Bu günün təcrübəsi, sabahın karyerası

 

 

“Azərikimya”İB-nin Etilen-Polietilen zavodunda tələbələr nəzəri biliklərini təcrübədən uğurla keçirirlər

 

ARDNŞ-in ali təhsil müəssisələrində təhsil alan istedadlı tələbələrə ayırdığı diqqət bu gündavam etməkdədir. Artıq beşinci ildir ki, ARDNŞ Azərbaycanın və xarici ölkələrin müxtəlif ali məktəblərində neft-qaz, neft-qaz qurğuları, qazma, geofizika, geologiya, proseslərin avtomatlaşdırılması, informasiyakommunikasiya texnologiyaları, inşaat, boru kəmərləri, ekologiya, neft-kimyakimya mühəndisliyi, iqtisadiyyatenergetika ixtisasları üzrə təhsil alan Azərbaycan vətəndaşı olan tələbələrə yay tətili müddətində istehsalat təcrübəsi keçmək üçün ödənişli “Yay təcrübəsi proqramı”nı həyata keçirir.

 

Proqram tələbələrin neft sənayesinin müxtəlif sahələrində təcrübi biliklərinin artırılması, onların real şəraiti ilə yaxından tanış olması, nəzəri biliklərinin təcrübədə yoxlanılması, həmçinin keyfiyyətləri barədə ARDNŞ-də daha dolğun informasiyanın toplanması məqsədi ilə həyata keçirilir. Qeyd edək ki, Yay təcrübəsi tələbənin istəyindən asılı olaraq, 1 və ya 2 ay müddətində davam edəcək. Proqramın şərtlərinə görə tələbə ilə həmin müddətə müvəqqəti əmək müqaviləsi bağlanılır və işə qəbul olunur. Təcrübəçi işlədiyi vaxta və vəzifəsinə müvafiq olaraq, əmək haqqı alır. ARDNŞ işçiləri üçün mövcud olan bütün güzəştlər təcrübəçilərə də şamil edilir. Proqramda təhsil aldığı ali məktəbdən asılı olmayaraq, qeyd olunan ixtisaslar üzrə bakalavriatın əsasən 2, 3, 4-cü kurslarını və magistraturanın 1 və 2-ci kurslarını bitirən tələbələr iştirak edirlər. 14 aprel 2014-cü il tarixində ARDNŞ-in saytında elan olunmuş müsabiqəyə ölkə daxilində və xaricdə 58 ali məktəbdə təhsil alan 1097 tələbə müraciət etmişdi. 32 ali məktəb üzrə 209 tələbə yay təcrübəsinə qəbul edilmişdir. Onu da qeyd etmək lazımdır ki, təcrübəyə qəbul edilmiş tələbələrdən 126 nəfəri ARDNŞ təqaüdçüsüdür. Seçim zamanı ARDNŞ-in təqaüd müsabiqələrinin qaliblərinə, həmçinin müsabiqələrdə yaxşı nəticələr göstərən tələbələrə üstünlük verilmişdir.

 

Qeyd edək ki, dünən “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodundaYay təcrübəsi proqramı”nın iştirakçıları olan tələbələrlə elə başında görüşdük. Görüşdə zavodun direktoru Oqtay Niftəliyev ARDNŞ barədə tələbələri məlumatlandıraraq dedi ki, dünya neft sənayesinin müasir texnologiya və təcrübələrini öz prinsipinə tətbiq edən ARDNŞ bu gün artıq beynəlxalq neft korporasiyalarının önündə gedir. İndi ARDNŞ neft-qaz sənayesinin inkişafına töhfələr verən bir şirkət kimi diqqəti cəlbedəcək qədər inkişafdadır və o son illərdə neftqaz yataqlarının axtarışı, kəşfiyatı və işlənməsi, neftqaz kondensatının hasilatı, emalı və nəqli, neftneft kimya məhsullarının, qazın daxilixarici bazarlarda satışı, habelə ölkə ərazisində sənayenin və əhalinin təbii qazla təchizatı ilə məşğul olmaqda sahənin söz sahibinə çevrilib. Şirkətin tərkibində hüquqi şəxs statusuna malik olan 3 istehsalat birlikləri, 2 neft və 1 qaz emalı zavodu, 2 trest, 1 institut daxil olmaqla 21 struktur bölməsi var. Bundan əlavə şirkətin Gürcüstan, Türkiyə, Rumıniya, Avstriya, İsveçrə, Qazaxıstan, Böyük Britaniya, İran, AlmaniyaUkrayna nümayəndəlikləri, Sinqapur, Vyetnam, Nigeriyas. treydinq şirkətləri təsis olunmuşdur.

 

Oqtay Niftəliyev dedi: “Siz tələbələrin bu gün istehsalat təcrübəsi keçdiyiniz Etilen-Polietilen zavodu ölkənin neft-kimya sənayesində önəmli yer tutur. Hazırda zavodun istehsalat göstəriciləri də yüksəkdir. Təcrübə müddətində sizin buradakı peşəkar kadrlardan öyrənəcəyiniz çox şeylər var. Xüsusən, bizim tələbələrdən də böyük gözləntilərimiz var. Ona görə ki, sizlərin əksəriyyəti ən nüfuzlu və keyfiyyətli təhsili ilə ad qazanmış xarici universitetlərdə oxuyursunuz.

 

Direktor tələbələrə uğurlar arzulayaraq onları daha təşəbbüskar olmağayeni təkliflərlə çıxış etməyə çağırdı. Xüsusi olaraq bildirdi ki, hər bir tələbəyə idarənin kollektivi tərəfindən qayğı və diqqət göstərilir. Onların problemlərinin həllinə, yeni təklif və təşəbbüslərinə dərhal reaksiya verilir.

O. Niftəliyev sonda tələbələrə bildirdi ki, onlar işlədikləri müddətdə İB-nin əməkdaşları kimi bütün güzəştlərdən istifadə etmək hüquqları var. Bütün hallarda tələbələrdən gözləntimiz onların qazandıqları nəzəri biliklərini təcrübəyə uğurla tətbiq etmələridir: “Biz bu yolda sizə hər bir dəstəyi verməyə hazırıq.”

Görüşdə təcrübə keçən tələbələr də çıxış edərək şəraitlərindən, zavodda onlara göstərilən xoş münasibətlərdən danışdılar. Aysel Qəribli Bakı Dövlət Universitetində magistr təhsili alır. Hazırda zavodda Piroqazın və suyun hazırlanması sahəsində 9-cu dərəcəli mühəndis kimi təcrübə keçir. Burada peşəkar mütəxəssislərdən qayğı və diqqət gördüyünü bildirən Aysel nəzəriyyədə qazandığı biliklərini təcrübədən keçirmək üçün əla imkan olduğunu dedi.

 

Yay təcrübəsi proqramı”nın iştirakçısı olan digər tələbə Muxtar Abbaslı Türkiyənin Hacettepe Universitetində təhsil alır. O, burada mühasibat uçotuhesabat şöbəsində 9-cu dərəcəli mühasib kimi təcrübədədir. Onun sözlərinə görə, burada zəngin təcrübəsi onun gələcək karyerasına kömək olacaq.

 

Zavodun mühasibat uçotuhesabat şöbəsində 9-cu dərəcəli mühasib kimi təcrübədə olan digər tələbə Ümüd Alməmmədovdur. O, ARDNŞ-in tələbələrlə bağlı həyata keçirdiyi layihələri yüksək qiymətləndirərək Şirkətin yaratdığı bu şansdan maksimum yararlanaraq daha çox yenilikləri öyrənməyi məqsədəuyğun hesab edir.

 

Zavodun personal və əmək haqqı şöbəsində təcrübə keçən Yusif Səfərov burada onlar üçün yaradılan şəraitdən razı qaldığını bildirdi. O dedi ki, biliklərini təcrübədə sınaqdan keçirmək imkanı qazandığı üçün, eyni zamanda, buYay təcrübəsi proqramı”nın ödənişli əsaslarla olduğu üçün ARDNŞ rəhbərliyinə təşəkkür edir. Onun sözlərinə görə, buradakı peşəkar kadrlarla işləmək ona yeni inkişaf imkanları yaradır. Zavodun prinsipimetodu onun ürəyincədir və burada ancaq biliyinin üzərinə yenilərini də əlavə etmək imkanlarını əldə edəcəkdir.

 

Tələbələr birmənalı olaraq zavodda yaradılan mükəmməl təcrübə şəraitinə görə rəhbərliyə minnətdarlıqlarını ifadə etdilər. Onlar dedilər ki, zavod direktoru təcrübələrinin daha səmərəli keçmələri üçün onların hər biri ilə şəxsən maraqlanır, köməyə ehtiyacı olanlara mənəvi və texniki dəstəyini əsirgəmir.

Sonra tələbələrlə sahələrdə onların təcrübə keçdikləri yerlərdə olduq. Təcrübə rəhbərləri peşəkar kimyaçılar hər bir tələbə ilə başında söhbətlər apararaq onlara öz təcrübələrini öyrədirdilər. Zavodda 5 saylı sahənin rəisi İlqar Qurbanov tələbələri yeni avadanlıqlarla tanış edir, buradakı kimyəvi proseslərin gedişini və ardıcıllığını izah edirdi.

 

Tələbələrlə görüşdən sonra ümumi qənaətimiz belə oldu ki, son zamanlar zavodun abadlaşan və müasirləşən sahələrində müşahidə olunan işgüzarlıq, səmimi kollektivçilik və səmərəli davamlıdır və bu gerçəklik hər kəsi məmnun edir.

 

 

İki sahil. -2014.- 9 avqust.- S. 6.