"Binəqədi rayonunun sosial-iqtisadi
inkişafı:
real vəziyyət və perspektivlər"
Binəsi qədim, özü müasir BİNƏQƏDİ
Azərbaycanda son illərdə həyata keçirilən məqsədyönlü islahatlar, bir sıra ümummilli proqramlar, mühüm infrastruktur layihələrin uğurla reallaşdırılması ölkəmizin sosial-iqtisadi mənzərəsini əhəmiyyətli dərəcədə dəyişmiş, tarazlı inkişaf və davamlı yüksəliş üçün möhkəm əsas yaratmışdır. Prezident İlham Əliyev cəmiyyət qarşısında verdiyi bəyanatlara sadiqliyini, habelə yürütdüyü siyasətin reallığa adekvatlığını əməli işi ilə sübuta yetirərək islahatların davamlılığını, ardıcıllığını təmin etmiş, ictimai həyatın bütün sahələrində intibah və tərəqqinin əsasını qoymuşdur.
İsgəndərovla gələn abadlıq
Ölkədə əldə
edilən nailiyyətlərə öz
payını verməyə çalışan Binəqədi rayonunda da sosial-iqtisadi
sahədə parlaq göstəricilər
qazanılmış, son illərdə
abadlıq-quruculuq işləri daha geniş vüsət almışdır.
Binəqədi paytaxt Bakının 12 rayonundan
biri olmaqla 6, 7, 8, 9-cu
mikrorayonları, Rəsulzadə, Biləcəri, Binəqədi,
Xocasən, Sulutəpə və 28 May qəsəbələrini
əhatə edir. Beş
ərazi icra nümayəndəliyi, 5 bələdiyyə
fəaliyyət göstərir. Rayonun inzibati mərkəzi Rəsulzadə qəsəbəsidir.
Ərazisi 170 kvadrat kilometrə
yaxındır. Əhalisi daimi qeydiyyatda olanlarla 253 min 500 nəfər, qeyri-rəsmi məlumatlara
görə, qeydiyyatda olmayanlarla
birlikdə 400 min nəfərdən çoxdur.
Etiraf etmək lazımdır ki,
Xaləddin İsgəndərov Binəqədi rayonuna
icra başçısı təyin olunduqdan sonra rayon ərazisi paytaxtda əsl
tikinti meydanını xatırladır. Geniş abadlıq-quruculuq işlərinə start verilməsi, nəinki mikrorayonlarda,
qəsəbələrdə və digər yaşayış
məntəqələrində fərq qoymadan
qurub-yaratmaq rayon rəhbərliyinin
devizinə çevrilmişdir.
Fəaliyyətini
məhz bu prinsip əsasında
quran Binəqədi Rayon
İcra Hakimiyyəti də dinamik yüksəliş üçün
bütün zəruri tədbirləri həyata
keçirməyə, ölkədəki inkişaf
prosesinə layiqli töhfəsini verməyə
çalışır. Ümummilli lider Heydər Əliyevin hakimiyyəti
dövründə özü üçün
güclü istehsal
potensialı, zəngin infrastruktur
formalaşdırmış Binəqədi rayonu
Azərbaycan Prezidenti İlham
Əliyevin diqqət və qayğısı ilə böyük uğurlar əldə
edərək bu gün
daha da müasirləşib.
Binəqədi, demək olar ki, inkişafının keyfiyyətcə yeni mərhələsini yaşayır. Rayon sakinlərinin razılığına səbəb
olan quruculuq tədbirləri
təkcə Binəqədi rayon mərkəzində
deyil, ətraf qəsəbələrdə
də qabarıq hiss olunur.
Dövlət başçısının
2013-cü il aprel
ayının 23-də imzaladığı “Bakı şəhəri
Binəqədi rayonunun sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamından
irəli gələn bütün tədbirlərin
icrasına başlanılıb və uğurla
davam edir.
Mikrorayonlar rayonu Binəqədi
Ümumiyyətlə,
Binəqədi rayonunda müşahidə olunan böyük canlanma və tərəqqi ilk
növbədə sistemli, ardıcıl və
yeniliyə əsaslanan mütərəqqi iş
üslubunun bəhrəsidir. Rayon rəhbərliyi ölkə
başçısının çevik və
səmərəli iqtisadi islahatlar
strategiyasını rəhbər tutaraq
idarəçilikdə mütərəqqi üsulların tətbiq
edilməsinə nail olub.
Rayonun illik inkişaf planı hazırlanaraq təsdiq olunub, bu sənəddə
hər rüb üzrə görülməli
işlər, onların maliyyələşdirilməsi mexanizmləri
dəqiq əksini tapıb.
Bakının
şimal istiqamətində magistral yolun Binəqədi
ərazisindəki hissəsinin hər iki tərəfinin
abadlaşdırılması, gözəl xiyaban
və parkların, yaşıllıqların salınması rayon rəhbərliyinin təşəbbüsü
əsasında həyata keçirilib və
ümumilikdə paytaxt sakinləri tərəfindən böyük rəğbətlə
qarşılanıb. Hazırda şəhərin
şimal istiqamətində hərəkət
edən hər bir vətəndaş
qısa müddətdə necə böyük
və uğurlu bir
layihənin reallaşdırıldığının
şahidinə çevrilir. Ölkənin
şimal və şimal-qərb bölgələrindən
paytaxta gələn qonaqlarda
şəhər haqqında ilk xoş təəssürat yaradan
Biləcəri qəsəbəsi simasını göz oxşayan bir şəkildə dəyişib.
Bakı-Sumqayıt istiqamətində gedib-gələn insanlar Biləcəridə davam
edən tikinti-quruculuq və bərpa
işlərini məmnunluqla qəbul edirlər.
Binəqədi həm
də bir neçə mikrorayonun
yerləşdiyi rayondur. Mikrorayonların
isə daha çox
diqqət və qayğı tələb etdiyi
hamıya məlumdur. Bu səbəbdən
də adıçəkilən ərazilərdəki evlərin
istilik sistemlərinin böyük
hissəsi yenilənib.
Yeni parklar, abad məhəllələr, xoş istirahətlər...
Uğurla həyata keçirilən abadlıq və
yenidənqurma işləri Binəqədi rayonunun
simasını tamamilə dəyişib. Son bir
ildə «Abad Məhəllə» layihəsi
çərçivəsində rayonun
ayrı-ayrı ərazilərində yeni
istirahət parkları tikilib, küçələrə
və məhəllədaxili yollara asfalt örtüyü
döşənib, müasir küçə
fənərləri, yeni,
yaraşıqlı dayanacaqlar
quraşdırılıb. Yaradılmış abad məhəllələrdəki
yaşayış binalarında müasir tələblərə
cavab verən təmir-bərpa işləri
aparılıb. Binaların qarşısında xüsusi səliqə-sahman yaradılıb,
sakinlərin istirahəti üçün
mini parklar
salınıb. Əhalinin rahatlığının təmini məqsədi
ilə sakinlərin sıx yaşadığı ərazilərdə
lazımi avadanlıqlarla təchiz olunmuş
müasir tipli
«xeyir-şər evləri»i inşa edilib. Son illərdə
ən çox abad məhəllə
7 və 8-ci mikrorayonların ərazisində yaradılıb. Bundan başqa, məhəllədə
zibil qutularının yerləşdirilməsi
üçün xüsusi
yerlər inşa olunub.
Digər ərazilərdə olduğu kimi, burada da
çörək qırıntılarının
yığılması üçün xüsusi qutular qoyulub. Binaların qarşısına asfalt döşənib və
maşınların park edilməsi üçün xüsusi
yerlər ayrılıb. Parkın ətrafındakı
yaşayış binalarında təmir işləri
aparılıb, binaların fasadları rənglənib, girişi təmir edilərək dəmir
qapılar qoyulub. Su xətləri
təmir olunub, zirzəmilər çirkab sulardan təmizlənib.
Kanalizasiya sistemləri yenilənib, qaz və su və
işıqla bağlı problemlər aradan
qaldırılıb.
Məhəllənin mərkəzində
salınmış yaşıllıqda sakinlərin hərəkəti
üçün xüsusi
asfalt örtükdən ibarət
cığırlar salınıb. Parkda uşaqlar üçün
əyləncə yerləri, ağacdan
hazırlanmış oturacaqlar
quraşdırılıb. Məhəllədə yaşlı
insanlar üçün
stolüstü oyun
guşələri inşa edilib.
Sakinlərin gecə saatlarında parkda normal istirahət etmələri üçün burada müasir işıqlandırma sistemi
quraşdırılıb.
Binəqədi rayonu ərazisində sanitar
təmizliyini təmin edilməsi istiqamətində də ciddi işlər görülməkdədir. Son bir il
ərzində rayon ərazisində sanitar normalara əməl
olunması və ərazilərin təmizliyinə nəzarət
etmək məqsədilə görülən tədbirlər
artıq öz müsbət nəticələrini
verməkdədir. Belə ki, 2014-cü ildə
bu sahədə istifadə olunan
avadanlıq və texniki qurğuların
sayının artması işlərin intensivliyinin
və keyfiyyətinin artmasına səbəb olub.
Məişət tullantılarının
yığıldığı ərazilərin
abadlaşdırılması, tullantıların vaxtında
götürülməsi, texnika və
avadanlıqlardan səmərəli istifadə təmizliyə
zəmanət verir.
Günü-gündən yaşıllaşan rayon
Binəqədini digər
rayonlarından fərqləndirən xüsusiyyətlərindən
biri də son illərdə burada
aparılan irimiqyaslı yaşıllıq işləridir. Bu da Binəqədini ekoloji baxımdan ən təmiz rayonlardan birinə çevirib.
Belə ki, 2012-ci ildən başlayaraq
rayon ərazisində milyonlarla
ağac, gül
kolları əkilib. Bunu biz
Bakı-Sumqayıt yolboyu salınan və insanın könlünü oxşayaraq
Bakımıza özünəməxsus bir
gözəllik bəxş edən
yaşıllıq-abadlıq işlərində də
aydın görürük.
Belə ki, Bakı Sumqayıt yolunun
hər iki tərəfi xüsusi
memarlıq layihəsi əsasında
yaşıllaşadırılıb və dekorativ
şəkildə bəzədilmiş istinad
divarları inşa edilib.
Yolboyu salınan hündür
təpəliklərdə əkilən otlar,
müxtəlif ağac və kol bitkiləri insanda qeyri adi-duyğuların oyanmasına səbəb
olur. Ərazidə xüsusi
işıqlandırma sistemi
quraşdırılıb. Bu da gecələr yaşıllığa xüsusi gözəllik verir.
Onu da deyək ki, yaşıllaşdırmada tətbiq edilən belə landşaft
memarlığını ölkəmizdə ilk
dəfə tətbiq edən Binəqədi rayonu
olub.
Belə bir landşaft
memarlığının tətbiqi Binəqədinin daha da gözəlləşməsinə,
onun digər rayonlardan
daha çox diqqəti
cəlb etməsinə yol açıb.
Rayonda aparılan abadlıq quruculuq
işləri çərçivəsində Heydər
Əliyev adına mədəniyyət və istirahət
parkı yenidən qurulub.
Parkdakı yararsız
tikililər sökülüb, kommunikasiya xətləri yenilənib. Parkda 67 növ nadir ağac, kol və bitki növləri
əkilib. Burada relyef
nəzərə alınmaqla müasir üslubda hazırlanan körpülərdən,
şəlalələrdən, fəvvarələrdən,
çeşmələrdən və digər kiçik
memarlıq elementlərindən geniş və
məharətlə istifadə olunub.
Parkda uşaqlar üçün müxtəlif attraksionlar, yelləncəklər və digər
idman və oyuncaq
elementləri quraşdırılıb. Parkın mərkəzində
müasir texnologiyalardan
istifadə etməklə milli və dünya musiqi nümunələrindən
təşkil olunan kompozisiyalardan
ibarət musiqili fəvvarə buraya xüsusi
yaraşıq verməklə yanaşı, istirahət edənlərin
könlünü oxşayır.
Qeyd edək ki, Binəqədi
rayonunda aparılan quruculuq
işlərini ölkə başçısı İlham Əliyev yüksək qiymətləndirib.
O, bu ilin aprel ayında Biləcəri qəsəbəsində
əsaslı təmirdən sonra yenidən
istifadəyə verilmiş mədəniyyət-istirahət
parkının açılışı mərasimində: “Bu parkın açılışı onu göstərir ki, nəinki
Bakının, ölkəmizin hər bir
yerində iş görmək mümkündür və lazımdır”, - deyib.
Rayonlar üçün yeni keyfiyyət nümunəsi - BİNƏQƏDİ
Paytaxtın bütün ərazilərində olduğu kimi, Binəqədi
rayonunda da qanunsuz tikililər sarıdan ciddi
problemlər yaşanır. Uzun illər ərzində neft-qaz
yataqları üçün
ayrılmış ərazilərdə, su-kanalizasiya
kəmərlərinin, yüksək gərginlikli enerji xətlərinin, dəmir və şose yollarının zolaqlarında heç bir sənəd olmadan, ən yaxşı halda
bələdiyyə qərarları ilə minlərlə qanunsuz evlər tikilmiş,
həyətyanı sahələr
salınmışdır. Bu səbəbdən
belə yaşayış sahələrində müxtəlif
bədbəxt hadisələr baş verir, yanğınlar olur,
evlər uçur. Xatırlayıram ki, bir neçə il bundan əvvəl Rəsulzadə
qəsəbəsində həyətində ağac
kəsən sakin budağın evinin üstündən keçən yüksək
gərginlikli elektrik xəttinə
toxunması nəticəsində həyatını itirmişdi. Digər tərəfdən,
həmin ərazilərə heç bir mühəndis- kommunikasiya
xətləri, yollar çəkilməmiş,
sosial infrastruktur
obyektləri, məktəb, xəstəxana, uşaq
bağçaları, müxtəlif xidmət obyektləri
yaradılmamış, onlar üçün torpaq sahələri
saxlanılmamışdır. Məhz bu
cür halların nəticəsidir ki, indi həmin ərazilərdə
çoxsaylı problemlər yaşanır. Amma
çətin də olsa, bu
gün Binəqədi rayon
rəhbərliyi problemlərin həllinə
çalışır, həmin ərazilərdə sosial infrastruktur
yaradılır və nəticədə müsbət dəyişikliklərə
nail olunur.
Nizam
RZAYEV, Lent.az İnformasiya
agentliyi
"Binəqədi
Rayon İcra Hakimiyyəti və Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim etmək
üçün”
Olaylar.-
2014.- 13-15 dekabr.- S.4.