Azərbaycançılıq
ideologiyasının təşviqi
Diaspora təşkilatlarımızın daha da güclənməsinə səbəb ola blər
Sirr deyil ki, diaspora quruculuğunda milli ideologoyanın müəyyən edilməsi, insanların həmin ideologoya ətrafında birləşməsi əsas şərtlərdəndir. Artıq beynəlxalq praktikada diasporların müxtəlif ideologiya ətrafında birləşərək vahid, güclü bir təşkilata çevrilməsi praktikası mövcuddur. Azərbaycanda isə milli ideologiyanın əsası Ümumilli lider Heydər Əliyev tərəfindən qoyulması heç kimdə şübhə doğurmur. Belə ki, 2013-cü ilin 9 oktyabr prezident seçkilərinin nəticələri Azərbaycan cəmiyyətinin düzgün siyasi kursla inkişaf etdiyini bir daha təsdiq etdi. Azərbaycan xalqı dövlətlə cəmiyyətin konstitusion dəyərlərini, ölkədə aparılan siyasi kursu qorumaq məqsədilə öz seçimini etdi. Bununla Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlətçilik xətti və onun ideoloji əsasını təşkil edən azərbaycançılıq məfkurəsi cəmiyyətdə daha da möhkəmləndi. Bəs Azərbaycançılıq ideologiyasının mahiyyəti nədən ibarətdir, hansı dəyərləri əhatə edir, hansı milli, mənəvi ənənələrə köklənir və onun diaspora təşkilatlarının mütəşəkkil fəaliyyətinə hansı təsiri ola bilər?
Qeyd edək ki, hüquqi dövlət quruculuğu
prosesində cəmiyyətin hər bir üzvü dövlətin inkişafında iştirak etməlidir. Bu, iştirak
müxtəlif formalarda özünü
göstərə bilər: seçkilərdə, idarəetmə
prosesində, vergilərin ödənilməsində, vətəndaş
cəmiyyəti institutlarının inkişaf
etdirilməsində, ümumilikdə vətəndaşlıq
mövqeyində və ictimai dəyərlərin
qorunmasında. Cəmiyyətdə tarix
boyu yaranan və
insanların şüurunda formalaşan ictimai dəyərlər
dövlətin inkişafına və güclənməsinə
böyük təsir göstərir. Azərbaycanda
bu dəyərlərin məcmusu azərbaycançılıq
ideyasıdır. Dövlətin vahid
ideologiyası vətəndaşın təbii
maraqlarını nəzərə almadıqda cəmiyyətlə
dövlət arasında boşluq
yaranır. Hətta totalitar dövlətlər
demokratik inkişaf yoluna qədəm qoyduqdan sonra bir müddət əxlaq,
mənəviyyat kimi ənənəvi ictimai dəyərlər insanlar
tərəfindən fərqli qəbul edilir.
Azərbaycanın müstəqilliyinin ilk
illərinin təcrübəsi də buna sübutdur. Uzun illər hakim olmuş kommunizm ideologiyasının süqutundan
sonra yeni qurulan dövlətin əsasları insanlar tərəfindən aydın qəbul edilmirdi. Məhz buna
görə Azərbaycanın ümummilli lideri Heydər Əliyev 1993-cü ildə
hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın
müstəqilliyini möhkəmləndirməklə, onun siyasi və iqtisadi əsaslarını yaratmaqla
yanaşı, Azərbaycan cəmiyyətinin
inkişafının ideya təməli olan azərbaycançılıq
konsepsiyasını irəli sürmüşdür.
Azərbaycançılığın bütün dünya azərbaycanlılarını
birləşdirən ümummilli ideologiya halına gəlməsi, müstəqil
Azərbaycan dövlətinin ideya əsasına
çevrilməsi Heydər Əliyevin tarixi
xidmətidir. İndi azərbaycançılıq
məfkurəsinin bütün həmvətənlərimiz
arasında yayılması, bu
ideyanın geniş ictimai
dəyər qazanması diaspora təşkilatlarımızın
da üzərinə düşən vəzifələrdəndər.
Etirav
edilməlidir ki, artıq Azərbaycan ədəbiyyatında,
musiqidə, kinoda, təsviri sənətdə
və digər sahələrdə xalqın ruhunu,
tarixini, milli-mənəvi dəyərlərini
təbliğ və tərənnüm edən çoxsaylı
əsərlər meydana gəlmişdir.
Məhz həmin mədəniyyət və incəsənət
nümunələrinin xaricdə yaşayan
soydaşlarımız arasında yayılması ilə real naliyyətlər əldə etmək mümkündür. Bununla
respublikamızdan kənarda yaşayan azərbaycanlıların
təşkilatlanmasını, azərbaycanlı diasporunun daha da inkişaf etdirilməsinə
nail olmaq olar. Xatırladaq ki, xaricdəki
soydaşlarımızın mütəşəkkil qüvvəyə
çevrilməsi, onların doğma vətənlə
əlaqələrinin möhkəmlənməsi dövlətin
prioritet məsələlərindəndir.
Dövlət hesab edir
ki, güclü azərbaycanlı
diasporunun ürəyi müstəqil Azərbaycanla,
onun əsas ideyası olan
azərbaycançılıqla döyünməlidir. Sirr deyil ki,
bu taktika Azərbaycan
dövləti tərəfindən diaspora
təşkilatları qarşısında qoyulan
ən vacib məsələlərdəndir.
Belə halda diaspor təşkilatlarının
dövlətin dəstəyi ilə fəaliyyət qurması daha uğula nəticələrə
yol açır. Diaspora
Komitəsinin də öz növbəsində
bu işdə koordinasiya
fumnksiyası uğurlu gələcəkdən
xəbər verir. Onu da qeyd edək ki, cəmiyyəti birləşdirən, onun inkişafına zəmanət verən dəyərlər
sistemi mövcud
olmalıdır. Onların əsas qanunda əks
edilməsi ilə bərabər, insanların şüurunda,
düşüncələrində, qəlbində olmaları vacibdir. Azərbaycan tarixən müxtəlif
millətlərin dinc yanaşı
yaşadığı, milli və dini tolerantlığın bərqərar olduğu ölkə olub. Burada hər bir xalqın və
millətin nümayəndəsinə bərabər münasibət
göstərilib. Ona görə Azərbaycan
vətəndaşı sayılan hər kəs azərbaycançılıq
ideyası ətrafında birləşib. Azərbaycan
xalqının adət-ənənələrini, milli-mənəvi
dəyərlərini birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq
ideyası bu gün də
mövcuddur. Bu ideya ictimai-siyasi proseslərə,
konstitusiya sisteminə, xüsusilə
dövlət quruculuğuna öz müsbət təsirini göstərir. Diaspora təşkilatlarımıza bu ideyanın aşılanması məhz
onların uzunmüddətli və sistemli
fəaliyyəti üçün zəmin
yaratmış olur. Azərbaycançılıq
termini ictimai elmlər
dövriyyəsində nisbətən yeni yaranan anlayışdır. Bununla belə, son illər alim və tədqiqatçılar,
ictimai xadim və yazarlar tərəfindən bu
mövzuda bir sıra
dəyərli məqalələr, monoqrafiya
və dərsliklər yazılmış, azərbaycançılığın
əsasları, mahiyyəti və konseptual
tərəfləri şərh edilmişdir.
Akademik Ramiz Mehdiyev qeyd edir ki,
azərbaycançılıq “ölkədə yaşayan bütün etnik qrupları və millətləri
ümumdövlət mənafeləri və dəyərləri
əsasında real surətdə birləşdirmək
ideyasının verballaşdırılması kimi,
1992-1993-cü illərdə xüsusilə geniş
yayılan şovinist və
separatçılıq əhval-ruhiyyəsinə qarşı
mübarizə ideyası kimi meydana gəlmişdir”. Buradan
belə nəticəyə gəlmək olar
ki, azərbaycançılıq
ideyası Azərbaycanın müstəqilliyini qorumaq, demokratik
inkişafı təmin etməklə bərabər, davakar millətçilik və şovinizmə
qarşı təşəkkül tapmış
ideologiyadır. Azərbaycançılıq ideyasının
kökündə millətçilik yox, vətəndaşlıq
dəyəri dayanıb. Bu ideyanın məqsədi
çoxmillətli Azərbaycan xalqının birləşməsi
və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini
formalaşdırmaqdır. Məhz diasporamızın bu ideologoya ətrafında
birləşməsi bəşəri ideyaların təbliği
ilə yanaşı, onların real gücünü birə beş
artırmış olur.
Diaspora təşkilatlarımız dərk etməlidir
ki, çoxmillətli Azərbaycan
xalqını birləşdirən azərbaycançılıq
ideyası müstəqilliyin qorunmasına, demokratik
inkişafa və hüquqi,
sosial dövlətin qurulmasına xidmət
edir. Məhz bu
ideya ətrafında birləşmək və
onu daha da inkişaf etdirmək
soydaşlarımzın vahid mərkəzdən
koordinasiya olunmasında mühüm
rol oynaya bilər. Ümumilli lider Heydər
Əliyev 1993-cü il iyunun
15-də Azərbaycan parlamentindəki
çıxışında demişdir:
“Azərbaycan ərazisində olan
hər bir vətəndaş milliyyətindən,
dinindən, siyasi mənsubiyyətindən
asılı olmayaraq, eyni
hüquqa malik olmalıdır.
Əgər biz bunu əməli
surətdə həyata keçirə bilsək, Azərbaycan
Respublikasında olan bütün
xalqların, bütün millətlərin
tam birləşməsini təmin edə
bilərik”. Bununla ulu
öndər Azərbaycanda hakimiyyətin mövqeyini
əks etdirən azərbaycançılıq ideyasının
əsaslarını bəyan etmişdir. Lakin nəzərə almaq
lazımdır ki, azərbaycançılıq
Azərbaycanın ərazisində yaşayan
xalqın həmrəyliyi ilə məhdudlaşmır. Bu ideologiya davakar
millətçiliyi inkar etməklə bərabər,
Azərbaycanın müstəqilliyini arzulayan,
onun güclənməsini istəyən
insanları birləşdirir. Çünki,
Azərbaycançılıq coğrafi
anlayış yox, siyasi
anlayışdır. Azərbaycançılıq
ideologiyası Azərbaycan cəmiyyətində milli birliyi və ümumxalq münasibətlərini qorumaq, millətin və onun
dövlətinin mövqeyini izah, təsdiq və inkişaf
etdirmək məqsədini daşıyır. Beləliklə,
azərbaycançılıq milli-mənəvi
varlığının ilkin əlamətlərini,
xalqın kimliyini əks etdirən, milli təfəkkürünü birləşdirən
dəyərlər sistemidir. Bu dəyərləri cəmləşdirən
dil, ərazi, vətəndaşlıq, adət-ənənə
və ideoloji birlik azərbaycançılıq
ideologiyasının əhatə dairəsini sərhədsiz edir. Azərbaycandan kənarda yaşayan soydaşlarımızla
yanaşı, milliyyətindən asılı olmayaraq
Azərbaycanın müstəqilliyini, birliyini
və hüquqi, demokratik
dövlət kimi inkişafını arzulayan hər bir kəs
azərbaycançılıq ideologiyasının
daşıyıcısıdır. Bu
isə o deməkdir ki,
xaricdəki soydaşlarımızın azərbaycançılıq
ideyası ətrafında birləşməsi həm də milli həmrəyliyin təmin olunması
anlamına gəlir. Onu da nəzərə almaq lazımdır ki,
qarşımızda kifayət qədər təşkilatlanmış,
xüsusilə diaspora və lobbi quruculuğu sahəsində
böyük təcrübəsi olan, vahid ideologoya
ətrafında birləşmiş düşmən ölkə,
Ermənistan və erməni diasporu var. Həmçinin dünyanın
müxtəlif ölkələrində ermənilərin sözünü deyən, onlara
dəstək verən ayrı-ayrı təşkilatlar mövcuddur. Bu mənada bizim diaspora sahəsində
əldə etdiyimiz nəticələr
qarşımıza qoyulan daha
böyük hədəflərə gedən
yolda atılmış addımlar kimi xarakterizə edilməlidir. Belə halda diaspora təşkilatlarımız
azərbaycançılıq ideyası ətrafında sıx
birləşməlidir ki, daha
böyük nəticələr əldə
etməyə nail ola
bilək.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 3 dekabr.- S.3.