Hollandiyada yeni bir
diaspor təşkilatı yaradıldı
Elxan Mirhəşimli:
“Məqsədimiz Hollandiyada Azərbaycan diasporunu sözün həqiqi
mənasında birlik və həmrəylik şəklində
fəaliyyətə gətirməkdir”
“Çalışacağıq
ki, Azərbaycan diasporasına maksimum dərəcədə
öz töhfələrimizi verək”
Bu
günlərdə Niderland Krallığında daha bir Azərbaycan
diaspor təşkilatı fəaliyyətə başlayıb.
“Hollandiya Azərbaycan Evi” adlı yeni təşkilat
krallığın şimal hissəsini əhatə edir. Təşkilatın
yaranma zərurəti, qarşısına qoyduğu məqsəd
və vəzifələr, eləcə də yaxın vaxtlarda
həyata keçirəcəyi tədbirlər barədə
“Hollandiya Azərbaycan Evi” Təşkilatının sədri
Elxan Mirhəşimli ilə söhbətləşdik.
“OLAYLAR”-a verdiyi müsahibədə Elxan Mirhəşimli
Niderland Krallığındakı Azərbaycan diasporunun vəziyyəti,
diasporumuzun Holland cəmiyyətinə inteqrasiyası istiqamətində
atılan addımlar, eləcə də Azərbaycan həqiqətləri,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin dünya ictimaiyyətinə
çatdırılmasında diaspor təşkilatları tərəfindən
atılması vacib olan addımlar barədə də
danışıb.
-Elxan bəy,
“Hollandiya Azərbaycan Evi” Təşkilatının
yaradılması hansı zərurətdən meydana
çıxdı?
‑Niderland
Krallığının şimal bölgəsində 100-ə
yaxın həmvətənlərimiz yaşayır. Ancaq onlari
bir yerə yığmaq üçün bir təşkilat
yoxdur. Təşkilatlar əsasən Rotterdam, Den Haaq, şəhərlərində
yerləşdiyi üçün gediş-gəliş bir qədər
çətin olur. Təxminən 600 kilometr məsafəni qət
edə bilmədikləri üçün bir çox insan tədbirlərə
qoşula bilmirlər. Mən də ayrı- ayrılıqda bu
bölgədə olan həmvətənlərimizlə
görüşüb söhbətlər etdim və bu bölgədə
“Holllandiya Azərbaycan Evi” Təşkilatını təsis
etməyə qərar verdim. Həmyerlilərimiz bunu çox
müsbət qarşıladılar.
-“Hollandiya
Azərbaycan Evi” Təşkilatı olaraq qarşınıza
qoyduğunuz başlıca hədəflər, məqsədlər,
fəaliyyət istiqamətləri hansılardır?
-Məqsədimiz Niderland-Azərbaycan arasında dostluq
körpüsü yaratmaqdır. Avropalılara öz mədəniyyətimizi,
tariximizi, kimliyimizi tanıtdırmaq, Azərbaycan haqqında
pozitiv rəy formalaşdırmaqdır. Burada yaşayan azərbaycanlıların,
əsasən gənclərin öz kimliklərini
unutmamalarına çalışmaq istəyirik. Çünki
gənc nəsil yetişir. Biz də Hollandiyada onları təşkilatımıza
cəlb edib gənclərin potensialından yararlanmağı
düşünürük.
-Yəqin
ki, Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ
problemi, Xocalı soyqırımı kimi məsələlərin
dünya icimaiyyətinə çatdırılmasına da diqqət
ayrılacaq?
-Heç şübhəsiz. Ümumiyyətlə,
ölkədən kənarda yaşayan hər bir insan kimliyindən,
siyasi mənsubiyyətindən asılı olmayaraq Azəbaycanın
haqq səsinin dünyaya çatdırılması işində
fəal olmalıdır. Dağlıq Qarabağ, Xocalı
soyqırımı kimi məsələlər bizim
ümummilli problemimiz olduğu üçün hər bir fərd
bu istiqamətdə çalışmalıdır. Azərbaycandan
kənarda yaşayan hər bir həmyerlimiz bunu
özünün vəzifə borcu bilməlidir. Hər kəs
bu istiqamətdə əlindən gələni əsirgəməməlidir.
Təbii ki, biz də “Hollandiya-Azərbaycan Evi” Təşkilatı
olaraq ermənilərin işğalçılıq siyasəti,
20 faizə yaxın ərazilərimizin hazırda erməni
işğalı altında olması, Xocalı
soyqırımının beynəlxalq miqyasda tanıdılması
istiqamətində müvafiq tədbirlər keçirəcəyik.
Fəaliyyətimiz dövründə zaman-zaman yuxarıda qeyd
edilən məsələlərlə bağlı dəyirmi
masalar, konfranslar təşkil edəcəyik. Hesab edirəm ki,
Azərbaycandan kənarda fəaliyyət göstərən hər
bir diaspor təşkilatı bu kimi məsələlərdə
bir qədər də aktivlik nümayiş etdirsə biz daha
çox uğurlara imza atmış olarıq. Azərbaycan
xalqının başına gətirilən müsibətlərin
dünya ictimaiyyətinə çatdırılması, ona
hüquqi-siyasi qiymətin verilməsi üçün
yorulmadan çalışmalıyıq. Çünki bizim
görüləsi işlərimiz hələ çoxdur. Nəyə
görə, ermənilər olmayan bir hadisəni
soyqırım kimi qələmə verib onu az qala
dünyanın hər bir yanında tanıda bilir, ancaq biz
yaxın keçmişdə, hər kəsin gözü
qarşısında Xocalıda ermənilər tərəfindən
törədilən soyqırımı hələ də tam mənada
beynəlxalq ictimaiyyətə çatdıra, onun
tanınmasına nail ola bilmirik. Deməli, bunun
üçün hələ bizim çox işləməyimiz
lazımdır.
-Siz
“Hollandiya Azərbaycan Evi” Təşkilatı olaraq bir növ
diaspor təşkilatı funksiyası yerinə yetirəcəksiniz.
Ümumilikdə təşkilat kimi Azərbaycan diasporuna
hansı töhfələri verməyi nəzərdə
tutursunuz?
-Bəli biz “Hollandiya Azərbaycan Evi” Təşkilatı
olaraq diaspora və lobbiçilik fəaliyyətlərini həyata
keçirəcəyik. Təşkilat olaraq
çalışacağıq ki, Azərbaycan diasporasına
maksimum dərəcədə öz töhfələrimizi verək.
Biz öz fəaliyyətlərimizlə diaspor hərəkatına töhfələrimizi verməyə
çalışacağıq.
-Hollandiyada
yaşayan soydaşımız olaraq hazırda Azərbaycan
diasporunun fəaliyyətini necə qiymətləndirirsiniz.
Diasporumuz sözün həqiqi mənasında birlik və həmrəylik
şəklində fəaliyyət göstərirmi?
-Dünyanın hər bir ölkəsində
olduğu kimi Hollandiyada da Azərbaycan diasporası fəaliyyət
göstərir. Sevindirici hal ondan ibarətdir ki, bu ölkədəki
Azərbaycan diaspor təşkilatları ildən ilə daha da
güclənirlər. Ancaq onu da etiraf edim ki, diasporumuzun fəaliyyəti
məni o qədər də qane etmir. Düzdür təşkilatlar
çətin şərtlərdə
çalışırlar, maliyyə problemi səbəbindən
bir çox layihələrini həyata keçirə bilmirlər.
Ancaq bütün çətinliklərə, maliyyə
sıxıntılarına baxmayaraq fəaliyyətlərini
davam etdirirlər və təmsil etdikləri təşkilatlarını
öz güclərinə ayaqda tuturlar. Mən şəxsən
bunu çox yüksək qiymətləndirirəm.
Bütün təşkilatlara öz gələcək işlərində
uüurlar arzulayıram. Bizim yeni yaradılmış bir təşkilat
olaraq məqsədimiz də bütün təşkilatlarla bərabər
Hollandiyada Azərbaycan diasporunu sözün həqiqi mənasında
birlik və həmrəylik şəklində fəaliyyətə
gətirməkdir.
-Bəs
Hollandiyada Azərbaycan diasporunun fəaliyyətini qənaətbəxş
hesab etmək olarmı?
-Xeyir. Şəxsən mən bir təşkilat rəhbəri
olaraq Hollandiyada diasporanın fəaliyyətini qənaətbəxş
hesab etmirəm. Düşünürəm ki, diaspor təşkilatları
olaraq daha çox işlər görə bilərik.
Çünki bunun üçün potensial var. Həmçinin hədəfimizdə məlumdur. Sadəcə
görülən işlərə dəstək vermək və
daima işləmək lazimdir. Özü də işlər planlı şəkildə
olmalıdır, pərakəndə
halda deyil. Biz öz problemlərimizi, dərdimizi artıq
bilirik. Artıq bağlı qapılar arxasında
özümüzün deyib özümüzün eşitdiyi bəs
edər. Hesab edirəm ki, bundan sonra qapılari açıb
digər holland təşkilatları və qurumlarla
çalışmaq zamanıdır. Məlumat
üçün qeyd edim ki, Hollandiyadakı erməni diaspor təşkilatları,
eləcə də sıravi ermənilər Holland təşkilatları
ilə çalışırlar. Hazırda Hollandiyada elə vətəndaşlarımız
var ki, onların potensialından nədənsə heç kim
faydalanmaq istəmir. Misal üçün soydaşımız
Vüqar Abbasovu deyə bilərəm. Vüqar Abbasov bir təşkilatın
işini təkbaşına görür. Eyni zamanda başqa həmyerlilərimizin
də adlarını çəkmək mümkündür.
-Sizcə
Azərbaycan diasporu ölkəmizin üzləşdiyi problemlər,
Qarabağ münaqişəsi, Xocalı soyqırımı
kimi məsələləri beynəlxalq ictimaiyyətə tam
mənada çatdıra bilirmi?
-Ermənistan-Azərbaycan, Dağlıq
Qarabaq münaqişəsi bizim ağrılı, bir nömrəli
problemimizdir. Ona görə də Azərbaycandan kənarda
yaşayan hər bir azərbaycanlı kimi məqsədimiz hər
zaman erməni millətçilərinin
torpaqlarımızın 20 faizini işğal etməsini, 1
milyona yaxın qaçqın və məcburi
köçkünün öz yurd-yuvalarından didərgin
düşməsi, ermənilərin
Azərbaycan türklərinə qarşı tarixin müxtəlif
dövrlərində həyata keçirdikləri terror və
soyqırım aktlarını hər zaman holland və Avropa
ictimayyətinə çatdırmaqdır.
-Yeri gəlmişkən
Xocalı soyqırımının 22-ci ildönümü ilə
bağlı təşkilat olaraq hansısa tədbir
keçirməyi düşünürsünüzmü?
-Hollandiyada yaşayan azərbaycanlılar
olaraq hər il Xocalı soyqırımının
ildönümü ilə əlaqədar olaraq anım tədbirləri
keçiririk. Bu il də fevral ayının 23-də Den Haag
şəhərində Hollandiya-Azərbaycan Türk
Kültür Dərnəyinin sədri İlhan
Aşkının təşkilatçılığı ilə
Xocalı soyqırımının 22-ci ildönümü qeyd
ediləcək. Anım tədbirində Niderland
Krallığındakı Azərbaycan səfirliyinin nümayəndələri,
Hollandiyada fəaliyyət göstərən bütün
diaspora təşkilati sədrləri, Mayisə Ağamirzəyeva,
Firəngiz Bağırova, Iradə Uluxanlı, “Hollandiya-Azərbaycan
Evi” Təşkilatının sədri olaraq mən, eləcə
də təşkilat üzvləri iştirak edəcəklər.
Bundan başqa Türk Federasiyası və Türk Təşkilatlarındakı
yüzlərlə Azərbaycan türkü, ümumiyyətlə
bütün vətənsevər dostlarımız Xocalı
şəhidlərimizin anma mərasimində bir araya gələcək.
Tədbir zamanı Xocalıda amansızcasına qətlə
yetirilmiş insanların ruhlarına dualar oxunacaq, onlar yad ediləcək.
İnşallah ümid edirik ki, haqq- ədalət tezliklə
yerini tapar və bu soyqrımı həyata keçirənlər
haqq ədalet qarşısında hüquqi qiymətini alarlar.
Qısa müddədə erməni cəlladları öz cəzalarına
çatarlar.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.-
2014.- 18 fevral.- S.15.