Qaradağ rayonunun sosial-iqtisadi
inkişafı: real vəziyyət və perspektivlər
Adının mənası gil və əhəng daşı yüksəkliklərinin
yaratdığı ümumi qaramtıl mənzərəsi
ilə səciyyələndirilən Bakının Qaradağ rayonu
paytaxtın cənub-şərqində, Xəzər dənizi sahili boyunca yüz kilometrədək ərazini əhatə
edir. Böyük
neft-qaz, əhəng daşı və gil yataqları ehtiyatlarına malik
olan Qaradağ rayonu hələ ötən əsrin üçüncü onilliyindən perspektivli mədən-sənaye rayonu statusunu qazanıb.
Məlumat üçün qeyd edək ki,
Qaradağ rayonu Puta-Şubanı mədəninin kəşfi
ilə əlaqədar 1923-cü il may ayının 7-də
yaradılıb. Təəssüf
ki, ölkəmizin toponimlərinin
özünküləşdirməsi niyyətini
reallaşdırmağa çalışan məkirli qüvvələr
bu rayona da Azərbaycana qətiyyən aidiyyqtı olmayan şəxslərin adını verməyə
çalışıblar. Elə bu səbədən də Qaradağ
rayonu 1937-ci ilədək Mikoyanın,
1956-cı ilədək Molotovun
adını daşıyıb. 1956-63-cü illərdə Qaradağ rayonu
adlandırılsa da, 1963-66-cı illərdə
adı dəyişdirilərək Əzizbəyov, 1966-cı
ildən isə yenidən Qaradağ rayonu adlandırılıb. Rayonun adı Zaqafqaziyada ilk dəmiryol stansiyalarından hesab
olan Qaradağ
stansiyasının adı ilə bağlıdır. Hazırda
Qaradağ rayonunun inzibati ərazi vahidliyinə 11 qəsəbə
daxildir. Rayonun inzibati mərkəzi şəhərtipli Lökbatan qəsəbəsidir. Rayonun ikinci böyük şəhərtipli
yaşayış məntəqəsi Sahil
qəsəbəsidir ki, onun
yaranma tarixi 1949-cu ilə
təsadüf edir. Neft və qaz
yataqlarının istismarı, daş
karxanaları və sement istehsalı
müəssisələrinin yaradılması, nəhəng qaz emalı və dərin dəniz
özülləri zavodlarının, broyler
fabriklərinin tikilməsi, quru, su və dəmir yolu
daşımalarının artması Bakının mərkəzindən
aralıda yerləşən bu ərazidə
Lökbatan, Ələt, Qobustan,
Səngəçal, Puta, Xocasən, Korgöz, Güzdək, Umbakı, Sahil kimi qəsəbələrin
yaranması ilə nəticələnib. Bu
sıraya sonrakı onilliklərdə Müşfiqabad
və Ümid qəsəbələrinin də
adları əlavə olunub. Hazırda Qaradağ rayonunun ərazisi
1080 kvadratkilometr, əhalisinin sayı isə
120 min nəfərə yaxındır.
Ölkədə həyata
keçirilən sosial-iqtisadi inkişaf dinamikası Qaradağ
rayonundan da yan keçməyib. Artıq rayon
özünün bir əsrlik
simasını tamamilə dəyişərək yeni görkəm alıb. Xüsusən, son on illiklər ərzində
rayonda müqayisə olunmayacaq
tərzdə yeniliklər baş verib. Bu dəyişikliklər
rayonun infrastrukrturundan
tutmuş sakinlərin sosial
rifah halına qədər bütün
sahələrdə təzhür edir.
Artıq qətiyyətlə demək olar ki, Qaradağ rayonu Azərbaycanın güclü
sənaye mərkəzinə çevrilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət
proqramları, həmçinin, Bakı şəhərinin və
onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair
Dövlət proqramlarının uğurla
icrası paytaxt Bakı ilə
yanaşı, ətraf rayon və qəsəbələrdə
də sıçrayışlı inkişafı şərtləndirib.
Paytaxtın ən böyük rayonu olan Qaradağ
rayonu da son illərdə böyük
inkişaf yolu keçib. Kifayət qədər
geniş sənaye potensialı olan rayonun iqtisadi
göstəriciləri qarşıya qoyulan
hədəflərin uğurla
reallaşdırıldığını və Qaradağ rayonunun ölkəmizin
dinamik inkişafında üzərinə
düşən vəzifələrin öhdəsindən
layiqincə gəldiyini göstərir. Təsadüfi deyil ki, Prezident
İlham Əliyev də Qaradağ
rayonundakı inkişafı yüksək qiymətləndirərək
bu işlərin davamlı olması üçün lazımi dəstəyin
göstəriləcəyini bildirib.
Dövlət başçısı qeyd edib ki, Qaradağ
rayonunun iqtisadi və
sənaye inkişafı sürətli gedir:
“Qaradağ rayonu Azərbaycanın
güclü sənaye mərkəzinə çevrilir. Burada
yaradılan müəssisələr və tikilməkdə olan zavodlar rayonun
iqtisadi gücünü
artıracaq, yeni iş
yerlərinin açılmasına gətirib
çıxaracaqdır”. Doğrudan da Qaradağ Rayon İcra Hakimiyyətinin
başçısı Süleyman
Mikayılovun rəhbərliyi ilə həyata keçirilən
məqsədyönlü tədbirlər nəticəsində rayonda işsizlik problemi uğurla həllini
tapmaqdadır. Rəsmi strukturların statistik
məlumatına görə, paytaxt
rayonları arasındaən çox iş yerləri məhz Qaradağda
yaradılıb. Rayon İcra
Hakimiyyətindən verilən məlumata görə, Rayon Məşğulluq Mərkəzinin təşəbbüsü
ilə əhalinin məşğulluğunu təmin etmək məqsədilə
mütəmadi olaraq qəsəbələrdə
səyyar əmək yarmarkaları keçirilir.
Eyni zamanda, "BP-Azərbaycan" Şirkətinin
təşkilatçılığı ilə Səngəçal
qəsəbəsində həyata keçiriləcək yeni layihələrlə bağlı "Azfen", "Tekfen"
şirkətləri ilə birlikdə Sahil
qəsəbəsində işə qəbulla əlaqədar
mütəmadi tədbir keçirilir.
Rayonda yeni istifadəyə
verilən, o cümlədən, hazırda
tikintisi davam edən
müəssisələr də paralel olaraq işsizlik probleminin həllində mühüm
rol oynayır. Belə ki,
hazırda Ələt qəsəbəsində Beynəlxalq Dəniz
Limanının inşası uğurla davam etdirilir. Puta qəsəbəsində Metanol
zavodunun tikintisi başa çatıb və
açılışa hazır vəziyyətdədir. Zavod nəinki respublikamızda, eləcə də
Cənubi Qafqazda ən nəhəng özəl
müəssisələrdən biri
sayılır. Rayonun Səngəçal
qəsəbəsi ərazisində Neft-Qaz
Emalı və Neft-Kimya Kompleksinin
salınması üçün 1875 hektar yer ayrılıb. Bu kompleksdə təqribən 2 min
nəfər işlə təmin olunacaq. Bu ərazidə
yeni yaşayış massivləri
salınacaq, parklar, otellər, idman meydançaları, mədəni istirahət
yerləri və digər yeni sosial obyektlər inşa
ediləcək, əhalinin yaşayışı üçün yüksək səviyyəli müasir standartlara uyğun şərait yaradılacaq. Onu da zatırladaq ki, cari ilin
9 ayı ərzində rayonda 1086 yeni iş yeri
açılıb, orta aylıq əmək
haqqı 765 manata çatıb. Yeri gəlmişkən qeyd
edək ki, ümumilikdə rayon ərazisində 90 sənaye müəssisəsi
var ki, onlardan
22-si respublika əhəmiyyətli iri istehsal obyektidir.
Qaradağ rayonunda təhsil və
səhiyyə sahələrinin inkişafına da xüsusi diqqət yetirilir. Xüsusən son doqquz ay ərzində rayonda yeni-yeni təhsil, səhiyyə
və mədəniyyət müəssisələri inşa edilərək sakinlərin istifadəsinə
verilib. Belə ki, Dövlət Proqramına əsasən təhsil
sahəsi üzrə 8 körpələr evi
- uşaq bağçasında əsaslı
təmir işləri başa
çatıb, 2 uşaq
bağçası üçün yeni bina, 2 məktəb üçün isə əlavə tədris korpusu tikilib. Eyni zamanda 7 nömrəli
Bakı Peşə məktəbi üçün
yeni binanın tikintisi
başa çatdırılıb. Qobustan qəsəbəsindəki körpələr
evi-uşaq bağçası əsaslı
təmir olunub. Heydər
Əliyev Fondunun təşəbbüsü
ilə rayonun 3 qəsəbəsində yeni uşaq
bağçasının tikintisinə başlanılıb.
Ümumilikdə isə rayonda 25 orta məktəb, 4 litsey və
peşə məktəbi, 3 musiqi məktəbi
- 3, 1 xüsusi internat
məktəbi fəaliyyət göstərir. Uşaq
bağçaları və körpələr evinin
sayı isə 22-ə çatıb. "2014-2016-cü illərdə
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda Səhiyyə
Nazirliyi tərəfindən 23 nömrəli
Birləşmiş Şəhər Xəstəxanasının
ərazisində uşaq
poliklinikası üçün yeni binanın inşası nəzərdə tutulub. Bununla yanaşı
Qobustan qəsəbəsindəki 17
nömrəli Birləşmiş Şəhər Xəstəxanası
və Lökbatandakı yeni müasir xəstəxana binalarının
istifadəyə verilməsi üçün
tamamlama işləri aparılır. Nəzərə çatdıraq ki,
bu gün rayon ərazisində 7 xəstəxana, xəstəxana
tabeliyində olan 6 poliklinika,
2 müstəqil poliklinika, 1 stomatoloji poliklinika, 1
özəl klinika, 1 uşaq
sanatoriyası, 1 doğum evi,
2 təcili və təxirə salinmaz tibbi yardim stansiyasi,
eyni zamanda, Respublika Güzəm xəstəxanası
və Ələt Dəmiryol xəstəxanası fəaliyyət
göstərir. Müvafiq Dövlət
Proqramına əsasən bu ilin may ayında Müşfiqabadda mədəniyyət evi əsaslı təmirdən sonra
açılıb. Eyni zamanda,
Lökbatandakı 9 saylı musiqi məktəbi
üçün yeni
binanın inşa olunub,
Qızıldaş mədəniyyət mərkəzinin tikintisi isə davam etdirilir. Bütövlükdə rayonda mədəniyyət və istirahət mərkəzlərinin
sayının artırılmasına xüsusi
diqqət ayrılır. Son məlumata əsasən,
hazırda rayonda 8 mədəniyyət evi, 1 muzey, 10 kitabxana, 10 mədəniyyət və istirahət
parkı, 1 dövlət qoruğu fəaliyyət
göstərir. Eyni zamanda, Qaradağ
rayonu ərazisində 15 mədəniyyət
və tarixi abidə var
ki, onun da 4-ü respublika, 1-i isə
dünya əhəmiyyətlidir.
Əhalinin sağlamlığının qorunması məqsədilə
ölkə başçısının
tapşırığına uyğun olaraq 2014-cü il fevral ayının 17-dən may
ayının 1-nə kimi,
respublikanın bütün bölgələrində
olduğu kimi, Qaradağ rayonunda da 18 yaşından yuxarı əhalinin tibbi müayinədən keçirilməsi tədbirləri
uğurla başa
çatdırılıb.
Rayonunda aztəminatlı ailələrdən olan məktəbli uşaqlara
da vaxtaşırı yardımlar edilir. Belə ki,
Heydər Əliyev Fondunun təşəbbüsü
ilə yeni tədris ili
ərəfəsində rayondakı imkansız, maddi durumu ağır olan ailələrin orta məktəblərdə
təhsil alan 200 nəfərdən çox uşaqları yeni
məktəbli formaları və 160 nəfər birinci sinif şagirdi
məktəb ləvazimatları ilə təmin olunub. Eləcə də icra
hakimiyyəti rayonun əlil sakinlərindən
heç vaxt zəruri
qayğısını əsirgəmir. Məsələn, son olaraq dekabrın əvvəllərində
İcra Hakimiyyətində əlil sakinlərlə
görüş keçirilib
və orada rayonda yaşayan 200-ə yaxın əlil vətəndaşa
ərzaq yardımı paylanıb.
Qaradağ rayonunda əhalinin və
sosial obyektlərin davamlı olaraq qaz, su,
elektrik enerjisi və kommunal xidmətlə təminatı məqsədilə
də çox böyük
işlər görülüb. Rayonun elektrik enerjisi ilə təchizatının
yaxşılaşdırılması üçün
6 ədəd yeni kompleks
transformator məntəqəsi
quraşdırılıb, 144 ədəd transformator
məntəqəsində profilaktik təmir
işləri aparılıb, 61 min metrdən
çox müxtəlif diametrli
kabel və hava xətləri
çəkilib. Qaz təchizatının
yaxşılaşdırılması, qaz
təsərrüfatının təhlükəsiz
istismarının təmin edilməsi məqsədilə
müxtəlif diametrli 168 min
paqometr mövcud qaz xətti yenisi ilə əvəz
olunub. "2014-2016-cı illərdə
Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafına dair Dövlət
Proqramı"na əsasən bu istiqamətdə
işlər davam etdirilir.
Ötən qış mövsümündə rayon
üzrə 96 bina, 10 orta
məktəb, 4 uşaq
bağçası və 3 səhiyyə obyekti
istiliklə təmin olunub.
Qaradağ rayonunda ekoloji problemlərin həlli istiqamətində də ciddi addımlar atılmaqdadır. Belə ki, rayon rəhbərliyinin təşəbbüsü ilə bütün qəsəbələrdə ərazilər təmizlənir, bağ-bağçalara qulluq edilir. Məişət və istehsalat tullantılarının yığılması və daşınması sahəsində bir çox işlər görülüb. Bu gün Qaradağ rayonu ərazisində qəsəbələrarası və məhəllədaxili küçə və yollar yenidən qurulur, müasir işıqlandırma sistemi quraşdırılır, parklar, nümunəvi məhəllələr salınır, xeyir-şər evləri tikilir. Rayon ərazisində olan yollara və məhəllədaxili həyətlərə 51 min kvadratmetr asfalt döşənib. Bütün sadalanan faktlar deməyə əsas verir ki, rayonda həyata keçirilən uğurlu tədbirlər nəticəsində istehsal sahələrinin dinamik və effektiv fəaliyyəti təmin olunub, sənaye potensialı əsaslı şəkildə gücləndirilib. Rayonda ən müasir texnologiyaların tətbiq olunduğu və beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisə və obyektlər yaradılmaqdadır. Bunlar isə nəticə etibarilə əhalinin social rifah halının yüksəlməsinə təsir edən amillərdir.
Alim Hüseynli
"Qaradağ Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim etmək üçün"
Olaylar.-
2014.- 13-15 dekabr.- S.2.