Azərbaycan diasporu lobbi quruculuğu yolunda

 

Son illər sürətli inkişaf yolu keçən Azərbaycan diasporu artıq lobbi quruculuğu istiqamətində də təqdirəlayiq addımlar atır. Müntəzəm olaraq keçirilən görüşlər, xarici ölkələrə səfərlər Azərbaycan lobbisinin formalaşması prosesinə öz müsbət təsirini göstərir. Təkcə keçən il ərzində keçirilmiş 61 tədbir xarici ölkələrin ictimai-siyasi xadimləri, dövlət orqanları, siyasi partiyaları, nüfuzlu beynəlxalq təşkilatlar, müxtəlif ölkələrin parlament üzvləri, kütləvi informasiya vasitələri ilə əlaqələrin qurulmasına xidmət edib. Məhz bu tədbirlər nəticəsində dünyanın bir sıra ölkələrinin parlament üzvləri, dövlət rəsmiləri, ictimaisiyasi xadimləri, KİV nümayəndələri ilə görüşlər keçirilib, onların bir çoxunun Azərbaycana səfərləri təşkil olunub. Belə ki, ötən il 14 nəfərdən ibarət İsrail Dövlətinin kütləvi informasiya vasitələri nümayəndələrinin Azərbaycan Respublikasına səfəri baş tutub. Səfərin məqsədi müstəqillik dövründə Azərbaycanın əldə etdiyi nailiyyətlər, həyata keçirilən iqtisadisosial islahatlar, İsrail-Azərbaycan münasibətlərinin inkişaf perspektivləri, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan həqiqətlərin İsrail ictimaiyyətinə çatdırılması, iki dövlətin kütləvi informasiya vasitələrinin nümayəndələri ilə  əməkdaşlığın strategiyasını formalaşdırılması, Azərbaycanda dinietnik tolerantlıq, Azərbaycan və yəhudi xalqları arasında dostluq və tərəfdaşlığın inkişafı amilli kimi məsələlərin müzakirə olunmasından ibarət olub. İsrail Dövlətinin KİV nümayəndələri Bakı şəhərində səfərləri zamanı Milli Məclisin deputatları, Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, İsrailin Azərbaycandakı Səfirliyində görüşlər keçiriblər. Parisdə fəaliyyət göstərən “Azərbaycan evinin ölkəmizi fransızlara daha yaxından tanıtmaq məqsədilə planlaşdırılan aylıq layihələri çərçivəsində Azərbaycanın zəngin mətbəx nümunələrinin ilk təqdimatı keçirilib. “Azərbaycan evi” və yerli fransız təşkilatları arasında nəzərdə tutulmuş bu silsilə tədbirin ilk qonağı 500-dən artıq üzvü olan Paris Qarşılıqlı Əlaqə (ACP) qurumu olub. “Azərbaycan evinin sədri Mirvari Fətəliyeva tədbirdə çıxış edərək ölkəmizin tarixi haqqında ətraflı məlumat verib, zəngin mədəniyyətimiz barədə söhbət açıb. Layihə rəhbəri, sədrin müavini Jalə Babayevanın təqdimatı ilə Azərbaycanın zəngin mətbəxinin ləziz təamlarından olan paxlavanın hazırlanma qaydası göstərilib.  Böyük marağa səbəb olan bu təqdimatda iştirakçıların özləri də yaxından iştirak ediblər. Çay süfrəsi ətrafında davam edən tədbir qonaqlarda Azərbaycan haqqında xoş təəssürat və maraq oyadıb. Beləliklə, qonaqlar mətbəx mədəniyyəti vasitəsilə ölkəmizə qiyabi səyahət ediblər. Hyuston şəhərindəki Azərbaycan mərkəzinin direktoru İradə Axundova isə konqresmen Cim Braydenstayn ilə görüşüb.  Görüşdə Birləşmiş Ştatlar və Azərbaycan arasında münasibətlər müzakirə edilib.. Cim Braydenstayn Oklahoma ştatının ikinci ən iri şəhəri Talsanın da daxil olduğu birinci seçki dairəsini təmsil edir. Konqresmen 2012-ci ildə seçkilərdən sonra ilk dəfə Birləşmiş Ştatlar Konqresində fəaliyyətə başlayıb. İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (Azİz) ölkənin cənubunda yerləşən Aşkelon şəhər bələdiyyəsinin və Heydər Əliyev Fondunun dəstəyi ilə bu şəhərin sakinlərini Azərbaycanın mədəniyyəti, tarixibugünkü reallıqları ilə tanış edib. Tədbirin əvvəlində 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində baş vermiş faciəli hadisələri əks etdirən sənədli fotoşəkillər nümayiş etdirilib. Aşkelon sakinləri bu dəhşətli fotoşəkillərə baxdıqdan sonra son dərəcə hiddətləndiklərini bildiriblər. Aşkelon şəhərinin sakinləri öz təəssüratlarını “Justice for Khojaly” sənədli fotosərgisinə dair Rəy Kitabında ifadə ediblər. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Bakıda səfərdə olan Birləşmiş Millətlər Təşkilatı baş katibinin Qlobal Tərəfdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi və Forumun rəhbəri Amir Dossal ilə görüşüb. Görüş zamanı tərəflər BMT strukturuna daxil olan təşkilatlarla Azərbaycan arasında müxtəlif səpkidə və müstəvidə birgə layihələrin həyata keçirilməsi məsələlərini müzakirə ediblər. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə olan əməkdaşlıq proqramı çərcivəsində Birləşmiş Ştatların Smithsonian İnstitutunun Asiya Mədəniyyəti Proqramı və Asiya, Avropa və Yaxın Şərq Etnologiyası bölməsinin direktoru, professor Paul Taylor Azərbaycana səfər edib. Səfərin əsas məqsədi Mərkəzlə Smithsonian İnstitutu arasında Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşdırılacaq birgə layihələr və 2014-cü ildə Birləşmiş Ştatlarda keçirilməsi nəzərdə tutulan Azərbaycan mədəniyyəti günlərinə hazırlıqların görülməsi olub. Toronto Universitetinin MUNK Mərkəzi ilə birlikdə həyata keçirilən “Azərbaycan üzrə Araşdirmalar Dərsləri” layihəsinin iştirakçıları, Toronto Universitetinin bir qrup professor ve Magistr tələbələrinin Azərbaycana səfəri təşkil edilib. Azərbaycanda olduqları həftə ərzində, tələbələrimiz Azərbaycanın siyasət xadimləri, dövlət məmurları, elm-mədəniyyət sahələrinin qabaqcıl simaları ilə görüşlərdə, Azərbaycanın müxtəlif ali təhsil müəssisələri tərəfindən təşkil olunan seminarlarda və təqdimatlarda iştirak ediblər və Lənkaran şəhərinə bir günlük səfər edib, araşdırmalar aparıblar. Tələbələr Diaspora ilə İş Üzrə Dövlət Komitəsində, Azərbaycan Respublikasının Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzində, Mərkəzi Bankda, Azərbaycan Diplomatik Akademiyasında, Azərbaycan Respublikasının Milli Məclisində, Bakı Dövlət Universitetində tərəfdaşlarımız ilə gorüşlər keçiriblər. Səfər çərçivəsində Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsində (DİDK) Kanada Azərbaycan Tədqiqatlar İnstitutunun nümayəndə heyəti ilə görüş olub. Görüşdə Kanada Azərbaycan Tədqiqatlar İnstitutunun fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılmış, institutun Azərbaycan tarixinin və mədəni irsinin təbliği baxımından böyük əhəmiyyət daşıdığı qeyd edilib. Almaniyanın paytaxtı Berlin şəhərində Azərbaycan Parlamentinin üzvü, İqtisadiyyat üzrə fəlsəfə doktoru, professor Eldar QuliyevinQotfrid Vilhelm fon laybniz medalı” ilə təltifat edilməsinə həsr olunmuş mərasim keçirilib. Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyi tərəfindən Berlininİnterkontinental” hotelində təşkil edilən təltifetmə mərasimində Azərbaycan və türk diasporlarının təmsilçiləri, cəmiyyət sədrləri və üzvləri, Almaniyada təhsil alan azərbaycanlı tələbə və doktorantlar iştirak ediblər. Təltifetmə mərasimini Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin sədri Samira Patzer-İsmailova açaraq qonaqları salamlayıb və bildirib ki, Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra bütün sahələrdə qazandığı uğurlarla bütün dünyada tanınmağa başlanıb. O, Azərbaycan Respublikası Kooperasiya Universitetinin rektoru, millət vəkili Eldar Quliyevi təbrik edibuğurlar arzulayıb.

Diasporla üzrə Dövlət Komitəsinin dəstəyi və Avropa Azərbaycanlıları Konqresinin təşkilatcılığı ilə Frankfurt şəhərində “Avropada Azərbaycan diasporu: yeni dövrün şərtləri və qarşıda duran vəzifələr” mövzusunda Diaspor nümayəndələrinin müşavirəsi keçirilib. Görüşdə Avropada Azərbaycan diasporunun fəaliyyəti, qarşılaşdığı problemlər, Azərbaycan həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılması istiqamətində görüləcək tədbirlərlə bağlı geniş müzakirələr aparılıb. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov tədbirdə çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyələrinə uyğun olaraq diasporumuzun öz fəaliyyətini hücum taktikası əsasında qurduğunu bildirib. Avstraliyada yaşayan həmvətənlərimiz arasında təşkilatlanma işinin daha da möhkəmləndirilməsi, azərbaycanlıları birləşdirən qurumların vahid əlaqələndirmə mərkəzinin formalaşdırılması və erməni icmasının ölkəmizin milli maraqları əleyhinə, xüsusilə işğal olunmuş Dağlıq Qarabağın Avstraliyanın yerlifederal qanunverici orqanları tərəfindən tanınması istiqamətində intensiv fəaliyyətinin zərərsizləşdirilməsi məqsədilə prioritetlərin müəyyənləşdirilməsi məqsədilə Avstraliyadakı Azərbaycan səfirliyində görüş keçirilib. Görüşdə  Avstraliyanın azərbaycanlı icmasının üzvilərinin təmsil olunduğu qurumların vahid federasiyaya konfederasiya formatında birləşdirilməsi qərara alınıb və bu istiqamətdə ilk addımlardan biri kimi Sidney şəhərində azərbaycanlıların ümumi təsis yığıncağının təşkili ideyası qəbul olunub. Könüllülük prinsipi ilə doqquz nəfərdən ibarət müvəqqəti idarə heyəti seçilib, idarə heyətinin vəzifələri kimi yaradılacaq qurumun əsasnaməsinin hazırlanması və Sidneydə keçiriləcək toplantının təşkil edilməsi müəyyənləşdirilib.

 

Olaylar.-2014.-27 avqust.-S.3.