Diaspor təşkilatları arasında

əməkdaşlıq yeni mərhələdə

 

Qloballaşan dünyanın diktə etdiyi hazırkı reallıqlar türkdilli ölkələrin xalqlarını və hökumətlərini sıx əməkdaşlığa, qarşılıqlı əlaqələri daha da gücləndirməyə, xarici siyasət fəaliyyətini uyğunlaşdırmağa və birgə taktika müəyyənləşdirməyə sövq edir. Bu istiqamətdə  diaspor təşkilatları arasında tərəfdaşlıq münasibətlərinin qurulması və inkişafına yönəlmiş təşəbbüslər təqdirəlayiqdir. Məhz bunun göstəricisidir ki, müntəzəm olaraq türkdilli dövlətlərin diaspor təşkilatları bir araya gəlir və birgə konfranslar, forumlar keçirirlər. Artıq türkdilli ölkələrin diaspor təşkilatları arasında əlaqələr tam yüksələn xətlə inkişaf edir.

Sevindirici hal ondan ibarətdir ki, Azərbaycan bu prosesdə bir mərkəz, körpü rolunu oynayır. Buna misal kimi keçən il   Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Bakı forumunun keçirilməsini göstərmək olar. 44 ölkədən 550 nəfərin iştirak etidiyi foruma

Azərbaycan, Türkiyə, Qazaxıstan Qırğızıstanın diaspor təşkilatlarının təmsilçiləri, dövlət və hökumət rəhbərləri, QHT nümayəndələri, elm və mədəniyyət xadimləri qatılıb. Forumda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Halil Akıncı, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov və digər rəsmi şəxslər bildiriblər ki, Türk dünyasının siyasi coğrafiyası müstəqillik qazanan türkdilli dövlətlərin hesabına genişlənib. Azərbaycanın hər zaman  hər zaman Türk dünyasının birliyi ideyasına böyük önəm verdiyini qeyd edən Nazim İbrahimov ümummilli lider Heydər Əliyevin arzusu olan bu ideyanın artıq gerçəkləşməyə başladığını deyib və əlavə edib ki, Prezident İlham Əliyevin dəstəyi və nəzarəti ilə türk dünyasında ardıcıl addımların atılmasına başlanılıb. Qeyd olunub ki,  bu gün dünyada türk diasporunun milyonlarla nümayəndəsi vardır və türk xalqları arasında birliyin, həmrəyliyin möhkəmləndirilməsi qarşıda duran əsas məsələlərdən biridir. Türk dünyasının qarşısında böyük perspektivlərin açıldığı bir vaxtda keçirilən bu forumun türk xalqlarının birliyinə, dünyaya inteqrasiyasına öz töhfələrini verəcək və diaspor təşkilatlarının əməkdaşlığı türk dünyasının gücünə güc qatacaq bir toplantı olduğu vurğulanıb. Forumun yekununda Bakı Bəyannaməsi və Azərbaycan prezidenti İlham Əliyevə, Qazaxıstan prezidenti Nursultan Nazarbayevə, Qırğızıstan prezidenti Almazbek Atambayevə və Türkiyə prezidenti Abdulla Gülə müraciət qəbul olunub. Bəyannamədə türk xalqlarının birliyinin möhkəmləndirilməsinin regionda sülhün və təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyətə malik olduğu vurğulanır.  Sənəddə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin diaspor təşkilatlarının doqquz istiqamətdə fəaliyyətinin koordinasiya olunması tövsiyə edilir. Bildirilir ki, Forum iştirakçıları türkdilli ölkələrin diasporlarının təşkilatlanma prosesinə dəstək verilməsi, türkdilli diaspor təşkilatlarının, icma və qurumlarının fəaliyyətinin koordinasiya olunması məqsədilə regional mərkəzlərin yaradılmasını, eləcə də dünya ictimaiyyətinin türk dünyasının tarixi, mədəniyyəti, müasir həyatı barədə ətraflı məlumatlandırılması istiqamətində tədbirlərin görülməsini vacib hesab edir. Dövlət başçılarına müraciətdə isə qeyd olunur ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərləri dövlət başçılarını əmin edir ki, türkdilli xalqların vahid birliyinin təmin olunması, maraqlarının qorunması, onların haqq səsinin dünyaya çatdırılması istiqamətində üzərlərinə düşən vəzifələrin böyük məsuliyyət və yüksək peşəkarlıqla yerinə yetirilməsi üçün var güclərini əsirgəməyəcək, bu istiqamətdə səylərini daha sıx birləşdirəcəklər.

Müsbət qiymətləndirilməli olan məqamlardan biri ondan ibarətdir ki, Bakı forumunda qəbul edilən qərarlar, digər müham sənədlər kağız üzərində qalmadı, onların icrası istiqamətində müntəzəm olaraq addımlar atıldı, görüşlər tədbirlər keçirildi. Belə tədbirlərdən biri cari il, fevral ayının 3-də İstanbulda baş tutdu. Belə ki, qeyd edilən tarixdə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası Təmas qrupunun növbəti toplantısı keçirilib.  Toplantıda Türkdilli diasporların birgə fəaliyyət planı müzakirə edilib. Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının sədri Halil Akinçı gündəmdə duran məsələlərlə bağlı məlumat verib.Toplantıda dünyanın müxtəlif regionlarında Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatlarının ortaq mərkəzlərinin qurulması qərara alınıb. Bundan başqa, üzv ölkələrin gəncləri arasında əlaqələrin qurulması məqsədilə Gənclər komissiyasının yaradılması üçün müvafiq layihənin hazırlanması barədə razılığa gəlinib. Müzakirələrdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan tələbələr, jurnalistlər, ədəbiyyat adamları və sənətçilərin Türkiyəyə səfərlərinin təşkili barədə Təmas qrupunda təmsil olunan Türkiyə nümayəndələrinin təklifi qəbul olunub.Təmas qrupuTürkdilli ölkələrin ortaq strateji maraqları və bölgəmizdəki rolumövzusunda beynəlxalq konfransın keçirilməsi barədə təklifi də yekdilliklə qəbul ediblər. Toplantıda həmçinin 2014-cü ildə Bakıda “1918-1920-ci illərdə Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq” mövzusunda tarixçi alimlərin iştirakı ilə elmi-praktiki konfransın keçirilməsi barədə də qərar qəbul olunub. 2015-ci ilin aprel ayında Fransada türkdilli ölkələrin diaspor təşkilatlarının birgə toplantısının keçirilməsi barədə təklif də iştirakçılar tərəfindən müsbət qarşılanıb. Tövsiyə olunub ki, bu tədbirdə “Türkdilli ölkələrin diasporlarının ortaq fəaliyyət strategiyası”ndan irəli gələn vəzifələrin həyata keçirilməsi istiqamətində görülmüş işlər də müzakirə olunsun. Dünyanın nüfuzlu universitetlərində Türk dilləri kafedralarının yaradılması ilə bağlı “Türkdilli diasporların birgə fəaliyyət planı”nda öz əksin tapmış müdəa da toplantıda geniş müzakirə olunub. Qərara gəlinib ki, bununla əlaqədar ortaq komissiya yaradılsın və gələcəkdə belə kafedraların yaradılması üçün müvafiq təkliflər hazırlansın. Aparılmış müzakirələrin nəticəsi olaraq təkliflər nəzərə alınmaqla, “Türkdilli diasporların birgə fəaliyyət planı” qəbul olunub. Daha sonra toplantıda dünyanın müxtəlif regionlarında qurulması nəzərdə tutulmuş Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatlarının ortaq mərkəzlərinin Əsasnaməsi geniş müzakirə olunub. Toplantı öz işini iki günm davam etdirib. Toplantıda dünyanın müxtəlif regionlarında qurulması nəzərdə tutulmuş Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatlarının ortaq mərkəzlərinin Əsasnamə layihəsi  ilə bağlı rəy və təkliflər ətrafında müzakirlər aparılıb. Layihədə yaradılacaq mərkəzlərin əsas fəaliyyət istiqamətləri, türkdilli xalqların diasporları arasında əməkdaşlığın genişləndirilməsi prinsipləri, türkdilli xalqların mənafelərinin qorunması sahəsində fəaliyyət mexanizmləri ilə bağlı müddəalar öz əksini tapıb. Əsasnamə təhsil, mədəniyyət, ortaq dəyərlərin qorunması və təbliği, lobbi quruculuğu, diasporların ictimai-siyasi proseslərdə iştirakı ilə bağlı türkdillli xalqların diasporlarının birgə fəaliyyətinin əsas istiqamətləri kimi müəyyən edilib.Qeyd edək ki, Azərbaycan, türk, qazax və qırğız diaspor təşkilatlarını təmsil edəcək bu mərkəzlərin fəaliyyətinin əlaqləndirilməsinin Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası tərəfindən həyata keçirlməsi nəzərdə tutulub. Əsasnaməyə görə Regional mərkəzlərin fəaliyyət göstərdiyi ölkələrdəki Azərbaycan, türk, qazax və qırğız diaspor təşkilatlarının hər birindən iki nümayəndə  təmsil olunacaq.Daha sonra xarici ölkələrdə yaşayan türkdilli gənclərin diaspor quruculuğu sahəsndə fəaliyyətini koordinasiya etmək məqsədilə qurulacaq Gənclər Komissiyası ilə bağlı müzakirlər aparılıb. Qərara alınıb ki, bu barədə təmas qrupunda təmsil olunan Azərbaycan nümayəndələrinin hazırlayacağı təkliflər paketi Türkiyə təmsilçilərinin də rəyi nəzərə alınmaqla növbəti toplantıda müzakirəyə çıxarılsın.“Həftəsonu” məktəblərinin yaradılması ilə bağlı Azərbaycanın təcrübəsinin digər türkdilli ölkələr tərəfindən də tətbiq edilməsi tövsiyə olunub. İclasda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatlarının regional mərkəzlərinin ilkin mərhələdə ABŞ, Fransa, AlmaniyaUkraynada qurulması barədə razılığa gəlinib. Sonda iclasın yekun protokolu müzakirə olunubTürkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Baş katibi tərəfindən təsdiqlənib.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 15-17 fevral.- S.15.