Qazaxıstanda Azərbaycan

diasporunun təşəkkül tarixi

 

(Əvvəli ötən sayımızda)

 

AMEA Tarix İnstitutunun Azərbaycan diasporu şöbəsinin elmi işçisi Zəminə Əsgərova Mərkəzi Asiya və Qazaxıstanda yaşayan azərbaycanlıların etnik birliklərinin nə vaxt yarandığını və onun yaranmasına təsir edən amilləri aydınlaşdırmaq üçün tarixə nəzər salıb. Onun yazdıqlarına görə orta əsrlərdə Azərbaycana  monqol-tatar hücumları, saysız-hesabsız yürüşlər minlərlə azərbaycanlı ailəsinin Mərkəzi Asiyaya aparılmalarına və qürbət diyarlarda həmvətənlərimizin toplum halında məskunlaşmalarına səbəb olub. Sonrakı əsrlərdə də bu proses davam edib. İstər tarixi araşdırmalarda, istərsə də Azərbaycan folklorunda bununla bağlı xeyli faktlar mövcuddur: “Bu gün Mərkəzi Asiya və Qazaxıstanda məskunlaşan on minlərlə həmvətənimizin bir çoxunun ulu babaları məhz göstərilən tarixi dövrlərdə vətəndən dərbədər olublar. Bu gün Cambul, Çu, Mərkə, Qurday, Luqavoy kimi şəhərlərdə və Qazaxıstanın digər yaşayış məskənlərində   talelərinə ömürülük qürbət yazılan minlərlə yurddaşımız məskunlaşıb.

16-17-ci əsrlərdə azərbaycanın ictimai-siyasi və iqtisadi həyatı əsasən əlverişsiz olan şəraitdə inkişaf edib. Bu isə öz təsirini mədəni proseslərlə göstərməyə bilməzdi. Bir çox şair, rəssam, xətat, alim, dekorativ sənət xadimləri əlverişli olmayan ictimai-siyasi və ideoloji şərait ucbatından İrana, Osmanlı Türkiyəsinə, Hindstana, Mərkəzi Asiyaya mühacirət edib, həmin ölkələrə fəaliyyət göstəriblər.

 

Qazaxıstanda azərbaycanlıların məskunlaşması

 

Z.Əsgərovanın sözlərinə görə, Qazaxıstanda azərbaycanlıların formalaşdığı diaspor bu ölkədə sayılıb-seçilənlərdəndir. Mərkəzi Asiyanın aparıcı dövlətlərindən olan Qazaxıstan ilə Azərbaycanın tarixi əlaqələri orta əsrlərə gedib çıxır. Böyük “İpək yolu” dövlətləri olan Qazaxıstan və Azərbaycan arasında əlaqələr inkişaf edib. Azərbaycanlıların Qazaxıstana miqrasiyası iki dövrdə, iki yolla baş verib.

1)Birinci dövr. 1937-38-ci illərdə siyasi repressiya ilə əlaqədar sürgünüə göndərilənlərdir.

2)İkinci dövr. Müxtəlif sosial –iqtisadi səbəblərdən könüllü gələnlərdir. Hazırda Qazaxıstanda rəsmi məlumatlara görə 115-120 min azərbaycanlı yaşayır. Əsasən Cənubi Qazaxıstanda Alma-Ata, Cambul, Çimkənd vilayətlərində çəmləniblər. Şimali və Şəqri Qazaxıstanda isə azdır. Həmyerlilərimizin əsas hissəsi Qazaxıstan vilayətinin əlvan metallurgiya mərkəzi kimi tanınan Ust-Kamenoqorsk şəhərində yaşayır.

1920-ci illərdə Sovetlər birliyində başlanan siyasi repressiyaların ən ağır zərbəsi Azərbaycana dəydi. Bunun nəticəsində azərbaycanlıların çox hissəsi vətəndən didərgin düşənlər Mərkəzi Asiya, Sibir kimi yerlərə sürgün edilirdilər. Sürgün olunan azərbaycanlıların müəyyən hissəsi, təqribən 120 minə qədəri Qazaxıstana sürgün olunublar. İlk sürgün edilən soydaşlarımız Canbul, Çimkənd, Alma-Ata vilayətində məskunlaşıblar. 40-50-ci illərdə davam edən repressiya prosesi azərbaycanlıların bura köçürülməsi ilə nəticələnib. 1956-80-ci illərdə isə on beş minə yaxın azərbaycanlı Qazaxıstanın xam torpağının münbitləşdirilməsinə kömək üçün buraya köçüblər.

Mərkəzi Asiyanın Qırğızıstan respublikası ilə Azərbaycan arasında münasibətlər əsasən XX əsrin əvvəllərində inkişaf etməyə başlayıb. Qırğızıstana azərbaycanlıların mühacirəti 1929-30-cu illərdən başlanır. Bu mühacirət, əslində könüllü xarakter deyil, zorən köçürülmə sayəsində baş verib ki, bunun da 20-30 milyondan çox azərbaycanlı yaşayır. Qırğızıstanda Azərbaycan diasporunun ictimai birlikləri azlıq təşkil etsə də, ətrafında burada yaşayan soydaşlarımızın müəyyən hissəsini birləşdiriblər. Orta Asiyanın Türkmənistan respublikasında da xeyli soydaşımız yaşayır. Hələ ötən əsrin ikinci yarısından başlayaraq çoxlu sayda azərbaycanlı Türkmənistan, Orta Asiyanın müxtəlif ərazilərinə köçüblər.  Türkmənistanın ictimai-siyasi, ədəbi elmi və mədənı həyatında azərbaycanlılar çox mühüm rol oynayıblar. Aşqabadda fəaliyyət göstərən Azərbaycan Milli teatrı, Azərbaycan dilində orada nəşr olunan kitab və qəzetlər hər iki xalqın qarşılıqlı əlaqələr tarixini xeyli zənginləşdirib.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 24 dekabr.- S.3.