Hər bir azərbaycanlının
prezidenti
Hər bir ölkənin inkişafı, dünyada söz sahibinə çevrilməsi, beynəlxalq aləmdə nüfuzunun artmasında dahi siyasətçilərin, müdrik dövlət başçılarının müstəsna rolu olur. Bu kimi siyasi liderlərin, dövlət xadimlərinin əldə etdikləri uğurlar həmin ölkənin sürətli inkişafını şərtləndirən amillərdən sayılır.
Müdrik dövlət başçısı
Azərbaycanın son
50 ilə yaxın bir müddətdə bu sahədə bəxtinin
gətirdiyini desək yanılmarıq. Belə siyasi liderlərdən
biri ümummilli lider Heydər Əliyev olmuşdursa, digəri
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab
prezident İlham Əliyevdir. Bu günlərdə 53
yaşını qeyd edən cənab prezident İlham
Əliyev də sələfi Heydər Əliyev kimi yorulmaq,
usanmaq bilmədən, istirahət etmədən
gününün böyük əksəriyyətini
çalışmaq, xalqla yaxından təmasda olmaqla
keçirir. Buna əyani sübut kimi cənab prezidentin öz
ad gününü qaçqın və məcburi
köçkünlər, cəbhə xəttində
yaşayan insanlarla keçirməsini göstərə bilərik.
Məlumat
üçün qeyd edək ki, İlham Əliyev 1961-ci il
dekabrın 24-də Bakı şəhərində anadan olub.
O, 1967-1977-ci illərdə Bakı şəhərindəki 6
saylı orta məktəbdə təhsil alıb. 1977-ci ildə
Moskva Dövlət Beynəlxalq Münasibətlər
İnstitutuna daxil olan İlham Əliyev oranı bitirdikdən
sonra institutun aspiranturasına qəbul edilib, 1985-ci ildə
dissertasiya müdafiə edərək tarix elmləri namizədi
elmi dərəcəsi alıb. İlham Əliyev
1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq
Münasibətlər İnstitutunda müəllim işləyib.
1991-1994-cü illərdə özəl biznes sahəsində
çalışan İlham Əliyev bir sıra
istehsal-kommersiya müəssisələrinə rəhbərlik
edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək isə
o, Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci
vitse-prezidenti olub. İlham Əliyev Heydər Əliyevin neft
strategiyasının həyata keçirilməsində fəal
iştirak edib.
İlham Əliyevin Azərbaycan
siyasətindəki ən aktiv dövrü 1995-ci və 2000-ci
illərə, Azərbaycan Respublikası Milli Məclisinə
deputat seçildiyi illərə təsadüf edir. 2003-cü
ildə Azərbaycan Respublikasının baş naziri vəzifəsinə
təyin edilən İlham Əliyev 2003-cü ilin
oktyabrında Azərbaycan Respublikasının prezidenti
seçilir. İlham Əliyev 2008 və 2013-cü illərdə
keçirilən növbəti seçkilər zamanı yenidən
xalqın böyük əksəriyyət səsini qazanaraq
növbəti dəfə dövlət başçısı
seçilir.
Xalqın sevgisini qazanan prezident
Həyat fəaliyyəti
birbaşa xalqının taleyi ilə bağlı olan Azərbaycan
prezidentinin doğum günü ərəfəsində Azərbaycanın
dövlətçilik tarixində dərin iz buraxmış fəaliyyətini,
ölkəmizin inkişafı üçün
atdığı uğurlu addımları yenidən gözdən
keçirmək olduqca vacibdir. Prezident İlham Əliyevin Azərbaycana
rəhbərlik etdiyi 2003-cü ildən bu günə qədər
olan dövrə nəzər salsaq, qətiyyətlə deyə
bilərik ki, xalqın böyük sevgisini qazanan dövlət
başçısı İlham Əliyevin həyata
keçirdiyi siyasət ölkə vətəndaşları tərəfindən
rəğbətlə qarşılanır. Ötən ilin 9
oktyabr prezident seçkilərində Azərbaycan
xalqının mövqeyi bir daha sübut etdi ki, ölkəmizdə
xalqla hakimiyyətin vəhdəti ən yüksək səviyyədədir.
Bəs görəsən
xalqın cənab prezientə olan sevgisi, etimadı nə ilə
bağlıdır?
Milli maraqların təminatçısı
Birincisi, Azərbaycan
xalqının dövlət başçısına sevgisinin,
inamının belə yüksək səviyyədə
olması prezident İlham Əliyevin liderlik keyfiyyətlərindən
irəli gəlir. Onu xalqa sevdirən ən mühüm
xüsusiyyəti əsl dövlət başçısı
kimi qətiyyətli olması, atdığı hər bir
addımda milli maraqlarımızı öndə
tutmasıdır. Cənab İlham Əliyevin verdiyi hər bir
qərar yalnız və yalnız Azərbaycanın milli
maraqlarına xidmət edib.
İkincisi, İlham
Əliyev ilk dəfə, 2003-cü ildə dövlət
başçısı seçilən zaman xalqa verdiyi vədi
tam olaraq yerinə yetirib. Bu həqiqəti daha aydın görmək
üçün son on ildə həyata keçirilən siyasət,
görülən işlər, əhalinin sosial rifah
halının yaxşılaşdırılması istiqamətində
atılan adımlara qısa nəzər yetirmək
lazımdır.
Xəyalları reallığa çevirən prezident
Belə ki, İlham
Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi islahatlar nəticəsində
iqtisadiyyatda 3,4 dəfə, sənaye istehsalında 2,7 dəfə,
kənd təsərrüfatında 1,5 dəfə artım qeydə
alınıb. Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramının uğurlu icrası nəticəsində
ölkədə bir milyondan artıq yeni iş yeri
açılıb. Ümumilikdə ölkədə
işsizlik 5 faiz səviyyəsindədir. Halbuki cənab
Prezident ölkədə 1 milyondan artıq iş yeri
yaradılacağı vədini verərkən bir
çoxları bunu xəyal, reallaşması mümkün
olmayan proses hesab edirdilər. Ancaq İlham Əliyev bəzilərinin
xəyal hesab etdiyini məhz reallığa çevirdi. Bu illər
ərzində ölkədə yoxsulluğun səviyyəsi də
xeyli aşağı düşüb. Rəsmi statistik məlumatlara
nəzər salsaq, bunu əyanı görərik. Belə ki, dövlət
başçısının uğurlu fəaliyyəti nəticəsində
Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 5,3 faizə
enib. Son on ildə dövlət büdcəmizin 20 dəfədən
çox artması uğurlu sosial-iqtisadi islahatların nəticəsidir.
Bu gün Azərbaycan beynəlxalq aləmdə iqtisadi
möcüzələr ölkəsi kimi tanınır və
nüfuz qazanır.
Prezident İlham
Əliyevin müəyyənləşdirdiyi Azərbaycanın
sosial-iqtisadi inkişaf strategiyasında qeyri-neft sektorunun inkişaf
etdirilməsi prioritet istiqamət təşkil edir. Bu sahənin
inkişaf etdirilməsinə göstərilən davamlı
dövlət qayğısının nəticəsidir ki, son
illərdə ölkənin iqtisadi inkişaf dinamikasında
qeyri-neft sektorunun çəkisi getdikcə artır. Son 10 ildə
respublikamızda qeyri-neft sektoru 2,6 faiz artıb.
Hazırda nəinki
bölgənin, hətta dünyanın ən aparıcı
ölkəsinə çevrilmək iddiasını ortaya qoyan
Azərbaycan bu niyyətini gerçəkləşdirmək
üçün siyasi, sosial və iqtisadi prioritetləri tam
olaraq yarada bilib. Daha doğrusu, ötən illər ərzində
ölkəmiz iqtisadi qüdrətini hərbi, sosial və mədəni
gücə çevirməyi bacarıb. Nəticə isə
çox qürurvericidir. Prezident İlham Əliyevin rəhbərliyi
ilə dünyada nümunə göstəriləcək bir
inkişaf modeli formalaşıb: Bu, modern Azərbaycan dövləti
modelidir.
Üçüncüsü,
prezident İlham Əliyev 2003-cü ilin prezident seçkilərindən
sonra baş tutan andiçmə mərasimi zamanı söylədiyi
“Mən hər bir Azərbaycan vətəndaşının
prezidenti olacam” fikrinə sadiqliyini öz əməlləri ilə
sübuta yetirib. Regionlara, eləcə xarici ölkələrə
səfərləri zamanı sadə vətəndaşlar,
müxtəlif ölkələrdə yaşayan
soydaşlarımızla görüşüb onların
problemləri ilə yaxından maraqlanan prezident İlham
Əliyev məhz bu keyfiyyətlərinə görə hər
bir azərbaycanlının etimad və rəğbətini
qazanıb.
Prezident İlham
Əliyev bu illər ərzində idmançıların, gənclərin,
jurnalistlərin, bir sözlə hər bir sahə
insanının yaxın dostu, sirdaşı olub. 1997-ci ildən
bu günə qədər Azərbaycan Milli Olimpiya Komitəsinin
Prezidenti olan İlham Əliyev hər zaman bu sahənin inkişafını
prioritet hesab edib. Bu illər ərzində paytaxtla
yanaşı regionlarda da çoxlu sayda Olimpiya İdman
Kompleksləri, idman sağlamlıq mərkəzləri tikilib
istifadəyə verilib ki, bu da gənc nəslin sağlam ruhda
böyüməsi, onların idmana marağının
artmasına müsbət təsir göstərən amillərdəndir.
Dövlətin və dövlət
başçısının idmana göstərdiyi diqqət və
qayğı beynəlxalq idman federasiyaları tərəfindən
də yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, idmanın və
Olimpiya hərəkatının inkişafında böyük
xidmətlərinə görə İlham Əliyev Beynəlxalq
Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib. Hər il onlarla beynəlxalq idman
yarışları və çempionatlarının ölkəmizdə
keçirilməsi də bu sahənin inkişafının
bariz nümunəsidir. 2015-ci ilin yayında ilk Avropa
Oyunlarının Bakıda keçirilməsi ilə Azərbaycan
həmçinin idman ölkəsi kimi də tarixə
düşəcək.
Güclü və qüdrətli Ali Baş Komandan
Üçüncüsü,
İlham Əliyev ölkədə milli vətənpərvərlik
ruhunun artırılmasına nail olub.
İstər Ramil Səfərovun Macarıstandan ölkəmizə
ekstradisiya olunması və onun həbsdən azad edilməsi,
istər Mübariz İbrahimovun nəşinin ermənilərdən
geri alınaraq ona milli qəhrəman adının verilməsi,
istərsə də Azərbaycanın hərbi
gücünün artırılması istiqamətində
atdığı addımlar gənclərin, ən əsası
Azərbaycan xalqının milli ruhunun artırılması,
torpaq, Vətən sevgisinin yüksəlməsinə öz
müsbət təsirini göstərir. Prezident İlham
Əliyevin müntəzəm olaraq cəbhə xəttinə
səfər etməsi, Azərbaycan Silahlı Qüvvələrinin
təlim-məşq toplanışlarını birbaşa izləməsi,
onlarla bir səngərdə olması İlham Əliyevi
xalqımız tərəfindən Ali Baş Komandan kimi də
sevdirib. Artıq böyükdən kiçiyə qədər
hər bir azərbaycanlı İlham Əliyev kimi qüdrətli,
güclü Ali Baş Komandan, prezident olmasından qürur
duyur. Bu gün Azərbaycan xalqı
Silahlı Qüvvələrimizin Ali Baş Komandan,
Prezident İlham Əliyevin rəhbərliyi altında tezliklə
işğal altında olan ərazilərimizi azad ediləcəyinə
böyük inam və ümid bəsləyir. Çünki
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın
son illərdə bütün sahələrdə, eləcə
də hərbi sahədə gücünün, qüdrətinin
artması bu əminliyi yaradır.
Süleyman
İsmayılbəyli
Olaylar.-
2014.- 24 dekabr.- S.2.