Diaspora quruculuğunda

ziyalıların rolu danılmazdır

 

Azərbaycan diasporunun əsas inkişaf mərhələsi müstəqillik illərinə təsadüf etsə də tarixi sənədlər və faktlar diasporumuzun hələ ötən əsrin əvvəllərindən formalaşmasını inamla söyləməyə əsas verir. Belə ki, 1920-cü ildə Azərbaycan Demokratik Respublikasının süqutundan sonra xarici ölkələrə səpələnən soydaşlarımızın siyasi fəaliyyətini də diaspor adlandırmaq olar. Nəzərə almaq lazımdır ki, hələ ötən əsrin əvvəllərində bir çox azərbaycanlı ziyalılar öz fəaliyyətləri ilə lobbiçilik funksiyasını yerinə yetiriblər. Ümumilikdə Azərbaycan diasporunun təşəkkülü, formalaşması və inkişaf tarixi bilavasitə xalqın mühacirət tarixi ilə bağlıdır.

Sirr deyil ki, hər bir xalqın mövcud olmasında, onun tarixində ziyalıların da rolu böyükdür. Azərbaycan xalqının da ziyalıları daim bu millətin inkişafında xüsusi rol oynayıb. Lakin təəssüf ki, bu insanlar elə ziyalı olduqlarına görə də bəzən təqiblərə məruz qalaraq öz doğma torpaqlarından ayrı düşüblər. Ən böyük itki isə ötən əsrin 37-ci il repressiyaları zamanı baş verdi. Elə o zamandan da öz Vətənində təqib edilən ziyalı təbəqəsi xaricə üz tutmağa məcbur oldu. Lakin bu insanlar xaricdə də öz fəaliyyəti ilə Azərbaycanın dünyada təmsil olunmasını həyata keçirdilər. Mövcud vəziyyət onları uzun müddət vətəndən kənar salsa da, onlar daim vətən üçün çalışır, Azərbaycanı qeyri-rəsmi olaraq təmsil edirdilər. Bu isə sonradan formalaşacaq diaspor fəaliyyətinin bünövrəsinin qurulması ilə nəticələnirdi. Qeyd edək ki, Azərbaycanlıların xarici ölkələrə mühacirəti tarixən qədim köklərə malik olsa da, sistemli şəkildə bu proses XIX əsrin birinci yarısındakı siyasi-hərbi münaqişələr, İran-Rusiya müharibələri, Qafqaz regiondakı məcburi miqrasiya prosesləri ilə bağlıdır. Azərbaycanın müstəqil dövlət statusuna sahib çıxması və hazırda dünyada baş verən proseslərin müxtəlifliyi diasporun önəmini daha da artırıb. Xüsusən ölkəmizin üzləşdiyi haqsız münaqişə diaspora fəaliyyətinin daha da genişlənməsini zəruri edir. Ermənistan kimi məkrli düşməni olan Azərbaycan üçün güclü diasporun mövcudluğunun əhəmiyyəti olduqca böyükdür. Bu səbəbdən də Azərbaycan diasporunun inkişaf etməsi, güclənməsi xüsusilə siyalı potrnsialının diaspor ətrafında birləşməsi çöyük əhəmiyyət kəsb edir. Yalnız bu halda ölkə həqiqətlərinin, üzləşdiyimiz faciələrin, eyni zamanda mədəniyyətimizin, tariximizin və digər sahələrdəki uğurlarımızın dünya ictimaiyyətinə çatdırılmasına daha tez nail ola bilərik. Onu da qeyd edək ki, Azərbaycan ziyalısı obrazı bu gün hər bir soydaşımızın düşüncəsində nurlu, işıqlı fikirlərə malik olan, yüksək mənəvi-əxlaqi dəyərləri özündə birləşdirən, ən mürəkkəb şəraitlərdə xalqa düzgün yol göstərən ləyaqətli vətəndaş, şəxsiyyət anlayışını təcəssüm etdirir. Zəngin tarixi irsə malik Azərbaycan xalqı ötən dövrdə dünya mədəniyyətinə misilsiz töhfələr vermiş yüzlərlə ziyalı yetirmişdir. Onların bir çoxunun adı bu gün bəşəriyyətin ünlü simalarının sırasındadır. Azərbaycan ziyalısı Azərbaycan xalqı üçün əvəzolunmaz milli sərvət və ləyaqət rəmzidir.

Xalqın taleyinin həll olunduğu bütün məqamlarda həlledici sözü demək səlahiyyəti məhz ona – Azərbaycan ziyalısına məxsusdur.

Azərbaycan ziyalısı da istər Vətəndə, istərsə də Vətəndən uzaqda daim ölkənin ictimai həyatında aktiv iştirak edərək cəmiyyətə təsir göstərməyə çalışıb. Amma, bir sıra səbəblərdən ziyalı təbəqəsi doğma vətəndən uzaqda yaşamağa məcbur olub. Azərbaycan ziyalılarının xaricə ikinci axını isə, ötən əsrin 90-cı illərində oldu. Həmin dövrdə Azərbaycan azadlığını qazansa da, ölkədəki qeyri-sabit vəziyyət, işsizlik digər vətəndaşlar kimi, ziyalı təbəqəsinin də xaricə üz tutması ilə nəticələndi. Lakin 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bir çox problemlər kimi, bu da öz həllini tapdı. Bu dövrdən sonra xaricdə yaşayan Azərbaycan ziyalısı özünü, artıq vətənindən qaçaq düşmüş kimi deyil, öz vətəninin təmsilçisi kimi hiss etməyə başladı. Təbii ki, elə həmin dövrdən başlayan diaspor quruculuğunda da ziyalı təbəqəsinin fəaliyyəti artdı. Yeni yaranan diaspor təşkilatlarının əsas hərəkətverici qüvvəsi də məhz ziyalılar oldu. Azərbaycan dövlətinin onlara dəstək verməsi, həyata keçirdikləri işləri qiymətləndirməsi isə bu fəaliyyəti bir daha stimullaşdırdı. Təsadüfi deyil ki, xaricdə yaşayan azərbaycanlı ziyalıları bir arada toplaşaraq müzakirələr aparmaq, fəaliyyət istiqamətlərini müəyyənləşdirmək və bir sıra imkanlar əldə etdilər. Ən nəhayət isə, Dünya azərbaycanlıları ziyalılarının I forumu baş tutdu. 2006-cı ilin iyun ayının 5-də Türkiyənin Antalya şəhərində keçirilən Dünya Azərbaycanlı Ziyalılarının Forumu da bu tarixi ənənəyə sədaqətin ifadəsi kimi qiyməitləndirilməyə layiqdir. Azərbaycan Respublikasının dünya birliyinə sürətlə inteqrasiya olunduğu, milli dövlətçiliyinin ideoloji-siyasiiqtisadi dayaqlarını möhkəmləndirdiyi bir dövrdə regionda cərəyan edən proseslərin məkəzində dayanan Azərbaycan beynəlxalq aləmdə layiqli yerini tutmuş, demokratik təsisatların bərqərar edilməsi, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində önəmli addımlar atmışdır. Bütün bu nailiyyətlər dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlının qəlbini qurur hissi ilə doldurur, onların tarixi Vətənə bağlılığını artırır, soydaşlarımız arasında milli birliyin təşəkkülünə və möhkəmlənməsinə təkan verir.

O da sirr deyil ki, diaspora təşkilatlarımızın daha da inkişaf etməsinə kifayət qədər potensial mövcuddur. Mövcud potensiallar sırasında önəm kəsb edən ziyalı ordusunun olmasıdır ki, bu sahədə problem yoxdur. Sirr deyil ki, bizim diaspora potensialımız indiyə qədər mövcud olmuş bir sıra xalqların diaspora imkanlarından, o cümlədən ermənilərdən qat-qat güclüdür. Biz həm kəmiyyət, həm də keyfiyyət baxımından həmin güclərdən dəfələrlə yüksəkdə dururuq. İstər Rusiya, istər Amerika, istərsə də Fransada bizim potensialımız keyfiyyət baxımından xeyli irəlidədir. Ziyalıların çoxluğu baxımından bizim diaspora təşkilatlarımız ermənilərlə müqayisədə daha güclüçevik ola bilər. Məlumdur ki, Azərbaycanın Rusiya, ABŞ və Fransa kimi ölkələrdə güclü diaspor təşkilatları fəaliyyət göstərir ki, bu təşkilatlarda kifayət qədər ziyalı cəmləşib. Təbii ki, bu, qurumların fəaliyyəti digər dövlətlərdəki diaspora təşkilatlarımız üçün bir örnək olmalıdır. Baxmayaraq ki, Fransa ermənilərin ən çox yaşadığı və ən güclü diasporun fəaliyyət göstərdiyi bir ölkədir, RusiyaABŞ-da güclü erməni diasporu fəaliyyət göstərir, ancaq, bizim bu ölkələrdəki diaspor təşkilatlarımızda ziyalıların cəmləşməsi, icmalar arasında əlaqələrin yüksək səviyyədə olması heç şübhəsiz ki, həmin ölkələrdəki erməni diaspor təşkilatlarına çox ciddi zərbə vurmaq imkanı yaradır.

Xatırladaq ki, hələ 2006-cı ilin mart ayının 16-da Bakı şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının II Qurultayı soydaşlarımızın ümumvətən mənafeləri naminə Azərbaycan Respublikası ətrafında sıx birləşməsinin təntənəsi kimi tarixə düşmüşdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dünya azərbaycanlılarının ali forumundakı proqram xarakterli nitqi, habelə Qurultayın qəbul etdiyi qərarlar diasporumuzun həyatında yeni bir mərhələnin başladığının, xarici ölkələrdə yaşayan soydaşlarımızın vahid ideyaamal ətraında birləşmək əzminin parlaq təzahürü olmuşdur. Qurultayın tarixi əhəmiyyətlərindən biribu ali məclisin ötən dövr ərzində həmvətənlərimizin təşkilatlanması, keçmişimizbu günümüzlə bağlı gerçəkliklərin dünya ictimaiyyətinə sistemli şəkildə çatdırılması, azərbaycanlıların bütöv etnos kimi özünütəsdiqi istiqamətində kifayət qədər ciddi nailiyyətlərə imza atdığını göstərməsi idi. Azərbaycan tarixinin müasir mərhələsi ölkəmizin regionda cərəyan edən ictimai-siyasi proseslərin, beynəlxalq əhəmiyyətli layihələrin mərkəzində dayanması və aparıcı mövqeyi ilə əlamətdardır. Bununla belə, Ermənistanın təcavüzkar siyasətinin beynəlxalq ictimaiyyət tərəfindən hələ də layiqli qiymətini almaması, xalqımıza qarşı yönəldilmiş çirkin təbliğat kampaniyası azərbaycanlı ziyalıları səfərbərliyə çağırmaqla yanaşı, onları daha fəal olmağa sövq edirdünya azərbaycanlılarının həmrəyliyi yolunda aparıcı qüvvə kimi çıxış etməsini zərurətə çevirir. Onu da qeyd edək ki, hələ Dünya Azərbaycanlı Ziyalaları Forumunun iştirakçıları müxətilf ölkələrdə yaşayan soydaşlarımıza, eləcədə elm və mədəniyyət xadimlərinə, yaradıcı şəxslərə müraciət edərək, onları Azərbaycançılıq ideyalarının təbliği, həmvətənlərimiz arasında milli həmrəyliyin, mənəvi dəyərlərin möhkəmləndirilməsi, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində fəal iştirak etməyə çağırmışdılar. Həmçinin qeyd olunmuşdu ki, azərbaycanlı ziyalılar məskunlaşdıqları ölkələrdə fəaliyyət göstərən Azərbaycan icmaları ilə əlaqələri daha da möhkəmləndirməli, yaşadıqları dövlətlərin ictimai-siyasi həyatında fəal iştirak etməlidirlər. Dünyanın müxətlif ölkələrində yaşayan azərbaycanlı ziyalıları - elm və mədəniyyət xadimlərini Azərbaycan diasporunun təşkilatlanması, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, Ermənistanın təcavüzkarlıq siyasətinin ifşası istiqamətində səylərini gücləndirməlidir. Məhz bu çağırışın nəticəsi olaraq azərbaycanlı ziyalılar Dünya Azərbaycanlılarının II Qurultayının Qətnaməsinə uyğun olaraq «Azərbaycan diaspor təşkilatlarının fəaliyyət konsepsiyasının» yüksək səviyyədə hazırlanmasında fəallıq göstərmiş, bu məqsədlə yaradılmış İşçi qrupuna hərtərəfli kömək etmişdilər. Hazırda da ziyalılarımız Azərbaycan həqiqətlərinin, xalqımızın zəngin mənəvi irsinin dünya ictimiyyətinə çatdırmasına xidmət edən bədii əsərlərin, incəsənət nümunələrinin yaradılmasını və xarici ölkələrdə təbliğini, eyni zamanda bu istiqamətdə elmi araşdırmaların nəticələrinin yayılmasını ideoloji mübarizədə əsas amil hesab edirlər. Üstəlik, Azərbaycan Respublikasının müvafiq dövlət və hökumət strukturlarının bu işdə ziyalılara lazımı dəstəklərini əsirgəmirlər. Etiraf edək ki, indinin özündə də ziyalılarımız uğurla davam etməkdə olan azərbaycançılıq ideyalarının təşəkkülü və yayılması prosesində yaxından iştirak edirlər. Çünki dərk olunur ki, xarici ölkələrdə yaşayan azərbaycanlı ziyalıların bu prosesdə fəal iştirakından çox asılıdır. O da nəzərə alınmalıdır ki, Azərbaycan ziyalısı tarix boyu ümummilli əhəmiyyət daşıyan proseslərin ön sıralarında gedən aparıcı qüvvə olub. Xalqımızın keşməkeşli və zəngin tarixi bunu dəfələrlə sübut edib.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 9 dekabr.- S.3.