Diaspor təşkilatları Heydər

Əliyevin xatirəsini anıblar

 

Müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin vəfatının 11-ci ildönümü dünyanın bir çox ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları tərəfindən  qeyd edilib. Keçirilən tədbirlərdə Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən danışılıb.

Belə ki, ümummilli lider Heydər Əliyevin xatirə və Çingiz Aytmatovun doğum günü ilə əlaqədar Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu Bişkek şəhərində iki günlük mərasim keçirib. Ümummilli lider Heydər Əliyevin xatirə və Çingiz Aytmatovun doğum günü ilə əlaqədar Bişkek şəhəri kitabxanalar sisteminin Ç. Aytmatov adına kitabxanada   təşkil olunan mərasimdə ölkə ictimaiyyətinin təmsilçiləri, elm və sənət adamları, Qazaxıstanın xalq yazıçısı, Qırğızıstanın xalq şairi Muxtar Şaxanov, diaspor və Qırğızıstanın aparıcı  KİV lərinin  nümayəndələri iştirak ediblər. Mərasimi açan  Bişkek şəhəri kitabxanalar sisteminin direktoru  Heydər Əliyevin və Çingiz Aytmatovun ölkələrmizin inkişafında, xalqlarımızın siyasi müqəddəratının müəyyənləşməsində oynadığı tarixi roldan, həmçinin türk dünyası qarşısındakı əvəzsiz xidmətlərindən, Azərbaycan-Qırğızıstan və Qazaxıstan münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək istiqamətində həyata keçirdiyi strategiyadan danışıb.

Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov çıxış edərək ümummilli lider Heydər Əliyevin tarixi xilaskarlıq missiyasından, onun müdrik siyasətinin nəticələrindən söhbət açıb. Daha sonra Nüsrət Məmmədov  2008-ci il Çingiz Aytmatov ili elan olduğu halda  Qırğızıstanda dünyaşöhrətli qırğız yazıçısına qarşı çirkli kampaniyanın aparıldığı haqda danışıb. Fond tərəfindən Çingiz Aytmatovun Azərbaycana səfərinin təşkil edilərək onun Azərbaycanda yüksək səviyyədə qarşılanmasından sonra Qırğızıstanda ona qarşı aparılan kampaniyaya son qoyulmasını faktlarla sübut edib. Daha sonra söz  Qazaxıstanın xalq yazıçısı və  Qırğızıstanın xalq şairi Muxtar Şaxanova verilib. O, “Həqiqət formulu və məhəbbətin Everest zirvəsi” kitabının Azərbaycan dilinə tərcümə etdirərək nəşr etdirən  Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədova dərin minnətdarlığını bildirib, kitabda öz əksini tapmış Çingiz Aytmatovla olan xatirələrindən, Heydər Əliyevlə olan görüşündən danışıb və Ulu Öndərin  bütün dünyada tanınan böyük dövlət xadimi olduğunu vurğulayb. O bildirib ki, Heydər Əliyev   Qırğızıstan-Azərbaycan əlaqələrinin inkişafında xüsusi rol oynadığı qədər Qazaxıstan-Azərbaycan  əlaqələrində də mühüm rol oynayır. Ulu Öndərin apardığı siyasət onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi təqdirəlayiqdir. “Xəzər” İssık Kul azərbaycanlıları İctimai Birliyinin prezidenti Ziyəddin Hüseynov,  Qırğızıstanda yeganə azərbaycanlı, aprel inqilabı qəhrəmanı Yusif Məmmədhəsənov, əməkdar mədəniyyət xadimi tanınmış kinorejissor Zamir Eraliyev, professor Kuban Mambetaliyev  və başqaları böyük siyasətçi Heydər Əliyevin fenomen bir şəxsiyyət olduğunu, onun təkcə Azərbaycan xalqı deyil, bütün türk dünyası qarşısındakı xidmətlərindən və “Həqiqət formulu və məhəbbətin Everest zirvəsi” kitabının Qazaxıstan Qırğızıstan və Azərbaycan mədəni əlaqələrinin daha da inkişaf etməsində oynayacağı roldan söhbət açıblar. Daha sonra “Həqiqət formulu və məhəbbətin Everest zirvəsi” kitabının təqdimatı keçirilib.   Ümummilli lider Heydər Əliyevin xatirə və Çingiz Aytmatovun doğum günü ilə əlaqədar Bişkek şəhəri kitabxanalar sisteminin Ç. Aytmatov adına kitabxanasında   təşkil olunan mərasim iki gün davam edib. Mərasimi  Qırğızıstanın bütün aparıcı KİV-ləri işıqlandıb. Ümumilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı Ukraynada fəaliyyət göstərən gənclər təşkilatı başcıları tərəfindən anım mərsimi təşkil olunub. Ümumukrayna Azərbaycanlıları Gənclər Təşkilatı, Azərbaycan – Slavyan Gənclər Assosiasiyası Ukrayna Nümayəndəliyi,Yeni Nəfəs Hərəkatı Ukrayna və Şərqi Avropa Nümayəndəliyi, Mirmayalyoj İctimai Birliyi və s. təşkilatları funksanerləri əvvəlcə Azərbaycanın Ukraynadakı Səfirliyinin qarşısındakı parkda ucaldılmış Heydər Əliyevin abidəsini ziyarət ediblər və abidə önünə güllər qoyublar. Sonra anım tədbiri Diaspora Mərəzində davam etdirilib. Tədbir iştirakçıları Ümumilli liderin keçdiyi şərəfli ömür yolundan və Azərbaycanın birliyi və güclənməsi uğrunda apardığı mübarizdən söhbət açıblar. Sonda UAGT–da birləşən bütün təşkilat liderləri H.Əliyev yolunun onların getdiyi birlik, bütövlülük və ən əsası azərbaycançılıq ideyaları ilə eyni olduğunu qeyd edərək, həmişə bu düz yolun yolçuları olacaqlarına söz veriblər. İsraildəki Azərbaycan diasporunun üzvləri hər il olduğu kimi, bu il də Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmək üçün bir araya gəlib. Heydər Əliyevin xatirəsini anmağa toplaşan həmyerlilərimiz ulu öndərlə bağlı fikirlərini və xatirələrini bölüşüblər. Bildirilib ki, bu gün harada yaşamasından asılı olmayaraq Azərbaycandan köçmüş hər bir həmvətənimiz Heydər Əliyevin xatirəsini ehtiramla anır. Tədbirin iştirakçıları Heydər Əliyevin şəxsiyyətindən və siyasi fəaliyyətindən danışaraq onun Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətləri bir daha vurğulayıblar. Dahi liderin müstəqil Azərbaycana rəhbərlik etdiyi dönəmdə ölkədə müşahidə edilən inkişafdan, bütün sahələrdə nəzərə çarpan müsbət dəyişikliklərdən söz açan həmyerlilərimiz məhz həmin dövrdə Heydər Əliyevin verdiyi mühüm qərarların ölkənin gələcəyini təyin etdiyini qeyd ediblər. “Əsrin müqaviləsi”nin imzalanması, 1994-cü ildə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəsin elan edilməsi, Bakı-Ceyhan neft kəmərinin tikintisi Heydər Əliyevin xidmətləri sırasında xüsusi vurğulanıb. Çıxışlardan sonra Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib. Moskva Vilayətinin Domodedovo şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsi anılıb. Ulu öndərin vəfatının ildönümü ərəfəsində təşkil olunmuş "Rusiyanın böyük dostu Heydər Əliyev" adlı konfransda siyasi liderin həyat və fəaliyyəti ilə bağlı çıxışlar edilib, Heydər Əliyevi şəxsən tanıyan və onunla birgə çalışmış insanlar xatirələrini bölüşüb. Konfransda Rusiyanın görkəmli dövlət və siyasi xadimləri, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin nümayəndələri, Domodedovo şəhərinin rəhbərliyi, deputatları, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı, ÜAK-ın üzvləri iştirak edib.

Domodedovo şəhər dairəsi deputatlar sovetinin üzvü Əlizaman Rəhimov Heydər Əliyevin rəhbərliyi altında Rusiyada həyata keçirilmiş irimiqyaslı layihələrdən söz açaraq, onun Rusiya iqtisadiyyatına verdiyi töhfələri sadalayıb. Bu sırada Heydər Əliyevin böyük səyi nəticəsində Ulyanovskda tikilmiş və bu gün vilayəti şərqlə qərb nəqliyyat qovşağına çevirmiş körpünün inşasını xüsusi vurğulayıb. Daha sonra Heydər Əliyevin Rusiya Azərbaycan münasibətlərindəki rolundan bəhs edən videoçarx nümayiş etdirilib. Videoçarxın nümayişindən sonra çıxış edən Domodedovo şəhər dairəsinin rəhbəri Dmitriy Qorodetski Heydər Əliyevi dünyanın məşhur siyasətçilərindən biri olduğunu vurğulayaraq onun vaxtilə Rusiya iqtisadiyyatına verdiyi töhfələri yüksək qiymətləndirib.

Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov müasir Azərbaycanın qurucusunun Azərbaycan diasporunun inkişafındakı xidmətlərini qeyd edib. Onun hələ 1970-ci illərdə azərbaycanlı gəncləri sovet respublikalarına, eləcə də Rusiyaya təhsil almağa göndərməsindən, 1990-cı illərdə isə Azərbaycan diasporunun formalaşması istiqmətində göstərdiyi xidmətlərdən danışan Qüdsi Osmanov konfransın təşkilatçılarına təşəkkür edib və belə tədbirlərin keçirilməsini Azərbaycan və Rusiya xalqları arasında dostluq tellərinin möhkəmlənməsi baxımından yüksək qiymətləndirib. Ümumrusiya Azərbaycan Konqresinin Moskva vilayəti üzrə nümayəndəliyinin icraçı direktoru Araz Mürsəliyev də öz çıxışında Heydər Əliyev və diaspor mövzusunu xüsusi vurğulayıb. A.Mürsəliyev Heydər Əliyevin təməlini qoyduğu ÜAK-ın 14 il ərzində xalq diplomatiyasının bariz nümunəsi kimi Rusiya–Azərbaycan münasibətlərində güclü amilə çevrildiyini bildirib. Daha sonra Heydər Əliyevin köməkçisi olmuş İqor Prostyakov,  SSRİ dövründə Azərbaycan Daxili işlər nazirinin müavini işləmiş Vladislav Shevtsov, general-polkovnik İvan Morozov, Böyük Vətən müharibəsinin veteranı İvan Nikonov, ictimai xadim Aleksandr Patrikeev və başqaları Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər.

Konfrans  iştirakçılarına Heydər Əliyev Fondu və “TASS” informasiya agentliyinin Heydər Əliyev haqqında çap etdirdiyi kitablar hədiyyə olunub. Tədbir Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Moskva vilayəti üzr nümayəndəliyi və qurumun Domodedovo şəhəri üzrə təmsilçiliyi tərəfindən təşkil olunub.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 16 dekabr.- S.3.