“Bizim
ətrafımızda birləşən bütün
diaspor
təşkilatları dövlətçiliyimizə,
Prezidentimizə
tam dəstək nümayiş etdirirlər”
Nüsrət Məmmədov: “Hər şey dövlətimiz üçün, hər şey Prezidentimiz üçün” devizi diaspor təşkilatlarının qarşısında duran əsas vəzifələrdən biri olmalıdı"
Azərbaycanın
üzləşdiyi problemlər, Ermənistanın təcavüzkarlıq
siyasəti, eləcə də zəngin tarixi-mədəni irsimizin təbliği istiqamətində
müntəzəm olaraq yeni-yeni
layihələr həyata keçirən, tədbirlər təşkil
edən Türkdilli Dövlətlərin
Siyasətinə Dəstək Fondu bu
günlərdə daha bir
yeni layihəyə start
verib. “İlham
Əliyev Dünya Azərbaycanlılarının
prezidentidir” adlı yeni
layihənin məqsədləri, layihə çərçivəsində
görüləcək işlər, atılacaq addımlar barədə
fondun prezidenti Nüsrət
Məmmədov “OLAYLAR”-a müsahibə
verib. O, hazırda
Qırğızıstandakı Azərbaycan diasporunun
durumu, rəhbərlik etdiyi
Türkidlli Dövlətlərin Siyasətinə
Dəstək Fondunun cari
il ərzində həyata keçirəcəyi
tədbirlər, görəcəyi işlər barədə də
danışıb.
-Nüsrət müəllim, Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu olaraq “İlham Əliyev Dünya Azərbaycanlılarının prezidentidir” adlı yeni bir layihəyə start verirsiniz. Bu layihənin başlıca məqsədi nədir və layihə çərçivəsində hansı işlər görüləcək?
-Türkdilli Dövlətlərin Siyasətinə
Dəstək Fondu olaraq
başladığımız “İlham
Əliyev Dünya Azərbaycanlılarının
prezidentidir” adlı layihə yəhudi diaspora təşkilatlarının işini ciddi
araşdırmağımızın nəticəsidir. “İlham Əliyev Dünya
Azərbaycanlılarının Prezidentidir”
layihəsi düşünürük ki,
Prezidentimizin nüfuz
dairəsini daha
da genişləndirəcək. Bildiyiniz kimi hazırda dünya ölkələrindən bizi istəyənlər olduğu
kimi istəməyənlər də var. Bu layihə çərçivəsində
həmin problemi aradan
qaldırılacğının şahidi
olacağıq. Bu gün
dünyanın bir çox
ölkələrində Azərbaycan diaspor
təşkilatları fəaliyyət göstərir. Layihə
bütün diaspor təşkilatlarının
Prezidentimiz İlham
Əliyev ətrafında daha da sıx birləşməsinə kömək
edəcək. Bir sıra dövlətlərdə
bizi istəməyən qüvvələrin səyi nəticəsində mətbuatda
haqqımızda nəşr edilən
neqativ yazılara ciddi
şəkildə təpkilər veriləcək. Güclü Prezident, güclü diaspora prinsipi öz əyanı
təsdiqini tapacaq. Düzdür
bu sahədə
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi mühüm işlər görür.
Düşünürük ki, diaspora təşkılatlarının
müstəqil şəkildə
apardığı bu layihə komitə
tərəfindən də dəstəklənəcək. Çünki biz bir fond olaraq
Dövlət Komitəsi ilə birgə
çalışırıq. Tədbirlər
planımızı da Diasporla
İş üzrə Dövlət Komitəsi
ilə razılaşdırırıq.
-Yəqin ki, layihə barədə diaspor təşkilatları da məlumatlandırılacaq?
-Əlbəttə,
layihənin həyata keçirilməsi üçün
biz dünyadakı bütün
Azərbaycan diaspor təşkilatlarına
layihənin mahiyyəti haqqında məlumat verəcəyik. Eyni zamanda Prezident
İlham Əliyevin həyat və fəaliyyəti
haqqında olan bir çox materialları sosial
şəbəkələrdə yayacağıq. Diaspor təşkilatlarımızdan xahiş edəcəyik ki,
onlar da öz növbələrində həmin
materialları sosial şəbəkələrdə
paylaşsınlar.
-Layihənin icra müddəti nə qədər olacaq?
-Layihə bir il ərzində davam edəcək. Layihənin sonunda
ən aktiv diaspor təşkilatına
Türkdilli Dövlətlərin Siyasətinə
Dəstək Fondunun fəxri fərmanı
təqdim olunacaq. Həmçinin ikinci yerə çıxan diaspor
təşkilatı isə qiymətli hədiyyə ilə
mükafatlandırılacaq
-Belə çıxır ki, diaspora təşkilatları arasında dovlətçilik və prezidentə qarşı fəaliyyət göstərən insanlar da var?
-Əlbəttə var. Məncə bu böyük sirr deyil, hamıya məlum bir
məsələdir. Bu cür
diaspor təşkilatlarını başa salmaq
lazımdır. Onlara ortaya
qoyduqları mövqelərinin xalqımıza, dövlətimizə,
prezidentimizə heç bir
xeyir gətirməyəcəyini demək
lazımdır.
-Bəs layihə çərçəvəsində hansı tədbirlərin keçirilməsi nəzərdə tutulur?
-“İlham Əliyev Dünya Azərbaycanlılarının prezidentidir” layihəsi çərçıvəsində bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Məsələn, hər ayın axırında yaradılacaq monitorinq qrupunun hesabatı açıqlanacaq. Hesabatın nəticəsi olaraq isə aktiv diaspor təşkilatlarının qeydiyyatını aparmaq nəzərdə tutulur.
-Konkret olaraq Qırğızıstandakı diaspora təşkilatları dovlətçilik və onun prezidentinə tam dəstək nümayiş etdirirlərmi?
-Elə düşünürəm ki, bizim ətrafımızda birləşən bütün diaspor təşkilatları dövlətçılıyimizə, Prezidentimizə tam dəstək nümayiş etdirirlər.
-Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu olaraq cari il uçun hansı addımlar atmaq və tədbirlər keçirməyi düşünürsünüz?
-Türkdilli
Dövlətlərin Siyasətinə Dəstək Fondunun 2014 cü ilin yanvar-iyun ayları üçün keçirəcəyi tədbirlər
artıq müəyyənləşib. Göstərilən
müddət ərzində fondumuz tərəfindən
bir sıra tədbirlərin keçirilməsi
nəzərdə tutulur. Artıq həmin
tədbirlərin bir neçəsi keçirilib. Belə ki, tədbirlər 20 yanvar
faciəsinin 24-cü ildönümü ilə
əlaqədar olaraq Bişkek
kitabxanalar sisteminin baş ofisində akademik Ramiz Mehdiyevin 20 yanvar hadisələrini
özündə əks etdirən “Azərbaycanlılara
qarşı soyqırım gerçəkliyi” kitabını oxuculara paylanmasını təşkil etdik. Onu
da qeyd edim
ki, Bişkek kitabxanalar sisteminə 35 kitabxana daxildir. Akademik Ramiz Mehdiyevin sözügedən
kitabı da fondumuz tərəfindən qırğız
və rus dillərində nəşr
etdirilib. Burada da məqsədimiz Azərbaycan xalqının
başına gətirilən
müsibətləri təfərrüatı
ilə Qırğızstan
ictimaiyyətinə çatdırmaqdır.
26 fevral Xocalı
soyqırımının 22-ci ildönümü münasibəti
ilə bağlı da tədbirlər planı hazırlayırıq.
Qırğız dilinə
tərcümə olunub
dublyaj etdirdiyimiz “Xoca” filminin Qırğızıstan televiziya
kanallarında göstərilməsinə
nail olmaq istəyirik. Bindan başqa Qırğızıstan
oxucularına Azərbaycan
Milli Elmlər Akademiyasının müəlliflər
qrupu tərəfindən
yazılmış və
Türkdilli Dövlətlərin
Siyasətinə Dəstək
Fondunun Bişkekdə
ingilis və rus dillərində nəşr etdirdiyi “Ermənilərin
Azərbaycan torpaqlarında
törətdikləri vəhşiliklər
tarixi faktlarla” kitabının qırğız
ictimaiyyəti arasında
yayılması planlaşdırılır.
Mart ayının ikinci
ongünlüyündə isə Fond tərəfindən
Azərbaycanın xalq
yazıçısı Anarın
Bişkekdə 75 illik
yubileyinin keçirilməsi
nəzərdə tutulur.
Tədbir çərçivəsində
yazıçının atası
Rəsul Rzanın seçilmiş əsərlərinin
birinci cildinin qırğız dilinə
tərcüməsi üzərində
iş aparırıq.
Məlumat üçün qeyd edim ki,
əsərin qırğız
dilinə tərcüməçisi
Mukan Asanaliyev. Elə həmin ərəfədə yazıçı
Kamal Abdullanın “Yarımçıq əlyazma”
romanının Türkdilli
Dövlətlərin Siyasətinə
Dəstək Fondunun və Qazaxıstandakı Azərbaycan Mədəniyyət
Mərkəzlər İttifaqının
sifarişi ilə qırğız dilinə tərcümə
olunub nəşr edilmiş kitabının təqdimatı nəzərdə
tutulur. Mart ayının
20-22 də isə ənənəvi olaraq Novruz bayramı münasibəti ilə tədbir keçirməyi
planlaşdırırıq. Mart ayının sonu, aprel ayının əvəllərində
isə Bakıda Muxtar Şaxanov, Oljas Suleymanov, İlgiz Aytmatov və bir sıra Qazaxıstan
və Qırğızıstanın tanınmış
şəxslərinin iştirakı
ilə “Ïðàâäîôîðìóëà è âîñõîæäåíèå íà ýâåðåñò ëþáâè” Ýññå î äðóãå-áðàòå ×.Àéòìàòîâå” ("Həqiqət formulu və sevginin Everest zirvəsindəki təntənə")
kitabının təqdimatı
keçiriləcək. Fond tərəfindən Azərbaycan
dilinə tərcümə
edilmiş kitabının
Bakıda təqdimatının
geniş səviyyədə
keçirilməsi nəzərdə
tutulur. Hazırda kitab Fondun sifarişi və maliyə dəstəyi ilə Bakıda Azərbaycan dilinə tərcümə olunur.
Mart ayının 31-də millət vəkili Adil Əliyevin ideya müəllifi olduğu “Erməni soyqırımı, mif və həqiqətlər”
kitabının qırğız
dilində nəşri
və təqdimatını
nəzərdə tuturuq.
Aprel ayında isə tanınmış yazıçı
və pedaqoq Mir Cəlalın doğum günü münasibəti
ilə yazıçının
qırğız dilinə
tərcümə elətdirib
nəşr etdirdiyimiz
“Seçilmiş əsərlərinin”
3 cildliyinin oxuculara paylanması planlaşdırılır. Burada da məqsəd
Mir Cəlalın Qırğız
oxucularına daha da yaxından tanıdılmasıdır. May ayında Ulu
Öndərimizin doğum
günü münasibəti
ilə “Heydər Əliyev və Türk dünyası” elmi nəzəri konfransının keçirilməsi
qarşıda duran vəzifələr sırasındadır. Eyni zamanda Fond tərəfindən
nəşr edilən Ulu öndərimizə həsr olunan kitabların sərgisini keçirmək və kitabların oxuculara paylanmasını planlaşdırırıq.
May ayının sonlarında Azərbaycanın
müsəqillik günü
münasibəti ilə
tarixçi alim Güntəkin Nəcəflinin
fond tərəfindən nəşr
etdirdiyi “Azərbaycan
XVIII-XIX əsrlərdə” kitabının Bişkek kitabxanalar sisteminin oxucularına paylanması nəzərdə tutulur.
Görəcəyimiz bütün bu
işlər Prezidentimiz
İlham Əliyevin dünya Azərbaycanlılarının
3-cü qurultayında səsləndirdiyi
müdafiə taktikasından
hücum taktikasına
keçmək tövsiyyəsinə
uyğun olaraq həyata keçiriləcək.
-Sizcə, bu gün Azərbaycan diasporunun qarşısında
duran əsas vəzıfe nə olmalıdır?
-“Hər şey dövlətimiz üçün, hər şey Prezidentimiz üçün” devizi diaspor təşkilatlarının
qarşısında duran
əsas vəzifələrdən
biri olmalıdır. Prezidentimizin nüfuzu nə qədər çox olsa, dövlətimiz də bir o qədər
güclü olar.
-Qarşıdan Xocalı
faciəsinin ildönumu
gəlir. Bu məqsədlə
Qırğızıstanda hansısa
bir tədbir keçirəcəksinizmi?
-Yuxarıda da qeyd
etdiyim kimi Türkdilli Dövlətlərin
Siyasətinə Dəstək
Fondu olaraq ənənəmizə sadiq
qalaraq bu il də
Xocalı soyqırımının
22-ci ildönümü ilə
əlaqədar olaraq Qırğızıstanda bir
sıra tədbirlərin
keçirilməsi planlaşdırılır.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilmişdir
Olaylar.- 2014.- 12 fevral.-
S.15.