Milli Həmrəylik Günü
diaspora
təşkilatlarımıza
əlavə güc verir
Milli birliyimizin rəmzinə çevrilmiş 31 dekabr -
Dünya Azərbaycanlılarının Həmrəyliyi
Gününü hər il
bütün soydaşlarımız ən əziz
bayramlarından biri kimi
qeyd edirlər. 1991-ci ilin
dekabrında ümummilli lider
Heydər Əliyevin təşəbbüsü ilə
Naxçıvan Muxtar Respublikasının
Ali Məclisi tərəfindən
təsis edilmiş və az
sonra bütün
ölkə miqyasında qəbul olunmuş
bu bayram hər bir azərbaycanlıda öz
ana Vətəninə məhəbbət,
xalqına sədaqət, tarixi və mədəniyyətinə
hörmət kimi nəcib hissləri
gücləndirir, bizi birləşdirən
mənəvi-əxlaqi dəyərlərin sonrakı nəsillərə
ötürülməsinə xidmət edir.
Artıq 31 dekabr Dünya
Azərbaycanlılarının Həmrəylik Gününə
sayılı günlər qalmasına baxmayaraq
xarici ölkələrdə yaşaçayan həmvətənlərimiz milli birlik nümayiş
etdirməkdədir.
Belə ki, dünyanın ən müxtəlif
ölkələrinə səpələnmiş
soydaşlarımız bayram ərəfəsində cəmləşərək
həmrəylik nümayiş etdirirlər. Məhz bu həmrəylik
öz-özlüyündə diaspora fəaliyyətinin
təşəkkül tapması deməkdir. Yeri
gəlmişkən artıq Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev
həmvətənlərimizi dünya azərbaycanlarının
Həmrəylik Günü münasibəti
ilə təbrik edib. Məlumat üçün qeyd edək
ki, dövlət
başçısının bu təbriki
xarici ölkələrdə yaşayan soydaşlarımız üçün bir fəaliyyət
proqramı kimi qəbil edilə bilər. Ona görə ki, təbrikdə
xaricdəki soydaşlarımızla yanaşı, Azərbaycan
dövlətinin də üzərinə düşən vəzifələr
əksini tapıb: “Azərbaycan dövləti
dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında birlik və həmrəyliyin möhkəmləndirilməsini,
onların mütəşəkkil, çevik
və təsirli qüvvəyə çevrilməsini vacib vəzifə olaraq daim diqqətdə saxlayır, bu
mühüm prosesə hərtərəfli
dəstək verir. Diaspor
quruculuğu sahəsində aparılan
işlər artıq öz müsbət nəticələrini
verməkdədir. Bu gün
soydaşlarımız yaşadıqları dövlətlərin
sosial-iqtisadi, ictimai-siyasi
və mədəni həyatına hərtərəfli inteqrasiya olunur, ölkəmizin
beynəlxalq əlaqələrinin genişlənməsinə
fəal yardım göstərirlər. Azərbaycan
reallıqlarının dünyaya təqdim
olunmasında, zəngin və çoxşaxəli mədəni
irsimizin təbliğində, erməni millətçilərinin
qərəzli ideoloji fəaliyyətinin
qarşısının alınmasında diaspor
təşkilatlarımızın rolu
danılmazdır. Biz xaricdəki həmvətənlərimizin dost ölkələrin lobbi
və diasporları ilə sıx əməkdaşlığının
qurulmasına da ciddi
önəm verir, bu
sahədə irəli sürülən təşəbbüsləri,
atılan addımları həmişə birmənalı
şəkildə müdafiə edirik”.
Etiraf edilməlidir ki,
Azərbaycan prezidentinin bu
fikirləri dünya azərbaycanlılarının
yaşadıqları ölkələrdə cəsarətli fəaliyyəti
üçün
stimul vermiş olur. Daha dəqiq,
soydaşlarımız dövlət
başçısının dilindən səslənən bu fikirləri analiz etdikdə
özlərində bir arxa,
dayaq hiss etmiş olurlar: “Müstəqil
Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının doğma yurdu və
etibarlı dayağıdır. Onu göz bəbəyi kimi qorumaq və gücləndirmək hər birimizin ümdə vəzifəsidir. Hazırda ölkəmiz öz
inkişafının keyfiyyətcə yeni
mərhələsinə qədəm qoymuşdur.
Ötən illər ərzində həyata keçirilən islahatlar sabit və
dayanıqlı hüquqi-siyasi sistemin, güclü iqtisadi potensialın yaranmasına gətirib
çıxarmışdır. Bu il Azərbaycan
iqtisadiyyatı dövrün çətin
sınağından uğurla
çıxmış, bütün
dünyanı bürüyən ağır böhrana
baxmayaraq yüksələn xətlə irəliləməkdə
davam etmişdir. İndi biz cəsarətlə
bəyan edirik ki,
ölkəmizdə sosialist
iqtisadiyyatından bazar münasibətləri
sisteminə keçid dövrü
başa çatıb, həmin mərhələyə
xas olan problemlər həll
olunmuşdur. Bütün bunlar
xalqımızın rifah halının
yüksəldilməsinə, sosial tələbatlarının
ödənilməsinə, elm və mədəniyyətimizin
tərəqqisinə, vətəndaşlarımızın hüquq və azadlıqlarının
davamlı təmin olunmasına münbit
şərait yaradır”. Etiraf edilməlidir
ki, artıq Azərbaycan dövləti dünyada söz sahibinə
çevrilib və xaricdə yaşayan soydaşlarımız da bunu dərk edırlər.
Bu isə həmvətənlərimizin daha da fəal və prinspial fəaliyyətinə stimul
vermiş olur.
Soydaşlarımız dərk edir ki, artıq Azərbaycan dövləti
qarşısına çıxan bütün
çətinlikləri uğurla dəf edə
bilir. Məhz dövlətlə
xarici ölkələrdə fəaliyyət
göstərən diaspora təşkilatlarımızın
“çəkici bir zindana
vurması” nəticəsində Azərbaycanın ümummilli problemi olan Dağlıq Qarabağ
məsələsini həll etmək mümkün
olacaq: “Bu gün bizi narahat
edən yeganə problem Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
aradan qaldırılmaması, ölkəmizin
ərazi bütövlüyünün bərpa
olunmamasıdır. Biz bu
mürəkkəb, ağrılı məsələnin sülh yolu ilə ədalətli
həllinə nail olmaq
üçün bütün
zəruri tədbirləri görürük.
Düşünürəm ki, gənc
respublikamızın inkişafı yolunda əsas
maneə olan bu problemin tezliklə həlli Azərbaycan
dövləti ilə yanaşı bütün
həmvətənlərimizin də qarşısında mühüm vəzifə kimi
durur. Buna görə də ürəyi Vətən sevgisi ilə döyünən dünya
azərbaycanlıları bu istiqamətdə
öz səylərini gücləndirməli,
problemin mahiyyətini xarici
ölkələrin hökumət və ictimaiyyətinə,
beynəlxalq təşkilatlara çatdırmaq üçün daha məqsədyönlü
fəaliyyət göstərməlidirlər”. Dövlət başçısının bu tövsiyyələrindən sonra
qalır diaspora təşkilatlarımızın
daha da fəallaşaraq
hücum taktikasını həyata
keçirmək istiqamətində əməli addımlar
atması. Məhz bundan sonra diaspor təşkilatlarımız
dünyadakı proseslərin nəbzini tutaraq
öz çevikliyini
artırmalı, digər xalqların diaspor
mərkəzləri ilə səmərəli əməkdaşlığın
yeni formalarını tapmalı, ölkəmiz
əleyhinə yönəlmiş təxribatlara qarşı operativ və adekvat
addımlar atmalıdırlar. Artıq bunun
üçün həm mənəvi, həm
də maddi imkanlar
kifayət qədərdir. Soydaşlarımızın Milli Həmrəylik Gününü
birlikdə təntənəli şəkildə qeyd etmələri buna əyani
sübutdur.
Bu
günlərdə Rusiya paytaxtında 31 Dekabr - Dünya Azərbaycanlılarının
Həmrəylik gününə həsr olunan
möhtəşəm tədbir keçirilib.
Ümumrusiya Azərbaycan Konqresi
tərəfindən təşkil olunan tədbirdə
ÜAK prezidenti Məmməd Əliyev, Azərbaycanın
Rusiyadakı səfiri Polad Bülbüloğlu, Azərbaycan Prezident
Administrasiyasının nümayəndəsi Şakir
Səlimov və Rusiya regionlarındakı
Azərbaycan diasporunun rəhbərləri
iştirak ediblər. Tədbirdə
şıxış edən Azərbaycanın Rusiyadakı səfiri
Polad Bülbüloğlu
Rusiyada yaşayan azərbaycanlıları
Həmrəylik Günü münasibətilə
təbrik edərək il sonunda
yekun bayram tədbirinin
dekabrın 24-də, Azərbaycan prezidenti İlham Əliyevin doğum
günündə keçirilməsinin gözəl ənənə
olduğunu vurğulayıb. Səfir Azərbaycan-Rusiya
münasibətlərinin gündən-günə inkişaf etdiyini və
hazırda yüksək səviyyədə olduğunu
söyləyib: “Azərbaycan hər zaman
Rusiyanın yanında olub, indi
də Rusiyanın yanındadır. Rusiya
hazırda çox çətin dövrünü yaşayır. Azərbaycan bu gün Rusiyanı dəstəkləyir.
Bu, özünü iki ölkə arasındakı iqtisadi
əməkdaşlıqda da göstərir.
Rusiyadakı azərbaycanlıların çoxu
bu ölkənin vətəndaşlarıdır.
Onlar Rusiya ilə birlikdə
bu çətinlikləri keçirir”.
Azərbaycanın
Qırğızıstan Respublikasındakı Səfirliyinin və
Qırğız-Türk "Manas" Universitetinin təşəbbüsü ilə
Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü münasibətilə "Azərbaycan
Günü" adlı tədbir keçirilib. Tədbirdə
Qırğızıstan Respublikası Prezidenti
Aparatının, Hökmətinin təmsilçiləri, Parlamentin deputatları, bu
ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri,
ictimai-siyasi xadimlər, universitetin
professor-müəllim heyəti, Azərbaycan diasporunun
üzvləri iştirak ediblər. Tədbirin əvvəlində
iştirakçılar universitetin foyesində
Azərbaycanın tarixi, mədəniyyəti,
turizmi, müxtəlif sahələrdə
inkişafından bəhs edən və Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı kitab sərgisi ilə
tanış olublar. Sonra Azərbaycanlıların
Həmrəyliyi Günündən bəhs edən sənədli
film nümayiş
olunub.Azərbaycanın Qırğızıstanda fövqəladə
və səlahiyyətli səfiri Hidayət Orucov
Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü haqqında geniş
məlumat verib. Səfir
bildirib ki, dünyada əlli milyonluq
Azərbaycan xalqının taleyi belə gətirib
ki, yalnız doqquz milyona yaxını öz milli dövlətinin vətəndaşıdır,
qırx milyondan çoxu
isə ya başqa
dövlətin ərazisinə daxil edilib öz tarixi-etnik torpaqlarında, ya
da Qırğızıstandakı kimi diaspor şəklində
yaşayırlar.Xaricdə yaşayan
soydaşlarımızın bütün
problemləri Azərbaycan Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir.
Dövlətimiz bu sahədə perspektivli siyasət aparır və
yaxşı nəticələr qazanılır.
Texas ştatının Hyuston
şəhərində də fəaliyyət göstərən
Azərbaycan Amerika Mədəniyyət
Alyansı tərəfindən 31 dekabr-Dünya
Azərbaycanlılarının Həmrəylik Gününə
həsr olunmuş bayram
tədbiri keçirilib. Tədbirdə
çıxış edən təşkilatın direktoru İsmayıl Əhmədov bu bayramın Hyustonda yaşayan azərbaycanlılar tərərfindən
böyük qürurla
keçirildiyini bildirib.
AACA direktoru çıxışı
zamanı qonaqlara Dağlıq Qarabağ problemi, Ermənistanın
işğalçılıq siyasəti barədə də məlumatlar
verib.
Polşanın Lodz Universitetində təhsil alan
bir qrup azərbaycanlı
tələbə Azərbaycanın bu
ölkədəki səfirliyinin təşəbbüsü və
dəstəyi ilə həmin ali təhsil
ocağında Dünya Azərbaycanlılarının
Həmrəyliyi Gününə həsr olunan
tədbir keçirib.Tədbirdə universitetin
müəllim və tələbə heyəti, Polşada yaşayan azərbaycanlılar,
xarici tələbələr və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Səfir Həsən Həsənov
çıxış edərək Həmrəylik Gününün tarixi
haqqında məlumat verib. Tədbirdə
Azərbaycan haqqında məlumat xarakterli
videoçarx nümayiş
etdirilib, milli geyimlərimizdə
rəqslər ifa edilib.
Sonda Azərbaycan milli
mətbəxi nümunələrindən ibarət ziyafət verilib.
Bern şəhərinin ən məşhur konsert
salonlarından olan Kursaalda
Azərbaycanın İsveçrədəki Səfirliyinin təşkilatçılığı
ilə Dünya Azərbaycanlılarının
Həmrəylik gününə və Yeni
ilin gəlişinə həsr olunmuş bayram tədbiri keçirilib. Tədbirdə
İsveçrənin dövlət orqanlarının nümayəndələri,
deputatlar, diplomatik korpusun rəhbərləri və üzvləri,
şirkət rəhbərləri, Bernin
tanınmış simaları, o cümlədən
İsveçrədə yaşayan Azərbaycanlılar
iştirak ediblər. Səfir Əkrəm
Zeynallı Azərbaycan-İsveçrə münasibətlərində
baş vermiş əsas
hadisələrə nəzər salaraq qarşılıqlı dostluq münasibətlərinin ildən-ilə
güclənməsini vurğulayıb. O, iki ölkə arasında siyasi,
iqtisadi və mədəni sahədə əldə
edilmiş uğurların növbəti
illərdə də davam etdiriləcəyinə
inamını bildirərək, Azərbaycanın təkcə karbohidrogen ehtiyatlarla deyil, həmçinin zəngin mədəni
irsə malik olduğunu
qeyd edib, Azərbaycan musiqisi barədə qonaqlara
geniş məlumat verib.
Göründüyü kimi Dünya
Azərbaycanlıların Həmrəylik Günü
mədəniyyətimizin təbliği ilə yanaşı,
dövlətlər arasında siyasi, iqtisadi və humanitar sahədə
əməkdaşlığın artmasına xidmət edir. Bu isə diaspor təşkilatlarımıza Azərbaycan
həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması üçün
əlavə imkanlar yaratmış olur.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 27-29 dekabr.- S.4.