Diaspor təşkilatları Xocalı
soyqırımının ildönümü
qeyd edəcəklər
Bununla bağlı xarici ölkələrdə müxtəlif tədbirlər təşkil olunacaq
Ermənilər tərəfindən Azərbaycan xalqının başına gətirilən müsibətlər, deportasiya və soyqırım siyasətinin siyasətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımız da aktivlik nümayiş etdirirlər. İstər 20 Yanvar faciəsinin ildönümü, istər 31 mart-Azərbaycanlıların Soyqırım Günü, istərsə də Xocalı soyqırımının baş verdiyi tarixlərdə xaricdəki Azərbaycan diaspor təşkilatları müxtəlif tədbirlər, layihə və konfranslar təşkil edirlər. Qarşıdan gələn Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində də xarici ölkələrdəki Azərbaycan diaspor təşkilatları faciənin ildönümünü qeyd etməyi düşünürlər. Hətta ayrı-ayrı diaspor təşkilatları bununla bağlı tədbirlər planı da tərtib ediblər.
Mərkəzi qərargahı
Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresi (BAK) XX əsr tarixində qanlı iz qoymuş Xocalı faciəsinin
22-ci ildönümü ilə əlaqədar
“Xocalı həftəsi” adı altında silsilə tədbirlər
keçirməyi planlaşdırır. Konqresdən
verilən açıqlamada bildirilir ki, Xocalı həftəsi çərçivəsində
Benilüks ölkələrinin müxtəlif
şəhərlərində etiraz
aksiyaları və nümayişlər keçiriləcək,
yerli sakinlərə erməni silahlı
qüvvələrinin 1992-ci il fevralın
25-dən 26-na keçən gecə Azərbaycanın kiçik bir şəhərində
dinc və günahsız əhaliyə -
qadınlara, uşaqlara, yaşlı insanlara qarşı törətdikləri vəhşiliklər
barədə məlumat veriləcəkdir. Benilüks
Azərbaycanlıları Konqresi
fevralın 26-da Brüsseldə Avropa Parlamentinin önündə etiraz
aksiyası təşkil edəcəkdir. İzdihamlı nümayiş Ermənistanın Brüsseldəki
səfirliyi qarşısında başa
çatacaqdır.
Aksiya zamanı BAK-ın faciə ilə
bağlı bəyanatı Avropa Parlamentinin rəhbərliyinə və Ermənistan
səfirliyinə təqdim olunacaqdır. Bundan
əlavə, Benilüks Azərbaycanlıları
Konqresi Niderland
Krallığının inzibatı mərkəzi Haaqada da siyasi
tədbirlər keçirməyi nəzərdə tutmuşdur. Konqres Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi
və Xocalı soyqırımı ilə əlaqədar
ölkə parlamentinin binasında beynəlxalq
konfrans keçirmək istiqamətində
ciddi fəaliyyət göstərir. Tədbirlər
zamanı Xocalı soyqırımından bəhs edən foto, kitab, bröşur
və digər əyani vasitələrdən ibarət sərgi
nümayiş etdiriləcəkdir. Tədbirlərdə Azərbaycan Milli
Məclisinin üzvləri, Diasporla İş üzrə Dövlət Komitəsinin
əməkdaşları, Əsir və itkin
düşmüş, girov
götürülmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyasının rəsmiləri,
qeyri-hökumət təşkilatlarının, Azərbaycan,
Türkiyə və yəhudi diaspor
qurumlarının, kütləvi informasiya
vasitələrinin nümayəndələri iştirak
edəcəklər.
“Xocalı həftəsi”
çərçivəsində rejissor Vahid Mustafayevin “Xoca” filminin Brüsseldə
nümayişi nəzərdə tutulmuşdur. Hollandiya-Türk
Azərbaycan Dərnəyi də 26 fevral-Xocalı
soyqırımının ildönümünü
qeyd edəcək. Dərnəkdən verilən
məlumata görə, anım tədbirində Azərbaycan və
Türk diaspor
nümayəındələri ilə yanaşı Niderland Krallığında təhsil alan azərbaycanlı tələbələr də
iştirak edəcək. Anım tədbirinin
iştirakçılarına faciəni əks etdirən fotolar, film nümayiş
olunacaq.
Kanadada fəaliyyət göstərən diaspor təşkilatları isə artıq
Xocalı soyqırımı ilə bağlı tədbirlərər
start veriblər. Belə ki,
Xocalı soyqırımının 22-ci ildönümü
ilə əlaqədar fevralın 3-də Kanadanın Toronto şəhərində tədbir keçirilmişdir. Kanada
Azərbaycan Əməkdaşlıq Assosiasiyası (KAEA) və
Azərbaycan Respublikasının Kanadakı Səfirliyinin birgə
təşkilatçılığı ilə anım mərasimi
baş tutmuşdur. Tədbirdə
Toronto və Vaterloo
Universitetlərində təhsil alan azərbaycanlı
tələbələr, eləcə də Torontoda
yaşayan Azərbaycan icmasının
üzvləri də iştirak etmişdir. Tədbir zamanı ilk
olaraq Torontonun mərkəzi
parklarından biri olan
Harbour Square Park-da Xocalı soyqırımı
qurbanlarının xatirəsinə əkilmiş ağacın
ətrafında toplaşmışlar. Həmin ağacın
qarşısında bərkidilmiş memorial
lövhədə “Xocalı faciəsinin xatirəsinə”
sözləri həkk edilmişdir.
Toplantı zamanı çıxış edən Azərbaycanın
Kanadadakı səfiri Fərid Şəfiyev ağacın Kanadada Xocalı soyqırımı
qurbanlarının xatirəsini yad edən
ilk abidə olduğunu
bildirmişdir. O, həmçinin
Xocalı həqiqətlərinin Kanadada
yayılması baxımından mühüm
hadisə kimi dəyərləndirmiş,
eləcə də bu abidənin ərsəyə
gəlməsində göstərdiyi əməyə görə
Kanada-Azərbaycan Tərəfdaşlıq
Assosiasiyasının sədri İlham Axundova dərin təşəkkürünü
bildirmişdir. Kanada-Azərbaycan
Tərəfdaşlıq Assosiasiyasının sədri İlham Axundov da Xocalı soyqırımını yad edən abidənin Torontonun
mərkəzi parklarından birində yaradılmasını böyük uğur kimi qiymətləndirərək bunu Səfirlik və icmanın apardığı
ardıcıl siyasətin nəticəsi olduğunu
qeyd etmişdir. Daha sonra tədbir Westin mehmanxanasında Xocalı
soyqırımı qurbanlarının anım mərasimi ilə
davam etmişdir.
İsraildə
də Xocalı soyqırımının 22-ci ildönümünün
qeyd oplunması ilə bağlı tədbirlərə
start verilib. İsrailin mərkəzində yerləşən
Lod şəhərinin sakinləri ilk dəfə Azərbaycanın müasir tarixinin ən kədərli
və qanlı səhifələrindən biri
- qanlı Xocal qətliamı ilə tanış
olublar.Fotosərgi Heydər Əliyev Fondunun
və Lod şəhəri bələdiyyəsinin
dəstəyi ilə Azərbaycan-İsrail Beynəlxalq
Assosiasiyası tərəfindən təşkil
olunub.Xocalı faciəsinə həsr olunmuş
tədbirdə əslən Azərbaycandan olanlarla
yanaşı, həm də orta
yaşlı insanlar və gənclər,
yeniyetmələr də iştirak
ediblər. Tədbiri Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının
idarə heyətinin üzvü, vəkil İlana Laytman
açıb. Qeyd edək ki,
İ.Laytman bu tədbirin
təşəbbüskarıdır və eyni
zamanda "Yəhudi Evi"
partiyasının fəal üzvülərindəndir. Həmçinin Lod şəhəri
xeyli sayda Azərbaycan
əsilli insanların yaşadığı məkandır.Fotosərginin
açılışında çıxış edən Azərbaycan
Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salman qeyd edib
ki, misli görünməmiş
vəhşiliklə törədilmiş Xocalı
soyqırımı XX əsrin ən qorxunc
faciələrindən biridir. “Azərbaycanın
ən qədim yaşayış məntəqələrindən
biri – Xocalı şəhəri bir gecədə yerlə-yeksan edilərək
yandırılıb. Bu faciə bütün bəşəriyyətə
qarşı törədilmiş cinayətdir. Erməni
silahlı birləşmələrinin əməlləri nəticəsində
613 nəfər qətlə yetirilib, 487 adam əlil olub, 1275 dinc sakin–qocalar,
uşaqlar, qadınlar əsir
götürülərək görünməmiş işgəncələrə,
təhqirlərə məruz qalıb”.Xocalıya həsr olunmuş fotosərginin
açılışına gələn İsrail
parlamentinin deputatı Şuli
Mualem tədbir
iştirakçıları qarşısında
çıxış edərək, sərgidə
gördüklərindən öz hiddətini
gizlədə bilməyib. "İnanıram ki,
Xocalıya ədalət zəfər çalacaq
və azərbaycanlı qaçqınların
hüquqları bərpa olunacaq, həm də
Xocalıda həlak olanların xatirəsi xalqın
yaddaşında həmişəlik qalacaq"
– deyə İsrailli millət vəkili qeyd edib.
Fotosərgidə
çıxış edən Lod şəhərinin
meri Yair Revivo qeyd edib
ki, Xocalı soyqırımına həsr olunmuş bu sənədli
şəkillər, dözülməz, dəhşətli səhnələr
Azərbaycan xalqının ürəyində sağalmaz
bir yara açıb. "Mən Azərbaycana
qarşı Ermənistanın işğalçı siyasətini
kəskin şəkildə pisləyirəm və qardaş Azərbaycan xalqına dəstəyimi
bildirmək istəyirəm" –Yair Revivo belə deyib. İsrail parlamentinin
deputatı Şuli Mualem,
Lod şəhərin meri
Yair Revivo və sərgiyə
gələn digər qonaqlar Xocalı faciəsi
qurbanlarının xatirə kitabına ürək
sözlərini yazıblar.
Almaniyada yaşayan
soydaşlarımız və bu ölkədə
fəaliyyət göstərən diaspor təşkilatları
da Xocalı soyqırımının 22-ci
ildönümünə hazırlaşırlar. Məlumata
görə, bu ölkədə də
artıq Xocalı soyqrımının 22-ci
ildönümünə həsr olunmuş
tədbirlərə start verilib.
Alman xalqının diqqətini ermənilərin
1992-ci il fevralın 26-da Xocalı şəhərində
törətdiyi vəhşiliklərə cəlb etmək məqsədilə
Almaniyanın Maqdeburq şəhərində
avtomobil yürüşü
təşkil olunub. Maqdeburqda
fəaliyyət göstərən Zakhsen-Anhalt
əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət
Cəmiyyətinin təşkil etdiyi yürüş zamanı minik
avtomobillərindən ibarət karvan Azərbaycan
bayrağı, eləcə də “Ermənilər Qarabağdan çıxmalıdır!”
“Xocalıya ədalət!” və s. şüarlar yazılmış plakatlarla 2 saat ərzində
şəhərin küçələrində hərəkət
edərək yerli sakinlərin
marağına səbəb olub. Aksiya müddətində
Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri
Yaşar Niftəliyev ermənilərin tarix boyu xalqımıza
qarşı törətdiyi qəddarlıqlar, haqsızlıq
və vəhşiliklər haqqında yerli
sakinlərə məlumat verib və
onların suallarını cavablandırıb. Qeyd edək ki,
Almaniyanın Berlin, Drezden,
Bielfeld və digər şəhərlərində
də Xocalı faciəsinə həsr olunmuş
avtomobil yürüşü,
mitinq və anım tədbirlərinin
keçirilməsi nəzərdə tutulub.
Rusiya Federasiyası və onun
müxtəlif subyektlərində də Xocalı
soyqırımının ildönümü
qeyd ediləcək. Ukraynada
isə Azərbaycanın bu ölkədəki
səfirliyi və Ukrayna Azərbaycanlı
Gənclər Birliyi fervral
ayını növbəti dəfə “Xocalı ayı” elan edib.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 14 fevral.- S.15.