Azərbaycanın diaspor həqiqətləri
Heydər Əliyev: “Bizim xarici siyasətimiz birinci
növbədə
Azərbaycanın
dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir”
Regionda və dünyada baş verən
proseslərin fonunda Azərbaycan
diasporasının əhəmiyyəti bir
qədər də qabarır. Yaranmış qarışıq
situasiyanı nəzərə alaraq,
dövlətimizin milli maraqlarının
qorunması və təhlükəsizliyinin təmin
olunması ən ümdə məsələlərdən
birinə çevrilib. Azərbaycanlılar
sadəcə Vətəndə yaşayan
9 milyonluq əhalidən ibarət deyil, dünyanın beş
qitəsində məskunlaşan 50 milyondan
çox soydaşlarımız tarixin müxtəlif dövrlərində
imperialistlərin Böyük Vətənimizi
parçalaması, hərbi təcavüzlər, paxıl
düşmənlərimizin xain
siyası oyunları, içinə sürükləndiyimiz cahan müharibələri və sadalamaqla bitməz mənfur amillərin təsiri
nəticəsində dünyaya səpələnmişlər.
Səpələnmək sözünün
yunancası olan diaspora bir xalqın xeyli hissəsinin Ana Vətəndən
kənarda, xaricdə yaşamasıdır. Milli mənsubiyyətlərini,
dilini, adət-ənənələrini, mədəniyyətlərini,
mənəvi-əxlaqi dəyərlərini, milli
bayramlarını bir əsr və ya daha da
çox zaman kəsimində
qoruyub saxlamış, onu
yaşatmış, yaşadıqları digər topluluqlar arasında əriyib itməyərək
tarixi Vətənlə əlaqələrini itirməmiş
50 milyondan çox dünya azərbaycanlıları bizim milli diasporamız
sayılırlar. Bu nöqteyi-nəzərdən,
Azərbaycan diasporu media
və dövlətin gündəmində olan
prioritet mövzulardan biridir. Dünyanın müxtəlif dövlətlərinə
səpələnmiş Azərbaycan diasporunun
təşəkkül tarixi, inkişaf yolu,
formalaşması və müasir durumu və onların öyrənilməsi günümüzün ən vacib
məsələlərindən biridir. Son zamanlar isə diaspor mövzusunun elmi-tədqiqat
sahəsində araşdırılmasına geniş
yer verilməsi sevindirici
haldır. Bu sahədə əldə olunacaq bütün nəticələr
Azərbaycan diasporunun hərtərəfli
inkişafını və fəaliyyətini daha
səmərəli və effektli edəcək.
Diasporumuzu tədqiq etməyə başlayan zaman ilk növbə olaraq şifahi və yazılı xalq
ədəbiyyatımızı öyrənmək vacibdir. Azərbaycan folklorunda
qürbət mövzusu bu
gün də mühüm
yer tutur. Bu da öz
növbəsində Azərbaycan diasporunun
qədimliyindən xəbər verir. Azərbaycan
ilk insanların yaşayış məskənlərindəndir.
Respublikamızın ərazisində yerləşən Qobustan, Azıx mağarası və digər qədim
yerlər bunun əyani sübutudur.
Yurdumuzun qədim sakinləri olan türklər isə öz
növbəsində xalqların tarixi inkişaf səviyyəsilə sıx əlaqəli
olan mühacirət prosesinin
fəal iştirakçısı olublar. Qədim dövrlərdə Azərbaycan türklərinin
yayılma, səpələnmə coğrafiyasına Avropa, Asiya, Afrika qitələri ilə yanaşı, Amerika qitəsi də daxil
idi. İndi isə azərbaycanlılar
dünyanın bütün ölkələrində
fəaliyyət göstərirlər. Prezident
İlham Əliyevin hakimiyyətə gəlməsindən
sonra eyni bayraq altında fəaliyyət göstərən
xarici ölkələrdəki Azərbaycan
təşkilatları dövlətimizin milli
maraqlarının qorunması işində mühüm
nailiyyətlər əldə ediblər. Keçən
illər ərzində erməni diasporasının Azərbaycana
qarşı hazırladığı təxribatların
qarşısının alınması, Dağlıq Qarabağ və digər ölkə həqiqətlərinin
dünya ictimaiyyətinə
çatdırılması yönündəki sistemli
fəaliyyəti hər birimizi sevindirir. Əsası Ulu
öndər Heydər Əliyev tərəfindən qoyulmuş diaspora siyasətinin
bu gün dövlətimizin
gündəm məsələlərindən biri
olması Azərbaycanın lehinə işləyən faktordur. Dünyada və regionda baş verən
proseslərin fonunda Azərbaycanın milli maraqlarını qorumaq
böyük enerji və
güc tələb edən işdir. Bu yöndə Azərbaycan
diasporasının üzərinə böyük
yük düşür.
Bu gün məhz bu amilləri nəzərə alaraq,
diasporamızın Azərbaycan dövlətilə qurduğu koordinasiyalı iş
ölkənin təhlükəsizliyinin təmin olunmasında xüsusi çəkiyə malikdir.
Xaricdəki diaspor təşkilatları konqres, federasiya və konfederasiya halında birləşməsi prosesini sürətləndirən Dövlət
Komitəsi azərbaycançılıq idealogiyasını təbliğ
etməyə önəmli yer verir. Qarabağ problemini Azərbaycan diasporunda
prioritet məsələyə çevirmək
üçün Dövlət Komitəsi bir səra işlər aparır. Sevindirici
haldır ki, cənab Heydər Əliyevin dünya azərbaycanlılarının milli-əxlaqi
dəyərləri və tarixi vətənlərinin
şərəfini qorumağı öz
müqəddəs borcları hesab etməsi
istiqamətində apardığı işi
Dövlət Komitəsi uğurla davam etdirir. Ümummilli lider Heydər
Əliyevin 2003-cü ildə "Xaricdə
Yaşayan Azərbaycanlılarla
bağlı dövlət siyasəti haqqında" Azərbaycan
Respublikasının Qanununu təsdiq etməklə
dövlət-diaspor münasibətlərində yeni mərhələnin bünövrəsini qoydu."Xaricdə yaşayan
azərbaycanlılarla bağlı dövlət siyasəti
haqqında Azərbaycan Respublikasının
Qanununun 9.1-ci maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini
Azərbaycan Respublikasının prezidentinin
həyata keçirməsi dövlət
başçısının diasporumuza
ümdə əhəmiyyət verməsinin bariz
nümunəsidir". Qanunun qəbul
olunması ilə Azərbaycan Dövləti və Azərbaycan
diasporu arasında olan
bütün əlaqələr və fəaliyyət
istiqamətləri müəyyən edildi.
Bununla
dövlətimiz Azərbaycan diasporu ilə
olan əlaqələri nəzarətə
götürdü. I Qurultay
qeyd etdiyimiz bu nəticələrin əldə
olunmasına səbəb oldusa 2006-cı ilin 8 fevral tarixində
ölkə başçısının fərmanı ilə
həmin ilin mart
ayının 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının
II Qurultayının keçirilməsi işlərin daha da geniş
müstəviyə çıxarlımasına şərait
yaratdı. Dünya azərbaycanlılarının
ll qurultayı ilk
növbədə yeni dövr
üçün qarşıda duran əsas vəzifələri müəyyənləşdirəcək.
Çünki l qurultaydan keçən dövr
ərzində diaspor quruculuğu
sahəsində bir çox
işlər görülüb, irəliyə
doğru mühüm
addımlar atılıb. İndi biz yeni vəzifələrin
həyata keçirilməsinə başlamalıyıq. Azərbaycan
icmaları fəaliyyət göstərdikləri ölkələrin
ictimai-siyasi həyatında da fəal iştirak etməli,
başqa xalqların diaspor
təşkilatları ilə əlaqələrini gücləndirməlidir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə
çatdırılması indiki mərhələdə
Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən məsələlərdəndir.
Bu baxımdan Azərbaycan diasporunun
yeni təbliğat üsullarından
istifadə etməsinə də ehtiyac var. Fikrimizcə, qurultaydan
sonra bu sahədə də
əsaslı dönüş yaranacaq. Sevindirici amillərdən ən başlıcası odur ki, milli
diaspor Vətənimizin inkişaf
edən işığından qorxan mənfur
ünsürlərin saxta, əsassız
böhtanlarına qarşı yerindəcə lazımı
cavabı verərək onları həm yaşadıqları
ölkələrin, həm də beynəlxalq mətbuatda da ifşa
edir.
Diasporun vəzifəsi
Azərbaycan
Konstitusiyasının 10-cu maddəsində göstərilir ki, Azərbaycan başqa
dövlətlərlə və xarici aləmlə
əlaqələrini beynəlxalq hüquq
normaları və ölkənin maraqlarını nəzərdə
tutan prinsiplər əsasında qurur. Azərbaycan Prezidenti Heydər Əliyev 1993-cü il oktyabr ayının 10-da
Prezident seçilməsi ilə
bağlı keçirilən rəsmi andiçmə mərasimindəki
çıxışında qeyd etdi ki, “Respublikanın
qarşısında duran əsas vəzifələrdən
biri Azərbaycan mənafeyini dünya miqyasında müdafiə edə bilən
ağıllı, səriştəli xarici
siyasətin yeridilməsidir. Qarşıda böyük
vəzifələr durur. Bizim
xarici siyasətimiz birinci
növbədə Azərbaycanın dövlət müstəqilliyini
təmin etməyə yönəldilməlidir. Vəzifə
dünyanın bütün dövlətləri
ilə bərabər hüquqlu,
qarşılıqlı-faydalı əlaqələr yaratmaq və inkişaf
etdirməkdən, bu əlaqələrdən
həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini
möhkəmləndirmək, həm də respublikanın
iqtisadiyyatını, elmini, mədəniyyətini
inkişaf etdirmək üçün
səmərəli istifadə etməkdən ibarətdir”. Azərbaycan dövləti yarandığı ilk gündən etibarən təkcə respublika vətəndaşlarının deyil, ümumiyyətlə, bütün
dünya azərbaycanlılarının
yeganə milli varlıq simvolu, onların milli qürur mənbəyi və etibarlı istinad mərkəzi, himayədarı və milli-siyasi mövcudluq üsulu kimi
çıxış edir. Təsadüfi
deyil ki, dövlətimiz
dünya azərbaycanlılarının ümummilli mənəvi
birliyi və həmrəyliyi
ideyasının əsas strateji mərkəzlərdən
biri kimi götürüldüyünü, bu cür həmrəyliyin dövlətimizin və
xalqımızın ən ali məqsədlərindən biri olduğunu rəsmən bəyan etmişdir. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik
Günü kimi
keçirilməsi, Dünya Azərbaycanlılarının
I Qurultayının 2001-ci, II Qurultayının isə
2006-cı ildə keçirilməsi, Diasporla
İş Üzrə Dövlət Komitəsinin
yaradılması və ən əsası Xaricdə
Yaşayan Azərbaycanlılarla
bağlı Dövlət Siyasəti haqqında Qanunun mərhum prezident
Heydər Əliyev tərəfindən imzalanması dövlət
üçün diaspor
məsələsinin nə dərəcədə aktual olduğunun bariz göstəricisidir.
Eyni uğurlu
tendensiyanın davamı da bu
gün Prezident İlham Əliyevin fəaliyyətində görürük. Qeyd etdiyimiz
kimi, hər bir diaspor öz dövləti
ilə, yaşadığı ölkə arasında
faydalı dostluq və əməkdaşlıq
münasibətlərinin qurulmasında və mövcud
münasibətlərinin genişləndirilməsində pozitiv, bəzən isə müstəsna rol oynaya, stimul
kimi çıxış edə, eləcə
də ana vətənlərinin sosial-iqtisadi, mədəni və hüquqi-siyasi quruculuq
işində yaxından iştirak edə
bilər. Reallıq göstərir ki, xaricdəki Azərbaycan diasporunun
imkanlarından geniş istifadə
olunması, ölkə həyatının müxtəlif sahələrində
meydana çıxan problemlərin həllində
onun fəal iştirakının gerçəkləşdirilməsi
yolunda hələ çox
işlər görülməlidir. Prezident İlham
Əliyevin bu sahədə ardıcıl və
qətiyyətli, məqsədyönlü və prinsipial siyasət aparması deməyə əsas
verir ki, yaxın illərdə
Azərbaycan diasporu daha
da güclənəcək, ölkənin taleyüklü problemlərinin həllində daha yaxından iştirak
edəcək.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 19 dekabr.- S.3.