Azərbaycan diasporasının uğur açarı
Diaspora qurumlarımızın xarici ölkələrdə təşkil
etdikləri tədbirlərdə bu cür viki-mənbələrə istinad olunmalıdır
Diaspora ölçüsü geniş qavramdır. Xüsusilə Azərbaycan diasporasından danışırıqsa, Ermənistanı çıxmaq şərtilə dünyanın bütün ölkələrinə səpələnmiş millətdən bəhs edirik demək. Avropa, Asiya, Şimali Amerika, Avstraliya, Cənubi Amerika və Afrikada milyonlarla azərbaycanlı yaşayır. Digər xalqlardan fərqli olaraq, azərbaycanlılar yaşadıqları ölkələrdə diaspora şəklində formalaşa biliblər. Hətta İran, Gürcüstan və Türkiyə kimi ölkələrdə azərbaycanlıların sayı milyonlarla ölçülməsinə görə, dispora olmaqdan da kənara çıxıblar. Azərbaycanın xarici ölkələrdəki diasporasını fərqləndirən əsas özəlliklər onun müstəqil, dinamik və sistemli formada fəaliyyət göstərməsindədir. Azərbaycanlılar yaşadıqları ölkələrin şəhər, qəsəbə və kənd, o cümlədən fəaliyyət göstərdikləri mədəni, siyasi, hüquqi və ictimai sektorlarda fərqlilik nümayiş etdirə bilirlər. Diasporamızı fərqləndirən xüsuslar içərisində Azərbaycan dövlətinin milli maraqlarının, eyni zamanda milli adət-ənənələrimizin qorunması əsas yeri tutur. Azərbaycanlılar getdikləri ölkələrin xalqlarına ölkəmizin milli, mədəni, tarixi özəlliklərini də təqdim edə bilirlər.
Beynəlxalq
qurumların ikili standartları və Azərbaycan
diasporası
Dağlıq Qarabağ və ətraf rayonlarının Ermənistan tərəfindən işğalı ərəfəsində Azərbaycanın xaricdəki diasporasının əhəmiyyəti özünü qabarıq şəkildə göstərməyə başladı. Azərbaycan dövlətinin xarici siyasət kursunu dünya ölkələrində layiqli şəkildə təbliğ edən diaspora işğaldan keçən 20 il ərzində bu yöndəki maraqlarımızın dünya xalqlarına çatdırılmasında müstəsna rol oynayıb. Ermənistanın işğalı və münaqişənin həllindəki ədalətsiz mövqeyi Azərbaycan diaspora təşkilatlarının, eyni zamanda nümayəndəliklərinin bir əqidə altında birləşməsinə rəvac verdi. Keçən 20 il ərzində Azərbaycan dövlətilə yanaşı onu diasporasının da əsas qayəsi Dağlıq Qarabağ və Azərbaycan həqiqətlərini dünya xalqlarına çatdırmaqdan ibarətdir. Beynəlxalq qurumların və Qərb dövlətlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindəki ikili standartları diasporamızın üzərinə ağır yük qoyur. Xarici ölkələrdə yaşayan azərbaycanlıların bu çərçivədəki vəzifəsi, demokratiyaya, beynəlxalq hüquq normalarına və insan haqlarına qarşı olan təhdidləri dəf etmək, məsələni birmənalı şəkildə qəbul etməyənləri Dağlıq Qarabağla bağlı məlumatlandırmaq, eyni zamanda xəbərdarlıq etməkdir. Bu gün xarici ölkələrdəki Azərbaycan diasporası bu xüsusda bir sıra uğurlar əldə edə bilib. Ermənistanın işğalının ədalətsiz olması məsələsində dünyanın bir sıra ölkələrində birmənalı fikir yaradılıb. Bu diasporamızın doğru yolda olmasının göstəricisidir. Bu yöndəki əsas iş ümumi təşkilatlanmanı yarada bilməkdir. Son illərdə müxtəlif ölkələrdəki Azərbaycan diaspora təşkilatları arasındakı sıx işbirliyi də sevindiricidir. Xaricdəki diaspora təşkilatlarımızın Azərbaycan dövlətilə tandemli iş qrafiki uğurumuzun əsas açarıdır.
Erməniləri öz əllərilə vurmağın yolu
Azərbaycan dövləti və diasporasının qarşısında aqressiv və son dərəcə xalqı uydurmalarına inandıra bilən qüvvələrin hakim olduğu Ermənistan dayanır. Ermənilər dünən basdırdıqları dəmir parçasını, bu gün dünyaya “tarixi eksponat” kimi təqdim edən, yalanı siyasi oyunlarına alət etmiş millətdir. Aleksandr Düma deyirdi ki, ermənilər həmişə başqa dinə qulluq edən hökmdarların hakimiyyəti altında olmuşlar, nəticədə öz fikir, niyyət və duyğularını gizli saxlayan, hiyləgər və kələkbaz adamlara çevrilmişlər. Ermənilərin kim olması barədə dünyanın tanınmış simalarının bu xüsusda olan fikirləri çoxdur. Diaspora qurumlarımızın xarici ölkələrdə təşkil etdikləri tədbirlərdə bu cür viki-mənbələrə istinad olunmalıdır. Strabon, Pyer Düfur, Georq Qoyan, Fridrix Engels, Aleksandr Düma, V.L.Veliçko, Tatsit, Vilson, N.Y.Mar, X.Abovyan, M.Abeqyan, Musa Kalankatlı, Haykazyan, Gevorq Aslan, Musa Xorenatsi, S.B.İxilov, Adam Mete və s. kimi alim və ziyalıların ermənilər haqqında tarixi araşdırmaları var. Həmin araşdırmalardan erməniləri ifşa etmək üçün istifadə etmək mümkündür. Xüsusilə erməni alimlərin öz millətləri haqqında araşdırmaları müstəsna əhəmiyyətə malikdir. Məsələn, Georq Qoyan, X.Abovyan, M.Abeqyan, Haykazyan, Gevorq Aslan, Musa Xorenatsi kimi erməni alimlərin tarixi araşdırmalarında bu millətin yalanlarını üzə çıxaracaq faktlar var. Mütləq şəkildə həmin faktları “Ermənilərin özləri haqqında etirafları” formatında nəşr etdirib yaymaq olar. Erməniləri özlərinin əli ilə vurmaq lazımdır ki, müharibəyə ehtiyac qalmasın. Məsələn, X.Abovyan yazır: “Heç bir dil mənim üçün bu qədər çətin olmamışdır. Tarixdə erməni dilinin oxşarı yoxdur”: M.Abeqyan: “Erməni dili hibrit (calaq) dildir. O biri yandan erməni qəbiləsi də hibritdir. Urartu və başqa qonşuları assimliyasiya etmişdir”; Gevorq Aslan: “Ermənilər əsasən Dəclə və Fərat bölgələrində yaşamışlar”; Musa Xorenatsi: "Biz (yəni haylar) kiçik, azsaylı, zəif və çox nadir hallarda özgələrinin hakimiyyəti altında yaşayan xalqıq”. Haykazyan isə “Erməni Tarixi” adlı əsərində yazır ki, ilk erməni sülaləsinin başçısı tarixdə olmayıb. Haykazyan öz əsərində ümumiyyətlə ermənilərin heç vaxt Cənubi Qafqaza aid olmadığını deyir. Çox tutarlı və dəqiq faktlardır. Məsələ üzərində düşünüb mükəmməl bir proqram hazırlamaq lazımdır. Azərbaycan diasporası məsələni nəzarətə keçirməlidir.
Xarici dövlətlərin hakimiyyət
orqanları ilə işbirliyi
Diaspora təşkilatları bu işğalı ifşa etmək üçün fəaliyyət göstərdikləri ölkələrin dövlət və hökumət qurunlarınadək çıxmalıdır. Bu işi pərakəndə şəkildə yox, ümumittifaq yolu ilə görmək olar. Hər hansı ölkənin parlamenti tərəfindən Ermənistanın uydurma iddiaları ifşa olunsa, bu bizim uğurumuz üçün atılmış əhəmiyyətli addım olacaq. Ayrı-ayrı dövlətlərin hakimiyyət strukturlarında Dağlıq Qarabağla bağlı konkret fikir formalşdırılmalıdır. Effektiv nəticə əldə etmək üçün isə həmin dövlətlərin lehinə olan bir sıra tədbirlər keçirmək olar. Humanitar, xeyriyyə tədbirlərinin keçirilməsi və s. bu qəbildən ola bilər. Görülən işlər sosial şəbəkələr, müxtəlif media saytları və televiziyalar vasitəsilə ictimailəşdirilməlidir. Nəticə üçün ilk öncə həmin dövlətə xoş görünmək lazımdır. Bundan sonra lazımi nəticələr üçün yol açılacaq. Bu gün hansısa dövlətin ən kiçik məmurunun belə Dağlıq Qarabağ məsələsində erməniləri tənqid edəcək fikri, çox şey deməkdir. BMT, NATO, Avropa İttifaqı, Avropa Parlamenti kimi beynəlxalq qurumları da bu məsələyə cəlb etmək olar. Bunun üçün ilk öncə həmin qurumlara üzv olan ölkələrdə təbliğat mexanizmini qurmaq və genişləndirmək lazımdır.
Ermənistanla soyuq münasibətləri olan
dövlətlər
İşi daha iri miqyasa keçirmək üçün bu gün ermənilərin ərazi iddiaları ilə çıxış etdiyi Türkiyə və Gürcüstan diasporaları ilə işbirliyi görmək lazımdır. Ramil Səfərov məsələsindən sonra soyuq münasibətlərdə olan Macarıstan da xüsusi əhəmiyyət kəsb edir. Milli kimliklərinə görə, həmişə qərəzli çıxışları ilə ermənilərin təhqir etdikləri Qazaxıstan, Özbəkistan, Kipr, Qırğızıstan və Türkmənistanı diqqətdə saxlamaq lazımdır. Çünki bu ölkələrin vətəndaşları dini və milli mənsubiyyəti etibarilə Azərbaycandan fərqlənmir. Eynidir. Onlar da Azərbaycan kimi türk dövlətləridir. Bizi tarixi dəyərlər də birləşdirir. Sərfəli nəticə üçün müraciətlər edilməsi, cəlbedici təkliflər irəli sürülməli, həmin dövlətlərin milli maraqları da önə çəkilməlidir ki, mexanizm qurula bilsin. Bu gün Ermənistanı tənqid edən hər bir dövlətlə iş görmək olar və lazımdır. Bu Azərbaycanın milli maraqlarının qorunması, təhlükəsizliyimiz və işğala müharibəsiz son qoymağımız üçün vacibdir.
Lobbi və diaspora
birliyi
Dağlıq Qarabağ və ətraf rayonlar işğaldan azad olanadək Azərbaycan diasporasının gərgin iş rejimində, sistemli və mexniki çalışması zəruridir. Bu zərurət milli şüurumuzun daha da inkişaf etməsinə zəmin yaradacaq. Lobbiçilik fəaliyyəti bunun üçün önə çəkilməlidir. Lobbiçilik ayrıca bir institutdur, lakin məsələ ümummili olduğu üçün onun diaspora ilə birliyi lazımdır. Lobbi fəaliyyətində uğur qazanmaq üçün ilk növbədə soydaşlarımız yaşadıqları ölkənin elitasına daxil olmağı bacarmalıdırlar. Soydaşlarımızın uzaq xaricə çıxışının tarixi o qədər də dərin deyil. Ona görə də zaman-zaman problemlər yaşayırdıq. Müstəqilliyinin ilk illərindən etibarən azərbaycanlıların təşkilatlanması məsələsi ilk növbədə ideoloji və tarixi əhəmiyyət daşıyan bir problem idi. Buna nail olmaq üçün Azərbaycan dövlətinin ideya-siyasi təməlini yaratmaq, onun iqtisadi qüdrətinə və siyasi nüfuzuna güclü inam formalaşdırmaq tələb olunurdu. Ümummilli lider Heydər Əliyev də bu ideyanın həyata keçirilməsi prosesinə məhz həmin amilləri nəzərə aldı. Bir sözlə, dünyanın müxtəlif yerlərində məskunlaşmış azərbaycanlıların mütəşəkkil diaspor kimi formalaşması, lobbiçiliyin təşkili Azərbacanın xarici siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Qısa bir zamanda da buna nail olundu. Bu məsələni rəhbər tutaraq, uğurlarımızın daha da yaxınına gələ bilərik.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-2014.-15 avqust.-S.7.