Erməni tarixçilər institutda
oturub kadrlar hazırlayırdılar
Yaqub
Mahmudov: “Nə yazırdıq Moskvaya, İrəvana rəyə
göndərirdilər”
Müsahibimiz AMEA Tarix İnstitutunun direktoru, professor,
millət vəkili Yaqub Mahmudovdur. Ömrünün 75-ci ilinə
qədəm qoyan tarixçi-alim onu tarixi araşdırmağa
və yazmağa vadar edən səbəblərdən
danışdı.
-Tarix elmi
sahəsində öz sözünüzü deyən
insanlardansınız. Yaqub müəllim ola bilmək
üçün hansı yollardan keçməli oldunuz?
-Çox adam ömrün ahıl
çağına çatanda çətinliklərdən
keçdiyini deyə bilər. Ömrün onlar asan olduğunu
çətin kimlərsə qəbul eləsinlər. Amma bir də
var tarixi həqiqət var. İnsanın fəaliyyət sahəsi
və oradan irəli gələn missiya. Bu baxımdam mən həqiqətən
çox çətin həyat yolu keçmişəm. Onun
bir hissəsi mənim həyatımla bağlıdır. Şəkidə
Baş Göynük kəndində doğulmuşam. Kəndimiz
keçmiş Çar Rusiyası dövründə
ensiklopediyalarda belə, istisnasız türk kəndi kimi qələmə
verilirdi. Oğuzun Kınık tayfasına mənsubam. Bu tayfa
Çar Rusiyası Azərbaycana girən gündən-1804-cü
ildən ayağa durub. İşğal rejiminə qarşı
müqavimət hərəkatında iştirak edib.
Göynük hərəkatı 1930-cu ilə qədər davam
edib. Şimal-qərbi Azərbaycanda 18-20 kənd var. Şəkidə,
Qaxın cənub kəndləri hamısı qədim
Göynük mahalının kəndləridir. Göyçə
gölü ətrafında kəndlər salmışıq.
Bizim elatımızın bir kəndi Culfadadır. İndiki Ermənistan
deyilən yerlə sərhəddə. Çoxlu kəndlərimiz
Anadolu ərazisindədir və Bolu bölgəsində də
Göynük və Biləcik, iki yaşayış məntəqəsi
yanaşı durur. Mənim atam həmin hərəkatın
iştirakçılarından biridir. 1918-20-ci illərdə
Şəkinin kənarında Qanığa yaxın Səbətli
deyilən bir yaşayış məskənimiz var idi. Ora
çox münbit torpaqlardır. 1918-20-ci il hadisələrində
Şəkidə əhalini tamamilə qırıb orada erməniləri
məskunlaşdırmaq istəyirdilər. 1918-20-ci illərdə
Səbətlidəki daşnakların Şəki ərazisindən
qovulub çıxarılmasında, onların
yurd-yuvalarının darmadağın olmasında mənim atam
yaxından iştirak edib. İndi Qanığın digər tərəfində
Qırmızı Səbətli deyilən yer var ora da bizim
torpaqlarımızdır. Gürcüstan ərazisidir.
Və 1930-cu uldə Göynük üsyanı
başlayanda göynüklülər Şəki
üsyançıları ilə birləşərək
Şəkini dörd günlük əldə saxlayıblar. Mənim
atam Şəkidəki bütün ziyalılar doldurulan həbsxananın
qapısını açıb buraxan kişi olub. Güllələnməkdən
nənəm onu qurtarıb.
-Bütün
bunlar ailənin həyatına necə təsir edirdi?
-Bax bütün bu işlərə görə mənim
atam çox uzun müddət təqib olunub.
Qax rayonu, Zaqatalada, Balakəndə gizli qaçaq, siyasi
köçəri həyatı keçirmişik. Ancaq
1956-cı ildə üzə çıxıb bunlar. Hətta
məni pasportumu Balakəndən almağa məcbur etmişdilər.
Sonradan doğulduğum yeri bərpa elədim. Bu mənim həyatımın
genetik çətinliyidir. Həyat dərsimi atamdan
almışam. Bu gün mən üç şəxsiyyətə
borcluyam. Atam Mikayıl Mahmudoğluna, ensiklopediyada ağır
döyüşlərdə olduğum Rəsul Rzaya. Orada həyata
hazır oldum. Bir də Heydər Əliyevə. Onu mən tələbəlik
illərindən tanıyıram. Bütün həyatını
bilirəm. Bizim gəncliyi, Azərbaycanın dövlətçiliyini
necə müdafiə etdiyini görmüşəm. O da məni
çox ağır proseslərdən qurtarıb. Bu
üç tarixi şəxsiyyətə mənim şəxsi
borcum var. Nə qədər yaşayıram bu borcu yerinə
yetirməyə çalışacam.
-Tarix
elmini seçməyinizə bu şəkildə bir genetik
çətinliyinizin olmasının təsiri oldumu?
-Qeyd etdiyim kimi üç şəxsiyyətin mənim
bu ruhda formalaşamağıma təsiri olub. Amma istədiklərimi
həyata keçirmək üçün çox çətinliklərim
olub. Tarix elmini seçməyimə genetik çətinliyin
son dərəcə böyük təsiri olub. Biz nə
üçün Qanıqüstü Qax, Zaqatala meşələrində,
bir gecə bir kənddə, sabah başqa bir kəndə
yaşayırdıq? Bir koma düzəldirdik, sonra gedib
başqa yerdə yaşayırdıq. Bunları
düşünürdüm. Bütün olanları bizə
anam danışırdı. Anam çox həlim bir adam idi.
Bizim kəndimiz türk-qədim oğuz kəndi idi. Bizdə Həsən
yox, Hasan deyərlərdi. Həmişə onu hirsləndirəndə
deyirdi ki, Yaqub, sənə yemək qoysam, atam Hasan itə
dönsün. Və anam bizə hər şeyi gizli
danışardı, çünki dədəmin zəhmindən
çox qorxardı. Amma elə oldu ki, universitetə girmək ərəfəsində
bir hadisə oldu. Mənə dedilər ki, get Şəkidə
doğulmağın haqqında bir kağız gətir. Atam
bunu biləndə məni apardı, sənədi verməyən
polisi təklədi və xəncərini çıxardıb
“səni qulağın boyda doğruyacağam, sən məni
tutdurmaq istəyirsən”-dedi.
Atamın rejimə qarşı mübarizəsini, bizə
olan haqsızlıqları anamın
danışıqlarından, sonradan atamdan, böyük
qardaşımdan eşidəndə tarixə vuruldum. Çox
müxtəlif texnikumlara, ali məktəblərə sənəd
verdim, amma daxil olduğum yerlərin heç birin də
oxumadım. Çünki ürəyimdə universitetə
daxil olmaq var idi. Universitetdə 625 nəfər müsabiqə
iştirakçılarının içərisindən 25
seçiləndən biri oldum. Amma sonrakı hadisələr də
həyatımı dəyişdirdi. Universiteti əla qiymətlərlə
bitirmişəm. Tələbə elmi cəmiyyətinin sədri,
komsomolun katibi, həmkarlarda və s. çalışdım.
Universiteti qurtaranda orada qalmaq üçün gərək iki
il işləyə idin. Bu iki ili işləmədən məni
aspiranturada saxladılar. Müdafiə edəndə
bütün Elmi Şura mənim işimə doktorluq verilməsinə
səs verdi. Qərar qəbul edildiyi günün səhəri
mənə münasibət dəyişdi. “Cavan uşaqdı,
nə doktorluq. Bizə gülərlər, dedilər. Sonra mənə
universitetdə iş də vermədilər. Bu təqib şəraiti
ürəyimdə olan çöküntünün
üstünə gəldi və tamam inamımı itirdim.
Universitetdə iş istəmədən Ensiklopediyaya, Rəsul
Rzanın yanına getdim. Və orada da sözün müsbət
mənasında mərəkəyə düşdüm. Deyək
ki, H-Hitler ensiklopediyaya düşməlidir. Ensiklopediya
sorğu kitabıdır. Hər bir şey düşməlidir.
Bunu da başa salmaq olmurdu. Biz o zaman 28 apreli işğal kimi
yazdıq. Ağayev Həsənbəy salan kimi
tökülüşdülər üstümüzə.
A.Əhmədbəy, Cümhuriyyət, Bakı əməliyyatı,
Azərbaycan xalqının kökü yazılmalıdır,
axı. Xalqın kökünü də
araşdırdığımız kimi yazırıq. Bu bizdən
asılı deyil ki, tarix var. Həqiqəti yazan kimi deyirdilər
ki, bunlar pantürkstdirlər. “Toplu” sözünü yazan kimi
deyirdilər ki, bunlar onu türklərdən
götürüblər. Yəni hücumlar çox idi. Xəritələrimiz
yox idi. R.Rza dedi ki, xalqın xəritəsi olmadan ensiklopediya
çıxa bilməz. Hansı xəritə fabrikinə
getdiksə, ermənilər orada var idi. Bir Ukraynada erməni yox
idi. Gedib orada Azərbaycanın tarix xəritələrini
hazırladıq. R.Rzanın gücü ilə 1969-cu ildə
Azərbaycan xəritələlərini gətirdik. Gətirən
kimi Azərbaycanda bizə panturkist deməyə
başladılar. Bunlar İrandan torpaq istəyirlər, ermənilər
buranın qədim əhalisidir, indi bunlar ermənilərdən
torpaq istəyirlər,-dedilər. Moskvadan Levon Şamuyanı gətirdilər.
Bizi tutmaq, məhv etmək ərəfəsinə gətirdilər.
Rusiyanın əleyhinə
çıxdığımızı dedilər. Içəridən
əleyhimizə yaz ki, yazasan. Nə yazırıq, Moskovaya,
İrəvana rəyə göndərirdilər. Mən
bunların hamsının şahidiyəm. R.Rza da çox
möhkəm, xalqını sevən insan idi. O zaman bir milli hərəkat
mühiti yarandı. Sonra bizim hamımızın xilası gəldi.
1969-cu ildə H.Əliyev Mərkəzi Komitənin katibi oldu.
-Yaqub
müəllim, o dediyiniz qüvvələrin başında kimlər
dururdu. Bunlar özümüzünkülər, yoxsa ermənilər
idi?
-Mən bu gün də ö sözün
üstündəyəm ki, hər bir xalqın müəyyən
dövür içəridən təmizlənməsi prosesi
getməlidir. Azərbaycan tolerant bir ölkədir. Istənilən
xalqa ağuşumuzda yer vermişik. Bu bizim böyük dostluq
tariximizdir, xalqın çox müsbət mentalitetidir. Amma o
bizim içərimizdə yuva salanlardan xaricdən istifadə
edirlər. Onların hamısı da çörəyini yeyib,
suyunu içdiyi vətənə sədaqətlə işləmirlər.
Xaricdən bunları səfərbərliyə
alırdılar, Azərbaycanın içində də belələri
var idi. Kökü qarışıqlar zərbə vurmağa
məqam gözləyirlər. Bizim içimizdə həmişə
vətəni satan qüvvələr çox güclü olub.
Azərbaycanın tarixində həmişə xaricilərə
meyl edirlər. İrana, Rusiyaya, Osmanlıya meyl edən
qüvvələr olub. Amma bizim içərimizdə xalqa
arxalanaraq, bu qüvvələrin heç birinə bel
bağlamadan ölkənin dərdlərini həll etmək
cümhuriyyət dövründə başladı, Heydər
Əliyevlə davam etdi. Öz içərimizdən
yazırdılar İrəvana göndərdirirdilər. Bizim
burada erməni alimlər işləyirdi. Satur Ağayan var idi.
O burada tarixçi kadrlar yetişdirirdi. Hamısı tarixi saxtalaşdırırdılar
və o rəy verib tarixçilər yetişdirirdi. Bizim
tarixçilər onun yetişdirmələri idi. Çoxu da
başa düşmürdü ki, bunlar nə edir? Bu şəraitdə
işləyirdik. Amma H.Əliyev gəldi, bizim tarixçiləri
məhv olmağa qoymadı. R.Rzanı təqib edirdilər.
Moskva və İrəvan ensiklopediyanı çıxmağa
qoymadılar. Amma H.Əliyev R.Rzanın döşünə
ssosialist əməyi qəhrəmanı “qızıl ulduzunu”
taxdı. Mən cavan adam, kimlərinsə məhv olunmam
üçün fərman verdikləri insan, məni
çağırdı və ensiklopediyaya, mübahisəli yerə
elmi işlər üzrə baş redaktorun müavini qoydu.
Halbuki orada işləyə-işləyə məndən nə
qədər yazırdılar. O, olmasaydı, bizm
ensiklopediyanı şumlayacaq, hamımıza divan
tutacaqdılar.
-Bütün
bu çətinliklərin içində ən önəmlisi
nədir Sizin üçün?
- Cavan insan idim. Məhvimə qərar
verirdilər. Rejimə qarşı içimdə olan incikliyin
üstünə, inciklik, inamsızlıq, yarandı. Gedib
Pedaqoji İnstitutda çalışdım. İnstituta gəlmək
fikrim yox idi, dəvət etdilər. Kafedra müdirlüyünə
səs yığdığım halda, məni sandıqdan
çıxmağa qoymadılar. Ora sovet dövrünün
adamını qoydular. Bunları mən yaşaya-yaşaya gəlmişəm.
Amma bunların içində başlıca problem mənim vətənimin
tarixinə atılan böhtanlardan ibarətdir. Onun
saxtalaşdırılması problemi. Necə ola bilərdi? Bu
gün Tarix İnstitutunda işləyirəm və bura
dünyanın hər yerindən minlərlə sənəd gətirmişik.
O sənədlər də ermənilərin bu torpaqlara
köçürülüb gətirildiyini göstərir. Biz
buranın aboregen əhalisiyik. Bu Azərbaycanda bimirlər ki, nəyə
görə H.Əliyev “Kitabi- Dədə Qorqud”un 1300 illiyini
keçirdi? Biz bu torpağın qədim əhalisiyik və
burada qəhrəmanlıq tarixi yaratmışıq.
Ardı
var
Aygün
Olaylar.-
2014.- 15-17 fevral.- S.9.