Heydər Əliyevin dünya
azərbaycanlılarını
birləşdirən çıxışı
Ulu öndərin diaspora sahəsində qarşıya qoyduğu mühüm vəzifələr və tapşırıqlar, dövlətin siyasi xətti İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir
XX əsrin 70-ci illərinin əvvəllərindən
başlayan milli
dirçəliş, iqtisadiyyat, mədəniyyət,
elm, təhsilin inkişafı, mənəvi
mühitin
sağlamlaşdırılması bütövlükdə milli özünüdərkə təkan verdi. 70-80-ci illərdə Heydər Əliyev böyük qətiyyət, əzm və
cəsarətlə xalqın tarixi
yaddaşının qorunmasına, mədəniyyətimizin tərəqqisinə,
Azərbaycanın bütün dünyada tanınmasına
çalışırdı. Həmin dövrün
mövcud siyasi
reallıqları diaspor problemi
ilə milli ideoloji zəmində
açıq və sistemli şəkildə
məşğul olmağa imkan
verməsə də, mədəniyyət, incəsənət,
elm sahəsində ciddi
iş aparılır, respublikamızın
nailiyyətləri təbliğ edilir, dünya azərbaycanlılarının Vətənlə
əlaqəsinə xidmət edəcək hər bir imkandan istifadə edilirdi.
Xarici ölkələrlə mədəni əlaqələrin
güclənməsi, tərcümə işinin vüsətlənməsi,
xaricdə yaşayan həmvətənlərlə Azərbaycan
Mədəni Əlaqələr Cəmiyyətinin ("Vətən"
cəmiyyəti) yaradılması həmvətənlərimizin
birliyinə və Vətənlə əlaqəsinə xidmət
edən belə mühüm addımlardan idi. İlk növbədə isə
respublikamızın hərtərəfli inkişafı həmvətənlərimizdə
milli qürur hissi oyadaraq onlarda ana yurda
maraq və bağlılığı
artırırdı. Ümummilli lider Heydər Əliyev Azərbaycan
xalqının elmi-intellektual
potensialının gücləndirilməsi məsələlərinə
həmişə böyük diqqətlə
yanaşırdı. Məhz elə bu diqqətin
sayəsində onun rəhbərliyi
dövründə yüzlərlə həmvətənimiz SSRİ-nin ən nüfuzlu
təhsil ocaqlarında təhsil almaq
imkanı əldə ediblər. Belə ki, keçmiş SSRİ
məkanının 50-dən çox böyük şəhərinin 170-dən
artıq ali təhsil ocağında elm, iqtisadiyyat, mədəniyyət,
istehsalat və digər sahələrini əhatə
edən və ən zəruri ehtiyac duyulan 250-dən artıq ixtisas
üzrə 15 mindən çox azərbaycanlı
gənc təhsil alıb və yüksək ixtisaslara
yiyələnib. Əlbəttə, bu
kadrların bir çoxu
yenidən Azərbaycana qayıdıb və respublikanın ümumi inkişafına öz
töhfələrini veriblər. Lakin
onların bir qismi təhsil
aldıqları şəhərlərdə məskunlaşdı.
Bir sözlə, 70-80-ci illərdə sovet dövlətində gedən inteqrasiya prosesləri, gənclərimizin digər
respublikalarda təhsil almaları
onların miqrasiyasına təkan verdi. Respublikamızdan kənarda əmək fəaliyyətinə
başlayan həmin mütəxəssislər
bir tərəfdən həmvətənlərimizin
mütəşəkilliyinin güclənməsinə, digər
tərəfdən elm və mədəniyyətimizin
inkişafına yardım göstəriblər. Dünya azərbaycanlılarında milli şüurun güclənməsində
Heydər Əliyevin Moskvada Sovet dövlətinin rəhbərlərindən
biri kimi fəaliyyətinin
də xüsusi rolu olub. Həmvətənlərimiz milli liderimizin dünya miqyaslı siyasi fəaliyyətini
milli idrak və xarakterin parlaq təzahürü
kimi qəbul edir,
xalqımızın özünə inamı,
özünüdərki və mütəşəkkilliyi
güclənirdi. Azərbaycan xalqının tarixi
təkamülü sayəsində XX əsrin sonlarında
dövlət müstəqilliyimiz yenidən bərqərar olmuş və dönməz xarakter
almışdır. Lakin tarix boyu ictimai-siyasi proseslər elə gətirmişdir
ki, azərbaycanlıların bir hissəsi əzəli ərazilərimizi tərk
edərək planetin müxtəlif ölkələrində
məskunlaşmış, yurd-yuva
salıblar. Ötən əsrin 80-ci illərinin sonlarında
SSRİ məkanında cərəyan edən hadisələr
imperiyanın sərhədləri çərçivəsində
demokratik düşüncə tərzinin
genişlənməsinə və milli
azadlıq hərəkatlarının alovlanmasına stimul yaratmış oldu.
Azərbaycanda bu proses
daha sürətlə getməyə
başldı. Təsadüfi deyil ki, 1989-cu ildə azərbaycanlılar
"dünyanın ən mübariz
xalqı" adına layiq görülüb.
Erməni seperatçılarının ölkəmizin
ayrılmaz tərkib hissəsi olan
Dağlıq Qarabağ ərazisində həyata
keçirməyə başladığı təxribatlar
xalqımızın milli
oyanışında, milli
özünüdərk hissinin güclənməsində
mühüm rol
oynadı. 1990-cı il 20 Yanvar
hadisələri Azərbaycan xalqının milli bütövlüyünü
təsdiqləyən ən böyük
hadisələrdən biri kimi
tarixin yaddaşına əbədi həkk
edilib. Bu faciə
xalqı yumruq kimi birləşdirdi
və bütün dünya
azərbaycanlılarının gücünü
ifadə edirdi. Belə bir mürəkkəb və çətin vəziyyətdə
20 Yanvar qırğını ilə
bağlı Moskvada vətəndaş qeyrəti
və həqiqi vətənpərvərlikdən doğan cəsarətli bəyanatı ilə
Heydər Əliyev dünya azərbaycanlılarını
ayağa qaldırdı, xalqın siyasi iradəsini ifadə və bəyan etdi. Dünya azərbaycanlılarının
bir millət kimi
mütəşəkilliyinə təkan verən bu bəyanat həmvətənlərimizi
xalqın taleyi üçün
tarixi məsuliyyəti daşımaq
qüdrətində olan yeganə siyasi xadim və milli lider ətrafında
birləşdirdi. Bu gün xaricdə yaşayan soydaşlarımızın milli diaspor halında formalaşması,
respublikamızla əlaqələrinin yaradılmasında ortaya çıxan çətinliklərin və
problemlərin daha səmərəli həlli
yollarının araşdırılmasına böyük
ehtiyac duyulur.
Hazırda dünyanın əksər ölkəsində 300-ə
yaxın Azərbaycan icma və birlikləri
fəaliyyət göstərir və diasporumuzun
təşkilatlanma prosesi bu
gün də davam edir. Ayrı-ayrılıqda fəaliyyət
göstərən çoxsaylı cəmiyyət və birliklər
iş birliyi naminə
bir araya gələrək
Azərbaycan federal birlikləri yaratmağa başladılar. Bunların
sırasında Ümumrusiya Azərbaycan Konqresini, Ukrayna Azərbaycanlıları
Konqresini, Rusiya Azərbaycanlılarının
Federal Milli-Mədəni Muxtariyyətini, Almaniya Azərbaycan cəmiyyətləri
Federasiyasını, İsveç - Azərbaycan
Federasiyasını, Qazaxıstan, Qırğızıstan və
Özbəkistan azərbaycanlılarının "Turan" Konqresini və
Qırğızıstanda "Azəri" İctimai Birliyini nümunə
göstərmək olar. Bu cəmiyyət və
birliklər fəaliyyət göstərdikləri ölkələrlə
Azərbaycan arasında dostluq və əməkdaşlıq
münasibətlərinin inkişafı, həmvətənlərimizin
təşkilatlanması, onların tarixi Vətənləri
ilə əlaqələrinin möhkəmləndirilməsi sahəsində
əhəmiyyətli işlər görə bilmişdilər.
Diasporla İş
üzrə Dövlət Komitəsi Azərbaycan diasporunun daha mütəşəkkill
qüvvəyə çevrilməsinə nail
olmaq məqsədilə yeni
cəmiyyət və birliklərin yaradılmasına
ardıcıl olaraq diqqət yetirməkdədir.
Nəticədə yeni icma və birliklərin yaradılması
tendensiyası digər ölkələri də əhatə etmiş və Belarus Azərbaycan
İcmaları Konqresi, Moldova
Azərbaycanlıları Konqresi, Özbəkistan
Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası,
Azərbaycan-Norveç Assosasiyası öz
qüvvələrini bir mərkəzdə
birləşdirmək əzmində olaraq
bu sıraya qatılmışlar. Bu Federal birliklər Azərbaycan
diasporunun təşkilatlanması və fəallığının
artırılması üçün zəruri
və mümkün tədbirləri görür və üzərinə götürdüyü vəzifənin öhdəsindən
layiqincə gəlməyə çalışır. Aparılmış məqsədyönlü işlər
nəticəsində yalnız 2004-cü ildə Avropada, Şimali Amerikada, MDB məkanında və bir çox ölkələrdə
o cümlədən, Özbəkistan,
Qırğızıstan, Norveç, Niderland, Almaniya, İspaniya, İtaliya, Belçika, Bolqarıstan, Çexiya,
Finlandiya, Estoniya, Polşa, Birləşmiş Ərəb
Əmirlikləri, Misir Ərəb
Respublikası, Türkiyə və ABŞ-da
40-a yaxın yeni Azərbaycan icmaları
yaradılmışdır. Yeni Azərbaycan
icma və bilikləri təsis edilməsi
Azərbaycanın çağdaş diaspor quruculuğu işinin uğurları kimi
qiymətləndirilməyə layiqdir. Diasporla İş üzrə
Dövlət Komitəsi yeni icma və birliklərin yaradılması məsələsinə
xüsus diqqət yetirir.
Burada əsas
strateji məqsəd, ümummilli
liderimiz Heydər Əliyevin müəyənləşdirdiyi
xəttə uyğun olaraq,
müxtəlif ölkələrdə fəaliyyət göstərən
diaspor təşkilatlarının vahid bir mərkəzdə
birləşdirilməsinə müvəffəq olmaqdan ibarətdir. Komitə ilkin mərhələdə müxtəlif
ölkələrdə yaşayan azərbaycanlıları
icma və birliklərdə birləşdimək,
daha sonra isə bu icma və birlikləri vahid təşkilata cəlb etməyə
çalışır.
Diasporaya dövlət qayğısı
İnkişafın
bütün mərhələlərində,
xüsusən Azərbaycan xalqının təşəkkülü
prosesində milli birlik
ideyalarının yenidən formalaşması və təkmilləşməsi
Azərbaycan milli şüurunun
beynəlxalq aləmdə qəbul edilib, başa düşülməsi bu
günkü inkişafımızın prioritet məsələlərindəndir.
Müasir dövrün tələblərinə
uyğun olaraq, qloballaşan dünyada inteqrasiya etmək və eyni
zamanda bu proses zamanı xalqların öz
milli dəyər və xüsusiyyətlərini
qoruyub saxlaması zərurəti meydana çıxır. Əlbəttə, bu zərurət hər şeydən əvvəl
xalqın və cəmiyyətin milli
şuurunda öz əksini
tapmalı, mövcud beynəlxalq situasiyadan milli dəyərlərə
ziyan gətirmədən istifadə
olunmalıdır. Tarixən müxtəlif
dövlətlərin maraq obyektinə çevrilmiş Azərbaycanın Şərq
və Qərb arasındakı əhəmiyyətli coğrafi mövqeyi, dünya siyasəti və dövlətlərinin
ona bu konteksdə
yanaşması, xarici iqtisadi
və siyasi müdaxilə xalqımız
içərisində vahid birlik
ideyalarının yeni formada
yaranıb inkişaf etməsinə səbəb
olmuşdur. Həmin birliyin inkişafı və möhkəmləndirilməsi
təkcə Azərbaycan Respublikası vətəndaşlarından
deyil, həm də bütün
dünyaya səpələnmiş
soydaşlarımızın təşəbbüskarlığından,
səyindən və fəaliyyətindən
asılıdır. Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq,
xaricdə yaşayan azərbaycanlılarla
bağlı Azərbaycan Respublikasının və digər
dövlətlərin fiziki və hüquqi şəxslərinin xeyriyyəçilik
fəaliyyətləri həvəsləndirilir. Azərbaycan diasporunun inkişafına dövlət
qayğısı daha da
güclənib. Ulu Öndərimizin bu sahədə tövsiyyələri,
qarşıya qoyduğu mühüm
vəzifələr və tapşırıqlar, dövlətin
siyasi xətti İlham
Əliyev tərəfindən böyük
uğurla davam etdirilir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 25 dekabr.- S.3.