Prezidentin diaspor
təşkilatlarına diqqət
və qayğısı
Diaspora siyasəti, bu sahədə görülən
işlər dövlət
qayğısı tələb
etdiyi üçün
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev də diaspor sahəsinə xüsusi diqqət və qayğı ilə yanaşır. Prezident İlham Əliyevin iş rejiminin gərginliyinə baxmayaraq
Azərbaycan diasporu ilə bilavasitə bağlılığı olan
xarici ölkə nüimayəndələrini mütəmadi
qəbul etməsi artıq ənənəyə
çevrilib.
Cənab
İlham Əliyev hələ Prezident seçilməzdən əvvəl
də diaspor işinə xüsusi diqqət yetirir, diaspor təşkilatlarımız,
ümumən xaricdə
yaşayan soydaşlarımız
həmişə onun qayğısını hiss edirlər. 2003-cü ilin prezident
seçkilərində xalqın
böyük etimadını
qazanaraq dövlət başçısı seçilən
cənab İlham Əliyev diaspor məsələlərinə diqqətini
artırır, xaricdə
yaşayan həmvətənlərimizin
təşkilatlanması, onların
vahid ideya ətrafında birləşdirilməsi
siyasətini müvəffəqiyyətlə
davam etdirir. Prezident İlham Əliyev 2003-cü ilin dekabrında Dünya azərbaycanlılarının həmrəylik
günü münasibətilə
müracəiətində həmvətənlərimizi
ümumi maraqlarımız
ətrafında sıx
birləşməsinin tarixi
zərurət olduğunu
vurğulayır və
ümummilli lider Heydər Əliyevin bu sahədə əldə etdiyi nailiyyətlərə əsaslanaraq,
daha da irəliyə
getmək üçün
mühüm addımlar
atılacağını bəyan
edirdi. Müraciətdə Prezident İlham
Əliyev həmvətənlərimizlə
əlaqələrin möhkəmləndirilməsini
dövlətin prioritet
vəzifələrindən biri olduğunu vuruğulayır və hökumətin bu sahədə bütün zəruri tədbirləri görməyə hazır
olduğunu bildirirdi.
Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev əksər xarici səfərlərində Azərbaycan
diasporunun nümayəndələri
ilə görüşür,
onları narahat edən problemələrlə
maraqlanır, dəyərli
tövsiyələrini verir. 2004-cü ilin yanvarında
Fransaya rəsmi səfəri zamanı Azərbaycan Prezidentinin keçirdiyi görüşlərdə
burada məskunlaşmış
soydaşlarımız da
iştirak etmiş, dövlət başçımızın
daxili və xarici siyasətini birmənalı olaraq dəstəklədiklərini bildirmişlər.
2004-cü ilin fevralında Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri zamanı bu ölkədə yaşyayan həmvətənlərimizlə
görüşü keçirilir.
Görüşdə Prezident İlham
Əliyev həmyerlilərimiz
qarşısında çıxış
edərək, azərbaycanlıların
Rusiyanın ictimai-siyasi
həyatında, iqtisadiyyatın
inkişafında fəal
iştirakından məmnun
olduğunu söyləmiş,
onlara uğurlar diləyir. Azərbaycan Prezidenti 2004-cü ilin martında Qazaxıstana rəsmi səfəri zamanı da dövlət rəhbərləri ilə
keçirdiyi bütün
görüşlərdə bu ölkədə yaşayan azərbaycanlılırın
vəziyyəti ilə,
onların problemlərinin
və qayğılarının
həll olunması üçün görülən
işlərlə yaxından
maraqlanır. Azərbaycan
Prezidenti 2004-cü ilin
martında Özbəkistana
səfəri zamanı
dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını
daşıyan Daşkənd
Pedaqoji Universitetinin qarşısında böyük
mütəfəkkirin abidəsinin
açılış mərasimində
iştirak edir, tədbir zamanı diasporumuzun nümayəndələri
ilə görüşür.
Prezident İlham Əliyev Daşkənddə Azərbaycan
Mədəniyyət Mərkəzinin
təntənəli açılış
mərasimində də
iştirak edərək,
burada geniş və dərin məzmunlu nitq söyləyir, soydaşlarımızın
Azərbaycanla iqtisadi-mədəni
əlaqələrinin möhkəmləndirilməsi
üçün bundan
sonra da lazımı addımlar atılacağını vurğulayır.
Prezident İlham
Əliyevin Fransa, Rusiya, Slovakiya, Qazaxıstan, Özbəkistan,
Türkiyə, Polşa,
Belçika, Ukrayna, Gürcüstan, Moldova, Almaniya,
ABŞ, Rumıniya, İngiltərə
və digər səfərləri zamanı
bu məsələ prioritet mövzulardan biri olur. 2004-cü
ilin oktyabrında Prezident İlham Əliyevin Ümumrusiya Azərbaycan Konqresinin II qurultayında Rusiya Federasiyasının Prezidenti
Vladimir Putinlə birgə
iştirakı diaspor quruculuğunun Azərbaycanın
dövlət siyasətinin
ən mühüm istiqamətələrindən biri
olduğuna daha bir əyani sübutdur. Qurultayda Rusiyada yaşayan
həmvətələrimizin təşkilatlanması, onların
tarixi Vətənlə
əlaqələrinin daha
da inkişaf etdirilməsi, soydaşlarımızın
Rusiya Federasiyasının
ictimai-siyasi həyatında
daha fəal iştirakı məsələləri
müzakirə edilib və müvafiq qərarlar qəbul olunub. Rusiya Prezidenti Vladimir Putin tədbirdə çıxış
edərək Azərbaycanla
münasibətlərə xüsusi
önəm verdiyini və Rusiyadakı azərbaycanlıların problemlərinin
həlli üçün
hökumət tərəfindən
zəruri tədbirlər
görüləcəyini bəyan
edir. Azərbaycan Prezidenti İlham
Əliyev də iki ölkə arasındakı münasibətlərin
indiki səviyyəsini
müsbət qiymətləndirməklə
yanaşı, yeni nailiyyətlər əldə
etmək üçün
imkanların tükənmədiyini
vurğulayır. Dövlət başçısı Rusiyada
yaşayan azərbaycanlıların
bu ölkənin bərabərhüquqlu vətəndaşları
olmasından məmnunluğunu
bildirir, Azərbaycanda
da ruslara qarşı çox mərhəm münasibətin
olduğunu xatırladır.
Prezident İlham Əliyev bir daha qeyd
edir ki, Rusiyada, eləcə də bütün digər ölkələrdə
məskunlaşmış azərbaycanlıların
təşkilatlanması, onlar
arasında milli-mənəvi
birilyin təmin olunması bu gün mühüm məsələlərdəndir. İlham Əliyev Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyətindən də
razı qaldığını
və konqresin ötən dövrdə səmərəli fəaliyyət
göstərdyini vurğulayır.
Ümumiyyətlə, Ümumrusiya
Azərbaycan Konqresinin
II qurultayı dünya
azərbaycanlılarının diaspor quruculuğu tarixində əhəmiyyətli
bir hadisə kimi yadda qaldı..
Azərbaycan
Prezidenti İlham Əliyev ötən dövrdə Diasporla İş üzrə Dövlət Komitəsinin
təşəbbüsü ilə respublikamızda səfərdə olmuş
müxtəlif xalqların
diaspor təşkilatlarının
və ayrı-ayrı
dövlətlərin rəsmi
nümayəndə heyətlərini
qəbul edərkən
də diaspor məsələsini diqqətdən
kənarda qoymayıb. 2004-cü ilin iyun
ayında Amerika Türk Assosiasiyaları Assambleyasının prezidenti
Ərcümənt Qılıncın
başçılıq etdiyi
nümayəndə heyətinin
Prezident İlham Əliyev tərəfindən
qəbul edilməsi və görüş zamanı aparılan səmərəli müzakirələr
bunun təsdiqidir.
Bu görüşdə diaspor işinin başlıca vəzifələri,
Amerikada Azərbaycanın
haqq səsinnin bəyan edilməsində
ATAA-nın gördüyü
və bundan sonra görə biləcəyi işlər
barədə səmərəli
fikir mübadiləsi aparılır. Görüş
zamanı Prezident
2004-cü ilin yanvar ayında Azərbaycan nümayəndə heyyətinin
də iştirak etdiyi ATAA-ın Vaşinqtonda keçirilmiş
qurultayında qaldırılan
məsələlərin vacibliyinə
toxunaraq xatırladır:
"Biz çox istəyirik
ki, Azərbaycanla sizin təşkilat arasında əməkdaşlıq
inkişaf etsin, genişlənsin. Bilirsiniz ki,
xalqımızın ümummilli
lideri Heydər Əliyevin qərarı ilə ölkəmizdə
Xarici Ölkələrdə
Yaşayan Azərbaycanlılarla
İş üzrə
Dövlət Komitəsi
yaradılıb. Bu komitə çox fəal işləyir və böyük işlər görür".
Şübhəsiz, bu sözlər
dövlət başçısının
komitənin fəaliyyətinə
verdiyi yüksək qiymət, eyni zamanda işin səmərəsini daha da artırmaq, soydaşlarımızla əlaqələri
genişləndirmək istiqamətində
dəyərli tövsiyyələrdir.
Prezidentin
Azərbaycan diasporu ilə bilavasitə bağlılığı olan
və soydaşlarımızın
təşkilatlanması prosesinə
müsbət təsir
göstərmək imkanlarına
malik qurumların nümayəndələrini mütəmadi
qəbul etməsi ənənə halını
alıb. Estoniyanın Əhali Məskunluğu məsələləri
naziri Paul Erik Rummonun
başçılıq etdiyi nümayəndə
heyətinin ölkəmizə səfəri zamanı Prezident İlham Əliyev
həmin ölkədə yaşayan həmvətənlərimizin
vəziyyəti ilə maraqlanıb, bu sahədə
də əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini bir daha nəzərə
çatdırıb. Prezident daha sonra bildirib
ki, Estoniyadakı Azərbaycan diasporu ölkənin ictimai-siyasi
həyatında fəal iştirak edir, parlamentdə təmsil olunur,
bu da iki
ölkənin xalqlarının yaxınlaşması işinə
xidmət edəcəkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
2004-cü ilin noyabrında Ukrayna
Millətlərin İşi və Miqrasiya məsələləri üzrə
Dövlət Komitəsinin sədri Gennadi
Moskalın başçılıq etdiyi
nümayəndə heyətini qəbul edir.
Görüş zamanı Ukraynadakı Azərbaycan
diasporunun vəziyyəti barədə də
geniş fikir
mübadiləsi aparılır. Dövlət
başçısı müxtəlif ölkələrdə
keçirilən diaspor quruculuğu
tədbirlərini də diqqətdən kənarda qoymur. Yeni icma
və birliklərin yaranması, eləcə də diaspor qurumlarının vahid
mərkəzdə birləşdirilməsinə istiqamətlənmiş
tədbirlər dövlət başçımız tərəfindən
həmişə təqdir olunur. Azərbaycan
Prezidentinin 2004-cü ilin
yanvarında "Amerika Türk
Assosiasiyaları Assambleyası"nın XXIV qurultayına
müraciəti dövlət başçımızın diaspor quruculuğu işinə
nə qədər yüksək əhəmiyyət verdiyini bir daha
sübut edir. Cənab İlham Əliyev
Türkiyə-Azərbaycan münasibətlərinin indiki səviyyəsini xalqlarımız
arasında tarixi dostluq
və qardaşlıq ənənələrinin təntənəsi
kimi xarakterizə edərək, bütün sahələrdə əməkdaşlığın
inkişafı üçün
imkanların tükənmədiyini xüsusi olaraq vurğulayır. 2004-cü ilin aprelində Berlində keçirilən Avropa Azərbaycanlıları Konqresinin
təsis konfransına da müraciət
göndərərək bu mühüm
tədbiri Azərbaycan diaspor quruculuğu tarixinin əlamətdar
hadisələrindən biri kimi qiymətləndirir, həmvətələrimizin
təşkilatlanmasının ümumi
Vətənin maraqlarından irəli gələn bir məsələ olduğunu
vurğulayır. Azərbaycan Prezidenti
icma və birliklərimizin təşkilatlanmasının
daha yüksək səviyyədə təmin
olunmasına ehtiyac duyulduğunu
öz müraciətində xüsusi olaraq qeyd edir və AAK-ın
yaranmasını bu ehtiyacdan
doğan zərurət kimi
səciyyələndirir. 2004-cü ilin
mayında Türkyə Azərbaycan Dərnəkləri
Federasiyasının İsgəndərun şəhərində
keçirilən təsis konfransının
iştirakçılarına ünvanlanmış müraciətində
Azərbaycan diaspor quruculuğunun
müasir durumunu, həmvətənlərimizin
vahid bir ideya ətrafında birləşdirilməsi işinin perspektivləri və bu
sahədə qarşıda duran vəzifələr
haqqında çox dəyərli fikirlər
öz əksini tapır.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 13 fevral.- S.15.