Azərbaycanlı tələbələr və diaspora

 

Rusiya, AmerikaAvropa dövlətlərində fəaliyyət göstərən diaspor komitələri aktiv fəaliyyət mexanizminə malikdirlər

 

Sayı 50 milyon nəfər olan dünya azərbaycanlılarının 10 milyondan çoxu hazırda mühacirətdə yaşayır. Dünyanın 5 qitəsində məskunlaşan soydaşlarımızın siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait, mənəvi dəyərlər kimi müxtəlifdir. Problemlərə və çətiniklərə baxmayaraq, azərbaycanlılar hər zaman öz milli mənsubiyyətini, adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qayğı ilə qoruyub saxlayıb, tarixi Vətənlə əlaqələrini itirməyiblər. Bu gün dünyanın müxtəlif ölkələrində diasporumuzun mövcudluğu da məhz bu amillə bağlıdır. Azərbaycanlılar Amerika qitəsinin Şimal, Mərkəzi və Cənub hissəsində daha çox məskunlaşıblar. Onların sayı Birləşmiş Ştatlarda 1 milyona, Argentinada 12 minə, Braziliyada 75 minə, Kanadada 170 minə, Meksikada isə 27 minə çatır. Göründüyü kimi Amerika qitəsi ölkələri arasında azərbaycanlıların ABŞ-da sayı çoxluq təşkil edirdiaspora fəaliyyətinin əsas yükü ABŞ-da qurulmasıdır. ABŞ-da məskunlaşan azərbaycanlıların əksəriyyəti Güney Azərbaycandan miqrasiya etmiş soydaşlarımızdır. 1970-ci ildən etibarən Turkiyədən, 1991-ci ildən isə Azərbaycandan bir qism soydaşlarımızın  bu ölkəyə  axını diasporumuzun tərkibinə və sosial-iqtisadi fəaliyyətinə öz təsirini göstərdi.  Diaspora təşkilatımızın son illər mövqelərini müsbətə doğru dəyişməyə nail olublar. Burada Azərbaycan-Amerika Alyansının fəaliyyətini qiymətləndirmək lazımdır. Alyansın ABŞ-da gördüyü işlər Amerika xalqının Azərbaycana olan münasibətin müsbətə doğru dəyişməyinə hesablanmış fəaliyyət saymaq olar. Azərbaycan diasporunun yayılma coğrafiyası və say tərkibinə görə geniş olduğu ikinci qitə Avropadır. Son zamanların statistik göstəricilərinə əsasən, Avropa azərbaycanlıların sayı Türkiyədə  Rusiyada, milyonlarla, UkraynadaBelarusda, Almaniyada, Böyük Britaniyada   yüzminlərlədir. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diasporasının əldə etdiyi nəticələr dövlətimiz tərəfindən də müsbət dəyərləndirilir.

 

Xilafətdən başlayan tarix

 

Xilafət ordusunun Azərbaycana yürüşü, İslam dininin yayılması ilə əlaqədar burada  ərəbdilli elm və mədəniyyətin inkişafı, eyni zamanda  onlarca azərbaycanlı mütəfəkkirin Yaxın və Orta Şərqin şəhərlərinə axını başlamış və  bu proses diasporun yaranmasının təməlini qoyub. Azərbaycan Rusiya İmperiyası tərəfindən işğalına kimi Yaxın Şərqin elm və mədəniyyət mərkəzlərində əslən Azərbaycandan olan yüzlərlə alim və tələbənin biliklərə yiyələnməsi, milli təfəkkürümüzün region xalqların intibahında qabaqcıl mövqeyə çıxması sayəsində xaricdə məskunlaşması daha geniş vüsət alıb. Bundan sonra Azərbaycan diasporasının  başqa fazalarının formalaşması başlanılıb.

 

Tələbələr və diaspora

 

Azərbaycan diasporasının formalaşmasında xaricdə təhsil alan azərbaycanlı tələbələr də yaxından iştirak edirlər. Bu sahədə müəyyən irəliləyişlər var. Gənclərimiz dünyanın ən tanınmış universitetlərində yüksək təhsil almaqla birlikdə, ölkəmizi təhsil aldıqları ölkələrdə də layiqincə təmsil edirlər. Əlbəttə, xaricdəki tələbələrimizin üzərinə daha çox məsuliyyət düşür. Onlar təhsil aldıqları ölkələrdə vətənimizin qeyri-rəsmi səfiri missiyasını daşıyırlar. Bunun fərqində olan tələbələrimiz diaspora fəaliyyətləri zamanı, sadəcə tədbirlər keçirməklə kifayətlənmirlər. Onlar həm yerli, həm də xarici KİV-lərlə də sıx əməkdaşlıq edirlər. Son illər gənclərimizin diaspora fəaliyyətində gördüyü işlər və əldə etdikləri uğurları mətbuatımızda yer alan xəbərlərdən də açıq-aydın görmək mümkündür.

 

Tələbələrin diaspora fəaliyyəti

 

Xarici universitetlərin hər birinin nəzdində həm də tələbələrin təmsil etdikləri ölkələrin adından ibarət tələbə cəmiyyətləri fəaliyyət göstərir. Elə bu tələbələrin gördükləri işlər çox zaman diaspora təşkilatlarının gördüyü işlərdən daha çoxdaha effektiv olur. Onlar öz fəaliyyətləri ilə diaspora təşkilatlarını özlərinə cəlb edirlər. Bütün bu səbəblərdən tələbələrimizin xaricdə göstərdiyi fəaliyyətləri yüksək qiymətləndirmək olar. Sadəcə onların təkliflərini diqqətlə dinləməli, lazımi dəstəyi göstərmək lazımdır. Əlbəttə, bu sahədə problemlər də var. Bəzən xaricdəki tələbələrimizin Azərbaycanın təbliği ilə bağlı cəhdləri yetərsiz oluryaxud da istədikləri effekti vermir. Təbii ki, bunun müxtəlif səbəbləri var. Xarici universitetlər çox zaman etiraf edirlər ki, azərbaycanlı tələbələr qədər öz ölkələrinin təbliği məqsədilə heç bir ölkə gəncləri görmürlər. Təəssüf ki, onlar da görülən işlərin keyfiyyətində problemlərin mövcudluğunu etiraf edirlər. Tələbələrimiz xaricdə nə qədər tədbir təşkil etsələr də həmin toplantıların “etnik tərkibi”ni kifayət qədər genişləndirə  bilmirlər. Məhz bunun nəticəsində Azərbaycanı, ölkəmizin dünyada yeri, geostrateji maraqları, dünyanın enerji probleminin həllində rolunu digər ölkə vətəndaşları arasında yaya bilmirlər. Bunun da yuxarıda qeyd etdiyim kimi müxtəlif səbəbləri var. Gənclərimizin təşkilatçılıq baxımından təcrübələrinin zəif olması və tədbirlərin keyfiyyətli reallaşdırılmasına dəstək verəcək donor problemidir. Bəzən də diaspora təşkilatları ilə tələbələrimiz arasında sanki bir uçurum var. Bu körpünün qurulması zəruridir. Bunun üçünilk əvvəl tələbələrin istəklərini dinləmək zəruridir, onların təkliflərini dinləməkdən nə qədər üz döndərsələr bu körpü qurula bilməz. Başqa bir problem isə nədənsə gənclərimiz üz tutduqları ölkədə  fərqli adlar altında çoxlu təşkilatlar yaradırlar. Yaxşı olardı ki, bir təşkilat altında birləşib Azərbaycan uğurunda işlərini davam etdirsinlər. Bu zaman daha effektiv nəticələr əldə etmək mümkündür. Yoxsa, başqa-başqa təşkilatlar yaradıb ayrılmaqla hər hansı məqsədə varmaq olmur.

 

Gürcüstan azərbaycanlıları

 

Gürcüstanda yaşayan azərbaycanlılar diaspora adlanmır. Amma bu ölkədə yaçayan azərbaycanlıların yaratdıqları təşkilatların reallaşdırdığı fəaliyyətlər ölkəmiz üçün xüsusi önəm kəsb edir. Xüsusilə Gürcüstanın QHT sektorunda həyata keçirilən işlər Azərbaycanın təbliğində daha effektiv nəticələr ortaya qoyur. Azərbaycanlıların Gürcüstanda yaratdığı QHT-lərdən ən ümidvericisi “Gənclər ordusu” təşkilatıdır. Köhnə steorotiplərlə çağdaş dünyadakı siyasi proseslərə yanaşmanı anormallıq eyni zamanda yerində saymaq hesab edirəm. Populist şüarçılıq, ifrat düşüncələr, ifrat sağçı və ifrat solçu çağırışlar heç zaman problemlərin həll edilməsinə yardımçı olmayıb. Bundan sonra da olmaq imkanları yoxdur. Daha konstruktiv, daha rasional, daha çox siyasi, daha çox kültürəl düşüncə tərzi soydaşlarımızın Gürcüstanın ictimai-siyasi həyatına inteqrasiyasında yardımçı olacaq. Borçalıda olan gənclərdən ibarət olan QHT-lə kifayət qədər fəal işləyirlər. Böyük əksəriyyət öz mədəniyyətini qoruyub saxlamaqla Gürcüstanın ictimai-siyasi həyatına inteqrasiya etmək istəyənlərdir. Mübariz, intellektual səviyyədə özünü təqdim etməyə meyilli gənclərimiz çoxdur. Bu gün Gürcüstanın ali məktəblərində orta hesabla 1000 nəfər azərbaycanlı tələbə təhsil alır, bu Gürcüstanda Azərbaycan türkünün başını qaldıracaq böyük qüvvədir, nəhəng ordudur. Artıq Gürcüstanda siyasi prosesləri lazımi məcraya yönəltməyi bacaran aktiv gənclik formalaşır. 1988-ci ildə Gürcüstanın ən ağır dövründə bu təşkilatın əsası qoyulub. Uzun müddət təşkilatın fəaliyyət və fəaliyyətsiz dövrü olub. Təşkilatın əsas məqsədi Gürcüstan-Azərbaycan müttəfiqliyinin möhkəmlənməsi, Cənubi Qafqazda olan münaqişələrin həlli proseslərinə köməklik etmək, mədəniyyətmizin təbliği  və Azərbaycan sivilizasiyasını Gürcüstan cəmiyyətinə olduğu kimi təqdim etməkdir. Hər il iyunun 26-da Borçalıda “Elat mədəniyyət günükeçirilir, artıq Borçalı türk dünyasının toplanma meydanına çevrilir.

 

Ümummili liderin başlatdığı tarix

 

Ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu dönəmdən başlayaraq Azərbaycan diaspora sahəsində mühüm proqramlar qəbul edildi, sistemli işlər həyata keçirməyə başlanıldı. Diasporamızın inkişaf tarixi məhz Heydər Əliyevin hakimiyyət gəlməsi illərinə təsadüf edir. Həmin dövrlərdən başlayaraq, diaspora məsələsi Azərbaycan dövlətinin prioritet məsələlərindən birinə çevrildi. Bu məqsədlə Bakıda Dünya Azərbaycanlılarının Qurultayı keçirildi. Sonrakı dövrlərdə də diaspor təşkilatlarının qurultayının keçirilməsi tendensiyası bu gün artıq ənənə halına düşüb. Diaspora quruculuğu siyasətinin təməlini məhz ulu öndər Heydər Əliyev qoyub. Həmin siyasətə uyğun olaraq, Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı. Hal-hazırda da bu siyasət cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın xaricdə tanınması, xaricdə yaşayan azərbaycanlıların bir araya gəlməsi, Azərbaycan həqiqətlərinin dünya ölkələrinə çatdırılması məqsədilə böyük işlər görülür. Diaspora təşkilatlarının da bu sahədə Azərbaycan adına vacib addımları atılıb. Rusiya, AmerikaAvropa dövlətlərində fəaliyyət göstərən diaspor komitələri aktiv fəaliyyət mexanizminə malikdirlər. Azərbaycanın həmçinin xaricdə diaspora fəaliyyəti göstərən kifayət qədər diaspor birlikləri var.

 

Diaspora və dövlət

 

Eyni zamanda Azərbaycan həqiqətlərinin Heydər Əliyev Fondunun Rusiya filialının fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Filialın rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət Kampaniyası” ilə dünya ictimaiyyəti Azərbaycan həqiqətlərilə hərətərəfli məlumatlandırıldı. Bu istiqamətdə Rusiya, ABŞ və Avropada böyük işlər görüldü, sərgilər təşkil edildi, kütləvi tədbirlər həyata keçirildi. Xocalı Soyqırımının tanıdılması, Azərbaycanın işğal altında olan torpaqlarında baş verən proseslərin dünyaya çatdırılmasında Leyla Əliyevanın böyük fəaliyyəti olub. Ümumilikdə isə cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi dövlət bütün imkanlarından istifadə edərək diasporamızın güclənməsində lazım olan hər bir işi layiqli şəkildə reallaşdırır.

 

Olaylar.-2014.-20 avqust.-S.3.