Diriliş: Nadir şah
Azərbaycanına səyahət
Dekabrın 24-də Akademik Milli Dram Teatrında
yazıçı-publisist Yunus Oğuzun eyniadlı əsəri əsasında
hazırlanmış “Nadir şah”
tamaşasının premyerası keçirilib.
Mədəniyyət və Turizm
Nazirliyinin sifarişi
ilə hazırlanan tamaşanın quruluşçu
rejissoru Gümrah
Ömər, rejissoru Əməkdar artist Vidadi Həsənov, quruluşçu rəssamı İlham
Elxanoğlu, bəstəkarı Əməkdar
incəsənət xadimi Sərdar Fərəcov,
işıq üzrə rəssamı Rafael
Həsənov, rejissor assistenti Ceyran Həsənovadır.
Döyüş səhnələrinə
Əməkdar artist Pərviz Məmmədrzayev,
rəqslərə Lalə Hacıyeva quruluş
verib.
Tamaşada Nadir şah obrazını Xalq
artisti Ramiz Novruz ifa edib. Janrı iki hissəli dramatik xronika kimi təyin olunmuş tamaşada Əməkdar artistlər Vidadi Həsənov (Sultan
I Mahmud, Əbül Feyz,
Əmir Teymur, Səadət xan – Moğol
şahının vəziri), Əli Nur (Sultan I Mahmud, Əbül Feyz, Əmir Teymur, Səadət
xan – Moğol
şahının vəziri),
Pərviz Məmmədrzayev (Məhəmməd şah – Moğol
şahı, Miyanqala sərkərdəsi),
Elşən Rüstəmov (Təhmasib xan
Cəlayir, Qızlar Ağa, Nizamül-Mülk – Moğol
şahının vəziri), İlham Hüseynov (Leyli
Əbdül Əfəndi, Hakim Atalıq, Baş münəccim, Qolitsin),
Ayşad Məmmədov
(Dauran xan – Moğol şahının vəziri, Həsən
Paşa – Osmanlı vəziri, Qoca), aktyorlar Hikmət Rəhimov
(Rzaqulu – Nadir
şahın oğlu, Kamuşkin
– Rusiya elçisi), Amid Qasımov (Rzaqulu – Nadir şahın oğlu, Kamuşkin – Rusiya elçisi), Ramin
Şıxəliyev (Nəsrullah – Nadir
şahın oğlu, Məhəmməd Hüseyn), Şamil İbrahimov (Nəsrullah – Nadir
şahın oğlu, Məhəmməd Hüseyn), Oqtay Mehdiyev (Məhəmməd şah
– Moğol şahı, Miyanqala
sərkərdəsi), Vüsal Mustafayev (Məhəmməd xan
Türkmən – Nadir şahın elçisi, Rəhim Sultan,
Qadam), Vüqar Hacıyev (Məhəmməd xan
Türkmən – Nadir şahın elçisi, Rəhim Sultan,
Qadam), Elgün Həmidov
(Dauran xan – Moğol şahının vəziri, Həsən
Paşa – Osmanlı vəziri, Qoca), Əminə Babayeva
(Qadın, Bizi-dayə), Nigar Güləhmədova
(Fatimə soltan bəyim, Sərvi), Könül Cəfərzadə (Fatimə
soltan bəyim, Sərvi), Adil
Dəmirov (Oğul) çıxış
ediblər.
Səhnə
İlk öncə qeyd etməliyik
ki, tamaşa üçün hazırlanmış səhnə
universallığı ilə seçilirdi.
Hadisələrin bir neçə dövlətdə
cərəyan etdiyini nəzərə alsaq, tamaşaçı keçidlərdən
sonra səhnələrin dəyişməsi,
əslində quruluşu eyni
olan səhnəni fərqli şəkildə
görə bildi. Bu, rejissorun peşəkarlıqla eyni
səhnədəki ab-havanı hər mədəniyyətin
özünəxaslığına uyğun
dəyişdirməyi bacarmasından qaynaqlanırdı. Səhnəyə
verilmiş dizayn, dekorlar, paltarlar, rekvizit və musiqi
yaxşı idi. Xüsusilə səhnələr
arasında verilmiş keçidlər
tamaşanın süjet xəttinin qırılmasına
imkan vermirdi.
Təəssürat
Nümayişinin ilk günündə
özünə böyük
tamaşaçı auditoriyası toplamağı bacaran “Nadir şah” insanları XVIII əsr Azərbaycanına
apara bildi. Azərbaycan
hökmdarı Nadir şah
Afşarın siyasi fəaliyyətindən
bəhs edən tamaşa komediya
və faciə janrını özündə birləşdirmişdi.
Səhnə Səfəvilər sülaləsinin sonuncu nümayəndəsi I Təhmasibin taxtdan salınmasından sonra
Azərbaycanda başlayan siyasi
xaosu Nadir şahın
peşəkarlıqla boğmasından bəhs edir.
Səhnə quruluşu və
aktyorların ustalıq nümayiş
etdirməsi orta əsrlər Azərbaycanına
səyahətlə yanaşı, tamaşa
Nadir şah Afşar kimliyini
açmağı bacardı. Aktyor Ramiz Novruz azərbaycanlı
hökmdar barədə ora
qədər olan yalnış təsəvvürlərin
üzərindən xətt çəkdi. Rejissorun Nadir şahın siyasi fəaliyyətini və ətrafında baş verən prosesləri obyektiv
tarixi qaynaqlarda da olduğu kimi, sırf Azərbaycanın bütövlüyü
və təhlükəsizliyi üzərində
vurğulaması diqqətə şayandır. Xüsusilə
Nadirə qədər dünya fatehlərinin
– Makedoniyalı İskəndərin, Əmir Teymurun
bacarmadığı işin,
Hindistanın fəthinin Azərbaycan hökmdarı tərəfindən
bacarılması hadisələrin pik
nöqtəsində dayanırdı. Nadir şah Afşar kimliyilə
bağlı araşdırmalarda bu məsələnin
üzərindən səthi keçilməsi böyük bir tarixi hadisənin tərif edilməsi kimi başa
düşülməlidir. Amma Gümrah Ömərin tamaşası məsələ
ilə bağlı qaranlıq qalmış nüanslara
aydınlıq gətirdi. Tamaşada Buxara əmiri, Moğol
Şahı, Osmanlı sultanı və Rusiya
imperatriçasından daha ciddi hökmdar tipi bağışlayan Nadir
şah heç kəsdən
asılı olmayan, doğru
qərarlar verə bilən dövlət
başçısı təsiri bağışlayır. Xüsusilə Afşarın Əmir Teymurla
olan dialoqunda Teymurilər
hökmdarının onu “böyük
cahangir”, “fateh”
adlandırması tamaşaçı coşqusu
ilə qarşılandı. Səhnə Nadir
şah şəxsiyyətini
aşağılayan, onu xor
görənlərə qarşı mesajdır. Əmir Teymurun Nadir şaha özünün
bacarmadığı işi
bacardığını deyərkən, ilk
dəfə Azərbaycan insanı öz
hökmdarı haqda olan
mənfi fikirləri beynindən silə bildi.
Eyni hadisələr dövlətin təhlükəsizliyinə
qarşı çıxanlara amansız mübarizə aparan Nadir şah
xarakterində də cərəyan edir.
Xüsusilə Rusiya elçisinin
Nadir şaha İstanbulun fəthini təklif etməsi, imperatriça Yekaterinanın azərbaycanlı
fatehin böyüklüyünə boyun əyməsiydi. Düzdür,
bu, Rusiya
imperiyasının iki türk
dövlətini biri-birinə qarşı qoymaq
cəhdidir. Lakin bütün
imperiyaların öhdəsindən gələ bilmədiyi işi Azərbaycan şahına təklif etməsi,
Nadir şahın böyüklüyünə
tutuluş aynadır. Tamaşa
bunun da öhdəsindən
layiqincə, gələ bilib. Və sonda Azərbaycanın güc həqiqətlərini sevməyən daxili və xarici qüvvələrin
əliylə Nadirin öldürülməsindən
sonra rejissor onu tarixin alt
qatlarında itənlərin arasında yox,
arxasında böyük fateh
ordusunun dayandığı komandan taxtında əyləşdirir.
Mənsur
Rəğbətoğlu
Olaylar.-
2014.- 26 dekabr.- S.2.