Ortaq türk tarixi nə zaman
yazılacaq?
Yaqub Mahmudov:
“20 ildən artıqdır ki, bu barədə danışıqlar gedir”
Ortaq
türk tarixinin yazılması aktual bir məsələ kimi
gündəmə gətirilsə də, hələ də həllini
gözləyən iş kimi qalır. Tarixin
yazılmaması özlüyündə bir
sıra problemlər də ortaya
çıxarır. Bəs nədir ortaq tarixin yazılmasına mane
olan problemlər?
AMEA Tarix
İnstitutunun direktoru Yaqub Mahmudov “OLAYLAR”a bildirdi ki, 20 ildən
çoxdur ki, ortaq türk tarixinin yazılması ilə
bağlı söhbətlər gedir. Azərbaycan bu məsələdə
müəyyən qədər irəliləyişə nail olub. Keçən il ortaq türk
tarixinin yazılması məsələsinə
həsr olunmuş beynəlxalq konqres keçirildi:
“Müəyyən qərarlar verdik. Biz ortaq türk
tarixinin yazılması işinə
başlamışıq. Bunun üçün ilk
növbədə tarixdəki türk
dövlətlərinin tarixi
yazılmalıdır. Tarixdəki türk məşhurlarının, şəxsiyyətlərin
tarixinə obyektiv qiymət verilməlidir.
Şah İsmayılla yanaşı, Sultan Səlimin, Şah Təhmasiblə
yanaşı, Sultan Süleymanın,
Əmir Teymurla yanaşı ,
İldırım Bəyazidin Uzun Həsənlə
yanaşı, Fatehin və s.
insanların tarixini olduğu
kimi verməliyik. Birinə sevgi, digərinə nifrət hissi
ilə yanaşmaq olmaz.
“Möhtəşəm yüzyıl” serialı
çəkildi və dərinə gedəndə məlum oldu ki, bunu
da türkün
düşmənləri çəkdirir. Şəkidə
ölkə başçısı ilə görüş
zamanı prezidentimiz ortaq
türk tarixinin
yazılması məsələsini qaldırdı və
Türkiyənin baş naziri
Rəcəb Tayyib Erdoğanla
razılıq əldə olundu. Bizə konkret tapşırıqlar verildi.
Ondan sonra bu işləri canlandırmışıq. Biz öz mövqeyimizi
Türkiyə mətbuatında, televziyasında da bildirmişik. Buradan da bəyanatlarımızda
bildirdik ki, “Möhteşem yüzyıl” türkün
tarixinə qatılan zəhərdir. Bir tarixçi olaraq
görüşlərimiz vaxtı bunu Erdoğana çatdırdıq. Cənab nazir bildirdi ki, serialda yazılan tarix türkün tarixi deyil. Sonra Türkiyədə mədəniyyət
naziri filmi çəkənlərə
mükafat verdi.
Ərdoğan həmin mədəniyyət nazirini
işindən kənarlaşdırdı. Bu
mübarizə Türkiyədə də sağlam
qüvvələr tərəfindən aparılır”.
Y.Mahmudov bildirdi ki, Türkiyə tarixçiləri ilə tarixi şəxsiyyətlərimizn
hamısına ümumi, türkçülük
mövqeyindən yanaşılması ilə bağlı
razılıq əldə olunub. Onu da bildirdi
ki, işlər Azərbaycan tərəfindən
yox, qarşı dövlət tərəfindən
ləng gedir: “İşlərin ləng
getməsi ilə əlaqədar olaraq mən
son məktubla Türkiyə tarixçilərinə
müraciət etmişəm. Bu günlərdə
bu məsələ ilə bağlı yenə
danışıqlarımız oldu.
Yaxın zamanlarda biz
artıq ilk mətnləri alacayıq.
Qarşı tərəfə bildirmişəm ki,
araşdırmalar onların tərəfindən
olmadığı halda, Azərbaycan
tarixçiləri bu işi
öz üzərinə götürəcək.
Türk tarixinin şəxsiyyətləri
ilə bağlı ilkin variantları
hazırlayacayıq. Bütün türk hökmdarlarına düzgün
qiymət verəcəyik. Sonra isə qeydlər
və ya əlavələr etmələri
üçün Türkiyəyə
göndərəcəyik”.
Y.Mahmudov bildirdi ki, 20 ildən artıqdır bu
məsələ sadəcə danışılır. Onun sölərinə görə,
danışıqla, konfrans keçirməklə
iş görülməz. Işi
görmək lazımdır. Qeyd edək ki, ortaq tarixin
ərsəyə gəlməsi məsələsini
reallaşdırmaq üçün digər
türk dövlətlərindən, Qafqaz xalqlarından da
nümayəndələr dəvət olunub.
Y.Mahmudov bildirdi ki, türk tarixində Qafqaz xalqları ilə də sıx əlaqələr
olduğundan ortaq tarixin yazılmasında onlar
da cəlb olunacaq.
Aygün
Olaylar.-
2014.- 20 fevral.- S.9.