Qafqaz regionunda
diasporlararası əməkdaşlıq
Tarixi İpək Yolunun üzərində yerləşən Qafqaz regionu daim böyük kütlələrin
hərəkətinə əlverişli keçid
rolunu oynaylb. Tarixin müxtəlif dövrlərində bu regionda məskunlaşmış
xalqlar sonradan bir-birinə
qaynayıb-qarışmağa başlayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının
Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun elmi
işçisi, fəlsəfə doktoru, “Diaspor və
Lobbiçilik” Araşdırmalar Mərkəzinin sədri Zaur
Əliyev deyir ki, bu regionda yaşayan xalqlar dillərinə
görə 3 qrupa bölünür. Türk xalqları- azərbaycanlılar, qaraçaylılar, balkarlar, kumıklar, noğaylar,
qumuqlar. Hind-Avropa xalqları-ermənilər, tatlar,
dağ yəhudiləri, talışlar,
osetinlər və ruslar, Qafqaz
dilli xalqlar-abxazlar,
adıgeylər, çərkəzlər, kabardinlər,
çeçenlər, inquşlar, ləzgilər,
avarlar, darginlər, laklar,
gürcülər və başqları. Bu
regionda İslam
(şiəlik və sünnilik) və xristian dinləri əsas dinlərdir.
Müsəvilik dininin nümayəndələri
də mövcüddür. Tarixi
olaraq Qafqaz atəşpərəstlik
dininin mərkəzlərindən
sayılır: “Türk (azərbaycanlı,
kumuk, noqay, qaraçay, balkar,
Ahısqa Türkləri, toplam sayları 9
milyon 500 min nəfər),
gürcü (sakartvelos,
minqrel, svan, acara, imeret, xevsur, toplam sayları 3 milyon 700 min), çərkəz
(abaza, abxaz, şapsuq, kabardin, çərkəz,
adıgey, ubıx, toplam sayları 600 min), avar (andi,
axvax, baqulal, botlix, qodoberi, karatin, tindal, çamalal, bejtin,
ginux, qunzib, xvarşi, tsez, didoy, koysu, arçi,
toplam sayları 785 min),
ləzgi (aqul, arçi,
budux, qırız, ləzgi, tabasaran, udin, tsaxur, xınalıq, rutul,
tabasaran, toplam
sayları 437 min), vaynax
(çeçen, inquş,
toplam sayları 1 milyon)
anlamında etnosları kimi qəbul
olunmaqdadır. Bu xalqların xaricdə
Sovetlər Birliyinin dağılmasından
sonra miqrasiya etməsi
nəticəsində onların icma və
birlikləri yaranmışdır. Hazırda Avropa dövlətlərində 1996-cı ildən
bu günə kimi məskunlaşmış
150 min çeçen,
25 min inquş, 100 mindən
yuxarı gürcü, 30 min
çərkəz (kabarda, çərkəz,
çapsuq, abaza, abxaz, adıgey), 125 minə yaxın
dağıstanlı, 180 mindən çox
azərbaycanlı mühacir
yaşayır. Onların çoxu
Qafqazda Rusiya tərəfindən
gündəmə gətirilmiş və idarəolunan etnik münaqişələrin,
savaşların “sayəsində”, eləcə də
ağır siyasi-sosial həyat tərzi
üzündən məcburi şəkildə mühacirətə
getmiş vətəndaşlardır”.
Ekspert bildirir ki, Qafqaz siyasətində bütün xalqları bir
platformaya gətirmək yeni
ideya deyil: “Son illər gürcü
siyasətçiləri bu yöndə fəallıq
göstərməyə başlayıblar. Bir
sıra diqqəti çəkən siyasi
tədbirlər həyata keçirilib. Bu sırada -
2006-cı ildə Fransanın Strasburq
şəhərində Avropa Şurası
Parlamentinin binasında "Qafqaz Xalqları Konfederasiyası" təsis olunub (lideri Vladimir Xmelidze), 2008-ci il 21 sentyabr tarixində
Tbilisidə "Bizim Vətən
Partiyası"nın təşəbbüsü ilə "Qafqaz Xalqları Konfederasiyası" (lideri Tamaz Ququnişvili),
2009-cu il martın 1-də Avstriyanın
paytaxtı Vyanada "Qafqaz
Xalqları Konfederasiyası" yaradılıb (lideri Zaal Kasrelişvili).
Bu prosesin həlli yönündə artıq Qərbdə
Quzey Qafqazla bağlı
bir sıra qurumların yaranması,
onların regiona yönəlik fəaliyyət
dairəsinin infrastrukturlarının qurulması, ən
azından informasiya mühitinin
formalaşması yönündə çox
ciddi addımlar atılmaqdadır. "Azadlıq" radiosunun
gündəlik avar, çeçen
və ləzgi dillərində, "Alman
dalğası" radiosunun Quzey Qafqazla bağlı analitik icmal proqramları,
"Kavkaz - TV" kanalının (Gürcüstan) Quzey Qafqaza yönəlik təbliğat şəbəkəsinə
çevrilməsi, Danimarkada yaradılan
"Azad Qafqaz" İctimai-Siyasi Hərəkatı, Polşada "Qafqaz Birliyi Hərəkatı" vaynax (çeçen-inquş),
çərkəz, gürcü və alan (balkar-qaraçay) diaspor təşkilatlarının fəallaşması,
həmin xalqlara məxsus ictimai
institutların yaranması tədricən regiona
öz təsirini göstərməkdədir.
Belə ki, Türkiyədə 48 Qafqaz diaspor təşkilatları
birləşərək “Qafqaz Diaspor Təşkilatlarının
Federasiyası”nı yaradıblar. Bu güclü qurumun maliyyə
imkanları hesabına indi onlarca
internet qəzetləri, radio
və televiziya kanalları
yaradılıb. Hər il onlarca
kitablar nəşr olunmaqdadır. Eyni zamanda, dünyanın
digər dövlətlərindəki diaspor
təşkilatlarını da öz çevrələrində birləşdirməyə
nail olublar. Kremli qorxudan amillərdən
biri də İsrail və
ABŞ-dakı Adıge diaspor təşkilatlarının
Quzey Qafqaz siyasətlərinin
bu dövlətlərin maraqları ilə
uzlaşmasıdır. Dünyanın 50 dövlətində yaşayan adıgelərin bir
araya gətirilib də “Unrepresented
Nations and Peoples Organization” (BMT-nin nəzdində dövlətləri olmayan xalqların nümayəndəliyində
təmsil olunmaları təmin edilib) təşkilatında
birləşiblər. Bundan yararlanaraq özlərinin milli
hüquqlarına əməl olunmasını bir
şərt kimi irəli sürürlər.
Artıq ərəb dövlətləri də bu yöndə aktivləşiblər. İordaniyada dünya
çərkəzlərinin əsas milli
tribunası kimi dəyərləndirilən
“National Adiga Radio Television”
kanalının aktiv fəaliyyətləri
sayəsində Suriya, İordaniya,
Misir, İsrail, Birləşmiş
Ərəb Əmirlıikləri, Türkiyə, eləcə
də bütün Quzey
Qafqaz regionlarında diqqətlə izlənilməkdədir. “Federation of European Circassians” qurumu Avropada yaşayan bütün çərkəzləri
öz sıralarında
birləşdirə bilibdir. Çərkəz diaspor təşkilatları artıq
Rusiyanı təhdid edirlər “Çərkəzlərin
Böyük və
Azad Birliyi” təşkilatının
nəzdində dünyanın
50-dən çox dövlətində
mövcud olan çərkəz diaspor təşkilatları artıq
son illər öz tarixi torpaqları barəsində açıq
şəkildə siyasi
iradə nümayiş
etdirməkdədirlər”. Zaur
Əliyevin sözlərinə
görə, 2002-ci ildən
etibarən Qafqaz kökənli topluluqlar ilk
sırada özlərinin
malik olduqları mədəni və ictimai mərkəzlərini
yaratmağa, bununla da beynəlxalq aləmin hüquq normaları çərçivəsində
mənsub olduqları tarixi regionun problemlərinin üstün
səviyyədə həlli
istiqamətində hərəkətə
keçiblər: “Faktik
olaraq, bu ictimai qurumları təmsil edənlər arasında azərbaycanlılar,
gürcülər, çeçenlər
və inquşlar daha aktiv görünürlər.
Azərbaycanın ərazilərinin
işğalı və
Xocalı soyqırımı
kimi həqiqətlərin
tanıdılması üçün
təşkilatlanmış şəkildə müntəzəm
olaraq mitinqlərin, piketlərin, digər ictimai-siyasi aksiyaların keçirilməsi, elmi konfransların təşkili,
kitabların, dərgilərin
nəşri, beynəlxalq
səviyyədə işlək
dillərdə internet səhifələrinin
yaradılması, beynəlxlaq
təşkilatlarla birlikdə
bu problemlərin gündəmə gətirilməsi
yönündə aparılan
fəaliyyətlər faktiki
olaraq yeni bir mərhələdir.
2008-ci ilin avqustunda Rusiyaya məxsus hərbi qüvvələrin
Güney Osetiyaya və sonra da
Gürcüstanın paytaxtı
Tiflisin 30 km-nə qədər gəlməsi,
beynəlxalq səviyyədə
bu müdaxiləyə
qarşı dirənişlər
də güclənmiş
oldu. Avropa Birliyi beynəlxalq
qurumların dəstəyi
ilə ilk dəfə
Rusiyaya məxsus hərbi qüvvələrin
işğal etdiyi regiondan çox asanlıqla, qısa bir zamanda dışlanmasını
təmin edə bildi. Məhz bu aksiyadan sonra Azərbaycan, Çeçen-İçkeriya, İnquşetiya, Dağıstan,
Kabarda-Balkar, Qaraçay-Çərkəz,
Adıgey respublikalarında
Rusiya tərəfindən
idarəolunan xalqlararası
münaqişələrə münasibətlər də
tamam dəyişdi”.
Onun sözlərinə
görə, son 15 ildə
Avropada Qafqaz kökənli əski diaspor təşkilatları
və yeni mühacirlərin birləşmə
prosesi xeyli dərəcədə sürətlənib:
“Bu sırada özəlliklə
gürcü, çeçen,
inquş və azərbaycanlı mühacir
təşkilatlarının arasında dərin uzlaşma müşahidə
olunur. Bu xalqları təmsil edən ictimai qurumlar ötən il
Danimarkanın Herlev şəhərində “Azad Qafqaz”
İctimai-Siyasi Hərəkatı
adlı qurum təsis ediblər. Yeni qurum 2010-cu ilin fevralın 19-20-də paytaxt
Kopenhagendə Avropa Qafqaz Diaspor Təşkilatlarının Birləşmiş
Qurultayını keçirmişdir.
Bunun ardınca isə fevralın 23-də
Kopenhagendə qurultay iştirakçıları “Xocalı
soyqırımı” və
“Çeçen soyqırımı”
xatirəsinə həsr
olunmuş küçə
yürüşləri təşkil
ediblər. Bu yürüşlərə Avropada
fəaliyyət göstərən
insan hüquqlarının
müdafiəsi və
Qafqaz diaspor təşkilatları da qatılacaqlar. “Azad Qafqaz” İctimai-Siyasi Hərəkatının faktiki
olaraq dünyanın bir sıra dövlətlərində
nümayəndəlikləri də yaradılıb. Mərkəzi qərargahı Danimarkanın
Herlev şəhərində
yerləşən “Azad Qafqaz”
İctimai-Siyasi Hərəkatının
əsas hədəfi Rusiyanın Qafqazda neoimperiya siyasətinin gizlinlərini regionda yaşayan xalqlara anlatmaq, tarix boyu Moskvadan yönəldilən antiqafqaz
siyasətinin bütün
çalarlarını gündəmə
gətirməklə yanaşı,
həm də Qafqaz xalqlarının regionda hər hansı bir dövlətin imperiya siyasəti təşəbbüslərinə
qarşı birgə mübarizə və dirənişlər aparmaqdır.
Bu qurumun rəhbərliyinin
fikrincə, Gürcüstan,
Azərbaycan və Çeçenistanın ayrı-ayrılıqda
Rusiyanın müxtəlif
vasitələrlə onlara
qarşı apardığı
soyqırım siyasətinə,
bu xalqların ərazilərinin işğalına
qarşı aparılan
mübarizələrin heç
bir effekti yoxdur. Buna görə
də ümumqafqaz müstəvisində gündəmə
gətirilən uzlaşmış
fəaliyyət proqramları
sayəsində Rusiyanın
ənənəvi imperiya
siyasətinin qarşısını
almaq mümkündür.
Son dövlərldə isə 52 ölkədə
gürcü diasporu ilə Azərbaycan diasporunun əlaqələr
qurulduğunu qətiyyətlə
demək olar. Onların müxtəlif ölkələrdə
təşkilatlanmasına və
fəaliyyətinə digər
xalqların diasporları,
o cümlədən Azərbaycan
icma və cəmiyyətləri zəruri
dəstək göstərirlər.
Ayrı-ayrı ölkələrdə
fəaliyyət göstərən
Azərbaycan və gürcü diaspor təşkilatlarının əməkdaşlığının
inkişafı məqsədilə
müvafiq dövlət
qurumları arasında
memorandum imzalanması təklifi
bu gün Diasporla iş üzrə Dövlət Komitəsi və Gürcüstanın Diaspor
işləri üzrə
Dövlət Nazirliyi arasında memorandum imzalanmasına
dair danışıqlar
gedir.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilmişdir
Olaylar.- 2014.- 19 fevral.- S.15.