daxilixarici siyasəti ilə yaxindan tanış edək. Onların dəstəyi ilə doğma vətənimizin, dövlətimizin siyasətinə bacardığımız köməkliyi göstərək. Bu məqsədlə hər il Xocalı faciəsinin ildönümündə Nyu-Yorkdakı erməni nümayəndəliyi qarşısında, 20 Yanvar faciəsinin ildönümündə BMT-nin önündə nümayişlər təşkil edirik. Bu tədbirlərdə azərbaycanlılarla yanaşı qardaş Turkiyə, Gürcüstan, Moldova,UkraynaOrta Asiya xalqlarının nümayəndələri də iştirak edirlər.

 

- Bəs, “Azerbaiyan review” qəzeti nə vaxtdan fəaliyyət göstərir və burada hansı mövzulara toxunulur?

 

-  Qəzetin fəaliyyətinin də məqsədi doğma Azərbaycanımız haqda həqiqətləri, Qarabag dərdini, 20 Yanvar faciəsini, torpaqlarımızın işğal altında olmasını oxuculara çatdırmaqdır. Eyni zamanda Azərbaycan mədəniyyəti, incəsənəti, tarixi, görkəmli şəxslər haqqinda verilən məqalələr hər

zaman oxucuların rəgbəti ilə qarşılanır. Qəzetin əsas mövzuları Qarabağa həsr olunur. Qarabağın tarixinə, ermənilərin Rusiya İmperiyasının əli ilə İran və Türkiyədən köçürülüb Azərbaycan torpaqlarında yerləşdirilməsi və Azərbaycan torpaqlarında erməni dövləti qurulması kimi məqalələrə daha çox yer verilir. Qəzetin 100 nüsxəsi Kaliforniyada yerləşən Azərbaycan Respublikası konsulluğuna, Vaşinqtonda yerləşən Azərbaycan Respublikası səfirliyinə, ABŞ-in başqa ştatlarında fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinə, bizim cəmiyyət üzvlərinə və Nyu-York sakinlərinə pulsuz olaraq göndərilir. Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, diaspora mətbuatımız hələlik öz səsini tələb olunan yerlərə çatdıra bilməyib. Bu barədə yeni layihələr yaranır və lazımi işlər görünür.

 

- ABŞ-dakı türkdilli diasporlar bir-birlərinə necə dəstək göstərirlər?

 

- Azərbaycan-Nyu-York Assosiasiyası (ANA) cəmiyyətı 2008-ci ildən Turk Federasiyasının üzvüdür. Bu Federasiyada 40-dan çox turkdilli xalqların cəmiyyəti toplanıb. Bu cəmiyyətlərlə biz daima sıx əməkdaşlıq edirik. Birlikdə gördüyümüz işlər əsasən qondarma erməni soyqırımı, Qarabağ müharibəsi, Xocalı soyqırımı ilə bağlı olan fəaliyyətimizdir. Turk təşkilatları ilə birlikdə ABŞ Konqresinə, Senatına və dövlət nümayəndələrinə məktublar hazırlayıb göndəririk. Hər il təşkil olunan möhtəşəm Türk Yürüşündə ANA cəmiyyəti də çox fəal iştirak edir .

 

- Digər diaspor təşkilatları ilə əlaqələriniz necə qurulub?

 

-Hər il biz türklərlə birgə aprelin 23-də Nyu-Yorkun mərkəzi meydanı olanTimes Square”də (Tayms Skver) yalançı erməni soyqırımı ilə bağlı tədbir keçiririk. Orada yerləşən meydanda tarixə aid xronikalar təqdim olunur, çıxışlar edilir. Bu çıxışlarda bizim diaspor daim ən aktiv olub bayraqlarla, şüarlarla çıxışlar edir. Broşürlər hazırlanır və tədbir zamanı maraqlanan vətəndaşlara təqdim edilir. Eyni zamanda biz çox vaxt dağ yəhudiləri ilə birgə işləyirik. Hətta onlarla birgə 2009-cu ildə “Diaspor ölkələri necə birləşdirir” mövzusunda konfrans keçirdik. Yəhudilər hər bir tədbirdə bizi, biz də onları dəstəkləyirik. Onlarla birgə məşhur bəstəkarımız Q. Qarayevin, V.Mustafazadənin yubileyinə həsr edilmiş konsert proqramı təşkil etdik. Bundan başqa ilk dəfə Amerikada yaşayan Azərbaycan rəssamlarının sərgisini keçirdik. Bu kimi tədbirlərlə çalışırıq ki, gələcəkdə ölkəmizin təbliği istiqamətində əlimizdən gələni edək.

 

-Bəs ANA-nın Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqələri hansı səviyyədədir?

 

- Cəmiyyətimizin Diasporla İş üzrə Dövlət Komitəsi ilə də əlaqəsi çox yüksək səviyyədədir. Cəmiyyətin nəzdində fəaliyyət göstərən məktəb üçün dərsliklər, rəqs ansamblı üçün milli paltarlars. əldə olunmasında Diasporla İş üzrə Dövlət Komitəsinin böyük köməyi olub. Buna görə də Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə və bütün işçilərinə dərin minnətdarlığımı bildirirəm. Onu da qeyd etməyi özümə borc bilirəm ki, məhz Diasporla İş üzrə Dövlət Komitəsinin sədri cənab Nazim İbrahimovun təklifi ilə ANA cəmiyyəti Turk Federasiyasına üzv olub. AmerikaKanada söbəsinin müdiri cənab Cavanşir Vəliyev, şöbənin işçisi Samir Mehdiyev və digər yoldaşlar Nyu-Yorkda səfərdə olduqları zaman cəmiyyətimizdə görüşlər təşkil edib, keçirdiyimiz tədbirlərdə iştirak edib, məktəbin və rəqs ansamblının fəaliyyəti ilə yaxından tanış olublar. Bu gün mənə verilən imkandan istifadə edərək öz adımdan və Azərbaycan-Nyu-York Assosiasiyası (ANA) cəmiyyətinin bütün üzvləri adından cəmiyyətimizə göstərdikləri diqqət və qayğılara görə hər kəsə dərin minnətdarlığımı bildirmək istəyirəm.

 

Olaylar. -2014.- 8 avqust. S. 7.