“Nadir
şah” teatrımız üçün
çox
uğurlu bir
əsərdir
“Yazıçı-publisist
Yunus Oğuzun “Nadir şah” romanı əsasında
hazırlanmış “Nadir
şah” tamaşası həm dramaturji mətninə, rejissor,
aktyor işinə, musiqisinə, həm də səhnə tərtibatına
görə çox dəyərli bir iş olub”.
Millət vəkili, professor Nizami Cəfərov
adı keçən tamaşanın premyerasından sonra bu
fikirləri açıqlayıb. O, bildirib ki, tamaşada Nadir
şahın obrazı bütün mükəmməlliyi ilə
görünüb. Belə gözəl tamaşanın ərsəyə
gəlməsinin birinci növbədə Yunus Oğuzun xidməti
olduğunu vurğulayan millət vəkili tamaşada verilən məqamlarda-yığcamlığa,
modelləşdirmələrə, səciyyəvi hadisələrin
seçilib verilməsinə görə irəliləyiş
hiss etdiyini də bildirdi: “Hətta əsər və obraz üzərində bir
xeyli yenidən iş gedib. Nadir şah obrazı çox
mükəmməl idi. Xalq artisti Ramiz Novruzov yaxşı
oynadı və səviyyəli bir obraz yaratdı. Nadir
şahın obrazının görünməsi
üçün səhnə məkanı da kifayət qədər
mükəmməl idi. Bütün çoğrafiya, tarixi
proseslərin təqdimatı üçün imkan var idi.
Hökmdarlıq, dövlət
başçılığı sona qədər bütün
səhnə məkanında göründü. Eləcə də
cəmiyyət də göründü. Əlbəttə, bu
çox mürəkkəb bir məsələ idi. Nadir
şah bir sərkərdə olub və onun obrazı o zaman
tamamlana bilər ki, şahın qoşunu, ordusu, müharibələri
görünsün. Bu
baxımdan o qədər adamı seçmək, səhnəyə
çıxarmaq mümkün ola biləcək məsələ
deyil. Amma az bir personajla müharibələrin nə şəkildə
getməyi, döyüşlərin taleyinin necə həll
olunması hiss elətdirildi”.
Millət vəkilinin
sözlərinə görə, tamaşada
məlumat xarakterli söhbətlərə,
tarixin danışılmağına çox az yer
verildi. “Göstərilmək
baxımından həm də rejissorun uğuru idi ki, olduqca yığcam, amma məzmunlu detallar, səhnə
görüntüləri var idi”-deyən professor əslində faciə qəhrəmanı
olan Nadir
şahın cəngavərliyi, əzəməti,
qüruru, sərkərdəliyi ilə
yanaşı, insan kimi
hissiyatlarının da
tamaşanın mətnində yaxşı verildiyini
bildirdi: “ Aktyor da çox gözəl oyunu ilə
hissiyyatları təqdm etdi. Tamaşada xalqın vəziyyəti, cəmiyyətlə bağlı
münasibətlər də gözəl verilmişdi.
Bir
neçə çox gözəl lirik məişət detalları var idi ki,
tamaşanı tamamlayırdı. Əsərin ictimai-siyasi
məzmunu ilə yanaşı, insan xarakteri, insan taleyi, hökumət və xalq,
dövlət və cəmiyyət kimi məsələlərin
də təhlili üçün də çox yaxşı detallar
var idi. Səhnədə
hadisələrin dinamikası çox
yaxşı qurulmuşdu. Sona
qədər yorulmaq imkanı yox idi. Məzmunu qəbul
etmək asan idi. Dramaturqun, rejissorun mövqeyini qəbul etmək asan
idi, həm də məzmunlu idi. Yəni yüngül,
üzdən olan məsələ deyildi. Bu da
yaxşı bir tapıntıdır. Hər
bir tamaşa üçün bu çox əhəmiyyətli məsələdir
ki, gərək tamaşaçı həm
yorulmasın, həm də informasiya qəbul
etsin. Bu baxımdan tamaşada tarixi informasiya çox
yaxşı qəbul olundu və kifayət
qədər də mükəmməl tamaşa
yarandı. Mən belə gözəl bir iş üçün Yunus Oğuzu, tamaşanın müəlliflərini,
aktyorları təbrik edirəm. Milli tarixi mövcudluğumuzun
elementlərinin çatdırılması, obrazların
mükəmməl bir şəkildə
yaddaşımıza qaytarılması baxımından
teatrımız üçün çox uğurlu bir əsərdir”.
“Olaylar”
Olaylar.-
2014.- 27-29 dekabr.- S.4.