Əsl ədəbiyyat ideyalı olmalıdır

 

Əkbər Qoşalı: “Bircə təsəlli var: görün, kitab, ədəbiyyat, olmasaydı nələr baş verərmiş?! Hələ ədəbiyyat var, vəziyyət belədir”

 

Əkbər Qoşalı 1973-cü il aprelin 3-də Tovuz rayonunun Qoşa kəndində anadan olub. İlk kitabı "Ömür qoyub gedənlər" (1998) Tovuz rayonunun Böyük Qışlaq bölgəsinin şəhid övladlarından bəhs edir. Şair, publisist Əkbər Qoşalının müsahibəsini təqdim edirik.

 

– Əkbər müəllim, şeirlərinizdə həm modernist meylləri, həm də türk xalq ədəbiyyatı nümunələrinə yaxınlıq duyulur, bu iki paralel xətti necə qoruyursunuz?

– Açığını deyək, mən öz şeirlərimi təsnifatlaşdırmamışam, o üzdən dediyin paralellik mövcuddur ya yox, bunu dəqiq deyə bilmərəm. Digər tərəfdən, şeir yazandaparalellik”, yaxud başqa bir “xətt qorumamexanizmi haqqında düşünmürsən – şeirdi, yazırsan və onun “necəliyi”, “nəliyi” ilə bağlı oxucunun qənaəti hasil olur. Bununla belə, illa da dediyin fikrin əksini sübut etmək havası içində də deyiləm – əgər dediyin kimisə, bu bəd hal sayılmaz, əlbəttə. Əslində, türk şeirinin ruhunu tuta bilən, türklüyü ruhunda hiss edən, özəlliklə, türk ruhlu yazar üçün, sənin sözünlə desək, modernist olmaq, təbii bir sürəcdir. Dünyanın o üzü ilə bu üzünü görüşdürən, tarixə ipək yolu sərən – professor Rahid Uluselin sözü ilə desək, “mədəniyyətlərin ipək yolunu çəkən, bundan daha öncələr isə dağ əridib, bəşəriyyətə dəmiri qazandıran, yüzillər sonrasında ozanlar ozanı Aşıq Alının dili ilə, “ipək tora həlqə salma dəmirdən...” deyən, günümüzdə tarixi ipək yolunu dəmir yollarına keçirən... bir ulusun yazarı özünü bilirsə, yenilikçi olacaq, yeniliklər yaradacaq, yeni söz deyəcək, təbii... Desən ki, mövzumuz nə ipəkdir, nə də dəmir – bir baxıma doğru demiş olarsan, ancaq ünlü ifadə ilə desək, “dünyaya harmoniya yaratmağa gələn” türkün ipək kimi yumşaq, dəmir kimi, polad kimi möhkəm yaxlaşımı da, özündə dünyanın, insanlığın yaşantılarını, hiss-həyəcanını, keçmişini, bu gün və gələcəyini yansıdır, yansıtmalıdır. Bu anlamda, bütün “göydən enən kitablara tapındığı – bütün dinləri qəbul edən ulusun çağdaş yazarı da, bütün şeir, yaradıclıq formalarını təbii bir sürəclə əxz edə bilər...

Türkçü və millətçi nümunələr yaratmağınızda çalışdığınız Atatürk Mərkəzinin yaxşı və pis mənada hansı rolu var?

Mən Ədəbiyyat dünyasından Atatürk Mərkəzinə gəlmişəm, Atatürk Mərkəzindən Ədəbiyyata yox! – Ona görə də, dediyin anlamda təsir “söz konusuola bilməz. Ümumən Atatürk adı ilə yanaşı pis nə ola bilər ki?! – Nə olsa, yaxşı olar, yaxşılığa olar! Mərkəzə yalnız Azərbaycanın deyil, bütün Türk Dünyasının tanınmış alimlərindən Nizami müəllimin başçılıq etməsi də, özünəməxsus bir gözəllik qatır işin içinə. Ona görə də, bu Mərkəz qurulandan burada çalışan hər kəsdə Nizami müəllimin üslubundan, yaradıcılıq ritm və ahəngindən, öyrəndiyimiz, yazdığımız mövzuların, Atatürk irsinin enejisindən, xarakterindən bir şeylər, öz təbii axarı ilə yazı-pozuya çökə bilər, əlbəttə. Əgər hansımızdasa, bu varsa, alqışa layiqdir, deyə düşünürəm.

Ortaq türkcə barədə fikirlər səsləndirən yazarlardan birisizsiniz. Deyək ki, ortaq türkcə yaransa bütün Azərbaycan, Türkiyə və s. ədəbi nümunələri bir neçə il sonra o diləmi çevriləcək, bu hal sizə absurd görünmürmü?

Ortaq türkcə türk birliyinin vacib məsələlərindən biridir, lakin tələsikliyi sevməyən bir vaciblik içərməkdədir bu məsələ... Ortaq türkcə, nə vaxtsa, gerçəklik olacaq, inşallah. – “ortaq keçmişdən ortaq gələcəyə” gedən yolda bir qala bürcü də “ortaq dilolacaq. Bilirsən, bilgisayar texnologiyaları, ümumən İKT o qədər hızla inkişaf edir ki, bəlkə də, ortaq türkcə bir fakta çevriləndə, mətn çevirməsi, kitab nəşri kimi mövzular heç problem mahiyyətli olmayacaqlar. Yəqin ö dövrünöz sualları, öz çağırışları olacaq, yaşayarıq, görərik. Təki ortaq əlifba, ortaq türkcə, ümumən türk birliyi yaransın, “gerisi təfərrütadır”.

– “Türk Dünyasında Ədəbiyyat...” kitabında haqqında danışdığınız yazarların adını seçilmiş şriftlə vermisiz. Bu mətnə maraqlı bir ironik yükverir, bizim yazarlar müsahibə və məruzə yazıları oxuyanda öz adlarını axtarırlar. elə bil, siz onların işini asanlaşdırmısınız...

– Əgər kiminçünsə bir asanlaşma olubsa, zərəri yoxdur, qoy olsun, ancaq o seçilmiş şrift kiminsə öz adını asan tapması üçün deyil, bəlkə araşdırmaçıların diqqəti üçün yararlı ola bilər. Yox, əgər illa da birasanlaşmavar deyə israr edirsən, qoy olsun – ölkəmiz asanlaşır, qoy kitablarımız da asanlaşsın.

– Adətən, 40-50 yaşlı şairlərin bir çoxunun şeirlərini oxuyursan, 20 il öncəki ilə o qədər də çox fərqlənmir. Şeirimizdə dəyişim dönəmi sizcə niyə zəif olar?

Bu, bir subyektiv fikir kimi maraqlı görünə bilər, lakin özün də təqdir edərsən ki, dediyin “dəyişim-dönüşüm zəifliyi” heçbütün yazarlarımıza şamil ediləcək hal sayılmaz. Konkret olaraq kimlərdəsə belə hal müşahidə edilirsə, bu kiminə görə mövzuya, kiminə görə formaya, kiminə görə də, öz sənət kredosuna sadiqlik kimi alqışlana bilər. Mənə elə gəlir, dəyişim olması daha məntiqlidir. – Zira, “...hər şey axar: su, tarix, yıldız, insanfikir”.

– Ədəbiyyatdan təbliğat vasitəsi kimi istifadə etməyə, ədəbiyyatı ideologiyaya çevirməyə necə baxırsınız?

Ədəbiyyatın “vintcikkimi göründüyü anlar tarixə gömüldüheç o zaman davintcik” olmadı Əsl Ədəbiyyat! Ədəbiyyatı vasitə kimi istifadə etməyi doğru hesab etmirəm, təbii. Onu qəbul edirəm ki, əsl ədəbiyyat ideyalı olmalıdır! İdeyasız, başqa sözlə, ideyadan yoxsul ədəbiyyat nəyə yarar? – sabun köpüyü kimi, yaxud keçici parıltılı bir şey olacaq. Elə bugünümüzdə, nə qədər desən, belə “örnək”lər var.

– Şeirlərinizdə ictimai hadisələrə reaksiya zəifdir, ya da yazılarınızda nələrəsə qarşı deyilsiniz. Sizcə, dünyada hər şey qaydasındadırmı, yoxsa “boğazınızda” qalan hansısa fikirlər var?

Bu rəyə, qənaətə necə gəlmisən bunu., yumşaq desək, “məraq edirəm”

 – Bəyəm, hansı dünyada nə vaxt hər şey qaydasında olub?

– Səncə, neçə-neçə professor-müəllim qabağında oturmuş, neçə ölkədə olmuş, neçə kitabı çıxmış bir insan ictimai motivləri bilməzmi?

– Həncəri deyərlər, hər şair işlədiyi mövzudan asılı olmayaraq eyni zamanda öz zəmanəsinin ifadəçisidir – bundan qaçmaq nə mümkündür, nə də lazımdır... “Boğazda qalmaq” məsələsinə gəldikdə isə, bu da sabah-birisigün kimdəsə müşahidə olunarsa, “insanlıq halı” deyərəm.

 – Bəyəm, hər şeyi deməkmi lazımdır?. Digər yandan, sualın “fikirlər varla qurtarır və bu da belə bir cavab doğurur ki, “fikir varsa, təzahür edəcək. Boğazadək gələn fikir, illa da bir şəkildə təcəlla tapmalıdır., yoxsa, heç yaranmazdı, heç fikir olmazdı ki! Nəhayət, əgər Tanrı Peyğəmbərlərə hər şeyi deməyibsə – hətta öz sonuncu elçisinə belə hər şeyi deməyibsə, peyğəmbərlər də xalqa, bəşəriyyətə hər şeyi deməyiblərsə, onların demədikləri, hökm vermədikləri ilə bağlı üləmalar, övliyalar, müctəhidlərə üz tutulursa və bu ardıcıllığı daha da uzatmaq mümkünsə, şairdən, yazıçıdan hər şeyi demək tələbi nə qədər ədalətlidir, əfəndim? Yəni, elə ha deyil, Tanrı öz elçilərinə demədiklərini bilmir – sadəcə açıqlamaq ehtiyacı duymayıb, elə ha deyil; peyğəmbərlər dedikləri qədərdir, demədikləri də vardır, əlbəttə; demədiklərindən, elmli-helimli kişilər də yazmadıqları, demədikləri ilə bir bütövdürlər; demək, şairi, yazıçını da demədikləri ilə birgə bütöv görmək, anlamaq insanca bir yaxlaşım olardı. Əgər sən öz sevdiyin yazıçıya, şairə güvənirsənsə, o güvəncin içinə güvə düşməyə qoyma. Hə, mənim əzizim, gör Şaiq Vəli nə deyir:

 

Oldu, deyilənlər oldu,

Olacaqlar olacaqlar!

Soldu, açıldı gül... soldu,

Solacaqlar solacaqlar!

 

Almazlar almaz kamını,

Fələklər söndürər şamını...

Haqdan gələn eşq camını

Alacaqlar alacaqlar!

 

Daş olacaqlar daş olacaqlar!

Quş olacaqlar quş olacaqlar!

Boşalacaqlar boşalacaqlar!

Dolacaqlar dolacaqlar!

 

Bitəcəklər bitəcəklər!

İtəcəklər itəcəklər!

Gedəcəklər gedəcəklər!

Qalacaqlar qalacaqlar!

 

Ağla..! Gülməzlər gülməzlər,

Öl..! Ölməzlər ölməzlər...

Məni bilməzlər bilməzlər,

Biləcəklər biləcəklər!

Olacaqlar olacaqlar”.

 

... Bax belə, əzizim Fərid, biləcəklər biləcəklər! Tanrı Şaiqin yerini ucmaqcənnət eləsin, inşallah!

– Rey BredberininFarengeyt 451” romanında kitabsız cəmiyyət təsvir edilir. Belə bir cəmiyyət olsa, sizcə, baş verər bir ədəbiyyatın hansı məqamlarda nəyisə dəyişməkdə gücsüzlüyünü hiss etmisiniz?

Bəşəriyyət kitabdan imtina edəcək bir səviyyəyə, duruma gəlib çıxmayıb hər halda. “Kitabsızlığ”ı iki anlamda başa düşmək olar: inkişafın elə mərhələsi gələr ki, kitab güncəlliyini itirəridrak artıq qana-iliyə işləmiş olar; ikinci hal isə texniki hal kimi çıxış edir. – Yəni kitabın yerinə yeni nəsil bilgisayar, iri tutumlu yeni nəsil cib telefonu gəlməsindən bəhs edilmiş ola bilər. Bunlar zamanın gedişatının, ilahi təqdirin işidir, bayaq dediyimiz misaliolacaqlar olacaqlar! Ancaq o zamanda yaşasaydım, illa da kitabım olsun istərdim. Verdiyin sualın birbaşalığınıbugünümüzə, “öz günümüz”ə indeksləndiyini anlayıram, təbiisənə deyim, artıqkitabsızlaşdırma”, “kitabsızlıqkeçici dönəmi qapanmış kimi gəlir mənə. “Geri dönüm”ün xarakterinə uyğun olaraq, bir müddətguya kitab”, “əsl kitaba keçid dönəmikimi zaman kəsimlərindən keçməyimiz qaçılmazdır Tanrı yar olsa, sabahımız kitablı olacaq! Deyir, qarğadığına qarğa, qabağına kitabsız çıxsın! Uzun sözün qısası deyək keçək sualın son bölümünə. Əfəndim, bəyəm, Ədəbiyyat, Kitab gücsüzlüyü günümüzdə öz şiddətini göstərmirmi? İnkişafın XX yüzil aşamasında iki dünya müharibəsi olmadımı? Xocalı soyqırımı, başqa soyqırımlar olmadımı?Demək ki, kitabın, ədəbiyyatın anlatdıqları nəsildən-nəslə XXI yüzilədək keçdisə , tam oturuşa bilmədi. Burada bircə təsəlli var: görün, kitab, ədəbiyyat, olmasaydı nələr baş verərmiş?!Hələ ədəbiyyat var, vəziyyət belədir.

Ədəbiyyata nələri qurban vermək olar nələri artıq qurban vermisiniz?

Ədəbiyyatı, yaradıcılığı yazarın ümumhəyatından ayırıb, əlahiddiləşdirəndə, dediyin sual ortaya çıxır. Ədəbiyyatı tale kimi yaşayırsansa, Tanrı təqdirinə inanırsansa, digər müəyyən suallar kimiqurban”, “qurbanlıqməsələlər sözdışı qalır.

 

Fərid Hüseyn

 

Olaylar.- 2014.- 20 fevral.- S.12.