« Diasporumuz
Azərbaycan dövlətinin və şəxsən Prezident
cənab İlham Əliyevin siyasətini birmənalı
dəstəkləyir »
Samira
Patzer-İsmailova : « Diaspora fəaliyyəti - uzunsürən
bir
prosesdir
və bu gün Azərbaycan diasporu bu prosesdədir »
Avropa Azərbaycanlıları Konqresinin prezidenti, Almaniyadakı Azərbaycanlıların Koordinsaiya Mərkəzinin icraçı direktoru, Türk –Azərbaycan Birliyinin sədr müavini, Alman-Azərbaycan Forumunun İdarə Heyətinin üzvü Samira Patzer-İsmailovanın “OLAYLAR”-a müsahibəsi
-Samira xanım, bu gün Almaniyada fəaliyyət göstərən diaspor təşkilatlarının fəaliyyətini necə qiymətləndirərdiniz? Almaniyada fəaliyyət göstərən diaspor təşkilatlarımız arasında sözün həqiqi mənasında birlik, həmrəylik varmı?
-Əminiklə qeyd edim ki,
bu istiqamətdə çox
böyük irəliləyişlər
vardır və həmrəyliyin inkişafı doğurdan da göz
qabağındadır. Xüsusilə də bizim
üçün ağrılı, milli qürurumuza toxunan məsələlərdə,
Dağlıq Qarabağ münaqişəsinə
dair, Xocalı soyqırımı ilə əlaqədar
fəaliyyətlər bunu nümayiş
etdirir. Son nümayiş aksiyalarında, məsələn
cari ilin oktyabr ayında Berlində Reyxstaqın
önündə yüzlərlə
insanın bir yerə toplanması, eyni hədəflərlə
çıxış etmələri bunun
göstəricisidir. Oncəki illərə nisbətən pərakəndə
fəaliyyət daha sahmanlanmış və
ortaq vəzifələr daha
səlis müəyyən edilmişdir. Bu gün diasporumuz
Azərbaycan dövlətinin və şəxsən Prezident cənab İlham
Əliyevin siyasətini birmənalı dəstəkləyir və
onun arxasındadır. Eyni
zamanda səmimi etiraf edim ki, mütləq bir mənada birlik mürəkkəb
bir məhfumdur. Birlik
anlamını bitirilmiş bir hal kimi
bərqərar olmasını necə sübut
etmək olar ? Diaspora fəaliyyəti - uzunsürən bir
prosesdir və bu gün Azərbaycan
diasporu bu prosesdədir.
Hətta digər « qədim » diasporlarda da (elə məsələn Almaniyada
müşahidə etdikdə də) o ideal birlik yoxdur.
Çünki diaspor-
canlıdır, müxtəlif yaşlı, müxtəlif statuslu, müxtəlif ixtisaslı insanlardan ibarətdir. Burada
hər zaman fikir
ayrılığı olacaqdır. Əsas odur
ki, olan fikir ayrılığında da,
mübahisələrdə də
milli hiss hər
şeydən üstün olsun,
azərbaycanlı azərbaycanlıya başqasından daha çox hörmətlə
yanaşsın. Bax buna
biz hələ nail
olmalıyıq.
-Almaniyadakı Azərbaycanlıların Koordinsaiya Mərkəzinin icraçı direktoru kimi rəhbərlik etdiyiniz qurumun ötən illərdəki fəaliyyətini necə xarakterizə edərdiniz?
Almaniyadakı Azərbaycanlıların
Koordinsaiya Mərkəzinin fəliyyəti
çoxşahəlikdədir. Yeddi illik fəaliyyətində AAKM 100 -dən çox
tədbirin təşkilatçısı olmuşdur.
Elə ilk
gündən başlayaraq
Almaniyadakı Azərbaycanlıların Koordinsaiya
Mərkəzi üç sütuna
əsaslanaraq işləyir: Koordinasiya–Koomunikasiya-İnformasiya. Diaspor
fəaliyyətinin demək olar ki, bütün sahələrində
AAKM əlaqələndirir, ünsiyyət yaradır, məlumatlandırır.
-Bu müddət ərzində AAKM-in ən yadda qalan tədbirləri hansılar olub ?
-2014-cü il, noyabrın 19-da AAKM –də “Ukrayna
böhranı fonunda Azərbaycan - Avropa münasibətləri “ mövzusunda məruzə axşamı keçirildi. Tədbir Almaniyadakı azərbaycanlıların
Koordinasiya Mərkəzi və EİCCS – Berlin Avropa Qafqaz
və Xəzəryanı ölkələr üzrə tədqiqat İnstitutunun
birgə əməkdaşlığı ilə baş tutdu. Tədbiri AAKM-nin icraçı direktoru
olaraq salamlama sözü ilə mən açdım,
hazırkı zamanda dünyada çoxsaylı konflikt
ocaqlarının olmasından, bu gün geopolitik
və geostrateji şəraitin durumundan, Azərbaycanın yeni
şəraitdə Avropadan
Dağlıq-Qarabağ məsələsinin həllinə dair gözləntilərinin daha
təkidli olmasndan danışdım.
Proqramın mərkəzində Berlin Azad Universitetinin mühazirəçisi,
siyasətşünas Matthias Dornfeldtin
çıxışı durmuşdu. O, Azərbaycanda olan siyasi, iqtisadi və sosial
inkişafı çox müsbət qiymətləndirərək, bu inkişaf yolunda Avropada yeni tərəf müqabillərin
qazanılmasının aktuallığından, Ukrayna böhranının Azərbaycanın iqtisadi şanslarına və eyni
zamanda Azərbaycan tərəfindən qoyulan siyasi tələblərin
həllinə təsiri
haqqında məruzə etdi. Cənab Dornfeldt Ukraynada
son hadisələr baxımından Avropa İttifaqı
və Rusiya arasında gərginliyin
yüksəlməsi nəticəsində enerji
siyasəti baxımından Azərbaycanın artan
geostrateji əhəmiyyətini
vurğuladı. Daha sonra
o, Xəzəryanı ölkələrin enerji siyasətində tərəf müqabili kimi Azərbaycanın Avropa
İttifaqı üçün önəmli
olduğunu və bu fonda davamli olaraq
modernizasiya- və diversifikasiya
strategiyasının inkişafına tələbin
artdığını qeyd etdi.Tədbirin
aparıcısı hüquqşünas,
Alman-Azərbaycan Forumunun icraçı direktoru cənab Pərviz Yazdani
məruzəçi ilə söhbət apararaq,
bir sıra mühüm
siyasi–iqtisadi suallar ortaya qoydu. Daha sonra cənab Yazdani tədbirin
iştirakçıları ilə olan
müzakirələri idarə etdi, cənab
Matthias Dornfeldt bütün sualları təfsilatı ilə cavablandırdı. Tədbirdə
Azərbaycanın Almaniyadakı Səfirliyinin müşaviri
cənab Dr.Rizvan Nəbiyev və Səfirliyin
digər əməkdaşları, Bundestaqın üzvləri
, Alman ictimaiyyətinin və
mediasının, MDB ölkələrinin
və Azərbaycan diasporunun nümayəndələri, tələbə və doktorantlar
iştirak etdilər. Gördüyünüz
kimi, bu daha çox siyasi lobbizm tədbiridir.
Dekabr ayında Almanyadaki Türk
Azərbaycan Birliyi (TAVD), Almanyadaki
Azərbaycanlıların Koordinasiya Mərkəzi
(KAD), Berlin-Brandenburg Atatürkçü
Düşüncə Dərnəyinin (ADD) birlikdə təşkil etdikləri
Qondarma „Erməni soyqırımı“
iddialarının tarixi və arxiv faktlari ilə ifşasına dair
seminar və konfransın Berlin
və Hamburq şəhərlərində keçirilməsi nəzərdə
tutulur. Ənənəvi olaraq
12 dekabr AAKM ulu öndər,
mərhum prezident Heydər Əliyevi yad edir. Bu
anım gecəsi Azərbaycanın Almaniyadakı Səfirliyinin
dəstəyi ilə təşkil edilir və
ümummilli liderin həyat
və yaradıcılığından bəhs edilir,
onun xatirəsi uca tutulur. Dekabr ayında AAKM
ilə əməkdaşlıqda Almaniya
üzrə Azərbaycan cəmiyyətlərinin sədrləri
Azərbaycan Səfirliyinə toplaşaraq
illik yekun
iclaslarını keçirir, gələcək
planlar haqqında danışılır.
Qarşıda iki ay qalmasına baxmayaraq AAKM-nin tədbirləri daha
çoxdur. AAKM –nin təşkilati
dəstək verdiyi tədbirlər də az deyil. 20 noyabr
Berlindəki “Bakılı” klubunun 8 illik ad günündə də
AAKM fəal əməkdaşlıqla iştirak
etdilət.
-Siz eyni zamanda Avropa Azərbaycanlıları Konqresinin prezidentisiniz. Yaxın perspektivdə AAK-ın görəcəyi işlər nədən ibarətdir?
-Avropa
Azərbaycanlıları Konqresinin əhatə
çevrəsi çox genişdir
və qeyd etməliyəm ki,
Avropa ölkələrində fəaliyyətdə
olan hər bir cəmiyyətin
özü böyük
fəaliyyət sahibidir. Müəyyən
ölkələrin öz konqresləri də
vardır. Ümumrusiya Azərbaycanlıları
Konqresi, Benilüks
Ölkələri Konqresi, İsveç
Konqresi və s. AAK-nin ən ümdə vəzifəsi Azərbaycan Respublikasının Avropa ictimaiyyətinə müstəqil bir dövlət kimi
tanıdılması, Azərbaycan həqiqətləri –
Dağlıq Qarabağ, Xocalı
Soyqırımı, 20 Yanvar, 31 Mart Soyqırımı haqqında məlumatların
yayımlanması və Azərbaycana qarşı törədilən
haqsızlıqlara ədalət tələb edilməsidir. Amma əlbəttə
siyasi-coğrafi amillərin hərəkəti bu vəzifələri hər dəfə yenidən
istiqamətləndirir, işimizə yeni
üslub verir. Bu mənada
araşdırma, tədqiqat prinsipi
gündən - günə qüvvət alır. Son zamanlar prioritet
məsələlər daha çox intellektual, akademik, elmi-mədəni
kontekstdə müzakirəyə qoyulur və
mübarizə məhz bu səviyyədə
aparılır. Nəzərdə
tutulur ki, AAK elmi aspekti qüvvətləndirsin.
Bundan əlavə Avropa
türk icması ilə də əlaqələrin
fəallaşmasında mühüm
işlər aparır. Eyni zamanda Azərbaycanın mədəniyyət
və incəsənətinin təqdimatı
da böyük rol oynayır. Məsələn AAK-nin elə son layihələrindən
biri alman və ingilis dillərində
Azərbaycan haqqında kitabın Almaniyada nəşrə
hazırlanmasıdır. Kitabın müəllifi
Almaniyanın məşhur müəllif və fotoqrafı Barbara Lutterbek Azərbaycana
maraq göstərib və AAK-a
müraciət edib. O, AAK-nin təşkilatçılığı
və Azərbaycan Respublikası
Diasporla iş
üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycana
səfər edib və bizim
ölkəmizə valeh olub.
Doğrusu onun Azərbaycan,
Bakı haqqında dedikləri sözlər, təəssürratları
cox dəyərlidir. AAK-nin adından belə bir
layihənin dəstəklədiyi üçün
Diasporla İş
üzrə Dövlət Komitəsinə çox
minnətdaram. Kitab Azərbaycanı
müxtəlif aspektlərdən təqdim edəcəkdir. Həm
ölkənin təbii gözəlliyini və müasirliyini
göstərəcək, həm arxitektura
və mədəniyyətindən
məlumat verəcək, həm
də ləziz mətbəxindən
söz açacaqdır. Daha bir mühüm
aksiya 10 dekabr - Beynəlxalq
insan hüquqları günündə
Xocalı soyqırımının qəbul edilməsi və
tanıdılması məqsədilə Avropa
Parlamentinə sorğu və Avropa siyasi qurumlarına məlumatlandırıcı
məktubların göndərilməsidir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2014.- 5 dekabr.- S.3.