Ədəbiyyatımızın ədəbi

əxlaq nümunəsi-Oqtay Rza

 

Şairin 80 illik yubiley tədbiri keçirilib

 

Azərbaycan Yazıçılar Birliyində şair, pedaqoq Oktay Rzanın 80 illiyi ilə bağlı yubiley tədbiri keçirilib. Tədbirdə şairin qələm dostları, elm və mədəniyyət xadimləri iştirak ediblər. Oqtay Rzanın şair və insan, o cümlədən vətəndaş kimi dəfələrlə sınaqdan alnı açıq, üzü ağ çıxdığını qeyd edən Yazıçılar Birliyinin katibi, şair Fikrət Qoca yubilyarın həm də sədaqətli dost olduğunu diqqətə çatdırıb. O.Rzanın poeziya aləmində işıqlı simalardan olruğunu vurğulayan professor Asif Rüstəmli bildirb ki, o, xarakter etibarilə nikbin əhval-ruhiyəli insandır:

“Oqtay Rza insana xoş aura bəxş edən şəxsiyyətlərdəndir. Onun şerlərində insanlıq, səmimilik, sədaqət və riyakarlığa qarşı nifrət kimi xarakterlər əksini tapıb. Birmənalı şəkildə qeyd etmək olar ki, o, səmimiliyin alınmaz qalasıdır”. Yubiliyarın yaradıcılığına toxunan A. Rüstəmlinn sözlərinə görə, indiyə qədər onun 25-ə qədər kitabı işıq üzü görüb. Həmin kitablar dünyanın müxtəlif dillərinə tərcümə edilib: “Oqtay Rzanın yaradıcılığında rübailər xüsusi yer tutur. Onun Cəmaləddin Rumiyə həsr etdiyi şeirində müdik kəlamlar üstünlük təşkil edir. Çünki o, özü də olduqca müdrik insandır”. Şair, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli qeyd edib ki, O. Rza səmimi dost, hamıya qarşı düzgünlüyü ilə seçilən insandır: “Mən onu tanıyandan bəri nə xasiyyəti, nə də xarakteri dəyişməyib. Şair uşaq kimi pak insandır, öz istedadını başqaları ilə müqayisə etmədən zirvələrə yüksəlib”. Onun bildirdiyinə görə, O. Pza şair kimi də cəmimi və təbii insandır: “Yazdığı bütün şeirlərində fikrlərini sadə və aydın dildə ifadə edib. O, müxtəlif şəxsiyyətlərə həsr etdiyi ithafları ilə ədəbiyyatımızda bir bədii səlnamə nümunəsi yaradıb. Şair gənclərə də daim dəstək verib. Bu baxımdan onun ədəbiyyatda olması bir ədəbi əxlaq nümunəsidir”. Yubilyarın şəxsi keyfiyyətlərindən danışan filoloq Vaqif Yusiflinin sözlərinə görə, şair həm də səmimi dost, etibarlı yoldaşdır. Bununla yanaşı, o, daxili keyfiyyətlərini qələmə aldığı rübailərində əks etdirməklə bu ədəbi janrı yenidən yüksəklərə qaldırıb, bu ədəbi yanra yeni nəfəs verib. Xalq şairi Zəlimxan Yaqub qeyd edib ki, O. Rza Azərbaycan ədəbiyyatında poetik portretlər ustası kmi tanınıb: “O. Azərbaycan ədəbiyyatını ayaq üstə saxlayan dühalardandır. Şair yaradıcılığa başlayandan bu vaxta qədər Azərbaycan ədəbiyyatına xifmət edir”. Sonda şairin əsərlərindən nümunələr səsləndirlib. Xatırladaq ki, Oqtay Rza 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Mikayıl Müşfiq”, “Cəfər Cabbarlı” və "Qızıl qələm" mükafatları laureatıdır.

 

Alim

 

Olaylar.- 2014.- 16 dekabr.- S.2.