Rusiyadakı diasporumuzun

fədakar fəalı Ramin Məmmədov

 

Onun təmənnası yalnız azərbaycançılığı təbliğ etməkdir

                                      

Ramin  Hüseyn oğlu  Məmmədov, 1957-ci il aprelin 18-də  məmləkətimizin  dilbər  guşələrindən  biri,  olan Qəbələnin  Bum  qəsəbəsində  anadan  olub.  Burada  səkkizilliyi, Bakıxanov  qəsəbəsində  74  saylı  orta  texniki-peşə  məktəbini  bitirmişdir.  Balaxanıdakı  M.Əzizbəyov  adına  maşın təmiri  zavodunda  tornaçı  işləyib.

Ehtiyata  tərxis  olunduqdan  sonra  yenə  bir  il  həmin  zavodda  işləmiş  və 1979-ci ildə  oxumaq  arzusuyla  Tümenin  Nijnevartovsk  şəhərinə  gedib. Bir  neçə  ay  33-saylı TQİ-də  çilingər  işləyib. 1980-1992-ci illərdə  şəhər  dəmir  yolu  nəqliyyatı  milis  şöbəsində  bölmə  komandiri,  növbətçi  SƏDM əməliyyat  müvəkkili vəzifələrində çalışıb. Həmin  dövrdə  o, Nijni  Tagil xüsusi  milis  məktəbinin  Yekaterinburq  filialının  hüquq  fakultəsini, Nijnevartovskda  ikiillik  jurnalist  sənətkarlığı  kursunu, Tümen  vilayət  partiya  komitəsi nəzdində marksizm- leninizm  universitetini  bitirib.  Qarabağda  gedən müharibəylə  bağlı  1992-ci ildə  işini  doğma  Azərbaycana  dəyişmiş və  torpaqlarımızın  bütövlüyü  uğrunda  erməni  qəsbkarlarına  qarşı  savaşlarda  iştirak  edib. Qaradağ  rayon  10-cu  PB-də sahə  müvəkkili, baş  sahə müvəkkili  vəzifələrində  xidmətini davam  etdirmişdir. 2004-cü ildə  mayor  rütbəsində  öz  xahişi  ilə  təqaüdə  çıxıb. Sonra  Bakinski  raboçi  qəzetinin  Rusiya  üzrə  ştatdan kənar müxbiri, “Vışka”  və “OKO”  qəzetlərinin  bu  ölkə  üzrə  xüsusi  müxbiridir. 

Ədəbi yaradıcılığa 1971-ci  ildə  “Qəbələ” rayon  qəzeti  səhifələrində  dərc  etdirdiyi “Gənc mexanizator”, “Şəkiyə  ekskursiya”,  “Ballı nənə  əməkdən  ayrılmır” kimi  kiçik məqalələrlə başlayıb. 23 mart 1992-ci ildə Nijnevartovskda  təsis edilmiş “Azərbaycan” adlı diaspor  cəmiyyətinin  yaradılmasında fəal  iştirak edib. 1997-ci il 2012-ci illərdə Rusiya bölgələrinə, dəyərli  soydaşlarımızın axtarışı, diaspor  cəmiyyətlərimizin işinin  araşdırılması  məqsədilə Rusiya Federasiyasının müxtəlif şəhərlərinə yaradıcılıq  səfəri edib. İşinin  nəticələri göz qabağındadır, demək olar hər  səfərindən  sonra  rusca  bir kitab nəşr etdirib. Rusiya-Azərbaycan  dostluq  əlaqələrinə, erməni saxtakarlığına, Azərbaycan-Qarabağ  həqiqətlərinə, Rusiyayla taleyi bağlı    hazırda  bu  ölkədə  fəaliyyət  göstərən  yüzlərlə  dövlət, hərb, mədəniyyət xadimlərinə, diaspor  cəmiyyətlərimizin  işinə  həsr  olunmuş  həmin  topluları  Rusiya  dövlət  kitabxanasından başlayaraq  nəhəng  ölkənin  əksər  bölgələrində  ziyalılara, redaksiyalara, icmalarımıza, digər  təşklatlara  çatdırılıb.

Bir azəri  övladının  belə  şərəfli, eyni  zamanda  məsuliyyətli    olduqca  çətin  işi  təkbaşına  öz  üzərinə  götürməsi, Azərbaycan həqiqətlərini yayması, ən xoş sözlərə layiqdir. R.Məmmədovun  sənədlərini  vərəqləyərkən    dəftərindən  birində  Moskvada  geniş ictimai fəaliyyəti, qiymətli elmi  ilə  məşhurlaşmış  mərhum  professor  Rafiq  Qurbanovun (Sarıvəlli)R.Məmmədovun dəftərinə öz əli ilə yazdığı ürək sözləri diqqətimi  cəlb  elədi: “Ramin  Məmmədov,  əslində bizim  Azərbaycan  üçün  olduqca  dəyərli, vacib  bir  görür. Yaradıcılığı  ilə    şəxsi tanışlıq məni  inandırdı  ki,  az  qala  bir  tədqiqat institutunun  görə  biləcəyi  işi  təkbaşına  həyata  keçirən  bu  insan  heç bir  təmənna  gözləmir. Onun təmənnası ancaq  azərbaycançılığı  geniş  yaymaq,  təbliğ  etməkdir”.  Yeri  gəlmişkən, 27  aprel  2012-ci il  tarixdə  Qəbələ  rayonunun  Nic  qəsəbəsində  baş  tutmuş “Udinlər: dünən, bu  gün  sabahmövzusunda  keçirilmiş  Beynəlxalq elmi-praktiki  konfransda  etdiyi  məruzəsində  Rusiya  Prezidenti  yanında  Rusiya  xalq  təsərrüfatı    dövlət  xidməti  akademiyasının  professoru, fəlsəfə  elmləri  doktoru  Riçard  Danakari  Rusiya-Azərbaycan dostluq  əlaqələrinin  möhkəmlənməsində  Ramin  Məmmədovun  kitablarının  əhəmiyyətini  vurğulayaraq  demişdi: “Rusiya-Azərbaycan  dostluq  əlaqələrinin  möhkəmləndirilməsində, ümumi  irsimizin  yaradıcı  istifadəsində  əslən  bizim  Qəbələnin Bum kəndindən olan  yazıçı-jurnalist  Ramin  Məmmədovun  kitablarının  böyük  rolu  vardır. Onun bu  sahədə  olan jurnalistlik  fəaliyyəti  bütöv bir elmi-tədqiqat  institutunun  kollektivinin işinə  bərabərdir. R.Məmmədovun kitabları, xüsusilə də  Odlar  yurdunun  övladları Rusiya  tarixində”  (Bakı-“Ziya-Nurlan”-2012)  ensiklopedik  oçerkləri  kitabı  sayəsində  Azərbaycan  Respublikasının  hüdudlarından  kənarda  yüz  minlərlə  adam  bildi ki, bizim  qədim  ölkənin adamları  yüksək  istedada  malikdir”.

Maraqlıdır, necə oldu ki, elə ömrü boyu o belə bir vacib sahənin, azərbaycançılığın təbliği ilə məşğul olmağı bir məqsəd kimi qarşısına qoydu. Onun dediklərindən:   

 -Gənc vaxtlarımdan ədəbiyyatı öyrənirdim, kiçik hekayələrlə ədəbi yaradıcılığımı genişləndirmək niyyətim var idi. Amma  1976-cı ildə ordu sıralarına xidmətə çağırılmağımla bu planlarım alt-üst oldu. Belə ki, elə xidmətə başladığım ilk günlərdən Rusiyanın ayrı-ayrı bölgələrindən çağırılmış əsgərlərin haqqımlızda olan yanlış fikirləri məni hiddətləndirdi. Onlarla söhbət etdikdə millətimizi ancaq bazarlarda gördüklərini dedilər. Mən sakitcə gedib hərbi hissənin kitabxanasından o vaxtlar hələ bir neçə cildi yenicə işıq üzü görmüş Böyük Sovet Ensklopediyasının (BSE) üçüncü nəşrinin nüsxələrini gətirib orada haqqında yazı olan görkəmli soydaşlarımız barədəyazıları onlara göstərərək açıqlama verdim. Bir müddət sonra atam mənə bağlama ilə rusca çoxlu nəşrlər, o cümlədən ,,Azərbaycanın Qızıl Ulduzları”. ,,416-cı Taqanroq diviziyası” kitablarını göndərdi. Əsgərlər də,zabitlər də bu nəşrləri həvəslə oxuyurdular.

1992-ci  ildə  işimi  doğma  Azərbaycana  dəyişdim,  artıq erməni qəsbkarları doğma torpaqlarımıza göz  dikdiyi bir vaxtda mən başqa cür esdə bilməzdim. 1992-ci ildə Bakıya yola  düşməzdən əvvəl  Nijnvartovskda  “Azərbaycan” adlı  diaspor  icması  yaratdıq,  təsis  iclasında  yüz  minlərlə  rubl  pul  toplayıb  Qarabağı  müdafiə  komitəsinə  göndərdik.                                                                                                                             

Uzun illər  yaşadığım  Rusiyada  tarixi  qəhrəmanlıq  salnamələri  ilə  zəngin  xalqımızın  dəyərli  övladlarının, ümumiyyətlə Azərbaycan  həqiqətlərinin  layiqincə  tanınmadığını  hiss  etdikdə  Ramin Məmmədovda  azərbaycançılığı  geniş  təbliğ etməyə  güclü  həvəs  oyanmışdı. Hələ  uzun  illər  öncə  Rusiya  mətbuatında  beynəlmiləlçiliyə  həsr  olunmuş  geniş yazılarından birində  bizləri  kütləvi  təhqir  edən  millətçilərə müraciət  edərək  bildirmişdi: “Sizlərə  xatırlatmaq  istəyirəm  ki,  dünyanın  taleyini  həll  edən İkinci  dünya  müharibəsində  Aleksandr  Matrasovun  qəhrəmanlığını  azərbaycanlı Gəray  Əsədov  da  təkrar  edib. Müharibə  illərində  general Panfilov  kimi  azərbaycanlı  general-mayor  Həzi Aslanov da  döyüşən  ordu  sıralarında  qəhrəmancasına  həlak  olub. Bəs  əfsanəvi  qəhrəmanliqlarla  zəngin  tərcümeyi-halı  olan Mehdi  Hüseynzadə  haqqında  burdakı  gənclər  bilirmi?  Ümumiyyətlə  Azərbaycandan  127 nəfər  Sovet İttifaqı  Qəhrəmanı  çıxıb, onların  43-ü  azərbaycanlıdır. Bu  yaxınlarda Gürcüstanda  baş vermiş sel fəlakəti  zamanı  əhalini  xilas  edərkən  azərbaycanlı  Rahib Məmmədov faciəli  həlak  olub. Bu  barədə  ölkəmizin bütün  mərkəzi  qəzet    jurnalları yazmışdılar.  Məgər  bunu da  unutdular?

Ramin Məmmədovun  rusca  Odlar  Yurdunun  övladları  Rusiya  tarixində”  kitabı  işıq üzü  görüb. Həmin  toplunu  vərəqlədikcə  soykökü  Azərbaycandan olan, hazırda Rusiyada yaşayan, eləcə də  dünyadan  köçmüş  məşhurlara,  tanınmış  ziyalıları-müxtəlif  millətlərin nümayəndələrinə  həsr  olunmuş  oçerklərə də rast gəlirəm. Bunlar  Riçard  Zorge, Boris Vannikov, Lev Landau, Nikolay Baybakov, Mstislav Rostropoviç, Boris Nuriyev, Valeri Tatarintsev, Riçard  Danakari    başqalarıdır. Onlar  haqqında  ürəkdən  yazılmış  portret  oçerklərlə  tanış olduqca müəllifin əsil  beynəlmiləlçi olduğuna inanmaya bilmirsən. Təqdirəlayiqdir ki,  onun  kitablarından  biriBir torpağın  övladları“ (rusca) adlanır. Burda  yenə əslən  məmləkətimizdən  olan  müxtəlif millətlərin nümayəndələrinə  toplunun  böyük bir  hissəsi həsr olunmuşdur. Yeri  gəlmişkən, həmin  nəşrdə rusdilli  oxucular  üçün  nəzərdə  tutulmuş, bu  günümüzün ağrılı-acılı  hadisələrindən  bəhs  edən elmi-publisistik yazılar da  diqqətli adamların nəzərindən  kənarda  qalma bilməz.   2001-ci ildə  MoskvadaRipol klassik  nəşriyyatında iki  cildli  “Voyennıy  ensiklopediçeskiy slovar  çap olunub. Kədərləndirici  haldır ki,  burada  dünyanı  bir-birinə  qaışdıran, ikiüzlü, qlavnıy perestroyşik, “komminizmi  dağıtmağa gəlmişdim”  deyə  Türkiyədə  gen-bol  çıxış edən  Mixail  Qarbaçov  ön plana  çəkilir. Ona görə ki, nəşrin  meneceri S.V.Ohanyandır”.

Ramin  Məmmədov  həyəcanla,  ürək  ağrısıyla  deyir  ki, axı bu ensiklopediyalar  elə  nəşrlərdir ki, istəsək  də, istəməsək də onlar  bütün  kitabxanalarda  yerləşdirilir, az qala bütün  ölkələrə  ötürülür, alim də, yazıçı da, həkim də, mühəndis də həmin toplulara müraciət edir. Deməli  milyonların oxuduğu kitablar belə saxtalaşmaya məruz qalır. Mənsə R.Məmmədovun kitabından  gətirəcəyim nümunəyə  baxıb hər kəs  düşünsün,bilsin ki, bizə həmin faktların erməni saxtakarlığı olduğunu sübut etmək üçün 100 illiklər  lazım olacaq:”1954-cü ildə 500 min  tirajla  buraxılmış  üç cildlik  ensiklopedik lüğətin 2-ci  cildində  yazılıb ki, Koroğlu  Azərbaycan  xalqının  qəhrəmanlıq  dastanıdır. Orta Asiya  xalqlarının da  buna  oxşar  dastanı var. Dastan  əsasında  bəstəkar  Ü.Hacıbəyov  eyniadlı  opera  yaratmışdır.

Həmin  lüğətin  1990-cı  ildə  çıxmış  nəşrində  iki  milyon  yarım  tirajla işıq  üzü  görmüş 1632  səhifəlik “Sovetskiy  ensiklopediçeskiy  slovar” ın 576  səhifəsində  isə tamam  başqa  şey  yazılıb: “Koroğlu Yaxın Şərq və Orta Asiya xalqlarının dastanıdır” Burda Azərbaycan və Ü.Hacıbəyov sözləri “unudulub”. Çünki redaksiya  heyətinin tərkibində V.A.Ambarsumyan  adlı  birisi var.Təəssüf ki,  saxtakarlıq təkcə bununla bitmir. Həmin başabəla  ensiklopediya  lüğətində  başqa  saxtakarlıqlar da  var. Amma mən birini  xatırldacağam. Sonuncu  kitabın 22-ci səhifəsində  oxuyuruq ki, Rusiya  Fedarasiyasında 336 min nəfər, dünya  ölkələrində  isə  cəmi 17,2 mln. Nəfər azərbaycanlı  yaşayır. HalbukiRespublika” qəzeti  hələ 1994-cü  ildə (N=79 (174), 04.10.1994) yazmışdı ki, “1iyul 1993-cü ildə  dünyanın 62  ölkəsində  azərbaycanlıların  sayı 48.853.291 nəfər  olmuşdur.

 

Məlumatı "Ümumrusiya Azərbaycan Konqresi" Murmansk bölməsinin Mətbuat, informasiya və ictimaiyyətlə mərkəzinin rəhbəri, Rusiya və Azərbaycan Jurnalistlər İttifaqının üzvü, RF Murmansk Vilayəti Qubernatorunun Millətin İşləri üzrə Məşvərət Şurasının üzvü Əlihüseyn Şükürov göndərib.

 

MURMANSK-MOSKVA-BAKI-MASALLI-MURMANSK."

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 8-10 fevral.- S.15.