Qırğızstanda Dünya
Azərbaycanlılarının
Həmrəyliyi Günü
Bu ilin dekabr
ayının 23-24-də Azərbaycan Respublikasının
Qırğız Respublikasında Səfirliyinin və
Qırğız-Türk “Manas” Universitetinin təşəbbüsü ilə
Dünya Azərbaycanlılarının Həmrəyliyi
münasibətilə “Azərbaycan Günü”
adlı tədbir keçirilmişdir.
“Azərbaycan” Günü çərçivəsində
“Manas” Universitetinin kinoteatrında Azərbaycan filmləri (“Babək”,
“Nəsimi”, “Arşin mal alan”, “O olmasın bu olsun”)
nümayiş olunmuşdur. Dekabr ayının 24-də
keçirilən tədbirdə Qırğız
Respublikası Prezidenti Aparatının, Hökumətinin təmsilçiləri,
Parlamentin deputatları, bu ölkədə akkreditə
olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, ictimai-siyasi xadimlər, Universitetin
professor-müəllim heyəti, Azərbaycan diasporunun üzvləri
iştirak etmişlər. Tədbirin əvvəlində
iştirakçılar universitetin foyesində Azərbaycanın
tarixi, mədəniyyəti, turizmi, müxtəlif sahələrdə
inkişafından bəhs edən və Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı kitab sərgisi ilə tanış olmuşlar.
Sonra azərbaycanlıların həmrəyliyi günündən
bəhs edən sənədli
film nümayiş olunmuşdur. Azərbaycan,
Qırğızstan və Türkiyənin Dövlət himnləri
səslənmişdir. Tədbirin açılışın
edən Qırğız-Türk “Manas” Universitetinin rektoru Səbahattin
Balcı qardaş Azərbaycan
xalqının bayram günün keçirilməsinə
görə şad olduğunu, Azərbaycan
Respublikasının yüksələn inkişaf tempindən fərəhləndiyini
bildirmiş, Heydər Əliyevin öz xalqının və
dövlətinin inkişafı naminə gördüyü
işlərdən danışmışdır. Azərbaycanın
Qırğızıstanda Fövqəladə və Səlahiyyətli
səfiri Hidayət Orucov Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü haqqında geniş məlumat
vermişdir. Səfir qeyd etmişdir ki, dünya azərbaycanlılarının
birliyi, soydaşlarımızın həmrəyliyi ideyası
məhz Ümummilli lider Heydər Əliyevin xalqımız və
Vətənimiz qarşısında göstərdiyi tarixi xidmətlərindən
biridir. 1991-ci ilin sentyabr ayının 3-də Heydər
Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin
sədri seçilmişdir. Həmən ilin dekabr
ayının 16-da Naxçıvan Muxtar Respublikasının
Ali Məclisinin birinci iclasında Heydər Əliyevin rəhbərliyi
və təşəbbüsü ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının
Həmrəylik Günü elan edilmişdir. Ancaq bu qərar
Naxçıvan Muxtar Reespublikasının ərazisində
keçərli idi. Ulu Öndər Heydər Əliyev Azərbaycan
Respublikasının Ali Sovetinə zəmanət verərək
bu qərarı qəbul etməyə və dünya azərbaycanlıların
birlik və həmrəylik ideyasını dövlət siyasəti
səviyyəsinə qaldırmağa nail olmuşdur. Səfir
bildirmişdir ki, dünyada əlli milyonluq Azərbaycan
xalqının taleyi belə gətirib ki, yalnız doqquz milyona
yaxını öz milli dövlətinin vətəndaşıdır,
qırx milyondan çoxu isə ya başqa dövlətin ərazisinə
daxil edilmiş öz tarixi-etnik torpaqlarında, ya da
Qırğızstandakı kimi diaspor şəklində
yaşayırlar. O da nəzərə alınmalıdır ki,
ölkəmiz hələ də müharibə şəraitindədir,
ərazimizin 20 faizi Ermənistan tərəfindən
işğal olunub, bir milyondan artıq yurddaşımız isə
qacqınlıq həyatı yaşamağa vadar edilib. Xaricdə
yaşayan soydaşlarımızın bütün problemləri
Azərbaycan Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir,
özünün qeyd etdiyi kimi, hər bir azərbaycanlının
Prezidentidir, dövlətimiz bu sahədə perspektivli siyasət
aparır və yaxşı nəticələr
qazanılır. Səfir qeyd etmişdir ki, bu gün həm də
Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab
İlham Əliyevin ad günüdür. Prezident İlham Əliyev – uğurlu
və nümunəvi ölkə başçısı
nümunəsidir. Ölkəmizin başçısı Azərbaycanı
siyasi və iqtisadi sahələrdə
inkişaf etdirmiş
və beynəlxalq arenada ölkəmizə böyük
nüfuz qazandırmışdır. Prezident İlham
Əliyevin siyasi kursunun
və strategiyasının nəticəsi olaraq,
Azərbaycan regionun lider
dövlətinə çevirmişdir. Azərbaycanın
xarici siyasətdə, iqtisadiyyatda,
mədəniyyət və idman sahələrində
qazandığı uğurlar Prezident İlham
Əliyevin adı ilə bir başa bağlıdır. Səfir,
Azərbaycan Respublikasının Prezidenti
Zati-Aliləri cənab İlham Əliyevin
ad günü
münasibətilə Qırğız Respublikasının Prezidenti Zati-Aliləri cənab Almazbek
Atambayev təbrik məktubu göndərdiyini
tədbir iştirakçılarının nəzərinə
çatdırmışdır.
Məktubda deyilir:
“Qırğızstanda
Sizi Qırğız Respublikası ilə
Azərbaycan Respublikası arasında dostluğun
və qarşılıqlı faydalı əməkdaşlığın
inkişafının ardıcıl tərəfdarı kimi tanıyırlar.
Əminəm ki, bizim birgə səylərimiz
sayəsində Qırğızstan-Azərbaycan
qardaşlıq münasibətləri ölkələrimizin və
xalqlarımızın rifahı naminə daha
da möhkəmlənəcək.”
Səfir
qeyd etmişdir ki, Azərbaycan ilə Qırğızstan
arasında əməkdaşlıq münasibətləri təkcə
siyasi və humanitar
sahədə deyil, həm də iqtisadi sahədə inkişaf
etməkdədir və bu xətt Azərbaycan
Respublikasının Prezidenti Zati-Aliləri
cənab İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Zati-Aliləri cənab Almazbek
Atambayevin siyasətinin prioritet
istiqamətlərindəndir.
Qırğız
Respublikasının Xarici İşlər
nazirinin müavini Erines Otorbayev,
Qırğız Respublikası Jokorku Keneşinin (Parlamentinin)
deputatı, Qırğızstan-Azərbaycan Parlamentlərərarası
dostluq qrupunun sədri
Kurmanbek Dıykanbayev, Özbəkistan
Respublikasının Qırğız Respublikasında Fövqəladə
və Səlahiyyətli səfiri Komil Rəşidov,
“Azəri” İctimai Birliyinin sədri
Əziz Əliyev, Qırğız-Türk “Manas”
Universitetinin prorektoru
Asılbek Kulmırzayev və başqaları
çıxış edərək azərbaycanlıları bayram münasibətilə və Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevi ad günü münasibətilə təbrik
etmişlər.
Sonra azərbaycanlı, qırğız və
türk sənətçilərin
iştirakı ilə geniş konsert proqramı təqdim olunmuşdur.
Sonda Azərbaycan Respublikasının
Qırğız Respublikasında Səfirliyi adından tədbir
iştirakçılarına ziyafət verilmişdir.
Olaylar.- 2014.- 26 dekabr.- S.4.