Yeni beynəlxalq

neft qurumu yaradılır

 

Neftin qiymətinin hələ enməkdə davam etməsi bu məhsulun hasilatı ilə məşğul olan dövlət şirkətləri getdikcə daha çox narahat edir. Qiymət enişinin qarşısının alına bilinməməsi üzündən müvafiq təşkilatların bu sahədə hansısa ciddi rol oynaması ilə bağlı təkliflər irəli sürülür ki, artıq bu xüsusda yeni bir qurumun yaradılmasına ehtiyac var. Rusiyanın "Rosneft" şirkətinin prezidenti İqor Seçin artıq Beynəlxalq Neft Bazarı Şurasının yaradılmasını təklif edib:

"Bu sahədə mövcud olan Beynəlxalq Energetika Agentliyi Energetika Xartiyasının Katibliyi faktiki olaraq öz işinin öhtəsindən gələ bilmir. Mənim təklifim bundan ibarətdir ki, gələcəkdə kartel olmayan, lakin daha effektiv fəaliyyət şurası yaradılsın. Şurada neftin hasilatı ilə məşğul olan ölkələr təmsil olunacaq". Seçin əlavə edib ki, gələcəkdə şuranı yalnız hasilatla məşğul olan ölkələr deyil, həm istehlakçılar bazarın tənzimləyiciləri formalaşdıra bilər. Neftin qiymətinin sürətlə azalması fonunda analoji mövqedən çıxış edənlərin sayı artır.

Bu məsələdə hazırkı durumda Rusiya onun neft şirkətləri daha çox maraqlıdır. Çünki Rusiya neft şirkətləri həm Qərbin sanksiyalarından, həm neftin ucuzlaşmasından ciddi şəkildə təsirlənir. Artıq barəsində söz açılan "Rosneft"in dövlət nəzarətindəki səhmlərinin 19,5%-i satışa çıxarılır. Satışdan 8 milyard dollar gəlir götürmək planlaşdırılır. Rusiyanın baş naziri Dmitri Medvedyev dövlət neft şirkəti olan "Rosneft"in dövlət nəzarətindəki səhmlərinin 19,5%-nin ilkin kütləvi təklif yolu ilə özəl investorlara təklif edilməsi barədə qərarı təsdiqləyib. Qərara əsasən, "Rosneft"in dövlət nəzarətindəki 69,5%-lik səhmlərinin 19,5%-i satışa çıxarılacaq. Neftin ucuzlaşması Qərbin sanksiyaları fonunda "Rosneft"in kapitallaşması dollar ifadəsində xeyli ixtisar olunub. Belə ki, bir il əvvəl şirkətin bazar qiyməti 55 milyard dollar idisə, indi 52 milyard dollara düşüb. Bundan başqa, "Rosneft"in banklara istiqraz sahiblərinə 60 milyard dollar borcu var. Neft qiyməti üzündən Rusiyanın digər nəhəng şirkəti sayılan "LUKoil"un 2014-cü ilin 3-cü rübündə təmiz mənfəəti 48 faiz azalaraq 1,62 milyard dollar təşkil edib. Analitiklər şirkətin xalis mənfəətini 2 milyard dollar səviyyəsində gözləyirdi. "LUKoil" bildirir ki, mənfəətin azalmasına səbəb neft qiymətlərinin rublun məzənəsinin azalmasıdır. Venesuela, İran kimi ölkələr neftin ucuzlaşmasından ciddi narahatlıq ifadə edir. Gözlənir ki, onlar da neft satışını tənzimləyən yeni beynəlxalq qurumun yaranması ideyasına dəstək versin. Baş verənlər OPEK-in özünün fəaliyyətinə son qoya biləcəyini istisna etmir. Qurumun istehsalı azaltmaması qərarı yeni proseslərə yol açıb. Belə ki, bəzi ölkələrin bundan qazanclı çıxması, bəzilərinin isə itkilər yaşaması artıq qaçılmaz fakta çevrilib. Bu isə OPEK-ə üzv bir çox ölkəni qane etmir. Venesuela prezidenti Nikolas Maduro bildirib ki, OPEK hasilatı azaltmasa da, Venesuela neftin bir barrelinin qiymətinin 100 dollara yaxın olması üçün səylərini əsirgəməyəcək. Onun sözlərinə görə, son zamanlar neftin qiymətinin aşağı düşməsi Venesuela iqtisadiyyatına xeyli ziyan vurub: "Bununla belə, Venesuela hökuməti ölkənin iqtisadi sosial inkişafına, həmçinin əhalinin sosial rifahına yönəlmiş layihələrin büdcəsini azaltmağa tələsmir. Biz yalnız məmurların maaşlarını azalda bilərik".

Ölkənin gəlirlərinin təxminən yarısını neft təbii qazdan qarşılayan Rusiya OPEK-in iclasından sonra büdcəsini yenidən nəzərdən keçirməyi qərarı alıb. Rusiya maliyyə naziri Anton Siluanov açıq şəkildə bəyan edib ki, qarşıdakı bir neçə il ərzində neftin qiyməti 100 deyil, 80 dollar səviyyəsində qalacaq. Bu şərtlərdə isə dövlət büdcəsini nəzərdən keçirəcəklər: "Maliyyə iqtisadi planlarımızı yeni makroekonomik şərtlər çərçivəsində planlaşdırmalıyıq. Bu şərtlərin çox tez dəyişəcəyini düşünmürük". Neftin ucuzlaşması böyük neft istehlakçısı kimi ABŞ iqtisadiyyatı üçün müsbət qiymətləndirilsə , ölkənin şist neft istehsalında itkilər yaşanır.

Hələlik vəziyyətdə bir qalib var. O da Səudiyyə Ərəbistanıdır. Səudiyyə, qiymətlərin düşməsinə baxmayaraq, neft istehsalından qazanc əldə edir, çünki burada neftin hasilat dəyəri çox ucuzdur. Lakin amerikalı ekspert Uilyam Dadli vəziyyətə müsbət baxır neft qiymətlərindəki enişi normal qarşılayır. O, neftdəki enişin real gəlirlərdə artımı təmin edəcəyini, neft qiymətlərindəki hər 20 dollarlıq geriləmənin isə Amerikada 670 milyard dollarlıq aktiv transferinə ekvivalent olduğunu qeyd edib.

 

Tahir TAĞIYEV

 

Bakı xəbər.- 2014.- 3 dekabr.- S.10.