A.A.Bakıxanov adına
Tarix İnstitutunun
«Azərbaycan Diasporu» şöbəsinin fəaliyyəti
haqqında...
Azərbaycan diasporunun
formalaşması 6 əsas mərhələdən keçib
Hazırda AMEA-nın
A.A.Bakıxanov adına Tarix İnstitutunun «Azərbaycan Diasporu»
şöbəsi fəaliyyət göstərir. XX əsrin sonu
XXI əsrin əvvəllərində planet
miqyasında gedən qloballaşma prosesləri dünya ölkələri
qarşısında bir sıra fundamental
problemlər qoyub. Bu
problemlərin içərisində əhali, onun
miqrasiyası, milli diasporların etnik və geosiyasi vəziyyəti əsas yer
tutur. Tarix İnstitutunun «Azərbaycan Diasporu»
şöbəsi bu prosesləri öyrənir.
İnstitutun məlumatına görə, Azərbaycan
diasporu uzun sürən tarixi hadisələrin nəticəsində
yaranıb. Asiya və Avropa
arasında Azərbaycanın əlverişli coğrafi
əraziyə malik olması hələ qədim
dövrlərdən bəri bir çox dövlətlərin
diqqətini cəlb edib. Nəticədə
öz tarixi vətənlərinin
sərhədləri daxilində azərbaycanlılar mühüm hərbi-siyasi amillərlə
qarşılaşmışlar. Üç
min illik ərzində
azərbaycanlılar Manna
çarlığından (b.e.ə
IX əsr) Azərbaycan Respublikasına qədər
öz dövlətçiliklərini qurublar. Bununla yanaşı, dünya
imperiyalarının (əhəmənilər, parfiyalılar,
Makedoniyalı İsgəndər, sasanilər, ərəblər,
səlcuqlar, monqollar, osmanlılar və Rusiya imperiyasının tərkibində olublar. Daxili çəkişmələr nəticəsində yerli əhali sülh və
sakitlik axtarışı uğrunda
öz evlərini və torpaqlarını
tərk etməyə məcbur olub, nəticədə
Azərbaycan icmaları, sonra isə Azərbaycan
diasporu yaranıb.Qeyd etmək
lazımdır ki, Azərbaycan diasporunun formalaşması 6 əsas mərşələdən
keçib.
Orta əsirlərdə azərbaycanlıların
hərbi siyasi hadisələrlə
bağlı miqrasiyası.
Şimali Azərbaycanın Rusiya
tərkibinə daxil olması (1804-1917-ci
illər).
ADR-in süqutu və Azərbaycanda
sovet hakimiyyəti qurulması dövrü (1918-1920-ci illər).
İkinci dünya müharibəsindən
sonra (1939-1945) əsir düşmüş
hərbi qulluqçuların təqiblərdən
çəkinərək digər ölkələrə
mühacirət etməsi.
Şah rejimi dövründə və Xomeyninin hakimiyyətə gəlişindən sonra Cənubi azərbaycanlıların etnik təqiblər nəticəsində İrandan başqa dövlətlərə
qaçması. Ermənilərin təcavüzü və SSRİ-nin süqutu nəticəsində
azərbaycanlıların xarici ölkələrə
getməsi (1988-1994).
Bu
baxımdan ulu öndərimizin Azərbaycan diasporu
haqqındakı fikirləri, diasporun bu və ya digər ölkələrdə
yaranma səbəbləri və milli diasporumuzun təşkilatlanmasının
təkmilləşdirilməsi kimi aktual məsələlər məhz Heydər Əliyevin rəhbərliyi
sayəsində həyata keçirilməyə başladı.
Ulu öndərimizin ardıcıl olaraq
xarici ölkələrdə
apardığı məqsədyönlü siyasət nəticəsində
bu gün
dünyanın 100-ə yaxın ölkəsində 300-dən çox Azərbaycan icma
birlikləri və diasporu yaranıb.
2008-ci ildən etibarən artıq bir
neçə xarici ölkədə və
şəhərlərdə
də yeni milli qurumlar və diaspor təşkilatları fəaliyyətə
başlayıblar. Hazırda dünyanın 237 ərazi və
ölkələrinin təxminən 100-dən çoxunda
Azərbaycan ailələri yaşayıb-yaradır. Lakin onların əksəriyyətində funksional baxımdan nə diaspor,
nə də qurum fəaliyyət göstərir.
Bunları nəzərə alıb, qeyd etmək istərdik
ki, hələ 1970-ci illərdən Heydər
Əliyevin xarici ölkələrə müdrik diplomatik səfərləri və görüşləri sayəsində
orada yaşayan azərbaycanlılarla
əlaqələr yaranmağa
başladı. Onun Almaniya,
İsveçrə, Hollandiya, İsveç, Böyük Britaniya, Fransa, Türkiyə,
ABŞ, Kanada və s.
ölkələrdə hökumət və dövlət
başçıları və işgüzar
dairələri ilə
görüşlərindən
sonra ikili vətəndaşlıq
kimi problemlər də gündəmə gəlib
və gələcəkdə bu təxirəsalınmaz məsələlərlə bağlı işlərin
görülməsi üçün münbit
şərait yaranıb. Diasporların təşkilatlanıb inkişaf etməsinə güclu
təkan verən məhz bu tarixi görüşlər oldu. Bu gün də aktual olan bu məsələlərin həyata
keçməsi üçün ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü sayəsində
2002-ci ilin əvvəllərində
AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun tərkibində «Azərbaycan Diasporu» şöbəsi yaradıldı.
Şöbənin rəhbərliyi
tarix elmləri namizədi Məryəm
Seyidbəyliyə həvalə olunub. «Azərbaycan Diasporu» şöbəsinin
qarşısında duran təxirəsalınmaz və ümdə məsələ ardıcıl olaraq
soydaşlarımızın dünya
ölkələri üzrə məskunlaşması səbəbləri, diasporumuzun
əsas yaranma prinsipləri və təşkilatlanması
ilə bağlı iş yerləri,
onların əmək vərdişləri, təhsili və
maariflənməsi, ticarət-kommersiya strukturlarında fəaliyyəti
ilə bağlı həlli vacib olan problemlərin dərindən tədqiq edilib öyrənilməsidir. «Azərbaycan
Diasporu» şöbəsi 2002-ci ildən bu günə kimi soydaşlarımızın
yaşadıqları ölkələrdə
yaratdıqları dərnək və diaspor
təşkilatları haqqında məlumatların
toplanıb öyrənilməsini
ölkə və bölgələr üzrə
aparılıb: Rusiya Federasiyası, ABŞ və Kanada,
Mərkəzi Asiya (Orta
Asiya) və Qazaxıstan respublikaları, Ukrayna, Fransa, Gürcüstan, Türkiyə və s. Şöbədə
xarici ölkələrdə milli mədəniyyətimizin təbliği
naminə, «Azərbaycan Respublikasının müstəqilliyinin
bərpası və Azərbaycan
diasporu», «Yaxın Şərq ölkələrində
Azərbaycan diasporu», «Azərbaycanın
xaricdə yaşayan görkəmli şəxsiyyətləri»
və s. kimi mövzular tədqiq olunub.
Həmin mövzularda soydaşlarımızın
arasında milli ideyanın təbliği
başlıca qayə kimi səslənir.
Şöbənin yaradıcı heyəti 6 nəfərdən
ibarətdir: tərkibdə 4 elmlər namizədi, 2 dissertant var. 2011-2013-cü
illərin fəaliyyət planında şöbənin qarşısında duran əsas aktual mövzular və
problemlər bunlar olub.
1. Qafqaz subregionunda Azərbaycan
diasporunun yaranma səbəbləri;
2. Rusiya
Federasiyası;
3. Qərbi Avropa ölkələrində
Azərbaycan diasporu;
4. Mərkəzi Asiya (Orta Asiya).
5.MDB və
Baltikyanı ölkələrdə Azərbaycan diasporunun təşəkkülü.
6. ABŞ və Kanadada Azərbaycan diasporunun
yaranması və fəaliyyəti.
«Azərbaycan
Diasporu» şöbəsinə rəhbərik edən tarix elmləri üzrə fəlsəfə doktoru Məryəm
Həsən qızı Seyidbəyli 1955-ci ildə
Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1962-ci ildə
Bakı şəhəri 134
saylı orta
məktəbin 1-ci sinfinə getmiş,
1972-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. 1972-ci ildə Azərbaycan
Dövlət Universitetinin Şərqşünaslıq
fakültəsinin Ərəb
filologiyası şöbəsinə daxil olub, 1977-ci ildə həmin fakültəni
müvəffəqiyyətlə bitirib.
1982-ci ildə Azərbaycan Elmlər
Akademiyasının Tarix İnstitutunun
«Azərbaycanın qədim tarixi»
şöbəsində kiçik elmi işçi kimi fəaliyyətə başlayıb.
1996-cı ildə namizədlik dissertasiyası müdafiə edib, 2010-cu ildə isə doktorluq
dissertasiyasını müdafiə şurasına təqdim edib. M.Seyidbəylinin indiyədək 40-a
yaxın elmi məqaləsi və 3 fundamental monoqrafiyası işıq üzü görüb. Məryəm
Seyidbəyli 2002-ci ildən A.A.
Bakıxanov adına Tarix İnstitutunun
nəzdində fəaliyyət göstərən «Azərbaycan
diasporu» şöbəsinin müdiri vəzifəsini icra
edir.
Şöbənin
aparıcı elmi işçisi, coğrafiya elmləri namizədi Məmməd Oruc oğlu Sadıqov
1944-cü ildə Gürcüstan
Respublikasının Marneuli şəhərində rəncbər ailəsində anadan olmuşdur. O, 1953-cü ildə Marneuli şəhər
Azərbaycan orta məktəbinin 1-ci sinfinə getmiş,
1963-cü ildə isə həmin məktəbin 11-ci sinfini bitirmişdir.
1963-cü ildə Azərbaycan Dövlət Universitetinin
geoloji-coğrafiya fakültəsinə daxil olmuş, 1970-ci ildə
oranı əla qiymətlərlə bitirmişdir.
1970-ci ilin mart ayından AEA-nın Coğrafiya
İnstitutunda əmək fəaliyyətinə
başlayıb. 1974-1978-ci illərdə Coğrafiya
İnstitutunun qiyabi
aspirantı olmuş, 1983-cü ildə isə
Jdanov adına Leninqrad
Dövlət Universitetində
namizədlik
dissertasiyasını müdafiə etmişdir.
1985-ci ildə Coğrafiya İnstitutunun
«Əhali coğrafiyası» şöbəsində baş elmi işçi
kimi fəaliyət göstərib, 1989-cu
ildən AEA-nın Milli Münasibətlər İnstitutunda
«Xaricdə yaşayan azərbaycanlıların
sosial-iqtisadi problemləri» şöbəsinin
rəhbəri vəzifəsində
çalışmışdır.
Sonralar həmin İnstitut Beynəlxalq
münasibətlər adını
daşımışdır. 1993-cü ildən həmin İnstitutun «Azərbaycan diasporu»
şöbəsinə rəhbərlik etmişdir.
1996-cı ildən 2001-ci ilədək həmin şöbədə
baş elmi işçi vəzifəsində
çalışmışdır. 2002-ci ildən AMEA-nın A.A.Bakıxanov
adına Tarix İnstitutunun
«Azərbaycan diasporu» şöbəsində
baş elmi işçi, 2005-ci ildən həmin şöbədə
aparıcı elmi işçi
vəzifəsində elmi fəaliyyətini davam
etdirir. O, elmi fəaliyyətinin
20 ilini Azərbaycanın Əhali və Demoqrafiya
problemlərinin tədqiqinə, 20 ilini isə
əhali ilə yanaşı coğrafiya, etnoqrafiya, ekologiya və diaspor problemlərinə həsr edib. Onun əhali və demoqrafiyaya dair 50-dən çox məqalə,
monoqrafiya və tezisləri çap olunm uşdur. Ekologiya və diaspor problemlərinə dair 30-a yaxın məqalə, tezis və monoqrafiyaları çap
olunmuşdur. Məmməd Sadıqovun elmi məqalələri
ilə yanaşı, çoxsaylı siyasi-
iqtisadi, publisistik məqalələri
də işıq üzü görmüşdür. O, 100-ə yaxın məqalə
və tezislərin, 5 fundamental tarixi-coğrafi və etnoqrafik
oçerk tipli
monoqrafiyanın, ali
məktəblər üçün 4 metodik vəsait,
2 elmi kitabın müəllifidir.
«Azərbaycan Diasporu» şöbəsinin elmi
işçisi
Cumayeva Xatirə Cahangir
qızı 1971-ci ildə Azərbaycan Respublikasının Qax rayonunda müəllim
ailəsində anadan olmuşdur.
O, 1978-ci ildə Qax rayonu 4 saylı orta məktəbə
qəbul olunmuş, 1989-cu ildə həmin məktəbi bitirmişdir. 1991-ci ildə Bakı Dövlət Universitetinin
kitabxanaşünaslıq və biblioqrafiya
fakültəsinə daxil olmuş,
1997-ci ildə həmin universiteti bitirmişdir.
2000- ci ildə AMEA-nın Beynəlxalq
münasibətlər institutunda baş laborant kimi əmək
fəaliyyətinə başlamışdır. 2002-ci ildən AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun «Azərbaycan
diasporu» şöbəsində kiçik elmi işçi vəzifəsində
fəaliyyətini davam etdirmişdir.
Şöbədə fəaliyyəti illərində müxtəlif
mövzularda elmi və
publisistik məqalələri dərc
olunmuşdur. Müxtəlif konfrans və seminarlarda
çıxış etmişdir. O, «Ukraynada Azərbaycan diasporu»
mövzusu üzrə dissertasiya işi üzərində
çalışır. Hazırda AMEA-nın A.A.Bakıxanov
adına Tarix İnstitutunun
«Azərbaycan Diasporu» şöbəsində
elmi işçi vəzifəsini
icra edir. «Azərbaycan
Diasporu» şöbəsinin elmi işçisi Əsgərova
Zəminə Məhəmməd qızı 1963-cü ildə
Azərbaycan Respublikasının Gədəbəy rayonunda anadan olmuşdur. Zəminə Əsgərova Gədəbəy
rayonu Ağamalı kənd orta məktəbini 1981-ci ildə bitirmiş, həmin il
Bakı Dövlət Universitetinin
kitabxanaşünaslıq və biblioqrafiya
fakültəsinə daxil olmuş,
1986-cı ildə təhsilini başa vurmuşdr. O, təhsil illərində
Universitetin Tələbə Elmi Cəmiyyətinin üzvü
olmuş, elmi məqalələrlə
çıxış etmişdir.
1986-cı ildə təyinatla Gədəbəy rayonuna getmiş, 1999-cu ilədək Gədəbəy rayon
Mədəniyyət şöbəsində Metodiki
şöbənin müdiri vəzifəsində
çalışmışdır. 1999-cu ildə
AMEA-nın Beynəlxalq münasibətlər institutunun
«Azərbaycan Diasporu» şöbəsində
elmi işçi kimi fəaliyyətə
başlamışdır. 2002-ci ildən AMEA A.A.Bakıxanov
adına Tarix İnstitutunun
«Azərbaycan Diasporu» şöbəsində çalışır. O, fəaliyyət göstərdiyi illərdə
müxtəlif elmi və publisistik
məqalələr dərc etdirmiş,
müxtəlif konfrans və şeminarlarda çıxış etmişdir. Hazırda AMEA A.A.Bakıxanov
adına Tarix
İnstitutunun
«Azərbaycan Diasporu» şöbəsində
elmi işçi vəzifəsini
icra edən Z. Əsgərova «Türkiyədə
Azərbaycan diasporunun yaranması və
formalaşması prosesi» mövzusu
üzrə dissertasiya işi
üzərində çalışır.
2011-ci ilin may ayından «Azərbaysan
diasporu» şöbəsində elmi işci kimi çalışan Qasımova Amaliya Nəbi qızı 1954-cü il avqustun 2-də Azərbaycan
Respublikasının Gəncə şəhərində anadan olub.1961-1971-ci illərdə Gəncə
şəhər 20 saylı dəmiryol
orta məktəbində, 1972-1977-ci illərdə
Azərbaycan Dövlət Universitetinin jurnalistika
fakültəsində təhsil alıb. 1977-1980-ci illərdə
«Kirovabad kommunisti» qəzetində
korrektor,1980-1992-ci illərdə müxbir,
1992-ci il fevral-iyun
aylarında «Səhər» qəzetinin
bölgə müxbiri, 1992-1995-ci illərdə
«Yeni Samux» qəzetinin
yaradıcısı və ilk redaktoru, 1995-ci ilin aprel-noyabr aylarında Azərbaycan EA Gəncə
Regional Elmi Mərkəzində kiçik
elmi işçi,
1995-1999-cu illərdə Azərbaycan Ensiklopediyası Nəşriyyat-Poliqrafiya
Birliyində «Gəncə Ensiklopediyası» işçi
qrupunun rəhbəri vəzifələrində
çalışıb. 2000-2006-cı illərdə Azərbaycan
Beynəlxalq Universiteti jurnalistika
fakültəsinin mətbuat tarixi
kafedrasında baş müəllim,
2006-2008-ci illərdə Qərb Universitetinin
Siyasi elmlər fakültəsinin jurnalistika kafedrasında, 2007-2008-ci illərdə
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində müəllim
işləyib və «Azərbaycan diasporunun
kütləvi informasiya vasitələri» kursu üzrə mühazirələr oxuyub.
A. Qasımova bir monoqrafiyanın, 4 kitabın, 24 elmi, 100-dək publisistik məqalənin
müəllifidir. Hazırda ABŞ və Kanadada
Azərbaycan diasporunun təşəkkülü
və fəaliyyəti ilə bağlı tədqiqat işi üzərində
çalışır.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 6-8 dekabr.- S.3.