Ölkəyə gələn turistlərin sayı artır

 

Qeyri-neft sahələri arasında prioritet mövqelərdən birini tutan turizm sənayesinin inkişafı üçün Azərbaycan özünəməxsus resurslarapotensiala malikdir. Sözügedən sahə üzrə bu günə qədər həyata keçirilən Dövlət Proqramları və digər normativ-hüquqi sənədlər ölkənin turizm sahəsində əsas inkişaf prioritetləri, perspektivləri və problemlərin həlli istiqamətində atılan mühüm addımlar olub.

Son illərin turizm statistikası sənayenin bu növünün ölkəmizdəki inkişaf səviyyəsinə və dinamikasına əyani bir sübutdur. Təsadüfi deyil ki, turizm sahəsindəki inkişaf tempinin əsas göstəriciləri kimi qəbul edilən gəlmə turistlərin sayı, onların Azərbaycanda turizm məqsədilə çəkdikləri xərclər, yerləşdirmə vasitələrinin, turizm müəssisələri, mehmanxanamehmanxana tipli müəssisələrdə gecələmələrin və yerləşdirilmiş şəxslərin sayı və bir sıra digər göstəricilərdə artım müşahidə edilib. Bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi açıqlayıb. Belə ki, 2006-cı ildən bugünə kimi ölkəmizə gələn xarici vətəndaşların sayı 1 193 742 nəfərdən 2 508 904 nəfərə, onların turizm məqsədilə ölkəmizdə çəkdikləri xərclər 91 mln. manatdan 1,2 mlrd. manata, ölkədə fəaliyyət göstərən mehmanxanamehmanxana tipli müəssisələrin sayı 288-dən 527-ə, sözügedən obyektlərdə yerlərin ümumi sayı 24 706-dən 34 731-ə, turizm sahəsində çalışan işçilərin sayı isə 5 117-dən 9 847-ə çatıb. İnkişafın bu mərhələsində müasir turizm sənayesinin iqtisadi, sosial, ekoloji və digər tələblərə cavab verməsinin, eləcə də davamlı inkişafının təmin edilməsi dövlətin qarşısında duran mühüm vəzifələrdən biridir. Mədəniyyət və Turizm Nazirliyi turizm sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi üçün"Turizm haqqında" yeni Qanun layihəsini hazırlayıb. Ümumdünya Turizm Təşkilatı və Avropa İttifaqının "Tvininq" layihəsi ekspertlərinin təklif və tövsiyələrinin yer aldığı "Turizm haqqında" yeni Qanun layihəsində müasir turizm sənayesinin daha effektli idarə olunması üçün mühüm institusional, tənzimləyici yeniliklər və qabaqcıl təcrübələr öz əksini tapıb. Qanun layihəsində institusional yeniliklər kimi, turizmrekreasiya zonalarının, turizm bürolarının, sosial turizm komissiyalarının, dövlət mülkiyyətində olmayan turizm informasiya mərkəzlərinin və turizm informasiya-biznes mərkəzlərinin yaradılması, elmi tədqiqatların aparılması üçün müvafiq qurumların təsis edilməsis. müddəalar yer alıb.

Həmçinin, tənzimləyici yeniliklər kimi, "turizm sahəsində qanunvericilik" maddəsinin genişləndirilməsi, korporativ idarəetmə standartlarının hazırlanması və onların turizm sahəsində dövlət tənzimləməsinin əsas prinsiplərdən biri kimi müəyyən edilməsi, dövlət turizm reyestrinin yaradılması və aparılması, turizm sahəsində fəaliyyət və xidmət növlərinin yeni təsnifatının nəzərdə tutulması, turizm və yerləşdirmə fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi, turizm sahəsində bağlanan əqdlərin təsnifatının verilməsi, turizm təhlükəsizliyi konsepsiyasının hazırlanması və həyata keçirilməsi və s. müddəalar əks olunub.

Qeyd olunan Qanunun tətbiqi Azərbaycanın turizm potensialının daha da inkişaf etdirilməsi, turizm sahəsində biznes proseslərinin səmərəli istifadəsi və dövlət tərəfindən turizm fəaliyyətinin tənzimlənməsi və turizm sənayesinə verilən dəstəyin artırılmasında geniş imkanlar yaradacaq.

Azərbaycanın turizm sənayesinin yaxın on il üçün əsas inkişaf istiqamətlərini müəyyən edən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış digər bir mühüm sənəd "2015-2024-cü illər üçün Azərbaycanda turizmin inkişaf strategiyası"dır. Turizmin inkişaf strategiyası Azərbaycanda turizm sənayesinin mövcud vəziyyəti, inkişaf potensialı, turizmin inkişafında hökumətin rolu, maraqlı tərəflər arasında potensial əməkdaşlıq formaları və bu əməkdaşlıqların uğurla qurulması metodları və bir sıra digər mühüm inkişaf istiqamətlərini əks etdirən sənəddir. Hər iki sənəd hal-hazırda daxili prosedurlardan keçirsonra həm ictimaiyyətə, həm də Milli Məclisə təqdim ediləcək. İnanırıq ki, qeyd olunan sənədlərin tətbiqi ölkəmizdə həyata keçirilən turizm siyasətində, bu sahənin inkişafında, eləcə də turist axının və turist gəlirlərinin artmasında, Azərbaycanın turizm bazarının dünyanın turizm bazarına inteqrasiya olunmasında uğurlar qazanılmasını təmin edəcək.   Təbii ki, bütün qanunlar, həyata keçirilən işlər turizmin inkişafına yönəlib. Ölkədaxili turizmin inkişafı da vacib məsələlərdən biridir ki, buna da daha çox sahibkarlar can atmalıdır. Əgər ölkə daxilində Azərbaycanın səfalı rayonlarında otellerin qiymətləri münasib olarsa, insanlar Türkiyədə, Gürcüstanda yox, Azərbaycanda istirahət edər. Həm vaxtına qənaət etmiş olar, həm də xərclədiyi vəsaitlə ölkə turizminin inkişafına dəstək vermiş olar. Təəssüf ki, rayonlarda fəaliyyət göstərən otellərin qiymətləri əhalini və ölkə turizmini bu şansdan məhrum edir.

Qeyd edək ki. hal-hazırda Azərbaycanın rayonlarında otel qiymətləri “od tutub yanır”. Gözəl mənzərəsi olan otellərimizin bir neçəsi ilə əlaqə saxladığımız zaman bir daha bunun şahidi olduq. Belə ki, ən aşağı qiymətlər adambaşına 30-40 manat arasında dəyişir. Qubanın Qəçreş kəndində yerləşən otellərin birindən bildirdilər ki, iki nəfər 60 manata sadəcə gecələyə bilər. Amma burada heç bir xidmət göstərilmir. Şəkidə yerləşən otellərin birindən aldığımız məlumat isə daha maraqlı oldu. Belə ki, oteldə əgər yeni ildən əvvəl iki nəfərlik yerlər 80 manat idisə, indi yeni il ərəfəsində bir nəfərlik yerin qiyməti 80 manata qalxıb. Adı daha məhşur otellərdə isə adambaşına 150, hətta bir neçə nəfərlik ailə üçün 300-400  manat bir gecəlik otellər var.

 

Aygün

 

Olaylar.- 2014.- 30 dekabr.- S.4.