Azərbaycan diasporunun əsas prinsipi
Diaspora təşkilatlarına
verilən dövlət dəstəyi məhz
sadalanan
məsələlərin həllində mühüm rol
oynayır
“Diaspor” qədim yunan sözü olub, hərfi mənada "səpələnmə"
deməkdir. Bu sözün
yaranma tarixi
yunanların eramızdan xeyli əvvəl
başladıqları işğal və
köçürülmə dövrünə təsadüf edir. Müxtəlif ölkələrə hərbi
yürüşlər zamanı yunan ordusu əsgərlərinin bir
hissəsi işğal edilmiş
ərazilərdə məskunlaşmış və buranın
daimi sakinlərinə çevrilmişdilər.
“Diaspor” kəlməsi də məhz
onların dilindən yaranıb. Fəaliyyət
dairəsindən, məşğuliyyətindən və dini etiqadından asılı olmayaraq
hər hansı bir etnosa
aid adamların müəyyən zaman kəsiyində öz
tarixi vətənlərindən kənarda
məskunlaşmaları və ictimai fəaliyyəti
bilavasitə diasporun formalaşması ilə
nəticələnir. Müəyyən ictimai-siyasi, iqtisadi-sosial və
digər səbəblər nəticəsində tarixi-etnik ərazilərindən kənara zorla, yaxud könüllü
mühacirət edərək, xaricdə kompakt
icma halında yaşayan,
milli-mədəni mənsubiyyətini qoruyub
saxlayan və inkişaf
etdirən, tarixi vətəni ilə
mütəmadi əlaqələr quran
həmvətənlər, həmçinin dil,
din, mənəvi-mədəni dəyərlərə
bağlılıq baxımından özünü
azərbaycanlı sayan şəxslər
Azərbaycan diasporunu təşkil edir.
Azərbaycan Respublikası da daxil olmaqla
dünyanın 70-dək ölkəsində təqribən 50
milyondan çox azərbaycanlı yaşayır. Tarixi ərazilərində yaşayan, hər hansı mühacirət
faktı baş vermədən, yalnız
müəyyən ictimai-siyasi hadisələrin
gedişində yaranan sərhəd dəyişmələri
nəticəsində xarici ölkə vətəndaşlarına
çevrilmiş həmvətənlər
- İranda, Gürcüstan
və Rusiya Federasiyasının Azərbaycanla həmsərhəd
rayonlarında yaşayan etnik
azərbaycanlılar diaspor hesab
olunmur. Buna paralel olaraq,
keçən illər ərzində Azərbaycan diasporu dünyanın müxtəlif istiamətlərində
milli maraqlarımızın dəstəklənməsində,
milli mənlik şüurunun
qorunmasında və vətəpərvərlik hisslərinin
aşılanmasında müstəsna rolu olub. Bu mövzuda gənclərin və xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin
də fəaliyyətli diqqətdən yayınmır.
Xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələr
Mürəkkəb qlobal siyasi və iqtisadi proseslərin cərəyan etdiyi müasir dünyada Azərbaycanın milli
maraqlarının qorunmasında diaspor təşkilatlarının
da üzərinə böyük
vəzifələr düşür. Bu gün diaspor
təşkilatlarının fəaliyyətinin gücləndirilməsində
gənclərin rolu danılmazdır. Buna səbəb kimi diaspor təşkilatlarında azərbaycanlı
tələbələrin üstün
qüvvəyə çevrilmələridir. Azərbaycan
Respublikasının Prezident İlham Əliyevin qeyd etdiyi kimi günümüzün
tələbləri savadlı gəncliyimizin olmasıdır.
Yalnız bu halda Azərbaycanın
uğurlu gələcəyi təmin
olunacaqdır. Bu işdə möhtərəm
prezidentimizin imzaladığı
2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə
təhsil alması barədə dövlət proqramı gənclərimizin
dünyanın öndə gedən universitetlərində təhsil
almaları üçün əlverişli
şərait yaratmış oldu. Sözsüz
ki, xaricdə təhsil alan
gənclərimizin öz enerjilərini vətənimiz
üçün sərf etmələri,
ölkə xaricində Azərbaycanla
bağlı həqiqətlərin çatdırılması,
Azərbaycan tarixi və mədəni dəyərlərinin
təbliğ olunmasında bilavasitə mühüm rol oynayır. Bu işdə əlbəttə
ki, xaricdə və Azərbaycanda fəaliyyət
göstərən diaspor təşkilatlarının,
tələbə və gənclərlə bağlı olan qeyri-hökumət təşkilatlarının
müstəsna rolu vardır. Məhz bu tip təşkilatların
olması xaricdə təhsil alan tələbələrimizin
gücünün vahid
mərkəzdən idarə olunaraq Azərbaycanın
maraqlarına uyğun istifadə
olunmasında mühüm əhəmiyyət
kəsb edir. Xarici
ölkələrdə fəaliyyət göstərən azərbaycanlı
tələbələrin təşkilatlarına dövlət
qayğısı onların fəaliyyəti üçün
yeni imkanlar yaradır.
Dövlətimizin Azərbaycan gənclərinin maarifləndirilməsi
məqsədi ilə yeritdiyi aktiv siyasət son dövrlərdə
müxtəlif qitələrdə azərbaycanlı tələbələrin
sayının artmasına səbəb olmuşdur.
Bu baxımdan tələbələrin bir mərkəzdən ictimai
fəaliyyətlərinin əlaqələndirilməsi vacib olan fəaliyyət
istiqamətlərdəndir. Dövlətimizin artan
qüdrəti, beynəlxalq nüfuzu regionda Azərbaycana olan
marağı artırıb. Beynəlxalq aləmdə Azərbaycanın
dəstəklənməsi yönündə sözü
gedən gənc intellektual kapitalın rolu danılmazdır. Bu
kapitalın düzgün istiqamətləndirilməsi,
qiymətləndirilməsi və idarə olunması ölkəmizin
başlıca konsepsiyalarındandır. Müxtəlif
elmi konfranslarda, tədbirlərdə
azərbaycanlı gənclərin iştirakının
artırılması, elmin müxtəlif
sahələri üzrə gənclərimizin səmərəli
müzakirələrinin təşkil edilməsi, əldə
etdikləri yeni bilik və
bacarıqların həmkarları arasında
bölüşdürülməsi, yeni
elmi texnologiyaların ölkəmizdə tətbiqi
istiqamətində səmərəli addımların
atılması əsas hədəfləri təşkil edir. Gənclərin əsas vəzifəsi Azərbaycanın
dünyada tanıdılması
yönündə bütün
imkanlarını səfərbər etməkdir. Xarici ölkələrdə fəaliyyət
göstərən bütün gənclər
təşkilatları Azərbaycanın gələcəyi
naminə fəaliyyət göstərməkdir. Təşkilatların
bütün fəaliyyəti məzmun eynidir – Azərbaycan gənclərinin ictimai fəaliyyətinin əlaqələndirilməsi,
Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılması, Azərbaycan tarixi
və mədəniyyətinin təbliği.
Diasporaya ciddi ehtiyac var
Azərbaycan müstəqillik
əldə etdikdən sonra dünyanın
digər inkişaf etməkdə olan ölkələrində olduğu
kimi diaspor fəaliyyəti
sivil forma alaraq beynəlxalq hüquq
normaları çərçivəsinə düşüb.
Yəni, dünyanın ayrı-ayrı ölkələrində
diaspor təşkilatları
yaradılıb, onlar qarşısında konkret vəzifələr qoyulub,
strategiya və hədəflər müəyyən
edilib, ideoloji məsələlər
həllini tapıb, diaspor təşkilatları
arasında koordinasiya məsələsinə
önəm verilib. Bununla
artıq diaspor təşkilatlarımıza
atacağı addımlar və gözlənilən nəticələr
aşılanıb. Məhz belə bir məqsədyönlü
siyasət nəticəsində müxtəlif ölkələrə
səpələnmiş azərbaycanlıların mədəni-siyasi
həmrəyliyinə nail olunub.
Xaricdəki soydaşlarımız öz milli mənsubiyyətlərini
dərk edərək onu qoruyub
saxlamağa nail olublar. İndi qətiyyətlə
demək olar ki, xarici ölkələrdə yaşayan
azərbaycanlıların milli maraqları
Azərbaycan Respublikasının dövlət maraqlarına uyğun gəlir və bu
onların əsas strateji məqsədlərindən
biridir. Əslində hazırkı şəraitdə
Azərbaycan diasporasının mütəşəkkil fəaliyyətinə
heç vaxt
olmadığı qədər ciddi ehtiyac var. Nəzərə
almaq lazımdır ki,
Azərbaycanın müstəqil dövlət kimi
mövcudluğu, müstəqil daxili və xarici siyasət
yürütməsi, ölkəmizin zəngin karbohidogen
ehtiyatlarına malik olması və dünyanin güc mərkəzlərinin
enerji mənbələri uğrundakı
savaşı diaspora fəaliyyətimizin
daha da güclənməsini
zəruri edir. Bununla yanaşı, müstəqilliyin
və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi,
beynəlxalq aləmdə Azərbaycanın mövqelərinin
gücləndirilməsi, erməni təcavüzünə məruz
qalmış xalqın haqq səsinin dünya ictimaiyyətinə
çatdırılması, Dağlıq Qarabağ
probleminin beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində
ədalətli həllinə nail
olunması xarici ölkələrdə diaspor fəaliyyəti ilə məşğul
olan təşkilatların vahid
mərkəz ətrafında birləşməsini tələb
edir. Göründüyü
kimi Azərbaycan dövlətinə
qarşı heç bir
ölkədə olmadığı qədər təhdidlərin
olması diaspora fəaliyyətimizin
möhkəmlənməsini önə çıxarır. Etiraf edilməlidir ki, diaspora təşkilatlarımıza verilən
dövlət dəstəyi məhz sadalanan
məsələlərin həllində mühüm
rol oynayır. Belə ki,
artıq diaspora təşkilatlarımız
yuxarıda adları qeyd edilən problemlərin
bir çoxunun həllində
ciddi uğurlara nail olublar. O da etiraf edilməlidir ki, qarşıya qoyulan hədəflərə
tam şəkildə nail
olmaqdan ötrü diaspor təşkilatlarımızın
dövlətlə əməkdaşlıq şəraitində
bir sıra məsələlərin həlli
vacib sayılır. Məlum
olduğu kimi Azərbaycanın
beynəlxalq imici, həyata keçirilən
çoxşaxəli xarici siyasət, dünya ölkələrinin iqtisadi
və enerji maraqları ölkəmizin bir sıra inkişaf etmiş dövlətlərlə bərabər
səviyyədə əməkdaşlığına şərait
yaradıb. Artıq Azərbaycan dünyanın 150-yə
yaxın ölkəsi ilə ticarət əlaqəsindədir.
Bu isə o deməkdir
ki, müstəqil Azərbaycan üçün dünyanın bir o qədər ölkəsi
ilə qarşılıqlı faydalı əməkdaşlıq
imkanı yaranıb. Bununla yanaşı bir sıra ölkələrlə siyasi əlaqələrimiz də normaldır,
hətta bəzi ölklərlə siyasi əməkdaşlığımız
fayda verməkdədir. Belə ki, artıq Azərbaycan beynəlxalq təşkilatlar
səviyyəsində bir sıra ölkələrlə
vahid mövqedən çıxış edir, beynəlxalq hüquq
çərçivəsində dövlətlərin
maraqlarının müdafiəsində prinspiallıq nümayiş etdirir.
Dünya azərbaycanlıları
İlham
Əliyevi özlərinin lideri hesab edir
Diaspor fəaliyyəti daim
inkişafda olan fəaliyyət
növü olduğundan
onun daha da təkmilləşməsinə ehtiyac duyulur. Belə məlum
olur ki, dövlətin
dəstəyi sayəsində Azərbaycan diasporasının
müstəqillik illərindəki fəaliyyəti öz səmərəsini verməkdədir.
Xüsusən, Azərbaycanda Diasporla İş üzrə Dövlət Komitəsi
yarandıqdan sonra bu iş daha da
güclənib. Deməli, diaspora fəaliyyətinin
dövlət səviyyəsində aparılması çox əhəmiyyətlidir. Xaricdə yaşayan
soydaşlarımızın dilimizi, dinimizi, milli dəyərlərimizi,
adət-ənənələrimizi qoruyub
saxlamalarının vacibliyini dərk edən
dövlət artıq diasporanın fəaliyyətinin daha da güclənməsi
məqsədilə bir sıra vacib məsələləri həll edib. Xatırlatmaq yerinə düşər ki, ölkə parlamenti
xaricdə yaşayan azərbaycanlılarla
bağlı qanun qəbul edib.
Eyni zamanda, Diasporla İş üzrə
Dövlət Komitəsi yaradıb. İndi
birmənalı şəkildə demək olar
ki, diaspora ilə
bağlı sistemli şəkildə iş aparılır. Prezident
İlham Əliyev bu məsələyə
xüsusi diqqət yetirir.
Dövlət başçısı bu və ya digər ölkəyə
səfər edərkən təkcə həmin ölkənin
dövlət və hökumət rəhbərləri ilə deyil, eyni zamanda
oradakı Azərbaycan icmalarının rəhbərləri və
nümayəndələri ilə görüşür,
onları dinləyir, onların problemləri ilə
maraqlanır. Həmin problemlərin aradan
qaldırılması üçün
lazımi tapşırıqlarını verir.
Təsadüfi deyil ki, bu gün
dünya azərbaycanlıları İlham Əliyevi özlərinin lideri hesab edir
və bunun əsas səbəblərindən
biri də odur ki, dövlət başçısı harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılara
çox böyük
diqqət yetirir, onların problemlərinin
həll olunmasında əməli fəaliyyət göstərir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2014.- 11 dekabr.- S.3.