“Bizi
birləşdirən amil
türklük və millli dəyərlərimizdir”
Rəhim Cavadbəyli: “Harada
yaşamağımızdan
asılı
olmayaraq türklüyümüz təsbit olunmalıdır”
“Gürcüstan türkləri
haqda yazmaqda əsas məqsədim
özərimə düşən milli vəzifəni
yerinə yetirməkdir. Siz Gürcüstan
yurddaşı olaraq bir
türk olduğunuz kimi mən də İranda
doğulmuş bir azərbaycanlı
türkəm. Siz Gürcüstanın
Ahıska, Borçalı və ya başqa bir bölgəsində
doğulan bir türk olduğunuz kimi mən də Təbrizdə doğulan bir türkəm”.
Bu fikirlərin müəllifi, İran və Cənubi Qafqaz
üzrə siyasi ekspert
Rəhim Cavadbəyli türklərin yaşadıqları
bölgələrdə milli kimliklərini
qoruma məsələləri ilə
bağlı geniş araşdırma
aparıb.
O, bildirir ki, biz türklər öz yetkin siyasi
iradəmizdən o qədər də asılı olmayaraq
müxtəlif siyasi maraqların hesabına yaranmış
müxtəlif siyasi-inzibati coğrafiyalarda (ölkələrdə)
yaşayırıq: “Bizlər müxtəlif siyasi yönə
sahib ola bilərik. Amma bizi
birləşdirən başda türklüyümüz olmaqla
ortaq tarixi-milli-dini-mədəni dəyərlərimizdir.
Məncə bizi birləşdirən amillərə
sahib çıxmaq hər birimizin
milli və insani vəzifəsidir.
Bu konsept üzərində
çalışma düşüncəsi 2011-ci ildə Gürcüstana gəldiyim dövrə təsadüf
edir. Gürcüstanda
keçəri olsa da siyasi millətçi kimi iki ilə yaxın yaşadım və bu dövr ərzində vətənini,
millətini və türklüyünü
sevən dəyərli dostlarla
tanış oldum. Gürcüstanda
məni sevindirən məsələlərdən
biri də Güney Azərbaycan
bölgələri ilə bağlı “Savalan”,
“Təbriz” və b. adların isim kimi istifadə edilməsi
idi. Mən şəxsən Təbriz
adında yaşlı və gənc dostlarla
tanış oldum. Digər tərəfdən
Gürcüstanda olduğum
dönəmdə mənə türklüyümüz
üçün olduqca
dəyərli olan bir çox gənc milli fəal
aydınlarımızla tanışlıq və dərin dostluq münasibətləri nəsib oldu.
Ümidvaram ki, bu
dəyərli və bilikli gənc
dostlarımızın yaxın gələcəkdə fəaliyyətləri
sayəsində Gürcüstan türklüyünün yeni
aktiv və parlaq dövrünün şahidi
olacağıq”. Rəhim Cavadbəyli konsept
sözünün mənasını izah edir. Belə ki, “Concept” fransızcadan
alınma sözdür. Türkcə
qarşılığı “Anlayış, Qavram,
Məfhum, Nəzəriyyə, Düşüncə, düzən”
deməkdir. Konseptualizm (Conceptualism)
isə anlayışçılıq və ya
qavramçılıq deməkdir. Bir şeyin və ya bir düşüncənin zehində mücərrəd
və ümumi
olaraq layihəsinin
formalaşdırılmasıdır.
Anlayışçılıq (Konseptualizm)
etibarilə düşüncənin hədəfə yönəlik
əsas xəttini dəqiqləşdirərək teriminlə,
sözlə ifadə edilməsidir. Qısaca bu
çalışmada konsept termin olaraq bir
düşüncənin layihələşdirilməsi
anlamında işlədilib. R.Cavadbəylinin sözlərinə
görə, Gürcüstanda olduğu iki ildə
(2011-2013) ölkənin çox yerində
olub. İnsanları ilə
yaxından-uzaqdan tanışlıq yaradıb:
“Borçalıda, Batumda və digər bir çox yerlərində
oldum, bir çox kəndlərini gəzdim və
yaşadım. Oradakı türkləri özbəöz millətim
kimi gördüm və
sevdim. Borçalı
türkləri dilləri ilə, dinləri ilə, mədəniyyətləri
ilə, bütün varlıqları ilə
Güney Azərbaycanın
Qaradağlısından, Muğanlısından, Sulduzlusundan, Qarapapaqlısından,
Qaşqayından fərqləndirəcək bir
şey görmədim. Çox
doğma bir toplum gördüm. Biz Güneylilərlə
Borçalıları birləşdirən bir
əsas amil də hakim
qüvvə tərəfindən ədalətsizcəsinə
azlıq münasibəti görmələridir. Son iki yüz ildə biz türklər öz
iradəmizdən asılı olmayaraq xarici qüvvələrin siyasi
və geopolitik maraqlarının
qurbanı kimi şaqqa-şaqqa
parçalanmışıq. Bölgənin
mütləq çoxunluğunu oluşduran millət olmağımıza baxmayaraq xarici güclərin
maraqları hesabına müxtəlif siyasi-inzibati
ərazilərə bölünməklə azınlıq durumuna düşürülməyimizə səy
göstərilmişdir və buna nə
yazıq ki nail olmuşlar. Uzağa getmədən
yaşadığımız Qafqaz
bölgəsinə nəzər yetirək. İstər Rus Çar İmparatorluğu dönəmində istər
SSRİ dönəmində Zaqafqaziyada yaşayan əhalinin mütləq əksəriyyətini
türk və müsəlmanlar təşkil
edib. Ruslar türkləri zəiflətmək, iradələrini
qırmaq məqsədi ilə bir tərəfdən
milli müqavimətlərini fiziki tərəfdən məhv etmək, digər
tərəfdən vahid milləti fərqli
millətlərə parçalamaq məqsədi
ilə müxtəlif siyasi ideoloji nəzəriyyələr işləmişdir. Bu nəzəriyyələr
vahid türk-müsəlman toplumunu müxtəlif, bəzən də tam ziddiyyətli xalqlar
halına düşürmək məqsədini güdüb. Buna görə də Cənubi
Qafqazda birinə azərbaycanlı, birinə
İrəvan xanlığına tabe
müsəlmanlar, birinə idarəçiliyi gürcülərə
verilmiş Borçalı və ya Borçalı azərbaycanlısı, birinə
Ahıska türkü deyib,
yerli-dibli məhvə məhkum etmək böyük çoxunluqla
Orta Asiyaya sürgün etməsi, birinə
çeçenistanlı, birinə dağıstanlı deyərək
parçalamışdır. Bu
ayrımçılıq siyasətini uğurla həyata keçirmək məqsədi
ilə Qafqazda olan gürcü və erməni kimi
yerli azlıqları da
ədavətə sürükləmiş və xalqlar arasında düşmənliyin
yaranmasına çalışılmışdır. Bu gün Trans
Qafqazda üç
müstəqil – Azərbaycan, Gürcüstan,
Ermənistan və Rusiya Federasiyasından
asılı Şimali Qafqazda
yeddi – Adigey,
Qaraçay-Çərkəz, Kabarda-Balkar,
Quzey Osetiya, İnquşetiya, Çeçenistan
ve Dağıstandır. Abxazya ve
Güney Osetiya
2008-cü il hərbi müdaxiləsindən
sonra bu bölgəyə
daxil edilmişdir. 23 İyun 2000-ci il tarixli qanunla Rusiya Federasiyası yeddi
bölgəyə ayrılmış və Quzey
Qafqaz Federal bölgəsinin
adı Güney Rusiya
bölgəsi olaraq dəyişdirilmişdir.
Beləcə, ‘Şimali Qafqaz’ termini ortadan qaldırılıb, ‘Güney
Rusiya’ termini mənimsənərək
bölgənin adı ruslaşdırılıb və bölgənin
coğrafi sahəsi Rusiya
Federasiyasının içinə doğru
böyüdülərək rus əhalisinin
yerli xalqlara nisbəti
artırılıb. Bununla da Dağıstan, Çeçenistan və b.
muxtar cümhuriyyətlər Rusiya Federasiyası içində azlıq
münasibətinə tabe olaraq
bir çox milli və siyasi
haqlarından məhrum edilib. Üç
müstəqil Qafqaz ölkəsi -
Azərbaycan, Ermənistan və Gürcüstan
arasında kiçik bir
müqayisə apardıqda Gürcüstan
türklərinin necə ədalətsiz bir
biçimdə ziddiyyətli azlıq münasibəti gördüyünün şahidi
olarıq. Azərbaycan Cümhuriyyətinin iqtisadi
dövriyyəsi Qafqaz iqtisadiyyatının
90 faizini təşkil edir.
Əhalisi isə Gürcüstan türklərini
nəzərə aldıqda Gürcüstan
və Ermənistan əhalisinin təqribən iki
mislinə bərabərdir. Gürcüstanın qərb qonşusu 80 milyonluq bir türk ölkəsi və
digər tərəfdən Qafqazın cənub qonşusu
olan İranın, əhalisinin
yarısını, yəni təqribən 40 milyonunu
türklərdən ibarətdir. Belə bir
durumda azlıq münasibəti görmək
sizcə böyük ədalətsizlik deyilmi!? İran əhalisinin
yarısını təşkil edən türklər “Güney Azərbaycanlılar” İranda
ədalətsizcəsinə azlıq münasibəti
görürlər. Bu ədalətsiz mövqe biz Güney Azərbaycanlılarla Borçalı ve Ahıska Türklərini birləşdirən
digər əsas amillərdən biridir”.
R.Cavadbəyli vurğulayır ki, bu ədalətsiz mövqe
bizləri həmdərd edərək bir-birimizə daha da
yaxınlaşdırır: “Bu dərdi bizim qədər nə Azərbaycan, nə də bir
Türkiyə türkü yaşayır. Bu dərdi Gürcüstan
türkləri ilə biz güney
azərbaycanlılar dərindən yaşayırıq. Məhz
buna görə də Güney
Azərbaycan və Gürcüstan türk fəalları birgə əməkdaşlıqlar
üzərində ciddi surətdə
dayanmalıdırlar. Bizləri birləşdirən
başqa bir amil də tarixdə vahid
dövlətlərimiz olmuş Səfəvilərin,
Afşarların və sonunda Qacarların
dönəmində ölkə sərhədlərini qorumaqda daim öndə gedən
igid Qarapapaqlıların hər iki tərəfdə yaşamasıdır.
Bu gün hər bir
Borçalı türkü öz qohumunu İranın
Mərəndində, Urmusunda, Sulduzunda görməkdədir eləcə də
Güney Azərbaycandakı Qara Papaqlılarda öz Qarapapaq qohumlarını Gürcüstanın bütün yaylalarında şəhər və
kəndlərində görməkdədir. Əsas mövzuya girməzdən öncə Azərbaycan
haqda bir neçə söz deməm gərəkir. Gürcüstanda
yaşayan türklər özlərini
yanlış olaraq etnik
olaraq azərbaycanlı adlandırır. Amma tarix elminə tam açıqcasına bəllidir ki, “Azərbayan” adında bir
etnos olmayıb. Azərbaycan
Cümhuriyyətində eləcə də Qafqazda
1939-ci il Stalinin türklərə qarşı törətdiyi
sürgün etmə və qətliamlarına
qədər Qafqzdakı Türklərə heç
bir yerdə heç bir sənəd də “Azərbaycan dilli” və ya “Azəri”
milləti deyə keçməmişdir. Bütün
rəsmi və qeyri-rəsmi sənədlərdə millətin
adı “türk” və “tatar”,
dili isə “türkcə” deyə qeyd edilmişdir. Bu bir faktdır, bu bir gerçəkdir. İndi
Gürcüstandakı Borçalı türkü
Gürcüstan vətəndaşlığını
daşıyaraq etnik olaraq
özünü “azərbaycanlı”
adlandırması əsassızdır. Çünki
Azərbaycan adı tarixin heç
bir zaman kəsimində
millət adı, etnik adı olaraq istifadə edilməmişdir. Azərbaycan
biz türklərin yaşadığı ərazinin
adıdır. Millətimiz isə sadəcə türkdür
və türklüyümüz harda
yaşamağımızdan və hansı ölkənin vətəndaşı
olmağımızdan asılı olmayaraq
öz hüquqi təsbitini
tapmalıdır. Və bu qonu
sadəcə bir ad dəyişimi
deyil, göründüyündən daha çox önəmlidir
və bizim bir millət
kimi var
olmağımız üçün həyati
əhəmiyyət daşıyır. Bu
çalışma Gürcüstanda yaşayan etnik olaraq özünü “azərbaycanlı” və ya azərbaycanlı bilməyən türklərə
və qeyri-türk müsəlmanlara
yönəlik statistik göstəricilərə
əsaslanan elmi araşdımanı ehtiva edir. Burada
tarix, etnoqrafik və milli-siyasi mövzular ümum türklük zəminində
ələ alınmışdır. Milli-siyasi
və çağdaş tarix
mövzuları mahiyət və məzmunca mümkün
qədər qısa şəkildə incələnərək
verilmişdir. Bu araşdırma və
çözümləmələri verməkdən təməl
amacımız Gürcistanda yerli torpaqlarında yaşayan
özbəöz bacı qardaşlarımızın gələcək
də daha irəliçi və gəlişmiş
demokratik Gürcüstanda
mədəni-siyasi-milli açıdan vahid
hərəkətlərini təşkil edəcək konseptin (qavramın-Anlayışın) əldə
edilməsinə bacardığımız qədər
yardımda bulunmaq olmuşdur.
Gürcüstanı inkişaf etmiş, abad və irəliçi
demokratiyaya sahib bir parlaq ölkə kimi görmək diləyimizdir. Bu
arzıladığımız Gürcüstan
Türk-Müsəlman bacı-qardaşlarımızın (Azərbaycanlıların)
bu müdətdə yüksək rol almaları, ölkənin bütün
sahələrində o cümlədən
təhsil, elm, siyasət, mədəniyyət
və iqtisadiyatında özlərinə tam
layiq yeri
tutmaları əsas istəyimizdir. Gün o
gün olsun ki vətən deyib, uğrunda ömür qoyduğunuz, çalışdığınız
Gürcüstanda, sayca
Gürcülərdən sonra ən böyük topluluq olan Türk-müsəlmanlar hər cəhətdən
özlərinə layiq yeri
tutsunlar. Və dilimiz
Türkçənin Borçalıda bölgəsəl dil statusu alması ilə
yanaşı, Türkçənin ölkə miqyasında
istifadə olunan ikinci
dil olmasına nail
olmaqdır. Bu mənim Gürcüstanda
var olan türklük için ən
əsas arzumdur.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 2 dekabr.- S.3.