“Xaricdəki hər bir Azərbaycan vətəndaşı yaşadığı ölkədə ilk növbədə öz səfirinə, sonra isə diaspor rəhbərinə güvənir”

 

“Küveytdəki soydaşlarımızın Azərbaycan bayrağı altında toplanmasına nail olmuşuq

Müasir şəraitdə dövlətlərarası əlaqələrin spektri çox genişdirbu münasibətlərin iştirakçısı olan ölkələr əməkdaşlığın bütün sahələrində tərəqqi əldə etmək üçün geniş qarşılıqlı təmaslar qururlar. Bu gün dünyanın müxtəlif ölkələri ilə iqtisadi-siyasi, mədəni əlaqələr quran, bu əlaqələri inkişaf etdirən Azərbaycan ikitərəfli münasibətlərin inkişaf etdirilməsində müsəlman ölkələri, ərəb dövlətlərinə xüsusi yer verir. Hazırda Azərbaycan müsəlman aləminin paytaxtı sayılan Səudiyyə Ərəbistanından tutmuş, Birləşmiş Ərəb Əmirlikləri, Misir Ərəb Respublikası, İordaniya Krallığı, İran İslam Respublikası və digər ərəb ölkələri ilə ikitərəfli və çoxtərəfli formatda geniş əməkdaşlıq edir.  Bu sıraya Azərbaycan-Küveyt münasibətlərini aid etmək mümkündür. Dünyanın iqtisadi-siyasi düzənində özünəməxsus yer tutan, əsasən də neft ölkəsi kimi tanınan Küveyt ilə münasibətlərin inkişafı Azərbaycanın xarici siyasət kursunda xüsusi prioritet təşkil edir. Küveytin hökumət və parlament nümayəndə heyətlərinin Azərbaycana səfərləri zamanı aparılmış danışıqlar, əldə edilmiş razılaşmalar, imzalanmış sənədlər ikitərəfli əlaqələrin inkişafında yeni səhifələr açıb. Eyni zamanda, iki ölkə arasında ticarət, mədəniyyət və turizm sahəsində də əməkdaşlığı nəzərdə tutan sazişlərin imzalanması əməkdaşlığın daha da dərinləşməsinə böyük imkanlar açıb. Bu əməkdaşlığın genişlənməsinə hazırda Küveytdə formalaşmaqda olan Azərbaycan diasoprunun da özünəməxsus rolu var. Bu baxımdan Küveytdə yeganə milli diaspor təşkilatımız olan Vətənsevər Azərbaycan-Küveyt Dostluq Cəmiyyəti son zamanlar aktiv fəaliyyət göstərməyə başlayıb. Cəmiyyətin gördüyü işlər və həyata keçirdiyi layihələr, tədbirlər nəticəsində Küveyt ictimaiyyətinə Azərbaycanın üzləşdiyi problemlər, Dağlıq Qarabağ münaqişəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı həyata keçirdiyi soyqırımlar barədə ətraflı məlumat verilib.

 

- Könül xanım, Küveytdə təxminən nə qədər azərbaycanlı yaşayır?

 

- Mən Küveytə təzə gedən vaxtlarda orada azərbaycanlılar çox az idi. O vaxt Küveytdə heç səfirlik də yox idi. Ancaq 2004-cü ilin sonlarında Küveytdə Azərbaycan səfirliyi açıldı. İndi Allaha şükür, çox da demək olmaz, amma ümumilikdə 50 min nəfərə yaxın olar.

 

-Diaspor təşkilatı yaratmaq hansı zərurətdən meydana çıxdı? 

 

-Hələ diaspor yaranmamışdan əvvəl də biz özfəaliyyət olaraq həyat yoldaşımla bərabər tədbirlər keçirirdik. Sonra bu işimizi ictimai olaraq daha da aktivləşdirib müxtəlif tədbirlər təşkil etdik. Beləliklə, Novruz bayramı tədbirlərinin birində bu təşkilatı yaratmaq təşəbbüsü meydana gəldi. Mən daha çox bu işdə fəal olduğuma görə təşkilata sədrlik etmək mənə təklif olundu. Təşkilatın adını isə mən irəli sürdüm və bəyənilərək qəbul olundu. Artıq fəaliyyətimzi Vətənsevər Azərbaycan-Küveyt Dostluq Cəmiyyəti olaraq davam etdiririk. Təşkilatın rəsmi təqdimat mərasiminə dövlət nümayəndələri, o cümlədən yerli xalqdan qonaqlar da dəvət edildi. Eyni zamanda Azərbaycanla bağlı foto stendlər qurulduvə film nümayiş olundu.

 

- Təşkilat olaraq indiyə qədər hansı tədbirlər keçirmisiniz?

 

- Təşkilatdan əlavə biz Küveytdəki soydaşlarımızın Azərbaycan bayrağı altında toplanmasına nail olmuşuq. Tərbirlərə gəlincə, Küveytdəki Azərbaycan səfirliyi ilə birgə Novruz bayramını, həmçinin 28 may Müstəqillik günün qeyd etmişik. Küveytdə Azərbaycan Mədəniyyət Günləri oldu. Bu tədbir eyni zamanda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə üst-üstə düşdü. Biz bunu çox təmtəraqlı şəkildə qeyd etdik. Əl-Küveyt şəhərinin “Dasma” adına mərkəzi sərgi və konsert kompleksində təşkil olunan mədəniyyət günlərində Azərbaycanın füsünkar təbiəti, zəngin tarixi mirası, iqtisadi inkişafını özündə əks etdirən fotosərgi də nümayiş olunmuşdu. Ekspozisiyanın xüsusi güşəsi isə ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuşdu. Eyni zamanda tədbirdə Azərbaycan mədəniyyət xadimlərinin ifasında maraqlı konsert proqramı da təşkil olundu. Küveytlilərə Azərbaycan Mədəniyyət Günləri o qədər maraqlı oldu ki, onlar yenə də bu tədbirlərin keçirilməsini istəyirlər.

 

-  Bəs, küveytlilərə Azərbaycanı necə tanıdırsınız?

 

- Biz küveytlilərə Azərbaycanın tarixini, mədəniyyətini musiqisinis. tanıdırıq. Biz orada kütləvi informasiya vasitələrində də çıxışlar edirik. Belə ki, Küveytin “Əl şahid” qəzetində müsahibəmiz dərc edilib. Orada həm özümüz, həm Azərbaycanın füsunkar yerləri haqda danışdıq, eləcə də Küveytdə Azərbaycan diasporunun fəaliyyəti haqda da məlumat verdik.

 

-Bəs Küveytdəki azərbaycanlı uşaqların dilimizi unutmaması üçün hansı addımlar atırsınız?

 

- Başqasını deməzdim, amma mənim dörd övladım (Danə, Haşim, Rezan, Leyla) var və hər biri iki dil- ərəb və Azərbaycan dilini təmiz bilirlər. Özüonlar ləhcəsiz və qüsursuz bu dillərdə danışırlar.

 

 

-Ümumiyyətlə, Küveytdə Azərbaycan necə tanınır?

 

- Azərbaycan demək olar ki, Küveytdə indi-indi tanınır. Biz səfirliyin dəstəyi ilə orada sərgilər açmışdıq. Xüsusən Xocalı faciəsi ilə bağlı sərgilərə gün ərzində yüzlərlə insan tamaşa edirdi. Sərgilər Küveyt ictimaiyyəti kütləvi informasiya vasitələrinin, eyni zamanda Əl-Küveytdə akkreditə olunmuş səfirliklərin nümayəndələrinin dünyanın müxtəlif ölkələrindən sərgidə iştirak edən insanların diqqət mərkəzində olurdu. Küveytlilər özləri bizim adət-ənənələrimiz, tariximiz, kitablarımız, mətbəx milli geyimlərimizlə maraqlanırdılar. Onlar deyirdilər ki, Küveytlə Azərbaycanın tarix mədəniyyət baxımından oxşarlığı çoxdur. Doğurdan da, bizim adət-ənənələrimizin haradsa Küveytlə bənzərliyi var. Bizm xalqla Küveyt xalqının qonaqpərvərliyində çox oxşarlıq var. Buna görə onlar bizi haradasa öz milləti kimi qəbul edirlər. Onların birinci sualı o olur ki, dinimiz nədir? Dinimizin islam olduğunu biləndə bizə daha çox yaxınlıq göstərirlər. Ümumiyyətlə, küveytlilərin Azərbaycana qarşı münasibətləri çox yaxşıdır. Fərdi münasibətən başqa onların bizə iqtisadi turizm maraqları da çoxdur. Yeri gəlmişkən, Dünya azərbaycanlılarının III qurultayında da Prezident İlham Əliyev çıxışında bildirdi ki, xarici ölkələrdə Azərbaycan ticarət evləri yaradılmalıdır. Biz onsuz da turizm baxımından sərgilər kçiririk. Ticarət evinin açılması ilə məhsullarımız orada daha geniş təqdim olunar. Belə olanda küveytlilər Azərbaycanı daha da yaxından tanıyarlar. Orada əvvəllər heç bilmirdilər Azərbaycan necə ölkədir. Son iki ildə tez-tez tərdbirlər keçirildi Küveyt rəsmiləri, eləcə ictimaiyyət bu tədbirlərdə iştirak etdilər. Bir neçə sərgilər keçirəndən sonra indi hamısı maraqlanırlar. Həm Azərbaycan haqqında, o cümlədən Xocalı faciəsi ilə bağlı ərəbcə kitabların nəşr olunması filmlərin göstərilməsinin bu baxımdan köməyi oldu. Bir tarixi baxımdan bu xalqlar eyni faciəni yaşayıblar. Çünki ötən əsrin 90-cı illərinin əvvələrində İraq tərəfindən Küveytin torpaqları işğal olunmuşdu. Eyni vaxtlarda ermənilər Dağlıq Qarabağ torpaqlarını zəbt ediblər. Sevindirici haldır ki, Küveyt rəhbərliyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlar prosesində Azərbaycanın haqlı, ədalətli mövqeyini dəstəkləyir.

 

-Küveytdə azərbaycanlılar əsasən hansı sahələrdə çalışırlar?

 

- Azərbaycanlılardan orada neft sahəsində çalşanlar var. Budan başqa müəllimlər, ofis işçiləri, biznesmenlər yaşayırlar. Həmçinin evdar xanımlar da var. Bir yaxşıdır ki, Küveytdəki azərbaycanlılar hamısı bir ailə kimdir. Tədbirlər keçirdikdə hər bir azərbaycanlı gücü çatdığı dəstəyi göstərir.

 

- Küveytdəki səfirliyimiz Sizin problemlərinizin həll olunmasına nəkimi köməklik göstərir?

 

- Xaricdəki hər bir Azərbaycan vətəndaşı yaşadığı ölkədə ilk növbədə öz səfirinə, sonra isə diaspor rəhbərinə güvənir. Səfirlik orada azərbaycanlıların hüquqlarını qoruyan orqandır. Allaha şükür, heç bir problemimiz yoxdur. Küveytdəki fövqəladə səlahiyyətli səfirimiz çox gözəl insandır. Hər bir sahədə bizə dəstək göstərdiyinə görə minnətdarlığımı bildirirəm. Ümumiyyətlə, səfirlik işçilərinin hamsı öz köməkliklərini bizdən əsirgəmirlər.

 

-Bəs, Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqələriniz necədir?   

 

-Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqələrimiz çox yaxşıdır. İnşallah münasibətlərimiz bundan sonra daha da dərinləşəcək. Görünür ki, burada çox gözəl insanlar çalışırlar. Çünki onlar bizim təkliflərə cani dildən yanaşır hər bir köməklik göstərirlər. Sağ olsunlar, bizim üçün kitablar, broşürlər, CD-lər göndərirlər. Biz bunları Küveyt xalqı arasında yayırıq. Başda Nazim İbrahimov olmaqla komitənin bütün əməkdaşlarına təşəkkür edirəm.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar. -2014.- 12 avqust. S. 7.