“Xüsusi qüvvələr
tarixin təzələnməsinə imkan vermirlər”
Yaqub Mahmudov: “Tarixinə sahib çıxmayan millət məhvə məhkumdur”
“Gördüyümüz işlərə ləkə vurmaq
istəyirlər”
Azərbaycan
xalqının tarixi olduğu kimi yazılmalıdır.
Tarixini bilməyən xalq məhvə məhkumdur. AMEA Tarix
İnstitutunun direktoru, professor, millət vəkili Yaqub
Mahmudovun sözlərinə görə, Azərbaycan tarixi ilə
bağlı həqiqətləri hələ sovet
dövründən yazmağa başlayıb. Sonradan da bu ənənə
davam etdirilib: “Biz ilk dəfə
Şah İsmayılın səfəvi Uzun Həsənin
nəvəsi olduğunu ədəbiyyata saldıq. Tarixi
varislik məsələsi var. Biz tariximizlə bağlı nəsə
yazanda deyirdilər ki, bunlar Londona rəyə göndərilməlidir.
İndi də başa düşmürəm ki, nə
üçün Londona göndərirdilər? Belə çətinlikləri
çox yaşamışam. Tarix İnstitutuna gəldikdən
sonra Azərbaycanın tarixində ilk dəfə Tarixi
Atlası buraxdırdım. Atlas, bu yerlərdə mənim
tarixim var” deməkdir. Atlasa 55-dən artıq xəritə
salındı və tarixi olduğu kimi verdik.
Bu ərazidə erməni dövləti 1918-ci
ilin mayın 29-da yaradılıb. Bu tarixə kimi bizim xəritələrimizdə
erməni dövləti yoxdur. Amma öz xəritələrimiz
çıxana kimi bütün bu yerlər erməni dövləti
kimi verilirdi. Ermənilər də bundan həvəslənib sonradan bir çox torpaq iddiaları
irəli sürməyə başladılar”.
-Yaqub
müəllim, Azərbaycanın milli xəritələri
çıxdıqdan sonra necə qarşılandı?
-O xəritələr çap olunan kimi
bizə xarici ölkələrdən nota dalınca nota gəldi.
Heydər Əliyev, Azərbaycan prezidenti İlham Əliyevin
prinsipial mövqeyi olmasaydı, gerçəkləri xəritələr
də olmazdı. İndi bizim Milli Atlasımız var. Bu
artıq dövlətin varlığını sübut etməkdir.
Dövlətin varlığını sübut edən digər
atributlarla yanaşı, atlas da vacib elementdir.
-Tariximizin
“köhnə” problemlərindən daha hansılar bu gün də
mövcuddur?
-O dövrün problemlərindən qalanlar var. Azərbaycan
xalqının mənşəyi məsələsi problemi ən
böyük problemlərdən biridir. Bütün dünya bilir ki, biz
türk xalqlarından biri, Oğuz qrupuna daxil olan xalqıq. Bu
həqiqəti yazan kimi içəridən o dəqiqə
çıxırlar ki, bunu belə yazmaq olmaz. Dünyada slavyan
xalqları, roman dilli xalqlar var. İran dilli xalqlar var. Nəyə
görə fars xalqlarından biri, yazmaq olur, amma biz türk
xalqlarından biri olduğumuzu yaza bilmirik. Bizə çatan
kimi deyirlər ki, türkdilli xalq. Türkdilli dövlət. Nə
türkdilli dövlət?
İndi Tarix
İnstitutunun qarşısında duran ən böyük vəzifələrdən
biri bu stereotipi beyinlərdən çıxarmaqdır. Bu torpağın aborigen əhalisi
bizik. Bütün xalqların formalaşmasında digər
etnosların da rolu olur. Bizim də
xalqın formalaşmasında
müxtəlif etnoslar iştirak edib. Amma aparıcı rolu
türk etnosu oynayıb. Hərbi, siyasi, çoxluq cəhətdən
türk etnosu üstünlük təşkil edib. Ölkənin
şimalı ilə cənubunu birləşdirmək, əlində
qılınc idarəçilik etmək çəhətindən
öndə olub. Bu Azərbaycanın tarixidir. Bunları tarixdən
çıxarsan Azərbaycan tarixi yoxdur. Bəs hansı dildə
yazıb Füzuli? Füzulini Azərbaycanın poeziyasından
çıxarmaq olar? Dədə
Qorqud hansı dildə bizim qəhrəmanlıq
dastanımızı yazıb? Bunlar bizim, dil, qəhrəmanlıq
tariximizdir. Bunları yazmaq o qədər də asan deyil. Heydər
Əliyev kimi bir sərkərdənin dayağı ilə
bunlara nail ola bildik.
-Hazırda
tarixin olduğu kimi işlənməsində problemlər
yaşanırmı?
-İndi bizim işləməyimiz çətin deyil.
Çünki ölkənin başçısı
bütün çıxışlarında deyir ki, biz
işğal olunmuş torpaqlarımızın hamısında
müstəqilliyi bərpa edəcəyik. Azərbaycan
xalqı öz tarixi torpaqlarına
qayıdacaq, firkrini işlədir. Hansıdır bizim
tarixi torpaqlarımız? Zəngəzur. İrəvan tamamilə
qədim Azərbaycanın mədəniyyət mərkəzidir.
Verildiyi tarix var bu torpağın-1918-ci il mayın 29-u. İndi
bu sözlər dövlət səviyyəsində
deyilir. Amma içərilərdə bəzi qüvvələr
var. Onları açdıqca, ağla-qara üzə
çıxır. Götürək Şaumyan məsələsini.
Ölkə başçısı şəhərin mərkəzindən
Azərbaycan xalqına divan tutmuş
şaumyanların məzarlarının
köçürülməsi göstərişini verdi. Həmin
vaxt 5-6 gün gecə-gündüz orada olmuşam. Oradan 26 cəsəd
və yaşa görə də Şaumyanın cəsədi
çıxmadı. Tatavos
Amiryan da çıxmadı. İndi hamı əl
çəkir, amma içəridəki qüvvələr əl
çəkmir ki, yox orada olublar. Elə bil ki, əlləri ilə
qoyublar. Sübut etdik ki, 26-lar güllələndikdən sonra
10 gün ərzində Mikoyanla Şaymuan bir kamerada
yatıblar. Ondan sonra yenə əl
çəkmirlər. Şaumyanla əlaqədar Hindistanda məlumatlar
var. Axırda sənəd tapdıq ki, Şaumyan Daşnak
Partiyasının Bakı Komitəsinin üzvü olub. O, daşnak partiyasına xidmət
edib. Lenindən sadəcə istifadə edib. Ermənilər
“böyük Ermənistan” yaratmaq istəyirdilər və
bütün ümidlər Şaumyana idi. Lenin Qafqazın və
Şərqi Anadolunun taleyini ona
tapşırmışdı. O da istədiyini edirdi. İndi bu
faktları əks etdirən sənədi ortaya
çıxaranda deyirlər ki, buna bir də baxmaq
lazımdır. Stereotipi yalnız beyindən çıxarmaqla
iş bitmir, onu qatı şəkildə müdafiə edən
qüvvəllər var və bu günə kimi də davam edirlər.
-Hər
zaman çıxışlarınızda
vurğulayırsınız ki, Azərbaycan tarixi yenilənməlidir.
Bu istiqamətdə hansı işlər aparılır və
nə kimi çətinliklər var?
-Azərbaycanın qədim tarixi lazımi
şəkildə araşdırılmayıb. Bizim ikinci
böyük problemimiz bununla bağlıdır. Əvvəl
mixi yazıları bilən kadr yox idi. Qədim tarix şöbəsinə
universitetdən mixi yazıları bilən Mirheydər Mirzəyevi bura gətirmişdim.
O mənim ən sevimli tələbəm, həm də
yaxın dostum idi. Bir-iki ildən
sonra o adam qəflətən rəhmətə getdi. İndi
yeni birini müdafiə etdirmişik, yəni mixi yazı bilən
biri yetişib. Hazırda qədim dilləri bilən kadr da
yoxdur. Bu nə cür Tarix İnstitutu olub ki, qədim dilləri
bilən burada yetişdirilməyib? Buna görə də qədim
tariximiz bərbad vəziyyətdə idi. İndi qədim
tariximizi araşdırırıq. Qədim Azərbaycan
tayfaları var kutilər, lullubilər, turikkilər- bunlar qədim
İran köklü əhali deyil. Amma elmi ədəbiyyatda
bunları fars köklü kimi qələmə verirlər.
İran köklü əhali
müasir İran yaylasına sonradan köçüb gəliblər.
Biz bu məsələləri daha dərindən araşdıracağıq.
Bizim üçün qürurvericidir ki, Azərbaycanın qədim
tayfaları dünya sivilizasiyasının mərkəzlərindən
birində-Babilistanda 100 il hökmüranlıq ediblər. Orada
bunlarla əlaqədar dastanlar yaranıb. Bunu beyinlərdən
çıxarmaq çox çətindir. Türklərin sonradan
gəlmə olduğunu deməyə
çalışırlar. Avrasiya türkün vətənidir.
Böyük bir məkandır. Hətta türk
xalqlarının ulu babaları Berinq boğazından
keçib Şimali Amerikaya da yayılıblar. Bunlara başa
sala bilmirsən ki, irqlər nəzəriyyəsini oxusunlar.
Monqol irqinin yayıldığı yerlərdə Şimali
Amerika da var. Bunlar təsadüfi
deyil. Amma bunları başa salmaq mümkün deyil.
Çünki beyində olan sterotiplərdən başqa digər
tərəfdən də xüsusi qüvvələr tarixin təzələnməsinə
imkan vermirlər.
-Bəs
bu sterotiplərdən necə qurtarmaq olar?
-Bunun üçün ilk
növbədə tarix olduğu kimi
araşdırılmalıdır. Bu bizə Heydər
Əliyevin vəsiyyətidir. İlham Əliyev də həmişə
bizə tövsiyələr verir.
Tarix ilk mənbələrlə
araşdırılmalıdır. Biz Azərbaycanın tarixi
torpaqlarını araşdırmalıyıq. Heç kimdən
torpaq istəmirik. Azərbaycan xalqının kompakt, elliklə
yayıldığı ərazilər var və tarixi Azərbaycan
torpaqlarının ərazisi araşdırılmalıdır.
Biz Borçalının, Dərbəndin tarixini
araşdırmalıyıq. Müasir Gürcüstandan torpaq
istəmirik. Amma onlara tarixi başa salmalıyıq. Biz Tiflis əmirliyinin
tarixini yazırıq. Bu əmirlik müsəlman-türk əmirliyidir.
Bəs o necə oldu? O zaman gərək biz Tiflisi istəyək?
Bu tarix düz araşdırılanda o zaman bəzi qüvvələr
səndə torpaq iddiasında olmaz. İrəvan ellərinin
tarixini araşdırıb, Azərbaycan tarixinə salmasan, Zəngəzurun
tarixini salmasan, erməni də
onu öz tarixinə
salacaq. Elə göstərir ki, guya buranın ən qədimdən
yaşayan əhalisidir.
Çar Rusiyası gələcək
işğallarını həyata keçirə bilmək
üçün 1828-ci ilin martında erməni vilayəti
yaradıb. Biz bu “armyanskaya oblsat”ın xəritəsindən
danışanda biri deyir ki, bu erməni deyil, albandır. İrəvanın
1918-ci ildə yaradıldığını deyəndə, buranın qədimdən
ermənilərin olduğu bildirilir. Ermənilərindirsə,
burada onların dövləti, pulu olmalıdır. Hanı bəs?
-Cənubi
Azərbaycan ərazisində qurulan dövlətlərin,
adı keçən ərazinin də tarixini qəbul etmək istəməyən
qüvvələr çoxdur. Azərbaycan dövlətlərinə
fərqli adlar qoyulur.
-Səfəvi kimdir. Qədim türk etnosudur. Səfəvi
dövlətinin bizim olduğunu yazan kimi deyirlər ki, guya biz
İrandan dövlət istəyirik. Nə üçün istəyirik? Bu dövlət yalnız Cənubi
Qafqazın yox, dünya siyasətinin taleyini idarə edən
böyük bir imperiya olub. Bunu səfəvilər hakimiyyəti
idarə edib. Nə vaxt hakimiyyətə gəlib? 1501-ci ildə.
1736-cı ilə qədər hakimiyyətdə olublar. 237 il
bir imperiyanı idarə edən sülalə Azərbaycan
türkləridirlər. Dünyanın hər yerində
böyük moğol dövlətini türk sülaləsinin
idarə etdiyini, böyük Rusiya imperiyasını
romanovların idarə etdiyini demək olur. Bizə çatanda, tez deyirlər ki, yox, onu
qayçı ilə kəsmək lazımdır. Nə qədər
ki, paytaxt Təbriz idi, Səfəvi
Azərbaycan dövləti idi. İsfahana getdi, oldu
İran dövləti. Çox absurd bir düşüncədir. Biz həqiqəti deyəndə o dəqiqə
daxildəki qüvvələr xariclə birləşirlər.
Gördüyümüz işlərə
ləkə vurmaq istəyirlər. Tarix İnstitutunda böyük işlər gedir.
Ölkənin başçısı bu işlərə rəhbərlik
edir. Birdən bir sərəncamı ilə 13 əməkdaşımıza
dövlət mükafatı verir. Bu da müəyyən
qüvvələrə təsir edir.
İrəvan xanlığının tarixini yazdıq.
Bunu müasir Ermənistan dövlətinin ləğv
olunması üçün yazmadıq. Ona görə
yazdıq ki, Ermənistan dövləti Dağlıq Qarabağa iddia irəli
sürməsinlər. O zaman biz iddia irəli sürə bilərik
ki, sizin Ermənistan Respublikası 1918-ci ildə bizim İrəvan
xanlığının ərazisində yaranıb. Qaytarın
o torpağı. Yəni, onların Dağlıq Qarabağa
iddialarının qarşısını almaq istəyirik. Amma
biz belə deyəndə deyirlər
ki, indi də Ermənistandan torpaq istəyirlər. Bizim
torpağı-İrəvan şəhərini onlara veriblər
və orada dövlət yaradılıb. Bu doğru tarixdir.
Tarixinə sahib çıxmayan xalq məhvə məhkumdur.
Seçilmiş əsərlərimə bu cümlə ilə
başlayıram. Xalq tarixinə sahib çıxanda məğlubedilməz
olar. Biz bir dəfə ermənilərə torpaq verib dövlət
yaratmaları üçün şərait
yaratmışıq. Amma ikincisinə imkan verməyəcəyik.
Bir xalqın ərazisində neçə erməni dövləti
yaratmaq olar? Zamanla daha da irəli gəlirlər. Vaxtilə sizə
10 min kv-m ərazi vermişik. Dövlət qurubsunuz. Bəs
indi ərazisiniz nə qədərdir? Nə qədər
işğal etmisiniz. Bu qəsbkarlıqdır, bunu özləri
bilmirsə, dünyaya bildirməlisən. Bizim
kökümüz bu torpaqdadır. Avrasiyanın hər yerindədir.
O cür baxılmalı olsa, o zaman Amerika qitəsinin əhalisi
Avropaya qayıtmalıdır. Amma bu mümkün deyil, tarixə
çevrilib. Belə olması o
demək deyil ki, Amerika qitəsi ingilislərin və digər
Avropa xalqlarının torpağıdır. Ora qədim
Amerikanın qədim xalqlarının torpağıdır.
Gedib tutubsan, hörmət et. Indi burada da erməniər bizim
torpaqlarda yerləşdirilib, onlar bizim xalqa səcdə etməlidir
ki, gəlib torpaqlarında oturmuşuq.
Eləcə də Dərbəndlə bağlı tarixi həqiqətləri
yazmağa haqqımız yoxdur? Ora qədim Azərbaycan
dövlətinin məskəni olub. Tarix İnstitutu Arazdan cənubdakı
torpaqların tarixini işləməli deyilmi? Əlbəttə
işlənməlidir. Təbriz yüz illərlə bizim
paytaxtımız olub. Ərdəbildə bizim tariximiz var. Biz
orada mədəniyyət yaratmışıq. Ərdəbildə
bizim müqqədəs yerimizdir. Səfəvilər sülaləsi
orada uyuyur. Necə biz oradakı tarixi yazmayaq?
Yazanda biz İrana deyirik ki, müştərək
tarixdir. Mülki işlərində filan farslar da iştirak
edib. Amma ordu səfəvi ordusu, Azərbaycan-türk ordusudur.
Sülalə Azərbaycan sülaləsidir. Onlar təkcə
Azərbaycan yox, İran ərazisini də qoruyublar. Yəni
tarixə düzgün yanaşılmalıdır.
Özünü türk hesab etməyən xalqların da
payı var, amma o dövlət
Azərbaycan türk dövlətidir. Bunlar kompromisə də
gəlmirlər. Bunu İran dövləti kimi bildirirlər.
Tarixi biz necə işləyək? O zaman biz tariximizdən əl
çəkək? Sovet
dövründə Azərbaycanla bağlı elə tərbiyə
qoyulub ki, Azərbaycan deyəndə bütün gənclik elə
başa düşür ki,
Arazdan Şimaldakı ərazidir. Azərbaycan çox
böyük ərazidir. Çox hissəsi müasir İran
İslam Respublikasının ərazisində qaldı. Biz
tariximizdən əl çəkə bilmərik. Bizim orada
mütəfəkkirlər var. Tariximizi necə verməyə
bilərik? Tarix doğru yazılmağı sevir. Biz bu tarixi bu
gün də yazmasaq gələcəkdə yazılacaq.
Prezident öz sərəncamında da göstərib ki,
Tarix İnstututu tarixi araşdırmaların mərkəzidir.
Bu mərkəzlə hesablaşılmalıdır. Bir də
görürsən institutdan xəbərsiz Qafqaz Albaniyası
tarixi dövlət proqramı hazırlayırlar. Necə ola
bilər? Azərbaycan tarixi abidələrinin qorunması kmi
yazılmalıdır. Yalnız bir dövləti götürməklə
olmaz. Yəni bunların hamısı Azərbaycan tarixi abidələridir.
Kimin daxili inamı hansı məsləyi qəbul etmək istəyirsə,
könüllü surətdə gedib qəbul edə bilər.
Amma müxtəlif təriqətlər yaradıb, zorla
İslam etiqadından ayırıb daxildə qarşdurma
yaratmaq istəyirlər. Daxildə sortlama aparanlar, etnoslar problemi yaratmaq istəyirlər.
Buranın qədim xalqı Azərbaycan xalqıdır. Azərbaycan
xalqı vahid orqanizmdir. Formalaşmasında hansı
etnosların rolu olmasından asılı olmayaraq, bura Azərbaycan xalqının
torpağıdır.
Aygün
Olaylar.- 2014.- 19 fevral.- S.9.