Azərbaycanın dövlət siyasəti və diaspora

 

Azərbaycana qarşı müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən yol verilmiş ədalətsizliklərə diaspor təşkilatları dərhal kəskin etirazlarını bildirirlər

80-ci illərin sonlarında SSRİ məkanında cərəyan edən hadisələr imperiyanın sərhədləri çərçivəsində demokratik düşüncə tərzinin genişlənməsinə və milli azadlıq hərəkatlarının güclənməsinə zəmin yaratdı. Azərbaycanda milli oyanış daha geniş vüsət aldı. Təsadüfi deyil ki, 1989-cu ildə azərbaycanlılar “Dünyanın ən mübariz xalqı” adına layiq görülüblər. Erməni işğalçılarının ölkəmizin ayrılmaz parçası  olan Dağlıq Qarabağ ərazisinin qəsb edilməsinə yönəldilmiş terror-təxribat aksiyaları xalqımızın milli özünüdərk hissinin güclənməsində mühüm rol oynadı. Zaman keçdikcə diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətin məqsədi dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, diasporun potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etməkdən ibarət olub. Diaspora sahəsində yeni qanunlar qəbul edilib və təkmilləşdirilib.

 

1828-ci ildən bu yana

 

Azərbaycandan kənarda 40 milyondan çox azərbaycanlı yaşayır. 1828-ci il “Türkmənçay” müqaviləsinin imzalanmasından başlayaraq, Şimali Azərbaycandan digər dövlətlərə müəyyən köçlər həyata keçirilib. Bu Azərbaycan diasporasının nə qədər qədim olmasının göstəricisidir. Azərbaycanlıların ölkə hüdudlarından kənarda yaratdıqları diaspora təşkilatlarına Azərbaycan dövlətinin xüsusi qayğısı var. Bu “Xaricdə Yaşayan Azərbaycanlılarla bağlı dövləti siyasəti haqqında” Azərbaycan Respublikasının qanununda da əks olunub. Qanun Azərbaycan Respublikası hüdudlarından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşları, onların ailələri, bu kateqoriyaya daxil olmayan, lakin lakin etnik, dil, mədəniyyət və tarixi əlaqələr baxımından özünün Azərbaycana bağlı olduğunu bildirən şəxslər daxildir.

 

Azərbaycanlılar həmişə Vətənə bağlı olublar

 

Xaricdə yaşayan azərbaycanlılarla sıx əlaqələrin qurulması və Azərbaycan diasporunun formalaşmasında Xarici ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti mühüm yer tutur. Cəmiyyət 1946-cı ildə Bakıda yaradılıb. Həmin vaxt Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) xüsusi nəzarəti altında gərgin fəaliyyət göstərən, qurumun əsas məqsədi xaricdə yaşayan azərbaycanlıların, xüsusilə də ziyalı təbəqəsinin Azərbaycanla əlasinin qurulması idi. Həmin illərdə Azərbaycan diasporasının formalaşmasında Azərbaycanın görkəmli ziyalılarının böyük fəaliyyətləri olub. Görülən işlərin ictimailəşdirilməsi üçün 1960-cı ildə cəmiyyətin nəzdində “Vətənin səsi” adlı qəzet nəşr edilib. Xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün nəzərdə tutulan “Vətənin səsi” qəzetinin əsas səhifələrində milli təbliğat əsas yeri tuturdu. 1992-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Xarici ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin adı “Azərbaycan Dünyası” Beynəlxalq Əlaqələr Mərkəzinə dəyişdirildi. Yəni ki, Sovet rejimin ən sərt qaydalarının hökm sürdüyü vaxtlarda belə xaricdə yaşayan azərbaycanlılar öz Vətənlərilə əlaqələrini davam etdiriblər.

 

Dünyanın bütün tərəflərində varıq

 

Hazırda da dünyanın ölkələrinin əksəriyyətində çoxlu sayda azərbaycanlılar yaşayırlar. Şimali, Cənubi və Mərkəzi Amerikada minlərlə azərbaycanlı var. Təkcə ABŞ-da yaşayan azərbaycanlıların sayı 400 mindən çoxdur. Bundan başqa Argentina, Braziliya, KanadaMeksikada da kifayət qədər azərbaycanlı yaşayır. Azərbaycan diasporunun yayılma coğrafiyası və ədədi böyüklüyü baxımından ən geniş olduğu ikinci qitə Avropadır. Türkiyədə azərbaycanlıların 3, Rusiyada 2.5, Ukraynada 500, İsveçdə 30, Almaniyada 100, Hollandiyada isə 20 minə yaxındır. Belçika, Danimarka, İsveçrə, Böyük Britaniya, Çexiya, Slovakiya, Polşa, Avstriya, Estoniya, Belarus, MoldovaFransada da çoxlu sayda soydaşımız var. AvropaAmerika qitələrində yaşayan soydaşlarımızın böyük əksəriyyəti diaspora fəaliyyəti ilə məşğuldurlar. Asiyada da Azərbaycan diasporasının yayılma coğrafiyası kifayət qədər genişdir. Banqladeş, Hindistan, Əfqanıstan, Pakistan, İordaniya, Orta Asiya ölkələri,  İndoneziya, Yəmən, Çin, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı, Suriyaİraqda Azərbaycan diasporasının aktiv fəaliyyəti var. Avstraliya qitəsində isə təxminən 8 minə yaxın azərbaycanlı yaşayır.

 

Diasporaya dövlət qayğısı

 

Dünyanın bütün istiqamətlərində böyük bir coğrafiyanı əhatət edən Azərbaycan diasporası Prezident İlham Əliyevin başçılığı ilə dövlətimizin diqqəti altındadır. İlham Əliyevin “Mən 9 milyonun yox, 50 milyon xalqın prezidentiyəm” bu gün xarici ölkələrdəki Azərbaycan diasporasının rəhbər tutaraq gördüyü əsas məntiqdir. Ümumiyyətlə xarici ölkələrdə yaşayan azərbaycanlılara dövlət qayğısı və diqqəti həmişə olub. İstər ümummilli liderə Heydər Əliyevin birinciikinci dönəm hakimiyyəti vaxtı, istərsə də bu gün ulu öndərimizin layiqli davamçısı İlham Əliyevin rəhbərliyi altında olsun, Azərbaycan diasporası dövlətin qayğısını həmişə üzərində hiss edib. 2002-ci ildə yaradılan Xarici Ölkələrdə yaşayan Azərbaycanlılar üzrə Dövlət Komitəsi bunun bariz nümunəsidir. Komitənin başlıca məqsəd və vəzifəsi: Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələri genişləndirmək və inkişaf etdirməkdir.

 

Prezident İlham Əliyevin dövlət siyasətində diaspora

 

2002-ci ildə “Xaricdə Yaşayan Azərbaycanlılarla bağlı Dövlət siyasəti haqqında” Azərbaycan Respublikasının qanunun qəbul edilməsi isə diasporanın əhəmiyyəti bir qədər də önə çəkildi. Qanun xaricdə yaşayan azərbaycanlıların məqsəd və prinsiplərinin, eyni zamanda dövlət orqanlarının fəaliyyətinin əsaslarını müəyyən etdi. Qanun diaspora və dövləti biri-birinə daha da yaxınlaşdırdı. Ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin hakimiyyəti dönəmində də xaricdə yaşayan azərbaycanlılar yenə də diqqət mərkəzindədir. İlham Əliyevin səyləri sayəsində diaspora sahəsinin inkişaf etdirilməsi üçün bir sıra tədbirlər görülmüş, fərman və sərəncamlar imzalanıb. Diaspor sahəsində dövlət siyasətinin həyata keçirilməsi xarici ölkələrdə yaşayan azərbaycanlıları və onların təsis etdikləri diaspor təşkilatları, eyni zamanda Azərbaycanla yaxın olan digər xalqların diaspor qurumları ilə əlaqələrin genişləndirilməsi dövlətin xarici siyasətinin əsas prioritetlərindən biridir. Keçən illər ərzində diaspora qurumları ilə dövlət orqanları və qeyri-hökumət təşkilatları arasında mexniki qurulub. Bu isə Azərbaycanın nüfuzunun artırılması istiqamətində əhəmiyyətli addımdır.

 

Milli mənsubiyyətimizin müdafiə edilməsi

 

Azərbaycanın milli-mədəni mənsubiyyətinin qorunması, tarixi ənənələrə bağlılığın müdafiə edilməsi diaspora quruculuğunda rəhbər tutulan aktual məsələlərdən biridir. Bu sahədə dövlət tərəfindən daima müvafiq tədbirlər həyata keçirilir. Müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspora birliklərinin və digər milli qurumların ümumi təşkilatlanması da dünya azərbaycanlılarının fundamental məqsədlərini təşkil edir. Diaspora qurumları aktiv fəaliyyətə keçəndən bu günədək proses daimi şəkildə inkişaf etdirilir. Tarixi məsələlər, xüsusilə Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünyaya çatdırılması, Azərbaycanın bu istiqamətdəki ədalətli mövqeyinin müdafiə olunması, digər xalqların bu barədə lazımi şəkildə məlumatlandırılması diaspora üçün prioritetdir. Effektiv nəticənin əldə edilməsi üçün müxtəlif ölkələrdəki diaspora təşkilatları arasında əlaqələrin gücləndirilməsi, inkişaf etdirilməsi yalnız mədəni, siyasi, psixoloji zəmində deyil, eyni zamanda iqtisadi baxımdan da özünü göstərir.

 

Qarşıya qoyulan vəzifələrə nail olunub

 

Dövlət tərəfindən diaspora qurumları qarşısına qoyulmuş vəzifələrə ümumən nail olunub. Bildiyiniz kimi, dövlətin diaspor fəaliyyəti sahəsində qarşıya qoyduğu məqsəd ilk növbədə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin Azərbaycanla əlaqələrini daha da möhkəmləndirmək, dünya azərbaycanlıları arasında birliyi və həmrəyli təmin etmək, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətini gücləndirmək idi. Diaspor quruculuğunun digər mühüm sahələrindən biri də xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin hazırlanması və həyata keçirilməsi idi. 2002-ci ildə qəbul edilmiş "Xaricdə Yaşayan Azərbaycanlılarla bağlı Dövlət Siyasəti haqqında" Qanun xaricdə yaşayan soydaşlarımız qarşısında çox geniş perspektivlər açdı və onların ölkəmizin milli mənafeləri ətrafında daha sıx birləşdirilməsini nəzərdə tutdu. Bu qanun Azərbaycan diasporunun inkişafına dövlət qayğısının daha da artırdı. Ümummilli liderin diaspora siyasəti ondan sonra da çox uğurla davam etdirilir. Prezident İlham Əliyevin diaspor quruculuğu sahəsində qarşıya qoyduğu vəzifələr, xüsusən xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, soydaşlarımız arasında milli-mənəvi dəyərlərin qorunub saxlanılması, həmvətənlərimizin hüquq azadlıqlarının qorunması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilir, ayrı-ayrı qurumların bir təşkilatda birləşməsi davam etdirilir. Diaspor təşkilatlarımız da həm yaşadığı ölkələrdəki Azərbaycan icmasının problemlərinin həllinə çalışır, həm mənəvi cəhətdən bağlı olduğu Azərbaycanın maraqlarından çıxış edirlər. Azərbaycana qarşı müxtəlif dövlətlər beynəlxalq təşkilatlar tərəfindən yol verilmiş ədalətsizliklərə diaspor təşkilatları dərhal kəskin etirazlarını bildirirlər.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Olaylar.-2014.-16-18 avqust.-S.7.