Oğuz «Qış məktəbi»: Biliklərin
mübadiləsinə
yardımçı layihə
«Qış
məktəbi»nin ikinci günü arxada qaldı
Fevralın 10-dan start verilən YAP Gənclər Birliyinin «Qış məktəbi»nin ikinci günüdür. 100-ə yaxın fəal gəncin iştirak etdiyi Oğuz «Qış məktəbi»ndə dövlətin gənclər siyasəti barədə fikir mübadiləsi, mühazirələr fevralın 11-də də davam etdirildi.
Qrup rəhbərləri YAP Siyasi
Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Siyasi
Şurasının üzvləri, YAP Gənclər Birliyinin sədr müavinləri Samirə Quliyeva və Ramin Məmmədov,
YAP Mərkəzi Aparatında təlimatçı Emil Abasov ulu
öndər Heydər
Əliyevin hakimiyyətinin hər iki dövründə, eyni
zamanda onun layiqli davamçısı Prezident
İlham Əliyevin ölkəyə rəhbərlik
etdiyi son on ildə gənclərə diqqət və
qayğıdan, bu istiqamətdə təsdiqlənən
Dövlət Proqramlarından ətraflı bəhs etdilər.
Bildirdilər ki, gənclərə
göstərilən bu etimad,
diqqət və qayğı onların daha
səylə çalışmalarına, müstəqil Azərbaycanın
dünəni, bu günü
və gələcəyi naminə sıx birləşməyə
stimul verir.
Çıxışlarda
vurğulandı ki, bu
gün nəinki ölkənin, regionun aparıcı siyasi
təşkilatına çevrilən Yeni
Azərbaycan Partiyasının sıralarında gənclərin
böyük çoxluq
təşkil etməsi də bu diqqət və
qayğıdan irəli gəlir. Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının
sıralarında gənclərin daha çoxluq təşkil etməsinin vacibliyini bildirməklə, bu
istiqamətdə tövsiyələrini irəli sürmüşdür: «Həm indi partiyamızda üzv olan, həm də gələcəkdə üzv olacaq gənclərin
hamısı bizim gələcək nəsillərimizdir.
Onlar
Naxçıvanda əsası qoyulan
işlərin davamçıları və 1993-cü ildən
hakimiyyətdə olan partiyamızın həyata
keçirdiyi işin
davamçıları olmalıdırlar.» Bu
gün YAP-ın 600 mindən artıq üzvünün 40 faizini
gənclərin təşkil etməsi ümummilli
lider Heydər Əliyevin bu
fikirlərinin təsdiqidir. Dövlət
başçısı İlham Əliyev
gənclərin böyük qüvvə olduğunu, Azərbaycanın gələcəyinin
onlara məxsusluğunu, eyni
zamanda müasir dövrün informasiya-kommunikasiya
texnologiyaları əsri olduğunu önə
çəkərək, yüksək ixtisaslı gənclərin
yetişdirilməsini qarşıya mühüm
vəzifə kimi qoyur.
«Azərbaycan gəncliyi 2011-2015-ci illərdə
Dövlət Proqramı»ndan irəli gələn vəzifələrin
yerinə yetirilməsi gənclər siyasətini daha da inkişaf
etdirməyə, gənc mütəxəssislərin işlə
təminatına, sosial-iqtisadi problemlərin
həllinin təmin edilməsinə yönəlib. Ölkə
Prezidentinin fərmanı əsasında Azərbaycan
Respublikasının Gənclər və İdman
Nazirliyi yanında Gənclər Fondunun yaradılması, eyni
zamanda Prezident
Mükafatının təsis edilməsi də əhəmiyyətli
addımlardandır. Məqsəd gənclərin hərtərəfli
inkişafını, cəmiyyətin həyatında fəal
iştirakını təmin etməkdir. Yeni Azərbaycan
Partiyasının gənclərin ictimai-siyasi
fəallığının artırılmasına, asudə
vaxtlarının səmərəli təşkilinə, onlar arasında sıx əlaqələrin
qurulmasına xidmət edən layihələri
davamlılığı ilə diqqət çəkir.
«Qış məktəbi»nin
ikinci günündə «Demokratik
dövlətin əsas anlayışları» mövzusunda
təlim keçirildi.
Təlimdə demokratik cəmiyyətin əsas atributları olan söz, mətbuat
azadlığından, insan
hüquqlarının qorunmasından, demokratik
seçkilərin keçirilməsindən,
çoxpartiyalı sistemin
yaradılmasından geniş bəhs olundu.
YAP Siyasi Şurasının üzvü,
«İki sahil» qəzetinin
baş redaktoru Vüqar Rəhimzadə bildirdi
ki, ilk gündən demokratik dövlət quruculuğu
yolunu tutan Azərbaycan
bu istiqamətdə inamla
irəliləyir. Ölkəmizin 2001-ci ildə dünyanın nüfuzlu təşkilatı olan
Avropa Şurasına tamhüquqlu
üzv qəbul edilməsi bir daha onu göstərir ki, demokratik dəyərlərə
sadiqlik sözdə deyil,
əməldə öz təsdiqini
tapıb. Ulu öndər Heydər Əliyev demokratik
prinsipləri dünənimizin, bu günümüzün və
sabahımızın əsası kimi dəyərləndirərək
bildirirdi ki, dovlət quruculuğunda nəinki tarixi
və milli ənənələrimiz nəzərə
alınır, həm də dünya təcrübəsindən,
demokratik prinsiplərdən istifadə edilir.
V.Rəhimzadə
cəmiyyətin güzgüsü olan mətbuatın keçdiyi
inkişaf yoluna bir daha diqqəti yönəldərək
bildirdi ki, ulu öndər Heydər Əliyevin
atdığı bütün addımlarda
KİV-lərin maddi-texniki bazasının
möhkəmləndirilməsini, onlara
dövlət qayğısının artırılmasını, söz,
məlumat azadlığının qorunmasını, siyasi plüralizm prinsiplərinə
dönmədən əməl edilməsini təmin edən tədbirlər
proqramının həyata keçirilməsi xüsusi
diqqət çəkirdi. Mətbuata dövlət
nəzarəti olan senzuranın
götürülməsi, «Kütləvi informasiya
vasitələri haqqında», «Məlumat azadlığı
haqqında» Qanunların qəbulu, Mətbuat və İnformasiya Nazirliyinin ləğvi
və s. kimi
addımlar bu sahəyə diqqət və
qayğıdan qaynaqlanırdı. Ulu
öndər Heydər Əliyev söz və mətbuat azadlığı sahəsində
məhdudiyyətlərin aradan
qaldırılmasını təmin etməklə cəmiyyətdə
qarşılıqlı anlaşmanın, səmimiyyətin dərinləşməsini,
insanların öz fikir
və mülahizələrini azad, maneəsiz
çatdırma imkanlarının genişləndirilməsini
başlıca məqsəd kimi
qəbul etmişdir. 2003-cü ildən ümummilli lider Heydər
Əliyevin siyasi kursunu
uğurla davam etdirən
dövlət başçısı İlham
Əliyevin azad mətbuatın
inkişafına xidmət edən addımları da davamlılığı ilə diqqət
çəkir. Məhz bu
diqqət və qayğının nəticəsidir ki, möhtərəm Prezidentimiz
İlham Əliyev 2010 və 2013-cü illərdə
«RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi sorğuya əsasən
«Jurnalistlərin dostu» mükafatına layiq görülmüşdür.
Dövlət başçısı İlham
Əliyev ikinci dəfə «Jurnalistlərin
dostu» seçilməsi münasibətilə
keçirilən mərasimdə bildirmişdir
ki, bu mükafatın
verilməsi böyük məna
daşıyır. Bu, Azərbaycanda azad mətbuatın inkişafında
görülən işlərə işarədir. Cənab İlham Əliyev bu
inamı ifadə etmişdir ki, bundan sonra
da Azərbaycanda azad
medianın inkişafına dəstək veriləcək,
ölkəmizin sürətli və uğurlu
inkişafı təmin ediləcək.
V.Rəhimzadə
onu da qeyd
etdi ki, bu gün böyük
fəxr hissi ilə bildiririk
ki, əsası ulu
öndər Heydər Əliyev tərəfindən qoyulan düşünülmüş
və məqsədyönlü siyasətin Prezident
İlham Əliyevin uğurla
davam etdirməsi nəticəsində Azərbaycanın
demokratiya təcrübəsi digər ölkələrə
nümunə göstərilir. Ötən ilin
9 oktyabrında keçirilən prezident
seçkiləri bir daha
bu reallığı ortaya
qoydu. Beynəlxalq təşkilatların,
dövlətlərin müşahidə missiyalarının
hesabatlarında qeyd olundu
ki, 9 oktyabr 2013-cü il prezident seçkiləri
Azərbaycanda demokratik islahatların təntənəsidir.
YAP Siyasi Şurasının üzvləri, YAP Gənclər
Birliyinin sədr müavinləri Samirə
Quliyeva və Ramin Məmmədov
demokratik cəmiyyətin
varlığını təsdiqləyən əsas amillərdən
biri kimi ölkədə
insan hüquq və
azadlıqlarının yüksək səviyyədə
qorunmasından bəhs
etdilər. Bildirdilər ki, Milli Konstitusiyamızda əksini tapan maddələrin üçdə iki hissəsi insan hüquq və azadlıqlarının
qorunmasına xidmət edir.
Konstitusiyamıza əlavə və dəyişikliklərin
edilməsi məqsədilə iki dəfə
referendumun keçirilməsi də bu sahəyə diqqətdən irəli gəlir.
Çıxışlarda
dövlət başçısı İlham
Əliyevin sərəncamı ilə 18 iyunun
İnsan hüquqları günü
kimi təsis edilməsi, eyni
zamanda 27 dekabr 2011-ci il tarixli sərəncamı
ilə daha geniş
sferanı əhatə edən «Azərbaycan Respublikasında insan hüquq və
azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı»nın təsdiq
edilməsi insan hüquqlarının
qorunmasının Azərbaycan dövlətinin əsas prinsiplərindən
biri olduğunun təsdiqi
kimi qeyd edildi.
YAP Mərkəzi
Aparatında təlimatçı Emil Abasov ölkədə çoxpartiyalı sistemin yaradılmasından bəhs etdi. Bildirdi ki, siyasi partiyaların normal fəaliyyəti üçün
qanunvericilik bazası mövcuddur.
«Siyasi partiyalar
haqqında» qanunda əksini tapan müddəalar onların normal
fəaliyyətinə tam zəmin
yaradır.
Çıxışlarda
vurğulandı ki, YAP rəhbərliyi hər
zaman gənclərə onları
düşündürən mövzularda
layihələrini təqdim etməyi və onlara
dəstək olamağa hazır
olduqlarını bildirir. Ölkəmizin uğurlu gələcəyi üçün
hərtərəfli formalaşmaq, dərin
biliklərə malik olmaq, bilik-təcrübə
mübadiləsini yüksək səviyyədə həyata
keçirmək, ən əsası birgə səylər
göstərməyə çalışmaq ən vacib şərtlərdəndir.
Günün ikinci
yarısında «Qış məktəbi» çərçivəsində
müxtəlif növ idman
yarışları təşkil olundu.
Sonra «Sosial şəbəkələrdə
iş» mövzusunda təlim
keçirildi. Qrup rəhbərləri YAP Siyasi Şurasının üzvü,
«İki sahil» qəzetinin
baş redaktoru Vüqar Rəhimzadə, YAP Siyasi
Şurasının üzvləri, YAP Gənclər Birliyinin sədr müavinləri Samirə Quliyeva və Ramin Məmmədov,
YAP Mərkəzi Aparatında təlimatçı Emil Abasov gənclərin sosial şəbəkələrdən
istifadə edərək Azərbaycan reallıqlarının təbliği
istiqamətində göstərdikləri səylərdən bəhs
etdilər. Bildirildi ki,
müasir dövr informasiya-kommunikasiya texnologiyaları əsridir.
Hər bir ölkənin inkişafında,
tərəqqisində İKT-nin rolu böyükdür. Daim yeniliyə, müasirliyə can atan gənclər bu imkanlardan istifadə edərək
ölkənin gələcəyinə dəstək
olmalıdırlar.
Diskussiya şəklində davam
edən təlimlərdə və debatlarda
3 qrup üzrə iştirak
edən gənclər əldə etdikləri biliklərdən,
məlumatlardan məmnunluqlarını ifadə edir, bir daha
bu gerçəkliyi təsdiqləyirlər
ki, «Qış məktəbi» biliklərin
mübadiləsinə yardımçı olan
layihələrdəndir.
Ceyhun Piriyev
Olaylar.-
2014.- 12 fevral.- S.14.